Məhkəmə qərarları › İş №2(103)-4463/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4463/2021

17.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4463/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, Cavabdeh və onun nümayəndəsi Qurbanova Rasimə Şəhzadə qızının iştirakları ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1185/2020 saylı iş üzrə qəbul etdiyi 01 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı Müslüm qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Müslüm qızı Cavabdeh qarşı“istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarma” tələbinə dair tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vəövladları X1, X2, X3 Bakışəhəri, Keşlə qəsəbəsi, Puşkin küçəsi, 6 nömrəli mənzildən istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı Müslüm qızına qarşı“evə köçürülmə” tələbinə dair qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, onun 3 uşağı- X4, X5 və X6 ilə birlikdə Bakışəhəri, Keşlə qəsəbəsi, Puşkin küçəsi, 6 nömrəli mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddia ərizəsi təmin edilərək, Cavabdeh Bunyamin oğlu 3 (üç) üşağı– X4, X5 və X6 ilə birlikdə Bakışəhəri, Keşlə qəsəbəsi, Puşkin küçəsində yerləşən, 6 nömrəli evə köçürülmüş və qarşılıqlı iddia ərizəsi verilərkən məhkəmə xərcləri qismində ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh Bunyamin oğluna aid edilmişdir. Həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qərardadı ilə, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Müslüm qızının ilkin iddiadan imtinası qəbul edilmiş, İddiaçı Müslüm qızının Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarma” tələbinə dair ilkin iddiası üzrə mülki işin icraatına xitam verilmişdir. İddiaçı Müslüm qızı qeyd olunan qərardaddan eyni zamanda da qətnamədən apellyasiya qaydasında şikayət vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1185/2020 nömrəli, 09 oktyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı Müslüm qızının 01.09.2020-ci il tarixli qərardaddan verdiyi şikayət geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı Müslüm qızının şikayəti birinci instansiya məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1111/2021 saylı, 01 fevral 2021-ci il tarixli qərardadı ilə şikayətin qismən təmin olunması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1185/2020 nömrəli, 09 oktyabr 2020-ci il tarixli və onunla bağlı 01 sentyabr 2020-ci il tarixli qərardadı İddiaçı Müslüm qızının Cavabdeh qarşı iddia tələbinin “qeydiyyatdan çıxarılma” hissəsinə dair icraata xitam verilməsi hissəsində ləğv edilməsi, İddiaçı Müslüm qızının Cavabdeh qarşı iddia tələbinin “qeydiyyatdan çıxarılma” hissəsində mülki işin icraatına xitam verilməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1185/2020 nömrəli, 01 sentyabr 2020-ci il tarixli qərardadı İddiaçı Müslüm qızının Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” hissəsi üzrə icraata xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı Müslüm qızının verdiyi apellyasiya şikayəti mümkün hesab edilərək apellyasiya qaydasında baxılması üçün təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı Müslüm qızının Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1111/2021 saylı, 01 fevral 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti daxil olmuşdur. Cavabdeh və onun nümayəndəsi Qurbanova Rasimə Şəhzadə qızı kassasiya şikayətinin vaxtın uzadılması məqsədi ilə verildiyini bildirərək, mülki işə apellyasiya qaydasında baxılmasının davam etdirilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırda İddiaçı kassasiya şikayəti verdiyi qərardad, məhz İddiaçı tərəfindən verilmiş ilkin iddia tələbi ilə bağlıdır və hazırda həmin qərardadın mübahisələndirilməsi işin sonrakı hərəkətləri ilə əlaqəli olduğundan, qətnamədən verilmiş apellyasiya şikayətinə əsasən mülki iş apellyasiya baxışından çıxarılmalı və qərardaddan verilmiş kassasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1185/2020 saylı iş üzrə qəbul etdiyi 01 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı Müslüm qızı tərəfindən verilmiş apellyasiya əsasən mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1111/2021 saylı, 01 fevral 2021-ci il tarixli qərardadından İddiaçı Müslüm qızının verdiyi kassasiya şikayəti mülki işlə birlikdə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar