Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4450/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Birinci tələb üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı «torpaq sahəsinin boşaldılması və s.» tələbinə dair, ikinci tələb üzrə iddiaçılar Cavabdeh1 və X1 cavabdehlər İddiaçı və Nəsimi Bələdiyyəsinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, Birinci tələb üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı «torpaq sahəsinin boşaldılması və s.» tələbinə dair, ikinci tələb üzrə iddiaçılar Cavabdeh1 və Məmmədov (Məmmədli) Azər Köçəri oğlunun cavabdehlər İddiaçı və Nəsimi Bələdiyyəsinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2855/2021 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Birinci tələb üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı «torpaq sahəsinin boşaldılması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və Nəsimi Bələdiyyəsi arasında bağlanmış “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair" xx.xx.2005-ci il tarixli, 02/85 nömrəli müqavilə əsasında ünvan 1 ünvanda iddiaçının istifadə və sahibliyinə ayrılmış 400 kv.m torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş hissəsinin cavabdehlər tərəfindən boşaldılması, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İkinci tələb üzrə iddiaçılar Cavabdeh1 və X4 cavabdehlər İddiaçı və Nəsimi Bələdiyyəsinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Nəsimi Bələdiyyəsi arasında “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair" xx.xx.2005-ci il tarixli, 02/85 nömrəli bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəmənin xx.xx.2021-ci il tarixli, e-2(006)- 3209/2021 nömrəli qərardadı ilə iddiaçılar Cavabdeh1 və X1 cavabdehlər İddiaçı və Nəsimi Bələdiyyəsinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair e-2(006)- 3209/2021 nömrəli mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı «torpaq sahəsinin boşaldılması və s.» tələbinə dair e-2(006)-2855/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 2855/2021 nömrəli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) birinci tələb üzrə iddia tələbinin rədd edilməsi, birinci tələb üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, ikinci tələb üzrə iddia tələbinin rədd edilməsi, ikinci tələb üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılar Cavabdeh1 və X2 aid edilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci tarixli, 2(103)-3533/2022 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5150/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2022-ci il tarixli qətnaməsinin İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddianın rədd olunmasına aid hissədə ləğv edilmiş və həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-960/2023 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2855/2021 nömrəli qətnaməsi apellyasiya icraatının predmeti olan, yəni İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddianın rədd olunması hissəsində ləğv edilmiş və həmin hissədə idda təmin edilmiş, İddiaçı ilə Bakı şəhəri Nəsimi Bələdiyyəsi arasında bağlanmış Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli, 02/85 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanda icarəyə verilmiş 400 kv metr torpaq sahəsinin zəbt olunmuş hissəsindən (200 kv metr hissədən) cavabdehlər Cavabdeh1 və X1 çıxarılması və torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4347/2023 nömrəli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. 01.04.2024-cü il tarixdə Cavabdeh1 və X4 məhkəməyə müraciət edərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2855/2021 nömrəli qətnaməsinin rəsmi şəkildə təqdim olunmadığını bildirərək qəbz vasitəsilə təqdim edilməsini xahiş etmişlər.
10. Həmin qətnamədən Cavabdeh1 və X4 xx.xx.2024-cü il tarixdə ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər və qətnamənin qismən - ikinci tələb üzrə iddiaçılar Cavabdeh1 və X1 cavabdehlər İddiaçı və Nəsimi Bələdiyyəsinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinin rədd edilməsi hissəsində ləğv edilərək həmin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 2855/2021 nömrəli qərardadları ilə həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətləri prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
12. Cavabdeh2 qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərardad hakim tərəfindən qanun pozuntusuna yol verməklə qəbul edilmişdir. Belə ki, qərardad onunla əsaslandırılmışdır ki, şikayət verilmiş məhkəmə qətnaməsi qanunvericiliyə uyğun şəkildə sifarişli-xəbərnaməli poçt göndərişi ilə X2 rəsmi qaydada təqdim edilmişdir. Lakin bildirir ki, müvafiq poçt göndərişinə Cavabdeh2 tərəfindən imza edilməmiş və həmin tarixdə təhvil alınmamışdır. Bundan sonra, Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək həmin qətnamənin ona rəsmi qaydada verilməsini tələb etmiş, xx.xx.2024-cü il tarixdə qəbz vasitəsilə məhkəmədən əlbəəl təhvil almışdır. Ona görə də hesab edir ki, hazırki işə apellyasiya instansiyası məhkəməsində şifahi icraat qaydasında baxılmalı, Cavabdeh2 dindirilərək onun tərəfindən məhkəmə qətnaməsinin rəsmi şəkildə alındığı tarix aydınlaşdırılmalı, şəxsin imzasını saxtalaşdırmış şəxs barəsində xüsusi qərardad qəbul edilməlidir.
14. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
15. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
16. Cavabdeh2 məhkəməyə vəsatətlə müraciət edərək şikayətə məhkəmə iclasında baxılmasını xahiş etsə də, məhkəmə kollegiyası işə şifahi icraat qaydasında baxılmasına əsaslar olmadığı qənaətinə gəlmişdir.
17. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. İşdən görünür ki, ikinci tələb üzrə birgə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qardaşdılar və iddia ərizələrində bir ünvanda yaşadıqlarını, mübahisəli torpaq sahəsinin onların istifadəsində və sahibliyində olduğunu göstərmişlər. Hətta onlar tərəfindən hazırda ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində də eyni ünvan göstərilmişdir.
21. İşdə olan qəbzdən görünür ki, Cavabdeh1 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini xx.xx.2022-ci il tarixdə qəbzə imza etməklə qəbul etmiş, həm birinci, həm də ikinci dəfə mülki işə apellyasiya qaydasında baxılarkən vəkili və nümayəndəsi Vəkil1 ilə məhkəmə iclaslarında iştirak etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-960/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir.
22. Bundan başqa, mülki iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu zaman da məhkəmə bildirişləri tərəflərə ( İİ cild, iş v.9) göndərilmişdir.
23. Belə olan halda, birgə iddiaçılardan birinin məhkəmə iclaslarında aktiv iştirak etməsi, sonuncu apellyasiya instansiya məhkəməsinin qətnaməsini kassasiya qaydasında mübahisələndirilməsi, lakin onunla eyni ünvanda yaşayan digər iddiaçının (qardaşının) qəbul edilmiş məhkəmə aktlarından məlumatlı olmaması inandırıcı və ağlabatan deyil.
24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 apellyasiya şikayətini qaytarmaqda haqlı olmuşdur. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-2855/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.