Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4438/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədova (sədirlik edən və məruzəçi), Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(005)- 1783/2020 nömrəli qərardadından cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil şikkayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Otokoç Azərbaycan” MMC-yə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 8500 (səkkiz min beş yüz) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 8530.40 (səkkiz min beş yüz otuz manat, qırx qəpik) cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən tutularaq “Atəşgah" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(005)- 1783/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada yol nəqliyyat hadisəsi zamanı İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış avtomobilə vurulan ziyanın əvəzində 8322 (səkkiz min üç yüz iyirmi iki) manat sığorta ödənişi və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manatın cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Hazırda cavabdehin vəkili və nümayəndəsi Vəkil elektron məhkəmə vasitəsilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(005)-1783/2020 nömrəli qətnaməsinə izah verilməsini, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada borcun tutulması hissəsində izah olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(005)-1783/2020 nömrəli qərardadı ilə ərizə rədd olunmuşdur. Hazırda cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(005)-1783/2020 nömrəli qərardadından şikayət vermişdir Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1783/2020 saylı, 17.05.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(005)- 1783/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 230.1-230.5-ci maddələrinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Qanunvericiliyin mənasına görə qətnaməyə izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi, qətnamədə anlaşılmazlıqlara yol verilməsi, hüquqi terminlərdən yerində istifadə edilməməsi, qrammatik cəhətdən fikrin aydın çatdırılmaması və onun icrasında yaranmış çətinliklə əlaqədar olur. Hazırki işdə isə belə hallar yoxdur. Nəzərə alınmalıdır ki, qətnamə məntiqi cəhətdən tamamlanmış müdafiə aktıdır və ona izah verilərkən müdafiənin mahiyyəti (müdafiə edilən subyektiv hüquq, həmin hüquqa qəsd edən davranış və belə davranışa yol verən subyekt) dəyişdirilə bilməz; əks təqdirdə belə dəyişiklik yeni müdafiə hesab olunar. Cavabdehin xahiş etdiyi məzmunda izah məhz müdafiənin dəyişməsinə yönəlmişdir və buna görə də belə izahın verilməsi mümkün deyildir. Cavabdeh tərəfin ərizəsində xahiş etdiyi məzmunda izah təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Kollegiya 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(005)-1783/2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4438/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4438/2022
09.06.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver