Məhkəmə qərarları › İş №2(103)-4442/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4442/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4442/2025 29.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4307/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh arasında bağlanmış:  xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********12208 olan “Samsung Galaxy A50” markalı telefon;  xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən “Epson” printer;  xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********36899 olan “X5 8” markalı telefon;  xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən“Router TP-LİNK”;  xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən “X4”;  xx.xx.2019-cu il tarixli müqaviləsinə “Logitech” klaviatura;  xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “WD” markalı sərt disk;  xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Asus” notebook;  xx.xx.2020-ci il tarixli müqaviləsinə “CASİO” saat;  xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Sony” qulaqlıq;  xx.xx.2020-ci il tarixli müqaviləsinə “REDMOND” kabab bişirən;  xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “X5 9S” markalı telefon;  xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Samsung” monitor almışdır.

2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh müqavilə şərtlərini pozması nəticəsində ümumilikdə 4912 AZN (dörd min doqquz yüz on iki manat) borc hesablamışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********12208 olan “Samsung Galaxy A50” markalı telefon üçün 147 (bir yüz qırx yeddi) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, “Epson” printer üçün 455 (dörd yüz əlli beş) manat ödənilməmiş hissə, 126 (bir yüz iyirmi altı) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********36899 olan “X5 8” markalı telefon üçün 350 (üç yüz əlli) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Router TP-LİNK” üçün 150 (bir yüz əlli) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən “X4” üçün 41 (qırx bir) manat ödənilməmiş hissə, 9 (doqquz) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən “Logitech” klaviatura üçün 54,6 AZN (əlli dörd manat, altmış qəpik) ödənilməmiş hissə, 14,4 AZN (on dörd manat, qırx qəpik) dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “WD” markalı sərt disk üçün 113,4 AZN (yüz on üç manat, qırx qəpik) ödənilməmiş hissə, 32,6 AZN (otuz iki manat, altmış qəpik) dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Asus” notebook üçün 1185,4 AZN (min yüz səksən beş manat, qırx qəpik) manat ödənilməmiş hissə, 194,6 AZN (yüz doxsan dörd manat, altmış qəpik) dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “CASİO” saat üçün 66,2 AZN (altmış altı manat, iyirmi qəpik) ödənilməmiş hissə, 19,8 AZN (on doqquz manat, səksən qəpik) dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Sony” qulaqlıq üçün 365,4 AZN (üç yüz altmış beş manat, qırx qəpik) ödənilməmiş hissə, 79,6 AZN (yetmiş doqquz manat, altmış qəpik) dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “REDMOND” kabab bişirən üçün 110 ( yüz on) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********35898 olan “X5 9S” markalı telefon 627,4 AZN (altı yüz iyirmi yeddi manat, qırx qəpik) ödənilməmiş hissə, 98,6 AZN (doxsan səkkiz manat, altmış qəpik) dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Samsung” monitor üçün 377,4 AZN (üç yetmiş yeddi manat, qırx qəpik) ödənilməmiş hissə, 99,6 AZN (doxsan doqquz manat, altmış qəpik) dəbbə pulu, ümumilikdə 4912(dörd min doqquz yüz on iki) manat borc və 30(otuz) manat ödənilmiş dövlət rüsumuna görə xərcin Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilib ki, İddiaçı MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdəki müqavilələrinə əsasən, İMEİ Kodu **********12208 olan “Samsung Galaxy A50” markalı telefon, “Epson” printer, İMEİ Kodu **********36899 olan “X5 8” markalı telefon, “Router TP-LİNK”, “X4”, “Logitech” klaviatura, “WD” markalı sərt disk, “Asus” notebook, “CASİO” saat, “REDMOND” kabab bişirən, “X5 9S” markalı telefon, “Samsung” monitor almış və nəticədə 4912 (dörd min doqquz yüz on iki) manat borc yaranmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4307/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin qismən təmin edilərək Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 147 AZN (bir yüz qırx yeddi manat) ödənilməmiş hissə, 4 AZN (dörd manat) dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 455 AZN (dörd yüz əlli beş manat) ödənilməmiş hissə, 10 AZN (on manat) dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə 350 AZN (üç yüz əlli manat) ödənilməmiş hissə, 10 AZN (on manat) dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 150 AZN (bir yüz əlli manat) ödənilməmiş hissə, 3 AZN (üç manat) dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 41 AZN (qırx bir manat) ödənilməmiş hissə, 9 AZN (doqquz manat) dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 54,6 AZN (əlli dörd manat, altmış qəpik) ödənilməmiş hissə, 2 AZN (iki manat) dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 113,40 AZN (bir yüz on üç manat, qırx qəpik) ödənilməmiş hissə, 3 AZN (üç manat) dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 1185,4 AZN (min yüz səksən beş manat, qırx qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 66,20 AZN (altmış altı manat, iyirmi qəpik) ödənilməmiş hissə, 2 AZN (iki manat) dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 365,40 AZN (üç yüz altmış beş manat, qırx qəpik) ödənilməmiş hissə, 8 AZN (səkkiz manat) dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 110 AZN (bir yüz on manat) ödənilməmiş hissə, 3 AZN (üç manat) dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 627,40 AZN (altı yüz iyirmi yeddi manat, qırx qəpik) ödənilməmiş hissə, 10 AZN (on manat) dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 377,40 AZN (üç yetmiş yeddi manat, qırx qəpik) ödənilməmiş hissə, 10 AZN (on manat) dəbbə pulu borcu, ümumilikdə və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4161,80 AZN (dörd min bir yüz altmış bir manat, səksən qəpik) məbləğində pulun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********12208 olan “Samsung Galaxy A50” markalı telefon, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən “Epson” printer, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********36899 olan “X5 8” markalı telefon, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən“Router TP-LİNK”, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən “X4”, xx.xx.2019-cu il tarixli müqaviləsinə “Logitech” klaviatura, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “WD” markalı sərt disk, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Asus” notebook, xx.xx.2020-ci il tarixli müqaviləsinə “CASİO” saat, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Sony” qulaqlıq, xx.xx.2020-ci il tarixli müqaviləsinə “REDMOND” kabab bişirən, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “X5 9S” markalı telefon, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Samsung” monitor almışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə ümumilikdə 4912 AZN (dörd min doqquz yüz on iki manat) borcu yaranmışdır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə cəmi 89 manat məbləğində müəyyən edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, qətnamə əsassız, ədalətsiz, qeyri-qanuni və tam obyektiv araşdırmadan qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etməsə də imkanı olduqda borcunu ödəyəcəyini bildirdi.

9. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə.600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətlərinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır. 19.Əvvəla, cavabdeh iddiaçı ilə müqavilələri könüllü olaraq bağlamışdır. Müqavilədə nəzərdə tutulan şərtlərdən əvvəlcədən məlumatlı idi. Müqavilə müddətində öhdəliyin hissə-hissə icra edilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh müqavilələr üzrə bugünə qədər öhdəliyini tam yerinə yetirməmişdir. Ona görə də iddiaçının məhkəməyə müraciət edərək cavabdehdən öhdəliyinin icrasını birdəfəyə yerinə yetirməyi tələb etmək hüququ olmuşdur.

20. Bundan əlavə, apellyasiya baxışı zamanı cavabdehin izahatından bəlli oldu ki, əslində apellyasiya şikayəti verməkdə məqsədi iddiaçı tərəfin qətnamənin icrası ilə bağlı anasına zəng edərək narahat etmələri ilə əlaqədar olub. Əslində qətnamənin icrasını özü təmin edəcəkdir. Göründüyü kimi, bu mövqe də apellyasiya şikayətinin əsassız olduğuna dəlalət edir.

21. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda, mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklərin icra edilməməsinin nəticələri və hüquqdan suiistifadə etməyin qadağan olunması institutlarının da yaranmasına zərurət və əsas olmazdı.

22. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4307/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4307/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar