Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4465/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov İkram Sabir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 cəlb edilməklə Cavabdeh1 qarşı “əmlak və onun dəyərinin ödənilməsi” tələbinə dair, digər iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər X3, İddiaçı MMC-yə və Cavabdeh2 qarşı “icarə haqqının tutulması, alət və əşyaların geri qaytarılması və s.” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı X2 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 və X4 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz alınmış icarə haqqının qaytarılması” tələbinə dair mülki iş üzrə qarşılıqlı iddia üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2358/2020 nömrəli saylı işi üzrə 30 noyabr 2020-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üşüncü şəxs X8 cəlb edilməklə Cavabdeh1 qarşı “əmlak və onun dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Digər iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər X3, İddiaçı MMC-yə və Cavabdeh2 qarşı “icarə haqqının tutulması, alət və əşyaların geri qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X8 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 və X4 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz alınmış icarə haqqının qaytarılması” tələbinə dair mülki iş üzrə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 ilə aralarında 07.07.2019-cu il tarixdə Daşınmaz Əmlak Agentliyində bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin icarə müqaviləsi əsasında Eyvaz Sadıqovun ondan aldığı 4500 manat icarə haqqının Eyvaz Sadıqovdan alınaraq ona ödənilməsi, təhvil-təslim aktında göstərilən əşyaların 2 ədəd dırnaq stolu, 1 ədəd divan dəsti, 1 ədəd makyaj stolunun kreslosu, 1 ədəd baş yuma dəsti, 1 ədəd ayaq yuma stolu dəsti, 1 ədəd televizor, 2 ədəd kondisioner, 1 ədəd alətlər qabı, 1 ədəd paltaryuyan, 2 ədəd ofis kreslosu, 1 ədəd telefon, 1 ədəd resepşn stolu, 2 ədəd stolüstü lampa, 4 ədəd kamera, 1 ədəd dispensor, 1 ədəd kombi obyektdə olduğu üçün iddianın bu hissədə rədd olunması, habelə həmin aktda göstərilən 1 ədəd jurnalnı stolu, 1 ədəd saç stolu dəsti, 1 ədəd makyaj stolu dəsti Eyvaz Sadıqova qaytarıldığı üçün iddia tələbinin həmin hissəsinin rədd olunması, iddia ərizəsində qeyd edilmiş, lakin təhvil-təslim aktında qeyd edilməmiş digər əşyaların ona həqiqətən təhvil verilmədiyi üçün iddia tələbinin həmin hissəsinin rədd olunması, müstəqil tələbində qeyd eldiyi əşyaların Cavabdeh1 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini, iddia qaldırmaq üçün ödədiyi dövlət rüsumlarının cavabdehlərdən alınaraq ona qaytarılması məsələsini həll edilməsini xahiş etmişdir. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçı X8 iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərilən əşyaların üzərinə həbs qoyulmaqla onlardan istifadənin cavabdehlərə və onların yeni icarəçilərinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2358/20 nömrəli saylı işi üzrə 30 noyabr 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 11 adda-1 ədəd divan dəsti, 1 ədəd televizor, 2 ədəd kondisioner, 1 ədəd alətlər qabı, 1 ədəd paltaryuyan, 2 ədəd ofis kreslosu, 1 ədəd telefon, 1 ədəd resepşn stolu, 4 ədəd kamera, 1 ədəd dispensor, 1 ədəd kombi- əşyalarının üzərinə həbs qoyulmuş, ərizənin qalan hissədə təmin edilməmiş, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 158ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəmsinin 18 avqust 2020-ci il tarixli 2(007)-2358/2020 saylı qərardadı ilə, ünvan 1 ünvanında yerləşən 33 adda-1 ədəd makiyaj masa dəsti (masa + güzgü + lampalar), 2 ədəd makiyaj stulu, 8 metr uzunluqda makiyaj üçün tavan işiqlandırma relsi, 10 ədəd makiyaj üçün tavan işiqlandırma lapmaları (ağ rəngdə), 2 ədəd saç güzgüsü, 2 ədəd saç dolabçası (tumboçka), 2 ədəd saç kreslosu, 6 metr uzunluqda saç üçün tavan relsi, 8 ədəd saç üçün tavan işıqlandırma lampaları (ağ rəngdə), 2 ədəd saç lampası, 1 ədəd saç üçün dəsmal dolabı, 4 ədəd manikür kreslosu, 1 ədəd quraşdırılmış divar içi stend-böyük, 2 ədəd quraşdırılmış divar içi stend-kiçik, 1 ədəd kiprik üçün dəri taxt (lampası ilə), 1 ədəd kiprik üçün usta kreslosu, 2 metr uzunluqda iprik üçün tavan işıqlandırma relsi, 2 ədəd saç üçün tavan işıqlandırma lampaları (ağ rəngdə), 1 ədəd alətlər torbası, 1 ədəd pərdə böyük və pədə tülü böyük, 1 ədəd pərdə kiçik, 2 ədəd jalüz, 1 ədəd jurnal masası, 3 ədəd jurnal masası üçün kreslo, 1 ədəd süni yaşıllıq (gözləmə zonasında tumba üstü), 2 ədəd divar güzgüsü (qızıl rəngdə), 3 ədəd resepşn üstü lapma, 1 ədəd çilçıraq (lüstr)-giriş dəhlizdə, 1 ədəd şkaf-kupe-giriş dəhlizdə, 2 ədəd balış (skandinaviya evi), 4 ədəd dibçək və dibçək gülləri, 1 ədəd işiqlı böyük reklam hərfləri dəsti-xxxx, 1 ədəd işiqlı dairəvi çöl reklamıəşyalarının üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin 28.08.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəmsinin 18 avqust 2020-ci il tarixli 2(007)-2358/2020 saylı icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan icra sənədinin icrasına xitam verilmişdir. Hazırda isə qarşılıqlı iddia üzrə qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün iddianın təmin etmək üçün tədbirlər görülməsi barədə ərizə qismən təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı X2 ərizəsində göstərilən, hazırda mübahisə predmeti olan digər əşyaların- 1 ədəd divan dəsti, 1 ədəd televizor, 2 ədəd kondisioner, 1 ədəd alətlər qabı, 1 ədəd paltaryuyan, 2 ədəd ofis kreslosu, 1 ədəd telefon, 1 ədəd resepşn stolu, 4 ədəd kamera, 1 ədəd dispensor, 1 ədəd kombinin üzərinə həbs qoyulmalı, ərizə qalan hissədə təmin edilməməli, qərardadın icrası Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, qərardad dərhal icra edilməlidir. İddiaçı iddianı təmin etmək üçün tədbirlər görülməsi haqqında ərizəsində əşyalarının adını özünə məlum olan adlarla təsvir etdiyindən, hazırda isə ərizəsinə dəqiqləşdirmə vermədiyindən qərardadda həmin əmlakların adı ərizədə göstərilən qaydada ifadə edilməlidir. Cavabdeh1 nümayəndəsi Vəkil qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli 2(007)-2358/2020 nömrəli qərardadının təmin olunan hissədə ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə qərardad qəbul edərkən işin hallarını araşdırmamış, həmin əmlakların kimə məxsus olmasını və kimin istifadəsinə verilməsini aydınlaşdırmadan belə bir qanunsuz qərardad qəbul etmişdir. X2 ərizəsində üzərinə həbs qoyulmasının tələb etdiyi əşyalar Cavabdeh1 cavabdehlərdən tələb etdiyi əşyalardır. İddia ərizəsinə baxdıqda bu aydın olaraq görünür. Həmin əşyalar X3 məxsus idisə nə üçün Cavabdeh1 iddia ərizəsi Məhkəmənin icraatına daxil olduqdan sonra və X8 həmin iddia ərizəsi ilə tanış olduqdan sonra belə bir iddia ərizəsi ilə Məhkəməyə müraciət edir və Məhkəmədə həmin ərizəni təmin edir. X6 Məhkəməni aldadır. Məhkəmə isə nədənsə belə bir hala diqqət yetirmədən qanunsuz və əsassız qərardad qəbul edir. 30.11.2020-ci il tarixli qərardadla X5 yox onlara məxsus əşyaların üzərinə həbs qoymuşdur ki, bu da Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən X2 ərizəsi əsasında mümkünsüzdür. İddia ərizəsində adları və dəyərini qeyd eldiyi əşyalar onlara məxsusdur və bunu cavabdehlərdən tələb edirik. X8 Məhkəmədə çaşqınlıq yaratmaq və işi daha da mürəkkəbləşdirmək üçün belə bir ərizə ilə Məhkəməyə müraciət edərək Məhkəməni aldatmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-403/2021 nömrəli saylı işi üzrə 11.03.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2(007)- 2358/2020 saylı qərardadından ilkin, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin və qarşılıqlı iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş şikаyət bахılmаsı üçün 7 gün müddətində mülki işlə birlikdə Bаkı Аpеllyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, onların qarşılıqlı iddia təqdim edən zaman qeyd edilən əşyaların siyahısını təqdim etdiklərini, sonradan iddiaçının ərizə verərək həmin əşyaların üzərinə həbs qoyulmasını xahiş etdiyini, məhkəmə tərəfindən əşyalara həbs qoyulduğunu, salonun onlarda olduğunu, həmin əşyaların onlara məxsus olduğunu, təhviltəslim katı ilə siyahını Orxana verdiklərini, Orxandan da həmin əşyaları tələb etdiklərini bildirmiş və qərardadın ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2, Cavabdeh2 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb və MPMnin 157-164, 386, 388; 397.2, 398-ci maddələrinə əsasən hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə müvəqqəti səciyyə daşıyır, cavabdehin hüquqlarına müdaxilə edilməsini müəyyən etməyərək iddiaçının hüquqlarının təminatına yönəlmişdir. Hazırki şikayətin məğzi isə mülki iş üzrə proses iştirakçıları tərəfindən təqdim edilən tələblərin mahiyyət üzrə araşdırılması nəticəsinə yönəlmişdir. Məlum məsələdir ki, məhkəmə aktı ilə bütün proses iştirakçılarının tələb və maraqlarını incəliklə əhatə etmək mümkün olmadığından məhkəmə icraatı daxilində icra hərəkətləri zamanı onların həll edilməsi və problemin mövcud olduğu təqdirdə gələcəkdə davam edən məhkəmə prosesində müzakirəsi və araşdırılması məhz tələblərə müvafiq olan mülki icraata aiddir, ehtimalların isə müzakirəsi belə icraatın prinsiplənə uyğun deyil. Qeyd edilməlidir ki, qarşılıqlı iddialarla bağlı tələblər olduğundan onların predmetlərinə aid əşyaların mövcudluğunun müəyyən edilməsi üçün məhkəmənin bu hissədə olan qənaəti hüquqi müəyyənlik baxımından həm də zəruridir. Şikayətçinin diqqətinə çatdırılmalıdır ki, gələcəkdə iddia tələbinin təmin edilmədiyi halda iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməkdə haqlıdır, bununla da, müvəqqəti məhdudlaşdırılması ehtimal edilən hüquqları bərpa etmək imkanı saxlanılmaqdadır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh1 nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2358/20 saylı işi üzrə 30 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-4465/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4465/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver