Məhkəmə qərarları › İş №2(103)-4464/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4464/2024

02.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4464/2024 02.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh PHŞ-ə qarşı “ərizənin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1853/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının yazdığı işdən azad olunma barədə ərizə etibarsız hesab edilsin, cavabdeh təşkilatın rektoru vəzifəsini müvəqqəti icra edən (işəgötürən) tərəfindən verilmiş, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə - cavabdeh təşkilatın X1 müdiri vəzifəsinə bərpa olunsun və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı oduğunu, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı cavabdeh təşkilatın X1 müdiri vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsinə cavabdeh təşkilatın rektoru vəzifəsini müvəqqəti icra edənin (işəgötürənin) xx.xx.2023-cü il tarixli əmri ilə xitam verilib. Buna əsas iddiaçının (işçinin) təşəbbüsü olub. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə işəgötürənə müraciət edərək bildirib ki, xx.xx.2023-cü ildən etibarən vəzifədən azad olunmasını istəyir. Əmrdə hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə istinad olunub. Həmin maddəyə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. İddia onunla əsaslandırılıb ki, cavabdeh təşkiatın rəhbərliyi iddiaçıya işdən azad olunma barədə ərizə yazması üçün təsir göstərib. Lakin işəgötürənin hər hansı üsulla işçini əmək müqaviləsinin ləğvi barədə ərizə yazmağa məcbur etdiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinin və 69-cu maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 1853/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar