Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4452/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: hərrac, hərracın nəticələrinin etibarsız hesab edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs - "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" MMC-yə ("xxxx" ASC və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı “Nikoyl" İKB-nin xeyrinə 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 51697,97 ABŞ dolları əsas, 25207,13 ABŞ dolları faiz, 1840,91 ABŞ dolları cərimə olmaqla ümumilikdə 78 746,01 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrracda satılması və mənzilin açıq hərracda ilkin satış qiymətinin 135 000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitdən 78 746,01 aBş dolları məbləğində pulun "xxxx" İKB-nə ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin pulun İddiaçı verilməsi, mənzilin açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması və İddiaçı ilə "xxxx" İKB arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət olunmuşdur.
2. Həmin qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini alaraq xx.xx.2019cu il tarixdə icraya yönəldilmiş, ipoteka predmetinin hərracdan satışının təşkil edilməsi üçün Yasamal rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-nə xx.xx.2020-ci il tarixdə sifariş məktubu göndərilmişdir.
3. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nə, İddiaçı və icra sənədi üzrə digər borclulara bildiriş göndərilmiş, bildirişdə ünvan 1 ünvanında yerləşən mənzilə dair hərracın ilkin satış qiyməti 135 000 manat olmaqla xx.xx.2020-ci il tarixdə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) keçiriləcəyi barədə məlumat verilmiş, borclulara göndərilmiş bildiriş 05-xx.xx.2020-ci il tarixlərində ipoteka predmetinin yerləşdiyi ünvanda İddiaçı və digər borclular (onun ailə üzvləri) tərəfindən poçt xəbərnaməsinin kötüyünə imza edilməklə qəbul olunmuşdur.
4. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nə və İddiaçı, o cümlədən digər borclulara bildiriş göndərilmiş, bildirişdə ünvan 1 ünvanında yerləşən mənzilə dair hərracın satış qiyməti 114 750 manat olmaqla xx.xx.2020-ci il tarixdə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) keçiriləcəyi barədə məlumat verilmiş, borclulara göndərilmiş bildiriş xx.xx.2020-ci il tarixdə ipoteka predmetinin yerləşdiyi ünvanda İddiaçı və digər borclular (onun ailə üzvləri) tərəfindən qəbul olunmuşdur.
5. ünvan 1 ünvanında yerləşən mənzillə bağlı ilkin və təkrar hərracın keçirilməsi barədə “Atribut” və “Birja yenilikləri” qəzetlərində elanlar verilmişdir.
6. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nə təklif məktubu ünvanlanmış, surəti İddiaçı, o cümlədən digər borclulara göndərilən məktubda ünvan 1 ünvanında yerləşən mənzillə bağlı keçirilən hərracların baş tutmadığı və bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edildiyi diqqətə çatdırılmaqla, əmlakın ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 86 062,50 manata tələbkar banka təklif edildiyi bildirilmişdir.
7. "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, "xxxx" ASC ünvan 1 ünvanında yerləşən mənzili 86 062,5 manata əldə etmişdir.
8. ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə "xxxx" ASC-nin adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. İddiaçı (iddiaçı) “Azərbaycan Respublikası Respublika Xammal və X4 Mərkəzi "xxxx" MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş “ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları” barədə 54/01-1 nömrəli protokolun nəticəsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı Apelllyasiya Məhkəməsinin Mülkü Kollegiyası tərəfindən verilmiş 09 aprel 2019-cu il tarixli icra vərəqəsinə əsasən ondan “Nikoyl" İKB-nin xeyrinə 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 51 697,97 ABŞ dolları əsas, 25207,13 ABŞ dolları faiz, 1840,91 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 78 746,01 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulmasına, tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilməsinə, həmin mənzilin hərrracda satılmasına və qeyd olunan ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 135 000 manat olmasına, satışdan əldə olunan vəsaitdən 78 746,01 ABŞ dolları məbləğində pulun "xxxx" İKB-nə ödənilməsinə, həmin borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin pulun ona verilməsinə, mənzil hərrac yolu ilə satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmasına və bankla onun arasında olan 15 yanvar 2015ci il tarixli kredit müqaviləsinin ləğvinə göstəriş verilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi icra vərəqəsində qeyd olunan ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satıılması üçün cavabdehə sifariş göndərmiş, cavabdeh isə öz növbəsində icra vərəqəsində qeyd olunan ipoteka predmetinə dair hərrac təşkil etmişdir. Bu yaxınlarda əldə etdiyi 54/01-1 nömrəli “Hərracın yekunları barədə protokol”dan görünür ki, ona məxsus mənzili tələbkar bank olan “Nikoyl" İKB 86 062,5 manata əldə etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən tərtib olunmuş “Hərracın yekunları barədə" olan 54/01-1 saylı protokol əsassız və qanunsuz təşkil olunmuş hərracın nəticələrinə dair olduğundan etibarsız hesab olunmalıdır. Belə ki, hərrac barədə məlumatı olmamış, ona heç bir məlumat verilmədən mülkiyyətində olan mənzil dəyərindən dəfələrlə ucuz qiymətə mənimsənilmişdir.
11. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu il tarixli icra vərəqəsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzilə tutma yönəldilməsi qət edilmişdir, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-150593/3 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən hərrac keçirilmişdir. Hərracın keçirilməsinə dair bildirişlər və ipoteka predmetinin əldə olunmasına dair təklif tərəflərə göndərilmiş, hərracın yekunlarına dair protokol 10 dekabr 2020-ci il tarixdə tərtib edilmiş, "xxxx" MMC ilə ipoteka saxlayan bank "xxxx" ASC arasında hərracın yekunları üzrə 10 dekabr 2020-ci il tarixli əmlakın alqısatqısı barədə müqavilə bağlanmışdır. "Yelo Bank” ASC xx.xx.2021 tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən, 33 nömrəli evin 6 nömrəli mənzilinə dair AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış almışdır. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır.
12. Birinci instansiya məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
13. Məhkəmə qənaətini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu il tarixli icra vərəqəsi və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx/xx-150593/3 №-li 25 sentyabr 2020-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 33 saylı evin 6 saylı mənzili ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş, bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar verilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" İKB ASC-nə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. İş materiallarından göründüyü kimi hərrac təşkilatı tərəfindən xx.xx.2020-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı bildiriş rəsmi qaydada xx.xx.2020-ci il tarixdə göndərilmiş, həmin bildiriş xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən şəxsən qəbul edilmiş, həmçinin “Birja Yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli tirajında müvafiq elanlar verilmişdir. Tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı hərracın keçirilməsi qanuni şəkildə həyata keçirilmişdir.
14. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcələlnin 415.2-ci, “İpoteka haqqında” Qanunun 41.2-ci, 41.3-cü, 42.1-ci, 42.3-cü, 42.4-cü, 42.6-cı, 42.8-ci, “İcra haqqında” Qanunun 53.2-ci, 62.2-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli və “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarlarına istinad etmişdir.
15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahat
17. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, bununla belə onun nümayəndəsi (vəkili) ərizə ünvanlayaraq başqa məhkəmə prosesində iştirak etməli olması ilə əlaqədar prosesin növbəti dəfə təxirə salınmasını xahiş etmiş, "xxxx" MMC və Yasamal rayon İcra şöbəsi də nümayəndələrini məhkəməyə göndərməmişlər.
18. İşin halları, iddiaçının nümayəndəsinin ərizədə qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, əvvəlki məhkəmə iclasının da iddiaçının vəsatəti (ərizəsi) əsasında təxirə salındığı, habelə şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
19. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
21. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
22. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
23. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
24. Maddə 43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əmlakın satılması ilə bağlı hərraclar qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, icra icraatının tərəfləri hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə lazımi qaydada məlumatlandırılmışlar.
32. Bu qənaətə gələrkən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.
33. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-556/2023 saylı iş üzrə 23 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə