Məhkəmə qərarları › İş №2(103)-4455/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4455/2021

02.06.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4455/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdehlər Cavabdeh1 MMC və (həmçinin iddiaçı) Cavabdeh2 QSC BOKT-nın nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(004)-204/2021saylı qətnaməsindən cavabdeh (həmçinin iddiaçı) Cavabdeh2 QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 QSC BOKT-a və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” MMC-yə və “xxxx” ASC-yə qarşı “öhdəliyin tam icra edilməsi barədə yazılı arayışın verilməsi və borc öhdəlikləri barədə qeydlərin kredit reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 21.05.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, onun “xxxx” ASC-yə borcu olmamasına dair yazılı arayış verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 QSC BOKT-nın üzərinə qoyulması, onun adına aktiv öhdəlik olaraq qeyd edilmiş TOSSİK_6918 nömrəli hesab və 07.07.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə TOSSİK_6918 nömrəli hesabda faiz borcu kimi 7.956,00 ABŞ dolları borcun olmasına dair qeydlərin kredit reyestrindən silinməsi barədə “xxxx” MMC-yə rəsmi müraciət edilməsi öhdəliyinin - məlumat təchizatçısı kimi Cavabdeh2 QSC BOKT-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 QSC BOKT cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə yaranmış faiz borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 31.05.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış 07.07.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə yaranmış 7.956,02 ABŞ dolları faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh2 QSC BOKT-a ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01.09.2020-ci il tarixli, 2(001)-3295/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 QSC BOKT-nın cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə yaranmış faiz borcunun ödənilməsi” tələbinə dair 2(001)-3295/2020 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 QSC BOKT-a və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər“ xxxx” MMC-yə və “xxxx” ASC-yə qarşı “öhdəliyin tam icra edilməsi barədə yazılı arayışın verilməsi və borc öhdəlikləri barədə qeydlərin kredit reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2(004)-3031/2020 nömrəli mülki işlə bir icraatda birləşdirilərək birgə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hər iki işə bir icraatda baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(004)-204/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı “xxxx” ASC-yə borcu olmamasına dair yazılı arayışın verilməsi öhdəliyi cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 QSC BOKT-nın üzərinə qoyulması, İddiaçı adına aktiv öhdəlik olaraq qeyd edilmiş TOSSİK_6918 nömrəli hesab və 07.07.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə TOSSİK_6918 nömrəli hesabda faiz borcu kimi 7.956,00 ABŞ dolları borcun olmasına dair qeydlərin kredit reyestrindən silinməsi barədə “xxxx” MMC-yə rəsmi müraciət edilməsi öhdəliyi - məlumat təchizatçısı kimi Cavabdeh2 QSC BOKT-nın üzərinə qoyulması, ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, iddiaçı Cavabdeh2 QSC BOKT-nın cavabdeh İddiaçı qarşı “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış 07.07.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə yaranmış 7.956,02 ABŞ dolları faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh2 QSC BOKT-a ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh2 QSC BOKT-a aid edilməsi qət olunmuşdur. Cavabdeh (həmçinin iddiaçı) Cavabdeh2 QSC BOKT qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(004)-204/2021saylı qətnaməsinin ləğv edilməsini və Cavabdeh2 QSC-nin iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, sözügedən mülki iş üzrə qətnamə çıxarılarkən məhkəmə tərəfindən sorğu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən əldə edilmiş 11 aprel 2016-cı il tarixdə keçirmiş olduğu xəttşünaslıq ekspertizasının rəyinə istinad edilərək kredit müqaviləsində olan imzanın İddiaçı aid olmadığına əsaslanaraq qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, işin gedişatı zamanı məhkəmə tərəfindən yenidən xəttşünaslıq ekspertizası təyin edilməli, kredit və kassa məxaric orderlərində olan imzaların cavabdeh İddiaçı məxsus olmasına dair yeni ekspert rəyi alınmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 MMC və (həmçinin iddiaçı) Cavabdeh2 QSC BOKT-nın nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə etdi, izahatında qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə Cavabdeh2 QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsinə dair” 11.08.2015-ci il tarixli müqaviləyə əsasən “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh2 QSC-yə keçmişdir. Cavabdeh2 QSCnin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********* nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (Cavabdeh1 MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədər Cavabdeh2 QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alması ilə bağlı borclu şəxs İddiaçı dair sənədlər S-FK-XAC-64 nömrəli 19.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh2 QSCyə verilmişdir. “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış 07.07.2006-cı il tarixli, 546/06 saylı kredit müqaviləsi üzrə illik 15% hesablanmaqla 12 ay müddətinə İddiaçı 101.025 ABŞ dolları kredit verilmişdir. Həmin müqavilə üzrə əsas borc tam ödənilsə də, müqavilə üzrə 7.956 ABŞ dolları faiz borcu ödənilməmişdir. Odur ki, 7.956 ABŞ dolları faiz borcunun ödənilməsini İddiaçı tələb edirlər. Əlavə olaraq qeyd edir ki, “xxxx” ASC-nin külli miqdarda pul vəsaitinin ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Azərbaycan Respublikası DİN BMCMİ İstintaq və Təhqiqat İdarəsində “xxxx” ASC-nin Xaçmaz filialının kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X4 və digərlərinin barəsində olan cinayət işinin istintaqı ilə bağlı “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış 07.07.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsinin və 07.07.2006-cı il tarixli kassa məxaric orderinin əsli bankdan götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir, bu səbəbdən həmin sənədlərin əslini məhkəməyə təqdim edə bilmir. Bundan başqa, “xxxx” MMC-nin verdiyi 19.02.2020-ci il tarixli SF-3701 nömrəli çıxarışda İddiaçı adına verilmiş TOSSİK_6918 hesabı üzrə 7.956 ABŞ dolları faiz borcu olması; kreditin verilmə tarixinin 19.01.2018-ci il; kreditin ilkin müqavilə üzrə bitmə tarixinin 20.01.2018-ci il; kreditin son müqavilə ilə bitmə tarixi 20.01.2018-ci il; faizlərin gecikdirilmiş günlərinin sayı 748 gün kimi göstərilməsinə aydınlıq gətirərək bildirdi ki, Cavabdeh2 QSC BOKT tərəfindən İddiaçı hər hansı bir kredit verilməmişdir, bu tarixlər “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış 07.07.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə yaranmış 7.956 ABŞ dolları faiz borcuna dair sənədlərin Cavabdeh2 QSC BOKT-a təhvil verilməsinə dair 19.01.2018-ci il tarixli təhvil-təslim aktının tarixi olaraq göstərilmişdir. İddiaçı “xxxx” ASC-nin Xaçmaz filialına yalnız 07.07.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə yaranmış 7.956 ABŞ dolları faiz borcu vardır və hazırda həmin borcun ödənilməsini tələb etmək hüququ Cavabdeh2 QSC BOKT-a verildiyinə görə, məhkəmədə bu borcun ödənilməsinə dair iddia qaldırılmışdır. Bu barədə məhkəməyə yazılı ərizə təqdim edir. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilsin. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, İddiaçı “xxxx” ASC-nin Xaçmaz filialı ilə 07.12.2005-ci il tarixdə kredit müqaviləsi bağlayaraq “Qaz-31105-120” markalı, 2007-ci il buraxılışlı avtomobil almaq üçün 18 ay müddətinə 4.550 ABŞ dolları borc almış və avtomobili ipoteka ilə yüklü etmişdir. İddiaçı 07.12.2005-ci il tarixli kredit müqaviləsi üzrə aldığı 4.550 ABŞ dolları borcu və hesablanmış faizləri vaxtından əvvəl banka qaytararaq müqavilə öhdəliyini icra etmiş və 10.04.2016-cı il tarixdə krediti tam ödəmişdir. 07.12.2005-ci il tarixli kredit müqaviləsi üzrə borcunu 10.04.2016-cı il tarixdə tam ödəməsi və banka borcu olmaması barədə İddiaçı “xxxx” ASC-nin Xaçmaz filialı tərəfindən 17.01.2013-cü il tarixli, 27 nömrəli arayış verilmişdir. Bundan başqa İddiaçı ilə “xxxx” ASC arasında hər hansı bir kredit müqaviləsi bağlanmamış və İddiaçı borc verilməmişdir. Cavabdeh2 QSC BOKT İddiaçı 18.03.2020-ci il tarixli 1326 nömrəli məktub göndərərək bildirmişdir ki, “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış 07.07.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə illik 15 % hesablanmaqla 12 ay müddətinə İddiaçı 101.025 ABŞ dolları kredit verilmişdir, müqavilə üzrə 7.956 ABŞ dolları faiz borcu qalmışdır. Həmin borcun ödənilməsini İddiaçı tələb edir. Bununla bağlı bildirir ki, iddiaçı Cavabdeh2 QSC BOKT-nın iddia tələbində göstərilən “xxxx” ASCnin Xaçmaz filialı ilə İddiaçı arasında bağlandığı iddia edilən 07.07.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə İddiaçı 101.025 ABŞ dolları kredit verilməmişdir. İddiaçı 07.07.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsini və 101.025 ABŞ dolları pulun verilməsinə dair 07.07.2006-cı il tarixli kassa məxaric orderini imzalamamış və qeyd olunan 101.025 ABŞ dolları pulu “xxxx” ASC-nin Xaçmaz filialından almamışdır. 07.07.2006-cı il tarixli 546/06 nömrəli kredit müqavilədəki və 07.07.2006-cı il tarixli kassa məxaric orderindəki imzaların İddiaçı məxsus olmaması və bu imzaların “xxxx” ASC-nin Xaçmaz filialının kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X4 tərəfindən icra edildiyi “xxxx” ASC-nin külli miqdarda pul vəsaitinin ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Azərbaycan Respublikası DİN BMCMİ İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan cinayət iş üzrə təyin edilərək keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 11.04.2016-cı il tarixli, 7040 saylı ekspert rəyi ilə tamamilə sübuta yetirilmişdir. Hesab edir ki, İddiaçı bağlamadığı və imzalamadığı 07.07.2006-cı il tarixli 546/06 saylı kredit müqaviləsi üzrə bankın qarşısında hər hansı bir öhdəliyi yaranmadığına görə iddiaçı Cavabdeh2 QSC BOKT-nın İddiaçı qarşı 07.07.2006-cı il tarixli 546/06 saylı kredit müqaviləsi üzrə yaranmış 7.956,02 ABŞ dolları faiz borcunun tutulmasına dair iddiası tamamilə əsassız olduğundan rədd edilməlidir. O cümlədən bu müqavilədəki imza İddiaçı məxsus olsaydı belə, həmin müqavilə üzrə üç illik iddia müddəti də buraxıldığına görə də iddia rədd edilməlidir. Həmçinin “xxxx” MMC tərəfindən verilmiş 19.02.2020-ci il tarixli SF-3701 nömrəli çıxarışda İddiaçı Cavabdeh2 QSC BOKTa 19.01.2018-ci il tarixli kredit müqaviləsi üzrə 748 gecikmə gününə 7.956 ABŞ dolları TOSSİK_6918 hesabı üzrə borcu olduğu qeyd edilmişdir. Qeyd edir ki, İddiaçı Cavabdeh2 QSC BOKT-dan ümumiyyətlə kredit götürməmişdir, onun TOSSİK_6918 nömrəli hesabı olmamışdır, 19.01.2018-ci ildə Cavabdeh2 QSC BOKT İddiaçı heç bir borc verməmişdir. Azərbaycan Respublikası DİN BMCMİ İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan cinayət iş üzrə İddiaçı şahid qismində dindirilmiş, onun imza və xətt nümunələri alınmış və ekspertiza keçirilmişdir, keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 11.04.2016-cı il tarixli 7040 nömrəli ekspert rəyi ilə müqavilədəki və kassa məxaric orderindəki imzaların İddiaçı məxsus olmadığı tamamilə sübuta yetirilmişdir. Bu səbəbdən İddiaçı qarşı hər hansı bir ittiham verilməmişdir. İddiaçı ümumiyyətlə Cavabdeh1 MMC-yə, Cavabdeh2 QSC BOKT-a, “xxxx” MMC-yə və “xxxx” ASC-yə hər hansı bir borcu yoxdur. İddiaçı adının “xxxx” MMC-də borclu kimi göstərilməsi onun hüquqlarının pozulmasına səbəb olur və ona mənəvi əzab verir. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” MMC-yə və “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndələr məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, İddiaçı “xxxx” ASC-nin Xaçmaz filialı ilə 07.12.2005-ci il tarixdə kredit müqaviləsi bağlayaraq “Qaz-31105-120” markalı 2007-ci il buraxılışlı avtomobil almaq üçün 18 ay müddətinə 4.550 ABŞ dolları borc almış və avtomobili ipoteka ilə yüklü etmişdir. İddiaçı 07.12.2005-ci il tarixli kredit müqaviləsi üzrə aldığı 4.550 ABŞ dolları borcu və hesablanmış faizləri vaxtından əvvəl banka qaytararaq müqavilə öhdəliyini icra etmiş və 10.04.2016-cı il tarixdə krediti tam ödəmişdir. 07.12.2005-ci il tarixli kredit müqaviləsi üzrə borcunu 10.04.2016-cı il tarixdə tam ödəməsi və banka borcu olmaması barədə İddiaçı “xxxx” ASC-nin Xaçmaz filialı tərəfindən 17.01.2013-cü il tarixli 27 nömrəli arayış verilmişdir. Bundan başqa İddiaçı ilə “xxxx” ASC arasında hər hansı bir kredit müqaviləsi bağlanmamış və İddiaçı borc verilməmişdir. Cavabdeh2 QSC BOKT İddiaçı 18.03.2020-ci il tarixli 1326 nömrəli məktub göndərərək bildirmişdir ki, “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış 07.07.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə illik 15 % hesablanmaqla 12 ay müddətinə İddiaçı 101.025 ABŞ dolları kredit verilmişdir, müqavilə üzrə 7.956 ABŞ dolları faiz borcu qalmışdır. Bundan sonra İddiaçı və iddiaçı Cavabdeh2 QSC BOKT hazırkı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə Cavabdeh2 QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsinə dair” 11.08.2015-ci il tarixli müqaviləyə əsasən “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh2 QSC-yə keçmişdir. Cavabdeh2 QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********* nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (Cavabdeh1 MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101S saylı sərəncamının icrası ilə əlaqədər Cavabdeh2 QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alması ilə bağlı borclu şəxs İddiaçı dair sənədlər S-FK-XAC 64 nömrəli 19.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh2 QSC-yə verilmişdir. “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış 07.07.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə illik 15% hesablanmaqla 12 ay müddətinə İddiaçı 101.025 ABŞ dolları kredit verilmişdir. Həmin müqavilə üzrə əsas borc tam ödənilsə də, müqavilə üzrə 7.956 ABŞ dolları faiz borcu ödənilməmişdir. Odur ki, 7.956 ABŞ dolları faiz borcunun ödənilməsini İddiaçı tələb edirlər. “xxxx” MMC-nin verdiyi 19.02.2020-ci il tarixli SF-3701 nömrəli çıxarışda İddiaçı adına verilmiş TOSSİK_6918 hesabı üzrə 7.956 ABŞ dolları faiz borcu olması; kreditin verilmə tarixinin 19.01.2018-ci il; kreditin ilkin müqavilə üzrə bitmə tarixinin 20.01.2018-ci il; kreditin son müqavilə ilə bitmə tarixi 20.01.2018-ci il; faizlərin gecikdirilmiş günlərinin sayı 748 gün kimi göstərilməsinə iddiaçı Cavabdeh2 QSC BOKT-nın nümayəndəsi X2 məhkəmə iclasında aydınlıq gətirərək bildirdi ki, Cavabdeh2 QSC BOKT tərəfindən İddiaçı hər hansı bir kredit verilməmişdir, bu tarixlər “xxxx” ASCnin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış 07.07.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə yaranmış 7.956 ABŞ dolları faiz borcuna dair sənədlərin Cavabdeh2 QSC BOKT-a təhvil verilməsinə dair 19.01.2018-ci il tarixli təhvil-təslim aktının tarixi olaraq göstərilmişdir. “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı adından bağlanmış 07.07.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsinə əsasən illik 15% hesablanmaqla, 12 ay müddətinə İddiaçı 101.025 ABŞ dolları kredit verildiyi göstərilmişdir. (Surəti işə əlavə edilib, əsli cinayət işinə əlavə edilib) “xxxx” ASC-nin Xaçmaz filialının 07.07.2006-cı il tarixli kassa məxaric orderində göstərilir ki, “xxxx” ASC-nin Xaçmaz filialı tərəfindən İddiaçı 101.025 ABŞ dolları kredit verilmişdir. (Surəti işə əlavə edilib, əsli cinayət işinə əlavə edilib) Cavabdeh2 QSC BOKT-nın nümayəndəsinin vəsatəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübazirə İdarəsinə 15.10.2020-ci il tarixli sorğu göndərilərək, ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətlərinin davam etdirilib etdirilməməsi, İddiaçı həmin cinayət işində adının hansı qismdə keçməsi, həmin cinayət işinin hazırda məhkəməyə göndərilib-göndərilməməsi barədə ətraflı məlumat verilməsi, həmçinin, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 07.07.2006-ci il tarixli 546/06 saylı müqavilənin əslinin cinayət işinə əlavə edilmişdirsə, həmin müqavilədəki imzanın İddiaçı məxsus olub-olmamasının yoxlanılması üçün məhkəmə-xətşunaslıq ekspertizası keçiripmlmişdirsə, həmin ekspertiza rəyinin və müqavilənin təstiq olunmuş surətinin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübazirə İdarəsi 09.02.2021-ci il tarixli 6/43-534 nömrəli məktubla məhkəmənin sorğusuna cavab verərək bildirmişdir ki, “xxxx” ASC-nin külli miqdarda pul vəsaitinin ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində ibtidai istintaqı aparılan cinayət iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 11.04.2016-cı il tarixli 7040 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış 07.07.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsində “Borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Məmmədov” soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları pulun götürülməsi barədə 07.07.2006-ci il tarixli kassa məxaric orderində “Borc alan” qrafasındakı imza İddiaçı tərəfindən deyil, “xxxx” ASC-nin Xaçmaz filialının müdiri vəzifəsində işləmiş X11 oğlu tərəfindən icra edilmişdir. Hazırda cinayət işi üzrə “xxxx” ASC-nin Xaçmaz filialında kredit sənədlərinin saxtalaşdırılması epizodu üzrə aidiyyəti şəxslərin əməlinə hüquqi qiymət verilməsi üzrə aidiyyəti şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün araşdırma davam etdirilir. Sorğuya əsasən məhkəmə-xətşünaslıq ekspertizasının 11.04.2016-cı il tarixli 7040 nömrəli ekspert rəyinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.04.2016-cı il tarixli, 7040 saylı ekspertiza rəyinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış 07.07.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsində “Borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Məmmədov” soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları pulun götürülməsi barədə 07.07.2006-ci il tarixli kassa məxaric orderində “Borc alan” qrafasındakı imza İddiaçı tərəfindən deyil, “xxxx” ASC-nin Xaçmaz filialının müdiri vəzifəsində işləmiş X4 tərəfindən icra edilmişdir. Kollegiya qeyd edir ki, llik 15 % hesablanmaqla 12 ay müddətinə İddiaçı 101.025 ABŞ dolları kredit verilməsinə dair “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı adından bağlanmış 07.07.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsindəki “Borc alan” qrafasındakı imza, həmin filiala yazılmış ərizədə “Məmmədov” soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları pulun götürülməsi barədə 07.07.2006-ci il tarixli kassa məxaric orderində “Borc alan” qrafasındakı imza İddiaçı tərəfindən deyil, “xxxx” ASC-nin Xaçmaz filialının müdiri vəzifəsində işləmiş X4 tərəfindən icra edildiyinə görə, İddiaçı “xxxx” ASC-nin qarşısında hər hansı bir öhdəliyi yaranmamış, İddiaçı imzalamadığı müqavilə və 07.07.2006-cı il tarixli kassa məxaric orderində göstərilən 101.025 ABŞ dollarını almadığına görə, 101.025 ABŞ dollarına hesablanmış 7.956 ABŞ dolları faiz borcunun ödənilməsi üçün “xxxx” ASC-nin və Cavabdeh2 QSC BOKT-nın qarşısında hər hansı bir məsuliyyət daşımır. Cavabdeh2 QSC BOKT 07.07.2006-cı il tarixli müqavilə üzrə yaranmış 7.956 ABŞ dolları faiz borcunun ödənilməsini İddiaçı tələb edə bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı Cavabdeh2 QSC BOKT belə bir mötəbər sübutların mövcud olmasını təsdiq edən rəsmi sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh2 QSC BOKT iddia tələbi özü-özlüyündə əsassız olduğundan düzgün olaraq təmin edilməmiş, əksinə İddiaçı “xxxx” ASC-dən borc almaması və 07.07.2006-cı il tarixli müqavilə üzrə borcu olmaması rəsmi sənədlərlə sübuta yetirildiyinə görə, İddiaçı iddiası təmin edilməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Kollegiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.04.2016-cı il tarixli, 7040 saylı ekspertiza rəyi mövcud olduğu halda, apellyatorun yenidən ekspertiza keçirilməsi ilə bağlı dəlilini əsassız hesab edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh (həmçinin iddiaçı) Cavabdeh2 QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(004)- 204/2021saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar