Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4451/2024 12.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Timoti Tarrant, Andree Simon, Cavabdeh X2-Bank Kredit Təşkilatı və “Finca İnternational”a qarşı "əmək kitabçasının təhvil verilməsi və mənəvi zərər" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli (e-2(006)-944/2024 nömrəli mülki iş üz, hakim R.Xəlilov) qətnamə qəbul edərək, iddia tələbini rədd etmişdir. Nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, lakin bir neçə gün sonra birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli məktubla müraciət edərək, iddiaçı tərəfindən məhkəməyə ərizə verildiyini bildirmiş, bu səbəbdən yaranmış zərurətlə əlaqədar mülki işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunu, habelə iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsini nəzərdən keçirən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vəkillə təmin edilməsi və apellyasiya şikayətinin verilməsi məsələsinin araşdırılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 357-358, 366 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(103)- 4451/2024 nömrəli mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4451/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4451/2024
12.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver