Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4459/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 718/2024 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 718/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «Cavabdeh MMC-nin onun işdən azad olunmasına dair 25 iyun 2023-cü il tarixli KX-68-23 nömrəli əmrinin ləğv edilməsi, cavabdeh tərəfindən son haqq hesabı və bonuslara görə verilməli olan 2.500 manat pulun ödənilməsi və qanunsuz işdən çıxarıldığına görə cavabdehdən işdən çıxarıldığı gündən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi» tələbinə dair iddiasının iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilməsi qət edilmişdir. İddiaçı tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qətnaməsindən növbəti apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və s.» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qətnaməsindən apelyasiya şikayəti və “prosessual müddətin bərpası”na dair ərizə verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilməsi və apelyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh MMC tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 718/2024 nömrəli qərardadının ləğv edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması xahiş edilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MMCyə qarşı «Cavabdeh MMC-nin onun işdən azad olunmasına dair 25 iyun 2023-cü il tarixli KX-68-23 nömrəli əmrinin ləğv edilməsi, cavabdeh tərəfindən son haqq- hesabı və bonuslara görə verilməli olan 2.500 manat pulun ödənilməsi və qanunsuz işdən çıxarıldığına görə cavabdehdən işdən çıxarıldığı gündən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi» tələbinə dair iddiasının iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilməsi qət edilmişdir. İddiaçı tərəfindən həmin qətnamədən xx.xx.2024-cü il tarixdə apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 718/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(006)-718/2024 nömrəli qətnaməsindən növbəti apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və s.» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 718/2024 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qətnaməsindən apelyasiya şikayəti və “prosessual müddətin bərpası”na dair ərizə vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 718/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilməsi və apelyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddətin axımı həmin qətnamədən verilmiş şikayətin hər hansı səbəbdən (müddət istisna olmaqla) geri qaytarıldığı halda da davam edir. Başqa sözlə, 1 aylıq prosessual müddət mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə tam şəkildə cavab verən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuşdur. iddiaçı tərəf xx.xx.2024-cü il tarixdə qətnaməni rəsmi qaydada almış və ancaq xx.xx.2024-cü il tarixdə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərinə cavab verən (Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) apelyasiya şikayəti verməklə prosessual müddəti 21 gün ötürmüşdür və s. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 718/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və mülki işin şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 718/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(006)-718/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkilinin “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş və 1 aylıq müddət ötürülmədən iddiaçı tərəfindən apelyasiya şikayəti ilə müraciət edilmişdir. Lakin apelyasiya şikayətinin vaxtında verilməsinə baxmayaraq, verilmiş apelyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olmadığından (elektron kabinet vasitəsilə verilmədiyindən), şikayətin geri qaytarılması qərara alınmışdır. Eyni zamanda, qeyd edilməlidir ki, apelyasiya şikayətinin qaytarılmasına dair xx.xx.2024cü il tarixli qərardadın qəbul edilməsindən çox müddət keçməmiş, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəf qərardadda göstərilmiş nöqsanlar aradan qaldırılmaqla növbəti apelyasiya şikayəti vermiş, lakin prosessual müddətin bərpa olunmasına dair ərizə təqdim edilmədiyindən, şikayətin geri qaytarılması qərara alınmışdır. Hazırda isə verilmiş apelyasiya şikayətinin forma və məzmun cəhətdən qanunvericiliyin tələblərinə uyğun olması, həm də prosessual müddətin bərpasına dair ərizənin təqdim edilməsi iddiaçı tərəfin prosessual müddəti əsassız olaraq uzanmasına yol vermədiyinə dəlalət edir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim oldunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qərardadın çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cañete de Goñi İspaniyaya qarşı” işi üzrə qərarının 36-cı paraqrafında qeyd edilir ki, apelyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını nəzərə almaqla haqlı olaraq hesab etmişdir ki, apellyasiya şikayətinin verilməsi üçün müddət üzürlü səbəbdən ötürülmüş, bu səbəbdən müddətin bərpası barədə ərizə təmin edilmişdir Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf prosessual müddətin iddiaçı tərəfindən ötürülməsinə istinad etsə də, göründüyü kimi, prosessual müddət üzrlü səbəblərdən buraxılmışdır. Halbuki, iddiaçı tərəf ilk dəfə apelyasiya şikayəti ilə müraciət edərkən prosessual müddətlərə riayət etmiş və yol verdiyi nöqsanları aradan qaldıraraq apelyasiya şikayəti ilə müraciət etməklə, məhkəmə qətnaməsini mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4459/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4459/2024
23.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver