Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4453/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin öz əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” barədə ilkin, Cavabdeh1 İddiaçı qarşı “mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-190/2019 saylı, 01 aprel 2021-ci il tarixli qərardadından X3 şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin öz əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 (azyaşlı olan qızı X6 ilə birlikdə), Cavabdeh2 Mirzə oğlunun və Cavabdeh3 özlərinə məxsus əşyaları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178,4 kv.metr sahəsi olan 84 nömrəli (əvvəlki nömrəsi 78) mənzildən çıxarılmaları və ona məxsus olan ünvan 1 ünvanında “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178,4 kv.metr sahəsi olan 84 nömrəli (əvvəlki nömrəsi 78) mənzilin təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı “mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1, “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178,4 kv.metr sahəsi olan 84 nömrəli (əvvəlki nömrəsi 78) mənzilə çəkdiyi zərərin əvəzi olaraq 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin, mənəvi zərərin əvəzi olaraq 40.000 (qırx min) manat məbləğində vəsaitin, qarşılıqlı iddia tələbinin qaldırılması üçün onun tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qətnaməsi ilə ilkin iddia ərizəsinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 (azyaşlı olan qızı X6 ilə birlikdə), Cavabdeh2 Mirzə oğlunun və Cavabdeh3 özlərinə məxsus əşyaları ilə birlikdə iddiaçıya məxsus olan ünvan 1 ünvanında “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178,4 kv.metr sahəsi olan 84 nömrəli (əvvəlki nömrəsi 78) mənzildən çıxarılmaları, ünvan 1 ünvanında “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178,4 kv.metr sahəsi olan 84 nömrəli (əvvəlki nömrəsi 78) mənzilin İddiaçı təhvil verilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi müəyyən edilmişdir. Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qətnaməsindən 18 aprel 2019-cu il tarixdə apelyasiya şikayəti verilərək, müvafiq qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli 2(103)- 14068/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli 2(102)-4787/2020 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli 2(103)-14068/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və onun vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, müvafiq qətnamə Cavabdeh1 aid mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh2 aid hissədə isə ləğv edilməsi qərara alınmışdır. 29 mart 2021-ci il tarixdə maraqlarına toxunan X6 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti və prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair ərizə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-190/2019 saylı, 01 aprel 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmış, məhkəmə bu qərarını belə əsaslandırmışdır ki, qətnamə onun hər hansı bir qaydada maraqlarına toxunmur, eyni zamanda bu məsləyə artıq hüquqi qiymət verilmişdir. X1 qərardaddan verdiyi şikayət də məhkəmənin 05 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin qətnamənin Fatimə Əlilinin maraqlarına toxunamdığı barədə qənaəti ilə razılaşmasa da, hesab edir ki, məhkəmə ümumi olaraq düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 49.1-ci, 49.3-cü və 49.4-cü maddələrinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. İş materiallarından görünür ki, qətnamə qəbul edilən vaxt Fatimə Əlili yetkinlik yaşına çatmayan şəxs olmuş, qeyd olunan iş üzrə anası (qanuni nümayəndəsi) X2, qardaşı X4 məhkəmənin qətnaməsini mübahisələndirmişlər və bu məsələlərə hüquqi qiymət verilmişdir. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Bu konteksdə kollegiya hesab edir ki, X3 apellyasiya şikayətinə baxılmasını tələb etməsi əslində, əvvəllər qiymət verilmiş məsələyə yenidən baxılması xahişini ehtiva edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-190/2019 saylı, 01 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4453/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4453/2021
05.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver