Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4431/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı işi üzrə Açar sözlər: (“işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi ziyan") hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi,İddiaçı və onun nümayəndəsi vəkil X7, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa, məcburi işburaxma üçün əmək haqqı və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1987/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 1105 saylı əmrinin ləğv edilməsi, onun xx.xx.2023-cü il tarixdən “AZAL Sərnişin Avia şirkəti X20 yararlılığının saxlanması idarəsinin uçot üzrə mütəxəssisi vəzifəsinə 9-cu dərəcə ilə işə bərpa edilməsi və həmin müddətin əmək stajına aid edilməsi, əvvəlki dövrlər xx.xx.2023-cü il tarixdən qətnamə qanuni qüvvəsini alan günə qədər olan müddət ərzində əmək haqqında edilmiş artımlar da nəzərə alınmaqla məcburi iş buraxma hallarına görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi, işguzar nüfuzuna və ona vurulmuş mənəvi zərərə görə 10.000 manat mənəvi zərərin mediasiya xərci kimi 60 manat hüquqi yardıma görə Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 200 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2018-ci il tarixdə "xxxx" QSC-yə Maliyyə-İqtisad İdarəsi Mühasibat uçotu və hesabat xidmətlərinin qiymətləndirilməsi uçotu şöbəsinin mühasibi vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci ildə vəzifədə irəli çəkilərək, həmin şöbənin rəis müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2022- ci ildə həmin idarənin xərclərin uçotu şöbəsinə rəis müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü ildə o, kadrlar şöbəsinə çağırılmışdır və ona bildirilmişdir ki, onun vəzifəsi ixtisara düşmüşdür və tutduğu vəzifədən azad edilmişdir. Buna öz etirazını bildirmişdir və ixtisar haqqında bildirişi imzalamaqdan imtina etmişdir. Maliyyə idarəsinin rəisi Zaur Dibirov isə açıq və qərəzli olaraq bütün bu halları nəzərə almadan, heç deyilsə onu başqa vəzifəyə keçirmək barədə xahişini eşitmək belə istəmədən cavabı belə olmuşdur ki, təki onun idarəsində işləməsin. 03 iyul 2023-cü ildə onunla əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilmişdir. Bu hal ilə bağlı tərəfindən AZAL X5 müraciət edildikdən və yalnız onun müdaxiləsindən sonra qanunsuz əmr ləğv edilmişdir. xx.xx.2023-cü ildə yenidən vəzifə dəyişikliyi olaraq 9-cu dərəcə ilə “AZAL Sərnişin Avia şirkəti X20 yararlılığının saxlanması idarəsinin uçot üzrə mütxəsisi vəzifəsinə 9-cu dərəcə ilə təyin edilmişdir. Yeni iş yerinə təyin olunmaqla (Sərnişin Aviasiya Şirkətinin Hava X2 Saxlanılması İdarəsi) o, rəhbər vəzifə olan şöbə rəisinin müavini vəzifəsini itirmişdir və əmək haqqı demək olar ki, yarıya qədər azaldılmışdır. Həmin vəzəifədə əmək məzuniyyətinə buraxılmışdır və məzuniyyətdən qayıtdıqdan dərhal sonra idarənin direktor müavini Fuad Quliyev bildirmişdir ki, burada onun üçün heç bir iş yoxdur və iş yeri başqa bir binada yerləşir, ora isə onun buraxılış vərəqəsi ilə keçid mümkün deyildir. Həmin iş yerinə onun buraxılmaq məsələsi həll edilən müddətdə (iki həftəyə yaxın) işləməli olduğu binadakı otaq bir neçə ay müddətinə ezam olaraq gəlmiş əcnəbi mütəxəssislərə verilmişdir. Ona isə kompütersiz, telefonsuz boş bir masa təhkim edilmişdir. Heç kim onu vəzifələrini yerinə yetirmək və yeni proqramı mənimsəmək istəyinə baxmayaraq yeni işlə tanış etməmişdir. Boş masa arxasında 1.5 ay əmək fəaliyyətsiz dayandıqdan sonra yeni bir işçinin orada oturacağını elan edərək onu da almışlar. Sərnişin Aviasiya Şirkətinin Hava X6 Saxlanılması İdarəsinin direktor müavini Fuad Quliyev ona mətbəxtə işləməyi tövsiyyə etdi. Buna qəti şəkildə etirazını bildirmişdir və Əmək qanunvericiliyinin tələblərinin artıq rəhbər heyət tərəfindən kobud şəkildə pozulduğunu qeyd etdikdən sonra o, kadrlar şöbəsinə çağrılmışdır və tutduğu ştatın ixtisara düşdüyü ona bildirilmişdir. xx.xx.2023-cü il tarixdə 1105 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işdən azad edilmişdir. Aşağıda qeyd edilən əsas və səbəblərə görə "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixdə 1105 saylı əmr ləğv edilməli və onun vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmənin diqqətinə çatdırmaq istəmişdir ki, cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsi üçün tərəfindən yuxarı orqanlara və mübahisənin məhkəmədən kənar həlli üçün Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Lakin cavabdeh orqan xx.xx.2024-cü ildə təyin edilmiş mediasiya sesiyasında iştirak etmədiyi üçün mübahisənin məhkəmədən kənar həlli məsələsi mümkünsüz olmuş və bununla bağlı Bakı 3 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli müvafiq arayış təqdim edilmişdir. 2.Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin ə) yarımbəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. İşəgötürən bu hüququndan istifadə edərək istehsalat zərurəti ilə əlaqədar olaraq İddiaçı çalışdığı Cəmiyyətin Maliyyə-İqtisad İdarəsinin Mühasibat uçotu və hesabat xidmətlərinin qiymətləndirilməsi uçotu şöbəsinin rəis müavini vəzifəsini qanunvericiliyin tələblərinə uyğun olaraq ixtisar etmiş və İ.Sadığova öz razılığı ilə xx.xx.2023-cü il tarixindən Cəmiyyətin "Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin Hava X6 Saxlanılması İdarəsinə uçot üzrə mütəxəsis vəzifəsinə keçirilmişdir. "AZAL” QSC-də istehsalat zərurəti ilə əlaqədar Cəmiyyətin xx.xx.2023-cü il tarixli 494 nömrəli əmri ilə bir sıra peşə və vəzifələr, o cümlədən İddiaçı çalışdığı Sərnişin Aviaşirkətinin Hava X6 Saxlanılması İdarəsində uçot üzrə mütəxəsis vəzifəsi də ixtisar edilmişdir ki, bu halda da əmək qanunvericiliyi ilə bağlı bütün prosedurlar (xəbərdarlıq işdənçıxarma müavinətinin və son haqq-hesabın ödənilməsi) gözlənilməklə onunla bağlanılmış əmək müqaviləsinə Cəmiyyətin xx.xx.2023-cü il tarixli 1105 salı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (ştatların ixtisarı) xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Eyni zamanda bildirmişlər ki, işçi xx.xx.2023-cü il tarixində tutduğu vəzifənin ixtisar edilməsi ilə bağlı xəbərdar edilsə də, xəbərdarlıq bildirişini imzalamaqdan imtina etmişdir. İşçinin xəbərdarlıq bildirişini imzalamaqdan imtina etməsi aktlaşdırılmışdır. İddiaçı tutduğu ştat vahidi istehsalat zərurətindən irəli gələn strukturun təkmilləşdirilməsi ilə bağlı ixtisar edilmiş və işçi həmkarlar ittifaqının üzvü olduğu üçün onun əmək müqaviləsi Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq X8nın razılığı alınmaqla ləğv edilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X8na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X8 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən xx.xx.2023-cü il tarixində (Cümə günü) X8na təqdimat verilmiş, təqdimat X8na xx.xx.2023-cü il tarixində (Bazar ertəsi) daxil olmuş, X8 öz yazılı razılıq qərarını təqdimatın daxil olduğu tarixdən 16 gün sonra xx.xx.2024-cü il tarixində vermişdir. İşəgötürən aşağıda qeyd edilən səbəbləri nəzərə alaraq xx.xx.2023-ci il tarixində işçinin əmək müqaviləsinin xx.xx.2024-ci il tarixindən ləğv edilməsi barədə əmr vermişdir: əmək müqaviləsinin xx.xx.2024-cü il tarixindən ləğv edildiyini nəzərə alaraq, İşəgötürən vaxtında həmkarlar ittifaqına müraciət etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixi təqdimatın həmkarlar ittifaqına daxil olduğu vaxtdan 10 gün sonrakı dövrə düşür; əmək müqaviləsinin ləğvi barədə əmr işçinin əmək münasibətlərinə xitam verilməsi barədə daha tez məlumatlandırılması məqsədilə xx.xx.2023-cü il tarixində verilib. İddiaçı iddia ərizəsində Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsini də işəgötürənin ixtisar barədə əmrinin ləğv edilməsinin əsası kimi göstərmişdir. Bununla bağlı bildirmək istəyirlər ki, İddiaçı əmək müqaviləsinin ləğvi işçilərin sayının azaldılması deyil, ştat ixtisarı ilə bağlı olmuşdur. Bu baxımdan həmin maddənin tətbiqi istisna edilir. Bundan əlavə Əmək Məcəlləsinin 78-ci və 79-cu maddələrinə uyğun olaraq İddiaçı ixtisarını istisna edən hal mövcud olmamışdır.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1987/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş,"xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 1105 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" QSC-də X20 yararlığının saxlanması idarəsinin uçot üzrə mütəxəsisi 9-cu dərəcə vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma dövrünun İddiaçı əmək stajına daxil edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqının ödənilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat "xxxx" QSC-dən alınaraq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 200 manat hüquqi yardıma görə xərcin cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh "xxxx" QSC-dən 130 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
4. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 70-ci maddəsinin b bəndi, 77-ci mddəsinin 1-ci bəndi, 80-ci maddəsinin 1-ci bəndi, 132-ci maddəsinin b bəndi, 300; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə; Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 121,124.1, 217.3, 217.4; “ Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun” 36.5, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-1, 8.2, 9.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının əmək stajı 10 ildən çox təşkil etməklə, işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv etməzdən əvvəl ona azı 9 iş həftəsi öncə xəbərdarlıq etməli halda, xx.xx.2023-cü il tarixdə iddiaçının xəbərdarlıq etməsindən imtina barədə akt tərtib etməklə kifayətlənmiş, xx.xx.2023-cü il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə əmr vermişdir. Bundan əlavə, iş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" QSC-nin Sərnişin Aviaşirkətin Uçuşların İstehsalı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndi ilə birtərəfli şəkildə ləğv edilməsinə razılığ verməsi qərarı xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, işəgötürən həmçinin əmək müqaviləsinə X8nın qabaqcadan razılığını almadan xitam verməklə, əmək qanunvericiliyinin müddəalarını bu əsasla da kobud şəkildə pozmuşdur. Həmkarlar Komitəsi müddətə dair qanunvericiliyin tələblərini pozmaqla rəy verdiyi halda cavabdehin yenidən Komitəyə rəy almaq üçün hansı səbəbdən müraciət etməməsi, o cümlədən rəy daxil olmadan əmrin verilməsi hallarına dair cavabdehin irəli sürdüyü dəlillərin qanuni əsaslarının müəyyən edilməsi mümkün deyildir, bu dəlillər heç ağlabatan da hesab edilə bilməz. Beləliklə, iddiaçı işə bərpa edilməklə yanaşı, həmin müddət onun əmək stajına daxil edilməlidir. Cavabdeh tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndində nəzərdə tutulmuş ləğv edilməsi əsasları pozulduğundan İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilməlidir. iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən o, müəyyən müddət işsiz qalmaqla məyus olmuş, müəyyən məhrumiyyətlərlə üzləşməklə ona mənəvi zərər dəymişdir. Lakin, məhkəmə, iddiaçının az müddətə işinə bərpa edilməsini nəzərə alaraq mənəvi zərərin həcminin iddiada göstərilən məbləğdə deyil 500 manat miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Odur ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunaraq "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 1105 nömrəli əmri ləğv edilməli, İddiaçı "xxxx" QSC-də X20 Yararlığının Saxlanması İdarəsinin Uçot üzrə mütəxəssisi 9-cu dərəcə vəzifəsinə bərpa edilməli, məcburi işburaxma dövrü İddiaçı əmək stajına daxil edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilməli, vurulmuş mənəvi zərərin əvəzi 500 manat "xxxx" QSC-dən alınaraq İddiaçı ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 200 manat hüquqi yardıma görə xərc cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
5. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - xx.xx.2020-ci il tarixində "xxxx" QSC ilə İddiaçı arasında sonuncunun "xxxx" QSC maliyyə-iqtisad idarəsinin mühasibat uçotu və hesabat xidmətinin material qiymətlilərin uçotu şöbəsinin rəis müavini vəzifəsinə təyin edilməsi haqqında əmək müqaviləsi bağlanmışdır; xx.xx.2021-ci il tarixində "xxxx" QSC ilə İddiaçı arasında sonuncunun "xxxx" QSC maliyyə-iqtisad idarəsinin mühasibat uçotu və hesabat xidmətinin material qiymətlilərin uçotu şöbəsinin rəis müavini vəzifəsinə təyin edilməsi haqqında əmək müqaviləsi bağlanmışdır; - xx.xx.2023-cü il tarixində "xxxx" QSC ilə İddiaçı arasında sonuncunun "xxxx" Sərnişin Aviaşirkəti Hava X2 Saxlanması İdarəsinin uçot üzrə mütəxəssis vəzifəsinə təyin edilməsi haqqında əmək müqaviləsi bağlanmışdır; - iddiaçının adına 2005-ci il tarixdə açılmış əmək kitabçasına əsasən, İddiaçı xx.xx.2023-cü ildə "xxxx" Sərnişin Aviaşirkəti Hava X2 Saxlanması İdarəsinin uçot üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “b” bəndinə əsasən xitam verilmişdir; - "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli əmri ilə "xxxx" Sərnişin Aviaşirkəti Hava X2 Saxlanması İdarəsinin uçot üzrə mütəxəssis vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verildiyi gün (son iş günü) ona son haqqı-hesab verilərkən xx.xx.2022-ci-xx.xx.2023-cü iş ili üçün (30 gün) xx.xx.2023-xx.xx.2024 iş ili üçün (23 gün) pul əvəzinin ödənilməsinin təmin edilməsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqının 1.7 miqdarında işdənçıxarma müavinətinin ödənilməsi Maliyyə və Mühasibat İdarəsinə tapşırılmışdır; - xx.xx.2024-cü il tarixli "xxxx" QSC-nin Sərnişin Aviaşirkətin Uçuşların İstehsalı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin iclasının “81” saylı protokolundan çıxarışdan görünür ki, "xxxx"QSC-nin Sərnişin Aviaşirkətin Hava X2 Saxlanılması İdarəsinin Uçuş yararlılığına dəstək şöbəsinin uçuş yararlılığın indeksasiyası qrupunun uçot üzrə mütəxəssisi İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndi ilə birtərəfli şəkildə ləğv edilməsinə razılığ verməsi qərara alınmışdır; - "xxxx" QSC-nin X16 rəisinin birinci müavini X14, X16sinin kadrlar üzrə eksperti X10 və X16sinin Əmək münasibətlərinin idarə edilməsi şöbəsinin rəisi X15 xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nin "xxxx" Sərnişin Aviaşirkətinin Hava X6 Saxlanılması İdarəsinin əməkdaşı olan həmçinin İddiaçı xx.xx.2023-cü il tarixində işçi sayının ixtisarı ilə bağlı xəbərdarlıq təqdim edilməsi və onun xəbərdarlıqla tanış olmaqla imza etməkdən imtina etməsinə dair akt tərtib etmişlər. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1987/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələblərinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini, həmçinin apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun iddiaçıdan tutulmasını xahiş etmişdirlər. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77, 80-ci maddəsinin 1-ci və 2-ci hissəsinə, 299, 300; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3, 21, 23; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 386, 388-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq işəgötürən işçinin əmək müqaviləsinə ştatların ixtisarı ilə əlaqədar xitam verməzdən əvvəl müəssisənin X8na xx.xx.2023-cü il tarixdə (cümə günü) əsaslandırılmış yazılı təqdimatla müraciət etmişdir. Həmin təqdimat X8na xx.xx.2023-cü il tarixində (bazar ertəsi) daxil olmuşdur. X8 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində (xx.xx.2024-cü il tarixədək) işəgötürənə cavab verməli olduğu halda, qanunvericiliyin tələblərini pozaraq on üç gün sonra yəni, xx.xx.2024-cü il tarixdə işəgötürənə razılığını əks etdirən cavab vermişdir. Bundan əlavə, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 1105 nömrəli əmr elektron informasiya sisteminə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hakim hesab etmişdir ki, bu halda işəgötürən yenidən X8na müraciət etməli idi. Bununla bağlı isə qeyd edilməlidir ki, qanun Həmkarlar İttifaqının bu xarakterli müraciətə gec cavab verilməməsi halında məsuliyyət və ya prosedurlar müəyyən etməmişdir. Odur ki, işəgötürənin razılıqla bağlı Həmkarlar İttifaqının cavabının gecikməsi halında təkrar müraciət etməsi öhdəliyi müəyyən edilməmişdir. Əmək Məcəlləsinə əsasən X8nın işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə rəsmi razılığının gecikdirməsi halı, işəgötürənin Əmək Məcəlləsinin 11-ci maddəsinin b) və ə) bəndlərində müəyyən edilmiş əsas hüquqlarını məhdudlaşdıra bilməz. Əks təqdirdə bu işəgötürənin qanuni hüquq və maraqlarını pozmuş olar. Ümumiyyətlə, o da nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar sırasında həmkarlar ittifaqları təşkilatının üzvü olan işçi ilə münasibətdə ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqları təşkilatının üzvü olan işçilərin üstünlüyünü müəyyən edən hallar nəzərdə tutulmamışdır, əgər bu hal nəzərə alınarsa işçilərə münasibətdə ayrı-seçkiliyə gətirib çıxara bilər. X8nın razılığının 3 gün gecikdirilərək işəgötürənə verilməsi işəgötürənin işçinin əmək müqaviləsinə xitam verərkən X8nın razılığını almadığı anlamına gəlmir. Bu halda cavabın X8 tərəfindən gec verilməsi, hakimin qənaətə gəldiyi kimi işəgötürən tərəfindən əmək qanunvericiliyinin kobud şəkildə pozulması halı hesab edilə bilməz. Göründüyü kimi işəgötürən X8na vaxtında rəsmi müraciət etmiş, həmkarlar ittifaqı isə razılığını bildirmişdir. Qətnamədə qeyd edilmişdir ki, iddiaçının əmək stajı 10 ildən çox təşkil etməklə, işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv etməzdən əvvəl ona azı 9 iş həftəsi öncə xəbərdarlıq etməli olduğu halda, xx.xx.2023-cü il tarixdə iddiaçının xəbərdarlıq etməsindən imtina barədə akt tərtib etməklə kifayətlənmiş, xx.xx.2023-cü il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə əmr vermişdir. İddiaçı xx.xx.2018-ci ildə "xxxx" QSC-də Maliyyə-İqtisad İdarəsinin Mühasibat Uşotu və Hesabat xidmətlərinin Qiymətləndirilməsi şöbəsinin mühasibi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Onunla bağlanan əmək müqaviləsinə xitam verilməzdən əvvəl Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən İddiaçı işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun müəyyən olunan əmək stajından asılı olaraq 6 təqvim həftəsi əvvəl, xx.xx.2023-cü il tarixdə xəbərdar edilmişdir. İş materiallarında işəgötürənin işçiyə ştatların ixtisarı ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq etdiyi rəsmi xəbərdarlıq olduğu halda, hakim İddiaçı əmək stajı səhv hesablaması səbəbindən xəbərdarlığın 6 təqvim həftəsi yox, 9 təqvim həftəsi qabaqcadan verilməli olduğunu vurğulamaqla yanaşı, vəziyyəti elə qiymətləndirir ki, guya həmin rəsmi xəbərdarlıq mövcud olmadığı halda onun əvəzinə yalnız xəbərdarlıqla işçinin tanış olmaqdan imtina edilməsi barədə akt mövcuddur. Göründüyü kimi, hakim işin hallarını araşdırarkən səhv nəticəyə gəlmişdir və həmin nəticə əsasında qətnamə qəbul etmişdir. Məhkəmə həmin qətnamə ilə İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilməsi qət edilib. Bu da iddiaçının hesab etdiyi “mənəvi sarsıntılarının” bərpasıdır. İşin hallarından göründüyü kimi pozulmuş hüquq şəxsi qeyri-əmlak xarakterli yox, birbaşa əmlak (maddi) xarakterlidir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya qarşı qeyri-maddi nemətlərə aid hüquqlarının pozulması ilə nəticələnən hər hansı mənəvi zərər vurulmamışdır. Mənəvi zərərlə bağlı xüsusi qanunvericilikdə yəni Əmək Məcəlləsində ayrı qayda nəzərdə tutulduğu üçün bu məsələ Əmək Məcəlləsi ilə tənzimlənməlidir. Əmək Məcəlləsinin 290-cımaddəsinin 3-cü hissəsinin tələblərinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin qeyd hissəsində işçiyə vurulmuş mənəvi zərərə aşağıdakı kimi anlayış verilir: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Bununla belə, cavabdeh "xxxx" QSC tərəfindən “mənəvi zərərə məruz qaldığını” iddia edən İddiaçı yuxarıda qeyd olunan əsaslardan hansı birini səbəb-nəticə olaraq məhkəmədə sübut edə bilmədiyi halda məhkəmə zərərin əvəzi olaraq ona 500 manat ödənilməsini qət etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu işdə hüquq münasibətinə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına dəqiq riayət etməmişdir. Bu da öz növbəsində qətnamənin qanuni olmadığını göstərir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyəti olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin,habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş üçün əhəmiyyəti olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlar düzgün araşdırılıb qiymətləndirilmədiyi, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadığı üçün qətnamə əsaslı hesab edilə bilməz. İş üzrə mühüm əhəmiyyəti olan faktiki hallarının dairəsi yalnız hüquqi faktlarla məhdudlaşmır. Məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
7. İddiaçı nümayəndəsi vəkil X11 tərəfindən apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etirazda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi, 77, 80.1, 78.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının əmək stajı 10 ildən çox təşkil etməklə, işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə xitam etməzdən əvvəl ona azı 9 iş həftəsi öncə xəbərdarlıq etməli halda. xx.xx.2023-cü il tarixdə iddiaçının xəbərdarlıq etməsindən imtina barədə akt tərtib etməklə kifayətlənmiş, xx.xx.2023-cü il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə əmr vermişdir. Digər tərəfdən məcəllənini tələblərinə əməl edilmədən Həmkarlar İttifaqının üzvü olan işçinin işdən çıxarılması barədə Həmkar İttifaqının qabaqcadan razılığı alınmalı olduğu halda bu qaydaya da əməl edilməmişdir, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməməlidir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə uyğun izahat verərək, məhkəmə tərəfindən 3 əsasla iddia ərizəsinin qismən təmin edildiyini, ilk olaraq birinci instansiya məhkəməsi tərəfindən işçi ixtisara düşərkən cavabdeh təşkilat tərəfindən onun əmək staji müddətinin düzgün hesablanmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə birinci instansiya məhkəməsi işçinin 10 ildən artıq əmək stajinin olduğunu, işəgötürən tərəfindən işçiyə 9 həftə öncədən xəbərdarlıq edilməli olduğu halda 6 həftə öncədən xəbərdarlıq edildiyini qeyd etdiyini, lakin birinci instansiya məhkəməsinin yalnışlığa yol verdiyini, belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən sonuncu işəgötürən tərəfindən bağlanmış əmək müqaviləsinin müddətindən asılı olaraq işçiyə xəbərdarlıq verildiyi və işçinin staji 5 ildən 10 ilə qədər olduqda isə 6 həftə qabaq xəbərdarlıq edildiyini qeyd edildiyini, iddiaçının da işə qəbul tarixi 2018-ci il olduğundan cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə düzgün riayət edildiyini, işəgötürən tərəfindən doğru olaraq 6 həftə qabaqcadan işçiyə xəbərdarlıq edildiyini, ikinci olaraq birinci instansiya məhkəməsinin işəgötürən tərəfindən X8na müraciət edildikdən sonra X1vericiliklə müəyyən edilmiş müddət ərzində cavab vermədikdə, işəgötürən tərəfindən təkrarən həmkar ittifaqı təşkilatına müraciət etməli olması ilə bağlı mövqeyinə münasibətdə isə əmək qanunvericiliyinə daxil olan normativ sənədlərdə bu halın öz əksini tapmadığını, digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən diqqətdən kənarda qalmış başqa bir halın isə əmək müqaviləsi bağlanarkən və ya ona edilən dəyişikliklər və xitam əmrinin sistemə yerləşdirildikdən sonra öz hüquqi qüvvəyə mindiyini, işəgötürən isə iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində, yəni 16 gün keçəndən sonra xitam verdiyini qeyd etmiş və dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdiyini və apellyasiya şikayətinə qarşı öz etirazını müdafiə etdiyini, qanunvericilikdə birbaşa olaraq həmkarlar ittifaqının üzvü olan işçinin yalnız həmkar ittifaqının qabaqcadan rəyi alınmaqla işdən azad edilməsinə yol verildiyini, lakin hazırkı iş üzrə işdən çıxarılma barədə əmrin xx.xx.2023-cü ildə verildiyini, həmkarlar ittifaqının rəyinin daha sonra daxil olduğunu və xx.xx.2024-cü il tarixdə sistemə yerləşdirildiyini, beləliklə də həmkar ittifaqının razılığı gəlmədən işçinin əmək müqaviləsinə xitam verildiyini və bununla da birbaşa əmək qanunvercilyinin tələblərinin pozulduğunu, digər tərəfdən işəgötürən tərəfindən işçiyə rəsmi xəbərdarlıq edilmə müddətinin də pozulduğunu, belə ki, iddiaçı cavabdehlə 2018-ci ildən işləməsinə baxmayaraq, qanunuvercilikdə xəbərdarlıq müddətinin ümumi iş stajina uyğun hesablandığını və iddiaçının da ümumilikdə 10 ildən artıq iş stajinin olduğunu, dediklərinin nəzərə alınaraq apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 11.Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 71.1.İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "xxxx" və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.79.1. İşəgötürən tərəfindən:hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.79.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.79.3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X8nın qabaqcadan razılığı alınmaqla ləğv edilir.80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X8na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X8 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 80.3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı;əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.84.3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 300.1 Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300.2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 13.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə qeyd edilən maddi və prosessual hüquq normalarına müvafiq tədqiq məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdehin dəlilləri sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir.
14. Qeyd edilməlidir ki, "xxxx" Sərnişin Aviaşirkəti Hava X2 Saxlanması İdarəsinin uçot üzrə mütəxəssis vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xx.xx.2024-cü il tarixdə xx.xx.2023-cü il tarixli əmr ilə əmək müqaviləsinə xitam verilsə də, işəgötürən müəssisənin X8na əsaslandırılmış və müvafiq əsaslandırma sənədləri əlavə edilmiş yazılı təqdimatla müraciət etməmiş, həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması təmin edilməmiş, əmrin verilməsinə əsas kimi “dəyişdirilmiş ştat cədvəli” qeyd edilsə də, buna və “işçilərin sayı və ya ştatları ixtisar edilməsi”nə dair sübutlar təqdim edilməmişdir. Əmək qanunvericiliyinin istinad edilən müddəalarına (ƏM 84-cü maddəsi) əsasən diqqətə çatdırılmalıdır ki, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinə xitam verilməsinin əsası və əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədləri barədə məlumatlar göstərilməlidir: Bu məlumatlar göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Bununla da, cavabdeh tərəfindən iddiaçının işçilərin sayı və ya ştatları ixtisar edilmə əsası ilə əmək müqavuiləsinə xitam verilməsi əsası belə sübuta yetirilməmişdir (prosessual müddətlər həddində sübutlar təqdim edilməmişdir). Baxmayaraq ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində icraat zamanı rəsmi olaraq iddiaçıya aid sənədləşməni təqdim etmiş, öz etirazını və əmrin qanuniliyini təsdiq edən sübutları təqdim etmək imkanına malik olmuşdur.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1987/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.