Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-445/2022 29.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1500/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Binə südçülük sovxozu ərazisində yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1500/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Nümayəndə2 bildirdi ki, mübahisə predmeti olan ev və onun yerləşdiyi torpaq sahəsi Suraxanı rayonu Hövsan İnzibati Ərazi Dairəsinin hüdudları daxilində yerləşdiyindən məhkəmə müstəsna aidiyyət qaydalarının tələblərini pozaraq işə baxmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8767/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qərardadı ilə mübahisə predmeti olan evin və onun yerləşdiyi torpaq sahəsinin Bakı şəhəri Xəzər rayonunun, yoxsa Suraxanı rayonunun ərazisinə aidiyyətinin müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis (mühəndis, ekspert) rəyi alınması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1500/2020 saylı, 19 noyabr 2020-ci il tarixli ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39cu maddəsində müəyyən edilmiş aidiyyət (müstəsna aidiyyət) istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ,1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********01 saylı, xx.xx.2022-ci il tarixli məktubuna qeyd edilir ki, vahid elektron kasdastr bazasında koordinatları verilmiş torpaq sahəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin inzibati hüdudları daxilində olmaqla keçmiş Hövsan Tərəvəzçilik-südçülük sovxozundan Bakı Şəhər İcra Hakimiyyətinin İdarəçiliyinə qaytarılmış ərazilərdə yerləşir. Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 402.2 və 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlardan kassasiya şikayəti verilə bilər. İddia ərizəsinin məzmunundan və işdə olan sənədlərdən görünür ki, mübahisə predmeti olan ev və onun yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Suraxanı rayonunun ərazisində yerləşir. Məhz bu mövqedən yanaşaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir müddəası bu iddia tələbinin mahiyyəti və məzmunu ilə bilavasitə bağlı olduğundan hazırki iddia da daşınmaz əşyanın olduğu yer üzrə verilməli idi. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin ərazi (müstəsna) aidiyyəti qaydalarına riayət etmədiyi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1500/2020 saylı, 19 noyabr 2020-ci il tarixli ləğv edilməli və mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.13, 39.1, 40.1, 384.0.4, 385.1.1, 387.2.9 və 402.2 və 402.2.5-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1500/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi işə ərazi (müstəsna) aidiyyəti qaydalarının pozulması ilə baxıldığından ləğv edilsin və mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-445/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-445/2022
29.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver