Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4467/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “SOCAR” Cavabdeh İB-yə və “SOCAR” Cavabdeh İB-nin Təmir Tikinti İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi və işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi-vəkili Vəkil, cavabdeh “SOCAR” Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər “SOCAR” Cavabdeh İB-yə və “SOCAR” Cavabdeh İB-nin Təmir Tikinti İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-46/2025 saylı, 18 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh “SOCAR” Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh “SOCAR” Cavabdeh İB-nin X9 Sahəsi ilə bağlanmış xx.xx.2002-ci il tarixli, 128/k nömrəli əmək müqaviləsinə əsasən QK AİB və QDX-yə 3-cü dərəcə ilə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixədək cavabdehin tabeliyində olan müxtəlif idarələrdə çilingər peşəsində işləmiş, X9 Sahəsinin xx.xx.2014-cü il tarixli, 409 nömrəli əmri ilə, AR ƏM-ni 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi ilə əlaqədar) tərəf olduğu əmək müqaviləsinə xitam verilmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı ilə yenidən əmək müqaviləsi bağlanmış və o, X9 Sahəsinin xx.xx.2015-ci il tarixli, 32/k saylı əmri ilə Nəsimi qaz isitismar sahəsinə sahə aparatına 5-ci dərəcəli qaz təsərrüfatında qəza bərpa işləri üzrə çilingər vəzifəsinə bərpa edilmişdir. Cavabdeh “SOCAR” Cavabdeh İB-nin X8 Sahəsinin xx.xx.2015-ci il tarixli, 109-k saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə, ƏM-nin 69.3-cü maddəsinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağlanması əsası ilə), xitam verilimişdir.
3. Bir gün sonra, yəni xx.xx.2015-ci il tarixdə iddiaçı ilə yenidən əmək müqaviləsi bağlanaraq o, bir il müddətinə “SOCAR” Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə təyin edilmiş, bu vəzifədə xx.xx.2019-cu il tarixədək işləmiş və həmin tarixdə onunla bağlanmış əmək müqaviləsi ƏM-nin 69.3-cü maddəsinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağlaması əsası ilə), ləğv edilmişdir.
4. İddiaçı sonuncu dəfə yenidən əmək müqaviləsi bağlanmaqla, cavabdehin Təmir Tikinti İdarəsinin xx.xx.2019-cu il tarixli əmri ilə yenidən bir il müddətinə İdarənin 104 çağrı sahəsinin 2 saylı çağrı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə təyin edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin Təmir Tikinti İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-2/3-1k-290/2023 nömrəli əmri ilə ƏM-nin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən (əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksliyalarını yerinə yetirə bilməməsi) xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər “SOCAR” Cavabdeh İB-yə və “SOCAR” Cavabdeh İB-nin Təmir Tikinti İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “SOCAR” Cavabdeh İB-nin Təmir Tikinti İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-2/3-1k-290/2023 nömrəli əmrinın ləğv edilməsi, onun “SOCAR” Cavabdeh İB-nin Təmir Tikinti İdarəsinin 104 çağrı sahəsinin 2 saylı çağrı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət xərcinə görə ödədiyi 350 manat və mediasiyaya ödədiyi 55 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, 2002-ci ildən başlayaraq "Azəriqaz” İB-də müxtəlif vəzifələrdə qüsursuz çalışmışdır. Davamlı olaraq eyni idarənin xx.xx.2019-cu ildən isə “SOCAR Azəriqaz” İB-nin Təmir tikinti İdarəsinin 104 Çağrı sahəsinin 2 saylı Çağrı Xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcə çilingər vəzifəsinə təyin olunmuş və işdən çıxarıldığı günə qədər də həmin vəzifədə işləmişdir. Birinci Qarabağ müharibəsində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak elmişdir. Döyüşlərdə aldığı xəsarətlərin nəticəsi olaraq İİ qrup Qarabağ Müharibəsi əlilidir. xx.xx.2023-cü ildə işlədiyi idarə heç bir qanuni əsas olmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verərək onu tutduğu vəzifədən azad etmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar olaraq əmək funksiyasının yerinə yetirə bilməməyinə istinad olunmuşdur. Əmrin verilməsinin əsası kimi Tibbi Sosial Ekspert Komissiyasında son müayinə məlumatına istinad olunmuşdur. Cavabdeh İB-nin Təmir Tikinti İdarəsinin sorğusuna cavab olaraq Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən son müayinə məlumatı olan xx.xx.2019-cu il tarixli, 3 nömrəli **********6 saylı cavab məktubunda qeyd edilmişdir ki, ikinci dərəcə əlil İddiaçı öz peşəsi üzrə işləyə bilər. Bundan başqa əmrdə əmək müqaviləsinə xitam verilməyinin əsası kimi AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə, yəni əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar olaraq əmək funksiyasının yerinə yetirə bilinməməsinə istinad olunmuşdur. AR Əmək Məcəlləsinin 74-cü maddəsi əmək müqaviləsinə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq xitam verilməsinə həsr olunmuşdur. Onlardan biri də həmin maddənin “e” bəndi, yəni qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçinin əmək funksiyasını yerinə yetirə bilməməsidir. Qeyd olunan hal baş verməmiş, işdən çıxarıldığı günə qədər davamlı olaraq əmək funksiyasını yerinə yetirmişdir. Ona ikinci qrup əlillik dərəcəsi müddətsiz olaraq müəyyən olunmuşdur. O, qeyd edilən dövlət orqanında əmək fəaliyyətinə başlayarkən də ikinci qrup əlil olmuşdur. Dəyişən heç nə yoxdur. 3 nömrəli Tibbi Sosial Ekspert Komissiyası müayinə olunmağına dair xx.xx.2016-cı il tarixli son məlumatında öz peşəsi üzrə işləyə biləcəyi qeyd elmişdir.
7. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, ƏƏSMN-nin Tibbi sosial ekspert komissiyasının sonuncu müayinəyə dair məlumatında iddiaçının müddətsiz əmək qabiliyyətsiz olması səbəbindən əmək müqaviləsinə Cavabdeh İB-nin Təmir-tikinti idarəsinin 21,07.2023-cü il tarixli, 14-2-2-2/3-1K-290/2023 nömrəli əmri ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməmişdən əvvəl isə iddiaçıya kifayət qədər vaxt verilmiş və portalda əmək zəmanətinin “əmək qabiliyyətsiz" olması səbəbindən əmək müqaviləsinə xitam veriləcəyi onun diqqətinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən bu istiqamətdə heç bir iş aparılmadığından, portal məlumatları yenilənmədiyindən, əmək qabiliyyətsiz işçinin hər hansı işə cəlb edilməsinin mümkünsüzlüyü eləcə də işəgötürən tərəfindən işçiyə hesablanan əmək haqqının iş günü ərzində işçinin əmək funksiyasına uyğun gördüyü işlərin məcmusu olması onun işdən azad edilməsini şərtləndirmişdir. Ona görə də, Cavabdeh İB-nin Təmir-tikinti idarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-2/3-1 K290/2023 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı ay çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı “əmək hüquqlarının mübahisələndirmə” hərəkətlərini gecikdirərək qanunla müəyyən edilmiş prosessual pozuntuya yol vermiş məhkəməyə müraciət müddətini də buraxmışdır. Belə ki, xx.xx.2023cü il tarixdə Təmir-tikiniti idarəsinin 14-2-2-2/3-1 K-290/2023 nömrəli əmri ilə işdən azad olunmuş iddiaçı həmin tarixdə də əmrlə tanış olaraq müvafiq qaydada imza qeydi etmişdir. Həmçinin işdən azad olunma ilə bağlı bütün sənədləşmələr imza qeydi apararaq əmək kitabçasının surətini də təhvil almışdır. Lakin sonradan bu və ya digər formada işə bərpa barədə mübahisəsi yaransa da qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə müraciət etmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-46/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-2-2/3-1k-290/2023 saylı əmrinin ləğv edilməsi və İddiaçı Cavabdeh İB-nin Təmir-Tikinti İdarəsinin 104 çağrı sahəsinin 2 saylı çağrı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə bərpa edilməsi; xx.xx.2023-cü il tarixdən hazırkı qətnamə qanuni qüvvəyə mindiyi günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, AR ƏM-nin 74-cü maddəsinin “c” bəndinin dispozisiya şərtinə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi və bununla əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilməməsi faktı baş verməlidir. İşəgötürən iddiaçının müddətsiz olaraq ikinci qrup əlil olması və bununla əlaqədar olaraq əmək funksiyalarını yerinə yetirə bilməməsi əsası ilə əmək müqaviləsinə xitam vermişdir. Lakin, məhkəməyə təqdim edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 21 nömrəli Tibbi Sosial Ekspert tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş 812004 nömrəli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçı həmin tarixdə tibbi müayinədən keçmiş və xx.xx.2004-cü il tarixli müayinə aktına əsasən ona müddətsiz olaraq ikinci qrup əlillik dərəcəsi verilmiş, əlilliyin səbəbi Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müəyyən edilmişdir. İddiaçı isə həmin müddətdə (xx.xx.2002-ci il tarixdə əmək müqaviləsi əsasında işə başlamışdır) QKAİB və QDX-ya 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmiş və uzun illər cavabdeh qurumda müxtəlif vəzifələrdə işləmişdir. Qeyd edilənlərdən müəyyən olunduğu kimi iddiaçı ilə işəgötürən arasında əmək müqaviləsi bağlanan zaman da iddiaçı ikinci qrup əlil olmuş və əlillik dərəcəsi müəyyən olunduqdan sonra da işləməyə davam etmişdir. Bu müddət ərzində cavabdeh qeyd edilən əsasla iddiaçı ilə əmək münasibətlərinə son verməmişdir.
10. Məhkəmə, həmçinin qeyd etmişdir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 nömrəli Tibbi Sosial Ekspert tərəfindən Cavabdeh İB-nin Təmir-Tikinti İdarəsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, ikinci dərəcəli əlil olan iddiaçı öz peşəsi üzrə işləyə bilər.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 74 c), 71.3, 296 və 300.1-ci maddələrinə; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
12. Cavabdeh “SOCAR” Cavabdeh İB qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli 2(011)-46/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sənədləşmələrlə eləcə də şəxsin sağlamlıq vəziyyəti ilə aşkar surətdə müəyyən olunur ki, o, üzərinə düşən iş icrasını nə praktiki nə də faktiki yerinə yetirmək iqtidarında olmamışdır. İş materiallarından da göründüyü kimi A.Süeymanov əslində hüquqazidd sənədləşmə ilə əmək münasibətlərini davam etdirməsi, işdən azad olma müddətində əmək zəmanəti kimi əmək qabiliyyətsiz olması, sağlamlıq vəziyyətində aşkar edilmiş qüsurla bağlı yenidən müayinədən keçməsi barədə xəbərdarlıq olunması və düzəliş edilməsi üçün vaxt verilməsi və s. ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. İddiaçı “əmək hüquqlarının mübahisələndirmə” hərəkətlərini gecikdirərək qanunla müəyyən edilmiş prosessual pozuntuya yol vermiş məhkəməyə müraciət müddətini də buraxmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə Təmir-tikiniti idarəsinin 14-2-2-2/3-1 K-290/2023 nömrəli əmri ilə işdən azad olunmuş iddiaçı həmin tarixdə də əmrlə tanış olaraq müvafiq qaydada imza qeydi etmişdir. Həmçinin işdən azad olunma ilə bağlı bütün sənədləşmələr imza qeydi apararaq əmək kitabçasının sürətini də təhvil almışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
15.Məhkəmə iclasında iştirak edən cavabdeh “SOCAR” Cavabdeh İB-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 16.Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, 2002ci ildən cavabdeh şirkətdə çilingər vəzifəsinə işə qəbul olunmuş və işlədiyi müddətdə hər hansı nöqsana yol verilməmişdir. Qarşı tərəfin apellyasiya şikayəti əsassızdır. 2019-cu ildə müəssisənin sorğusu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həkimekspert komissiyası tərəfindən rəy verilmişdir ki, iddiaçı çalışdığı vəzifəsində işləyə bilər. Bundan sonra müəssisə əks qənaətə gəlmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 19.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 21.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
22.12-ci (“i” hissə) maddəsinə əsasən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 23.16-cı (“1” və “2” hissə) maddəsinə əsasən, əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir. Qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. 24.68-ci (1-ci hissə) maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 25.74-cü (1-ci hissə “c” bəndi) maddəsinə əsasən, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir. 26.74-cü maddəsinə “qeyd” hissəsinə əsasən, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. 27.71-ci (3-cü hissə) maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyənedilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 28.76-cı (1-ci hissə) maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 29.83-ci maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 30.296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 31.296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 32.296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 33.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 34.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarına görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun
36.21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 37.21.6-cı maddəsinə əsasən tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 38.21.7-ci maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. 39.21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 40.24.7-ci maddəsinə əsasən bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. 41.28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. 42.32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 43.35-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
44.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 45.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
46. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
47.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 48.Məhkəmə tərkibi ilk öncə qeyd etməyi zəruri sayır ki, mülki qanunvericilikdə iddia müddətinin tətbiqi məsələsini tənzimləyən qaydadan fərqli olaraq əmək qanunvericiliyində ilk növbədə mübahisəyə iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən iddia müddətinin ötürülüb-ötürülməməsi aspektindən qiymət verilməsi zəruri hesab edilmişdir. Hazırkı işdə də iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət edərək Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürməmişdir. 49.Belə ki, iş üzrə araşdırılmış hallardan müəyyən edildiyi kimi hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2023-cü tarixdən başlanmışdır. İddiaçı hüquqlarının pozulduğunu bildiyi bu tarixdən 10 gün keçdikdən sonra xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklifini digər tərəfə ünvanlamışdır. Göndərilmiş təklifə cavab verilmədiyi üçün iddiaçı mediasiya təşkilatına xx.xx.2023-cü il tarixində müraciət etmiş, mediasiya sessiyasının keçirilməsi mümkün olmadığından təşkilat tərəfindən xx.xx.2023cü il tarixində müvafiq məzmunlu arayış tərtib edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 50.Bundan başqa işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. 51.Həmin normaya görə, müqavilə tərəflərinin iradəsindən və istəyindən asılı olmayan hallarda, məsələn, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə onunla bağlanmış əmək müqaviləsinə xitam olunur.
52. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2004-cü il tarixli məlumata əsasən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2004-cü il tarixindən (Diaqnoz: keçirilmiş kəlləbeyin travması, astena nevrotik vəziyyət. Əmək zəmanəti - əmək qabiliyyətsiz) müddətsiz ikinci dərəcə əlilliyi olan şəxs statusuna malik olmuşdur.
53. Bununla belə İddiaçı ilk dəfə cavabdeh “SOCAR” Cavabdeh İB-nin X9 Sahəsi ilə bağlanmış xx.xx.2002-ci il tarixli, 128/k nömrəli əmək müqaviləsinə əsasən QK AİB və QDX-yə 3-cü dərəcə ilə çilingər vəzifəsinə işə qəbul edildiyi, xx.xx.2014-cü il tarixədək cavabdehin tabeliyində olan müxtəlif idarələrdə çilingər vəzifəsində işlədiyi, X9 Sahəsinin xx.xx.2014-cü il tarixli, 409 nömrəli əmri ilə, AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi ilə əlaqədar) əmək müqaviləinə xitam verildiyi, daha sonra isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin icrası nəticəsində, onun X9 Sahəsinin xx.xx.2015-ci il tarixli, 32/k saylı əmri ilə Nəsimi qaz isitismar sahəsinə sahə apartına 5-ci dərəcəli qaz təsərrüfatında qəza bərpa işləri üzrə çilingər vəzifəsinə bərpa edildiyi müəyyən edilmişdir.
54. Bundan başqa cavabdeh “SOCAR” Cavabdeh İB-nin X8 Sahəsinin xx.xx.2015-ci il tarixli, 109-k saylı əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə, ƏM-nin 69.3cü maddəsinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağlanması əsası ilə), xitam verilimiş, bir gün sonra, yəni xx.xx.2015-ci il tarixdə iddiaçı ilə yenidən əmək müqaviləsi bağlanılaraq o, bir il müddətinə “SOCAR” Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə təyin edilmiş, bu vəzifədə xx.xx.2019-cu il tarixədək işləmiş və həmin tarixdə onunla bağlanmış əmək müqaviləsi ƏM-nin 69.3-cü maddəsinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağlaması əsası ilə), ləğv edilmişdir. İddiaçı daha sonra müddətli əmək müqaviləsinə əsasən, cavabdeh qurumun Təmir Tikinti İdarəsinin xx.xx.2019-cu il tarixli əmri ilə yenidən bir il müddətinə İdarənin 104 çağrı sahəsinin 2 saylı çağrı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə təyin edilmişdir
55. Göründüyü kimi İddiaçı ilə Cavabdeh İB arasında xx.xx.2002-ci il tarixində başlanmış əmək münasibətləri sonuncu əmək müqaviləsinə xitam verilənədək eyni vəzifə üzrə davam etmiş, o, işdən çıxarıldığı günə kimi əmək fəaliyyəti ilə məşğul olmuş və gördüyü işə görə aylıq əmək haqqı almışdır. İddiaçının səhhətində müvafiq problemlərin mövcud olmasından işəgötürənin məlumatlı olması işin mübahisələndirilməyən halıdır. İddiaçı əlillik statusuna malik olması onun cavabdeh quruma çilingər vəzifəsi üzrə işə qəbul olmasına, həmin vəzifədə çalışmasına maneçilik törətməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən işdən çıxarılana qədər tərəfindən əmək vəzifələrinin faktiki icra edilməsi mümkün olmuşdur.
56. Bundan başqa ikinci dərəcəli əlil olan İddiaçı öz peşəsi üzrə işləməsinin mümkün olduğu Tibbi Sosial Ekspert Komissiyası tərəfindən (son müayinə məlumatı olan xx.xx.2019-cu il tarixli, 3 nömrəli **********6 saylı cavab məktubu ilə) məqbul hesab edildiyi müəyyən edilmişdir.
57. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, onunla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. 58.Belə olan halda məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası məhkəmənin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Ona görə də apelyasiya şikayətində qeyd edilən formal etirazlar, eləcə də işin faktiki halları ilə bağlı dəlillər həmin qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 59.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
60. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 61.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-46/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev