Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4463/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayıl qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə Nizam oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X5 Nazirliyinə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-761/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Əmək və X5 Nazirliyinə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Əmək və X5 Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmək və X5 Nazirliyi üzərinə , qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli **********2 saylı əmrini ləğv edib, onunla bağlanmış əmək müqaviləsinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci il tarixdən Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinin 1 nömrəli Tibbi X2 işləmişdir. Tibb sahəsində işlədiyi 37 il müddətində heç bir əmək və icra intizamını pozmamışdır. xx xxx 2019-cu il tarixdən 1 saylı DOST Mərkəzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 1 nömrəli X8 Komissiyasının böyük tibb bacısı işləmişdir. İşlədiyi kollektivdə əmək qaydalarına tam riayət edən, məsuliyyətli işçi kimi tanınmışdır. Kollektivdə hər kəsə hörmətlə yanaşmış və həmişə ona da xüsusi hörmət göstərilmişdir. Dəfələrlə ixtisasi ilə bağlı müsahibələrdən müvəffəqiyyətlə keçmişdir. Heç bir vaxt rəhbərlik tərəfindən töhmət, xəbərdarlıq almamış, əksinə həmişə nümunə göstərilmişdir. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli **********2 saylı əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsas tutaraq, onu tutduğu vəzifədən azad etmiş və onunla bağlanmış müqaviləyə xitam verilmişdir. Amma cavabdeh həmin əmri ona rəsmi qaydada təqdim etməmiş və onun ünvanına göndərməmişdir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı Əzimova X4 rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdehin səlahiyətli nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində 2016-cı il tarixdən aparıcı məsləhətçi vəzifəsində işləyir. İddiaçını sadəcə olaraq bir işçi kimi tanıdığını və yalnız əmək kitabçasını təqdim etdiyi zaman ilk dəfə üzbəüz gördüyünü qeyd etmişdir. İddiaçı əmək kitabçasını götürmək üçün xidmətə müraciət edərək, əmək kitabçasını xx xxxxxx 2019-cu il tarixdə əmək kitabçalarının qeydiyyatı kitabına imza çəkərək götürdüyünü bildirmişdir İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X7 yerinə dair arayışdan görünür ki, İddiaçı Nazirliyin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 1 nömrəli X1 böyük tibb bacısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli **********2 saylı əmrindən görünür ki, Nazirlik yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinin 1 nömrəli X1 böyük tibb bacısı vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən) xitam verilmişdir. İşə əlavə edilmiş əmək kitabçalarının qeydiyyatı kitabından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə kitaba imza çəkərək əmək kitabçasını təhvil almışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində müəyyən edilmişdir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habeləəmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.(maddə 71.2) Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində göstərilmiş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Məcəllənin 72-ci maddəsində açıqlanmışlar. Həmin maddənin «a» bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsiişçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşin hallarından görünür ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinə əsasən fərdiəmək mübahisəsinin həll edilməsiüçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayıərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün – işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqaviləvə maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.» İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh təşkilat tərəfindən əmək müqaviləsinin ləğv edilməsi barədə əmr xx xxxxxx 2019-cu il tarixdə qəbul edilmiş və iddiaçıya bu barədə məlumat verilərək, əmək kitabçası ona həmin tarixdə təhvil verilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə yalnız xx xxxxxx 2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti buraxıldığından, iddiaçının hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4463/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4463/2020
24.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver