Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4452/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin ləğvi və pulun geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1579/2022 saylı 21 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 31 may 2021-ci il tarixli 3M-1734 nömrə ilə qeyd edilmiş barışıq razılaşması barədə müqavilənin ləğv edilməsi və sonuncudan 15000 manat pul vəsaiti, 312,5 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 31 may 2021-ci il tarixdə onunla cavabdeh arasında Barışıq sazişi bağlanmış, Sazişə görə Cavabdeh X7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ünvanında yerləşən 3 saylı evin 18 saylı mənzilinin onun adına özgəninkiləşdirilməsinə razılıq verilməsi müqabilində cavabdehə 15.000 manat pul ödəmişdir. O, müqavilənin təsdiq edilməsi üçün 92 manat dövlət rüsumu da ödəmişdir. Məqsəd Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 3 saylı evin 18 saylı mənzilinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi və həmin mənzil üzrə məhkəmə mübahisəsinin yekunlaşması olmuşdur. xx.xx.2020-ci il tarixli, 2V-762 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə görə xx.xx.2013-cü il tarixdə vəfat etmiş atası X6 yeganə vərəsəsi kimi o, pay almalıdır. Digər əmlaklardan başqa, bu Şəhadətnaməyə əsasən miras əmlak ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007 tarixdə X7 verilmiş **********27- 05***-******* reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,8 kv.m, yaşayış sahəsi 47 kv.m 3 otaqlı olan mənzildir. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2V-762 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.2013-cü il tarixdə ölmüş X6 qanun üzrə vərəsəsi kimi tanınmaqla, ona çatan paya dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi, İddiaçı Ələm oğluna, maraqlı şəxslər X3 və X4 qarşı miras əmlakın qəbulu tələbinə dair iddianın rədd edilməsi, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)- 2193/2021 nömrəli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Şəhər Məhkəməsinin üzrə 12 mart 2021-ci il tarixli 2(060)-1164/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan sonra 31 may 2021-ci ildə onlar barışıq sazişi bağlamışlar və Araz miras əmlak olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,8 kv.m., yaşayış sahəsi 47 kv.m. 3 otaqlı olan mənzilə münasibətdə həmin mənzilin özgəninkiləşdirilməsinə icazə verilməsi öhdəliyini götürmüşdür. Lakin, barışıq sazişi ilə o öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, 15.000 manatı ödəməsinə baxmayaraq, Araz öz öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-2193/2021 nömrəli qətnaməsindən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1579/2022 saylı 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, cavabdehin saziş üzrə öhdəliklərini icra etməməsi tam sübuta yetirilmişdir. Sazişin bağlanmasının məqsədi cavabdehlə arasında olan vərəsəlik mübahisəsi başa çatanadək miras əmlak olan ünvan 2 ünvanında yerləşən mənzilin satılması idi, Arazın saziş üzrə öhdəliyi onunla arasındakı vərəsəlik mübahisəsi bitənədək ərizəsinə əsasən qoyulduğu məhdudiyyətin götürülməsi idi, lakin məhdudiyyət mübahisə bütün instansiyalardan keçdikdən sonra prosessual qanunvericiliyə uyğun olaraq götürülmüşdür. Yəni məhdudiyyətin götürülməsində cavabdehin rolu olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İddiaçı qeyd etdi ki, cavabdeh həbsin götürülməsi barədə ərizə verməsinə baxmayaraq, faktiki buna razı olmamış, qətnamədən həm apelyasiya şikayəti, həm də kassasiya şikayəti vermişdir. Həmçinin kassasiya instansiya məhkəməsinin qərarı qəbul edildikdən sonra da, həbsin götürülməsi barədə onun ərizəsinə məhkəmədə baxılarkən də cavabdehin vəkili-nümayəndəsi məhdudiyyətin götürülməsinə razı olmamışdır. Barışıq sazişinin şərtlərinə cavabdeh əməl etməmişdir, ona görə də verdiyi pulun cavabdehdə qalması əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, mənzildən başqa da miras əmlaklar olmuş, barışıq isə yalnız iki əmlak barəsində bağlanmış, həmin əmlaklarla bağlı da vəsatət vermişdilər. Digər əmlaklarla bağlı mübahisələr isə davam etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə X7 verilmiş **********27-05101-093005 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.8 kv/m, yaşayış sahəsi 47 kv/m, 3 otaqlı olan mənzildən ibarətdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3M-1734 reyestr nömrəli Barışıq sazişinin surətindən görünür ki, həmin sazişə əsasən İddiaçı (bundan sonra “Birinci tərəf”) və Cavabdeh (bundan sonra “İkinci tərəf”) birlikdə (bundan sonra “Tərəflər”) bu razılaşmanı aşağıdakı şərtlərlə bağlamışdırlar: İddiaçı mübahisə predmeti olan X7 məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ünvanında yerləşən 3 saylı evin 18 nömrəli mənzilinin üzərinə qoyulmuş qeydiyyatla bağlı məhdudiyyətin götürülməsi razılıq verilməsi müqabilində Cavabdeh 15000 manat pul məbləğini notariusun depozit hesabı vasitəsi ilə ödəmiş, İddiaçı isə torpağa mülkiyyət hüququna dair dövlət Aktı, JN 355, kod 30304018 olan Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə X7 və X2 məxsus 0.32 ha kənd təsərrüfatlı təyinatlı torpağın Cavabdeh adına sənədləşdirilməsinə və özəlləşdirilməsinə razılıq verməyi öhdəsinə götürmüşdür; Cavabdeh mübahisə predmeti olan X7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ünvanında yerləşən 3 saylı evin 18 nömrəli mənzilinin İddiaçı adına özgəninkiləşdirilməsinə razılıq verilməsi müqabilində İddiaçı 15000 manat pul məbləğini notariusun depozit hesabı vasitəsi ilə qəbul etmişdir; X1 məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ünvanında yerləşən 3 saylı evin 18 nömrəli mənzili və torpağa mülkiyyət hüququna dair dövlət Aktına əsasən JN 355, kod 30304018 olan Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə X7 və X2 məxsus 0.32 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin gələcəkdə heç bir mübahisə və məhkəmə predmeti olmayacağı barədə razılaşmışlar. İş materiallarında olan Cavabdeh tərəfindən Sumqayıt şəhər Məhkəməsinə ünvanlanmış 31 may 2021-ci il tarixli ərizənin surətindən görünür ki, müvafiq ərizə ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1164/2021 saylı xx.xx.2021-ci tarixli qərardadının ləğv ediməsi, işə mahiyyəti üzrə baxılıb həll edilənədək iş üzrə qəbul olunacaq qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, Şəm Rəhimov küçəsində yerləşən 3 saylı evin 18 saylı mənzilinin cavabdeh tərəfindən özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsinə dair yeni qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinə ünvanlanmış 03 iyun 2021-ci il tarixli vəsatətin surətindən görünür ki, müvafiq vəsatət ilə işə apelyasiya qaydasında baxılması üçün təyin edilmiş xx.xx.2021-ci il tarixədək Bakı şəhəri, Nərimanov rayonu, Şəm Rəhimov küçəsində yerləşən 3 saylı evin 18 saylı mənzilinin cavabdeh tərəfindən özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsinə dair yeni qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)- 1164/2021 nömrəli qərardadının surətindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-1164/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdehlər Sumqayıt Regional «ASAN xidmət» Mərkəzində Notariat ofisinə və İddiaçı Ələm oğluna, maraqlı şəxslər X3 və X5 qarşı “miras əmlakın qəbul edilməsi tələbinə” dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2193/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1164/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-6503/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2193/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh İddiaçı Ələm oğlunun ərizəsi əsasında Sumqayıt şəhər Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli 2(060)-1164/2021 saylı qərardadının ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsində yerləşən 3 saylı evin 18 saylı mənzilinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinə əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ünvanında yerləşən 3 saylı evin 18 nömrəli mənzilinin üzərinə qoyulmuş qeydiyyatla bağlı məhdudiyyətin götürülməsi razılıq verilməsi müqabilində Cavabdeh 15000 manat ödəməyi, İddiaçı isə torpağa mülkiyyət hüququna dair dövlət Aktı, JN 355, kod 30304018 olan Quba rayonu, Alekseyevka kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə X7 və X2 məxsus 0.32 ha kənd təsərrüfatlı təyinatlı torpağın Cavabdeh adına sənədləşdirilməsinə və özəlləşdirilməsinə razılıq verməyi öhdələrinə götürmüşdlər. İddiaçı sazişin şərtlərinə uyğun olaraq 15000 manat pul məbləğini notariusun depozit hesabı vasitəsi ilə ödəmişdir. Cavabdeh tərəfindən isə barışıq sazişinin şərtlərinə əməl edilməmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili barışıq sazişi bağlandıqdan sonra Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)- 1164/2021 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayətinin müdafiə edilməsinin, sonra isə kassasiya şikayəti verilməsinin səbəbi kimi göstərmişdir ki, tərəflərin mərhum atasından bir çox miras əmlak qalmış, barışıq isə yalnız iki əmlak barəsində olmuşdur, ona görə də apelyasiya şikayətindən imtina bütün miras əmlakdan imtina ilə nəticələnə bilərdi. Kollegiya bununla bağlı bildirir ki, əvvəla barışıq sazişi ilə razılaşma iki əmlak barəsində olmuşdur, digər tərəfdən isə Cavabdeh razılıq əldə edilmiş iki əmlaka aid hissədə apelyasiya şikayətindən imtina etmək hüququna malik olmasına baxmayaraq, həmin hissələrdə də apelyasiya şikayətini müdafiə etmiş, daha sonra isə kassasiya şikayəti vermişdir. İş materiallarında cavabdeh tərəfindən özgəninkiləşdirilməyə qoyulmuş qadağanın ləğv edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinə, daha sonra isə Sumqayıt Apelyasiya Məhkəməsinə ərizələr verilməsi görünsə də, həmin ərizələrin formal xarakter daşıması aydındır. Tərəflər arasında barışıq sazişi xx.xx.2021-ci il tarixdə bağlanmasına baxmayaraq (hansı ki, sazişin şərtinə görə 15000 manat müqabilində cavabdeh mənzil üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasına razılıq verməsi barədə öhdəlik götürməklə faktiki olaraq həmin mənzilə olan iddiasından vaz keçdiyini bəyan etmişdir), işə apelyasiya qaydasında xx.xx.2021-ci il tarixdə baxıldığı zaman o, apelyasiya şikayətini tam, yəni həm də mübahisəli mənzil barəsində müdafiə etmiş, sonra eyni əsaslarla, yəni mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tam etibarsız hesab edilməsi və həmin mənzilə onun vərəsəlik hüququnun tanınmalı olması barədə dəlillərlə əsaslandırılmış kassasiya şikayəti vermiş, daha sonra isə, qətnamə qanuni qüvvəsini aldıqdan sonra, həmin iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş iddianı təmin etmə tədbirinin ləğv edilməsi barədə ərizəyə baxılarkən həmin ərizənin təmin edilməməsini xahiş etmişdir, yəni mənzilin özgəninkiləşdirməsinə qoyulmuş qadağanın ləğv olunmasına etiraz etmişdir. Buradan da aydın olur ki, ərizələr formal olaraq verilmiş, həmin ərizələrin nəticəsi olmamış, hazırki iş üzrə cavabdeh özgəninkiləşdirilməyə qoyulmuş qadağanın ləğv edilməsi niyyətində olmamışdır. Mülki Məcəllənin 881.1-ci maddəsinə görə, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Mülki Məcəllənin 881.2-ci maddəsinə görə, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməmiş, üzərinə götürdüyü öhdəliyi icra etməyərək, müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Bunun nəticəsində isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. İddiaçı məhkəmədən kənar qaydada müqavilənin ləğvi və ödənilmiş 15000 manatın geri qaytarılması barədə cavabdehə pretenziya göndərmiş, lakin sonuncu pretenziyanı (məktubu) qəbul etməkdən imtina etmişdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-cü maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məcəllənin 424.2-ci maddəsinə görə, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məcəllənin 424.5-ci maddəsinə görə isə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kollegiya göstərilən halları nəzərə alıb hesab edir ki, İddiaçı Barışıq sazişinin ləğv edilməklə, həmin saziş əsasında ödədiyi pulun geri qaytarılmasını və sazişin məhz cavabdehin təqsiri üzündən ləğv olunması əsası ilə dəyən zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Zərərin məbləği ilə bağlı Kollegiya qeyd edir ki, illik 5 % əsas götürülməklə, 15000 manatın 5 ay üçün gecikdirilən ümumi məbləği 312,5 manat təşkil edir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, məhkəmənin qətnaməsi ləğv edilməli və hazırki iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1579/2022 saylı iş üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 may 2021-ci il tarixli Barışıq sazişi ləğv edilsin. Həmin saziş üzrə ödənilmiş 15000 manat və 312,5 manat əldə çıxmış fayda, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4452/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4452/2022
06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver