Məhkəmə qərarları › İş №2(103)-4470/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4470/2025

24.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4470/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Sosial- İqtisadi Kolleci” X20rşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4470/2025 (Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X9 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-3634/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 24 sentyabr 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas olaraq isə iddiaçı barəsində əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyini, əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədiyinə yaxud keyfiyyətsiz yerinə yetirdiyinə görə töhmət elan olunmasına baxmayaraq, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyinə, əmək funksiyalarını tam və ya qismən yerinə yeirmədiyinə yaxud keyfiyyətsiz yerinə yetirdiyinə, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsini, bundan heç bir nəticə çıxarmaması göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək onunla Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Sosial-İqtisadi Kolleci arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli 24-k saylı əmrin ləğv edilməsi, onun Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Sosial-İqtisadi Kollec" X24 təsərrüfat müdiri vəzifəsinə bərpa edilməsi, məcburi buraxılmış iş günlərinə uyğun olaraq əmək haqqının (əmək müqaviləsinin ləğv olunduğu gündən ihə bərpa olunan günədək olan dövr üzrə əmək müqaviləsinin 8.2-ci bəndinə əsasən hər ay üçün əmək haqqı 1374 manat olmaqla) hesablanaraq cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Sosial-İqtisadi Kolleci tərəfindən iddiaçıya ödəniləsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, UNEC nəzdində Sosial İqtisadi Kollecdə uzun müddət təsərrüfat müdiri işləmiş, xx.xx.2025-ci ildə UNEC nəzdində Sosial İqtisadi Kollecin yeni təyin olunmuş direktoru Şəhriyar Laçınov onu çağıraraq işdən çıxarılmağı haqqında ərizə verməyini tələb etmiş, o bundan imtina etdikdə onu maddə ilə işdən çıxaracağını bildirmişdir. xx.xx.2025-ci ildə səhər işə getdikdə Kollecin mühafizəçisi onu Kollecə buraxmamış, səbəbini soruşduqda onun kollecə girişinin qadağan edildiyini bildirdi. Ona işdən çıxarılmağının nə əsası, nə də səbəbi bildirilməmiş, işdən çıxarılmağı ilə bağlı əmrlə tanış edilməmiş, eyni zamanda əmək müqaviləsinin ləğvi barədə əmr ona təqdim edilməmiş, bu günə qədər əmək kitabçası və son haqq-hesab da ona verilməmişdir. O, xx.xx.2025-ci ildə mediasiya təklifini hazırlayaraq cavabdehə göndərmiş, cavabdeh təklifə münasibət bildirmədiyi üçün ərizə ilə mediasiya təşkilatına müraciət etmiş, mediasiya sessiyasında xx.xx.2025-ci ildə iştirak etmiş, bununla da onun tərəfindən AR Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş müddət buraxılmamışdı. Mübahisənin mediasiya vasitəsilə həll edilməsi mümkün olmamışdır, belə ki, cavabdeh mediasiyaya çağırılmasına baxmayaraq, mediasiyaya gəlməmişdir. Habelə, vəkili tərəfindən cavabdehə onunla əmək müqaviləsinin bağlanması, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrlərin, bağlanmış əmək müqaviləsinin, əmək haqqı barədə məlumatın və əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olmuş sənədlərin təqdim edilməsinin tələb edilməsinə baxmayaraq, həmin sənədlər bu günə qədər təqdim edilməmişdir. Habelə, X12 də qüvvədə olan əmək müqaviləsininin olub-olmaması, qüvvədə olan əmək müqaviləsi olduğu halda iş yeri və vəzifəsi əmək haqqı, qüvvədə olan əmək müqaviləsi olmadığı halda sonuncu iş yeri, sonuncu iş yerində vəzifəsi, əmək haqqında haqqında məlumatların və əmək müqaviləsinin ləğv edilməsinin əsasları barədə verilmiş sorğuya da cavab verilməmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 3634/2025 saylı qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddianın təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 10, 68.1, 68.2(a), 70-ci maddəsinin ”ç” bəndi, 71-ci maddəsinin İ və İİ hissələri, 72, 76, 83-cü maddənin İ hissəsi, 186-cı maddəsinin 1, 2 və 3-cü hissəsi, 187-ci maddəsinin 1 və 2-ci hissəsi, 311-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 106.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, Cavabdeh dövlət tədris müəssisəsidir, Azərbaycan Respublikası Prezidentinin fərmanıilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə, eyni zamanda Əmək Məcəlləsinin tələblərinə riayət etməlidir. Lakiniddiaçının etibarız hesab edilməsini tələb etdiyi əmrdə əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilməmişdir – yəni konkret iddiaçının hansı hərəkətlərə yol verməyi və bununla da hansı pozuntuları etməyi sadalanmamışdır, eyni zamanda hər hansı bir pozuntunu təsdiq edə biləcək rəsmi sənədlərə istinad edilməmişdir. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Lakin məhkəmə cavabdehin əvvəllər intizam tənbehi verdiyi əməllərə görə təkrarən ikinci dəfə tənbeh qismində - əmək müqaviləsinə xitam verilməsi kimi qanunsuz hərəkətinə - AR ƏM-nin 189cu maddəsinin 1-ci bəndinin pozulmasına haqq qazandırmaqla həm ciddi qanun pozuntusuna yol vermiş, həm də ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Bundan əlavə iddiaçının hərəkətləri nəticəsində hansı sağlam olmayan əmək münasibətlərinin yaranmasına, kollektiv əmək məhsuldarlığının hansı qaydada azalmasına və işgüzar etikanın pozulmasına səbəb olmasına dair iş materiallarında heç bir sübut olmadığı halda və əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə də bu barədə heç bir söz deyilməməsinə baxmayaraq məhkəmənin bu nəticəyə gəlməsi qanunsuz olmuşdur. əmək müqaviləsinə xitam verilməsi əsaslandırılmış əmrlə rəsmiləşdirilməmiş, əmrin surəti əmək kitabçası ilə birlikdə iddiaçıya verilməmiş, halbuki iddiaçı ilə əmək müqaviləsi kağız formatında imzalanmışdır, o zaman əmək müqaviləsinə xitam verilməsi haqqında əmr də iddiaçıya kağış formatında təqdim edilməli idi, son haqq hesab sonuncu iş günü olan xx.xx.2025-ci ildə iddiaçıya ödənilməmişdir, ümumiyyətlə bu günə qədər son haqq hesab ödənilməmişdir. Əmək müqaviləsinə əsasən iddiaçının aylıq əmək haqqı 1374 manat təşkil edir, 2025-ci ilin fevral ayı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsinə dair sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavadehin təqdim etdiyi ödəniş qəbzində xx.xx.2025-ci ildə iddiaçıya 414 manat ödənilməsi öz əksini tapır ki, o da 2025-ci ilin fevral ayı üçün əmək haqqının 1/3 dən az hissəsini təşkil edir. Belə olan halda məhkəmə cavabdehin hərəkətlərini qanunsuz hesab edərək iddia tələbini təmin etməli olduğu halda iddianı rədd etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.

10. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

11. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.

12. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

13. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;

13. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.

14. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

15. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

16. Maddə 72, “ə” bəndi. əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

17. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

18. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

19. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

20. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

21. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

22. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

23. Maddə 311. İşçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

33. Belə ki, işdə olan rəsmi sənədlərlə təsdiq edilir ki, Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin xx.xx.2023-cü il tarixli 125-R nömrəli əmrindən görünür ki, İddiaçı nizam-intizam qaydalarını pozduğuna görə xəbərdarlıq elan edilmişdir.

34. Sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyevin məlumatından görünür ki, xx.xx.2023-cü il tarixində saat 17:50- də dərs saatları başa çatdıqdan sonra Şahgül Qardaşəliyevlə birlikdə evə gedərkən kollecin həyətində bir neçə naməlum şəxsin olduğu görmüş və təsərrüfat müdirindən onların kim olmasını və araba ilə kollecin arxa tərəfinə nə məqsədlə gəldikləri soruşmuşdur. O isə həmin şəxslərin onun dostları olmasını və o, kollecin ərazisindən araba vasitəsilə idman meydançasından gətirilən turbanı kəsərək dostlarına satmasını bildirmişdir.

35. İddiaçı izahatından görünür ki, xx.xx.2023-cü il tarixində kollecin ərazisində gəzərkən yoldan keçən arabanı görüb tanımadığı şəxsdən zibil hesab etdiyi avtomobillərin dayanacağına maneə olan çürümüş dəmir parçaını atmasını xahiş etmiş, bu zaman sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev yüksək səslə qışqıraraq sanki üzərinə hücum çəkdi. O dəmir parçasının kollecə lazım olduğunu izah etdi, o isə ona etiraz etmədi. Bu məsələ bundan ibarətdir.

36. Həmkarlar təşkilatının sədri Şahgül Qardaşvəliyv tərəfindən verilmiş məlumatdan görünür ki, Kollecin hüquqşünası Culfayev Alaverdi və X1 Münaqişə Komissiyasının Sədri Muxtarlı Qələndərin iştirakı ilə Zaur Vəliyev və İddiaçı arasında yaranmış münaqişə müzakirə olundu. İddiaçı yalnış etdiyini etiraf etdi və aralarındakı problemin həll olunmasına cəhd edildi.

37. İnsan resursları və informasiya şöbəsinin müdiri Fimar Süleymanovanın Xidməti Məlumatından görünür ki, təsərrüfat müdiri İddiaçı işlə ələqədar verilən təlimatlara laqeyd yanaşmış və hes bir işin öhdəsindən məsuliyyətlə gəlməmişdir. Rəhbərlik etdiyi əməkdaşlara ehtiyac olduqları avadanlıqları təmin etmədiyi üçün işçilər arasında narazılıq yaranmışdır. Bir neçə dəfə texniki işçilər tərəfindən verilən şikayətlərə əsasən iş üçün zəruri olan təminat vasitələrini verilmədiyi bildirilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı rəhbərlik etdiyi texniki işçiləri bir neçəsi İnsan resursları və informasiya şöbəsinə müraciət edərək onun direktor tərəfindən 3 nəfəri işdən çıxarılacağı barədə məlumat verdiyini bildirmişlər. Bu hal əməkdaşları həvəsdən düşməsi və təşvişə səbəb olmuşdur.

38. İntizam Komissiyasının sədri X14 komissiyasının iclasında müzakirə edilən məsələ barədə təqdimatından görünür ki, təsərrüfat şöbəsinin müdiri İddiaçı işlə əlaqədar verilən təlimatlara laqeyd yanaşmış və vəzifə funksiyalarını yerinə yetirməmişdir. Belə ki, o rəhbərlik etdiyi əməkdaşlara ehtiyacları olduqları ləvazimatları anbarda olmasına baxmayaraq təmin etməmiş, bununla da işçilər arasında narazılıq yaranmışdır. Bununla belə, iddiaçı xadimələrə - onlardan 3 nəfərin rəhbərlik tərəfindən işdən çıxarılacağı ilə bağlı əsassız hədə-qorxu gələrək əməkdaşlar arasında təşviş yaratmış və rəhbərliyə qarşı qaldırmağa cəhd etmişdir. Bu barədə məsələyə İntizam komissiyasının xx.xx.2025-ci il tarixli iclasında baxılmışdır. İclasda komissiyanın sədri və üzvlərinin çıxışları dinlənilmiş, məsələyə aydınlıq gətirilmişdir. Sonda sədr və komissiya üzvləri tərəfindən iclasın gündəlyində duran məsələ ilə bağlı müzakirələr edilərək yekun təkliflər irəli sürülmüşdür. İddiaçı törətdiyi əməllər UNEC nəzdində Sosial İqtisadi Kollecin X2 Qaydasının 38-ci maddəsinin "xxxx" və 40-cı hisssinin “b” bəndlərinə uyğun gəldiyindən və son 6 ayda yenidən daxili intizam qaydalarını pozduğundan, ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi irəli sürüldü. İrəli sürülən təkliflər komissiya üzvləri tərəfindən yekdilliklə qəbul edildi və qərara alındı ki, ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsin.

39. İntizam Komissiyasının xx.xx.2025-ci il tarixli (Protokol No7) iclasının Protokolundan görsənir ki, komissiya üzvü Zaur Vəliyev çıxış edərək İddiaçı kollecdaxili nizam-intizam qaydalarını pozduğunu, X2 Qaydasının 38-ci maddəsinin “b” bəndinə uyğun sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsini məqsədəuyğun hesab etmişdir. Komissiya üzvü Fimar Süleymanova İddiaçı işində səhlənkarlıq etdiyini bildirirək, sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsini məqsədəuyğun hesab etmişdir. Komissiya üzvü Faiq Xalıqov İddiaçı işində səhlankarlıq etdiyini bildirirək, sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsini məqsədəuyğun hesab etmişdir. Komissiya üzvü Alaverdi Culfayev İddiaçı iclasa gəlmədiyinə görə barəsində ciddi tədbirlər görülməsinin məqsədəuyğun olduğunu bildirmişdir. Komissiya üzvü Rasim Abasquluyev İddiaçı işində səhlənkarlıq etdiyini bildirirək, sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsini məqsədəuyğun hesab etmişdir. Komissiya üzvü Könül Həziyeva İddiaçı işində səhlankarlıq etdiyini bildirirək, sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsini məqsədəuyğun hesab etmişdir. Bütün bunlara uyğun olaraq təkliflər səsə qoyulmuş və yekunda təsərrüfat şöbəsinin müdiri İddiaçı şiddətli töhmət edilməsini məqsədəuyğun hesab edilmişdir.

40. İnsan resursları və informasiya şöbəsi tərəfindən verilən xidməti məlumatdan da görünür ki, xx.xx.2024-cü il tarixində İddiaçı rəhbərlik etdiyi texniki işçilərin bir neçəsi insan resursları və informasiya şöbəsinə müraciət edərək, İddiaçı direktor tərəfindən üç nəfərin işdən çıxarılacağı barədə məlumat verdiyini bildirmişlər.

41. Kollecin sürücüsü X5 xidməti məlumatından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixində saat 14:02-də ona zəng edərək nə vaxt qayıdacağını soruşmuş, direktor Şəhriyar müəllim təlimdə olduğu üçün direktoru gətirməyə getdiyini bildirmişdir. X11yıdan zaman Ramiz Qəmbərov 61 küçəsində İddiaçıı idarə etdiyi Toyota Lexus **-DX-*** qeydiyyat nömrəli avtomobilini saxladığını, haraya getdiyini soruşduqda isə xeyir işə getdiyini bildirdiyini qeyd etmişdir. Çələbiyev Elvin ondan icazə alması barədə soruşduqda isə iddiaçı heç nə demədən getdi. Həmin vaxtı direktor Şəhriyar Laçınov da Çələbiyev Elvinin idarə etdiyi avtomobildə əyləşmişdi.

42. Kollecin texniki işçisi X6 xx.xx.2024-cü il tarixli xidməti məlumatına əsasən təmizlik vasitələrini dəfələrlə öz əmək haqqısı vasitəsilə almış, iddiaçı hətta işçilərə çox zaman bildirib ki, təmizlik yaxşı olmasa özü işdən çıxdıqdan sonra 3 nəfərin də işdən çıxarılacağını bildirib.

43. Kollecin texniki işçisi X7 da izahatından görünür ki, o da təmizlik vasitələrini dəfələrlə öz əmək haqqısı vasitəsilə almış, iddiaçıdan istədikdə isə həmin vasitələrin olmadığı cavabını almışdır. Eyni ilə Elnarə Əliyevaya da bildirib ki, təmizlik yaxşı olmasa, o işdən çıxdıqdan sonra üç nəfər də işdən çıxarılacaq.

44. İddiaçı izahatından görünür ki, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirməyə çalışır və yerinə yetirir. Bütün xadimələri anbarda olan ləvazimatlarla təmin etmiş və hazırda da edir. Heç bir əməkdaş tərəfindən narazılıq yoxdur. Ona təhkim edilmiş işçilərdən sorğu aparıla bilər.

45. İnsan resursları və informasiya şöbəsinin müdiri Fimar Süleymanova, İntizam komissiyasının sədri Eldəniz Əbdülov və Həmkarlar təşkilatının sədri Şahgül Qardaşvəliyev tərəfindən verilmiş təqdimatdan görünür ki, 29 yanvar 2025-ci il tarixində keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq 26 saylı Sabunçu rayon İ X31 Komissiyasının 28 noyabr 2024-cü il tarixli 3-11-20/2-115/2024 nömrəli məktubuna və 28 noyabr 2024-cü il tarixli 141-K nömrəli əmrə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025- ci il tarixədək (65 təqvim günü) vəzifəsinin icrasından azad edildiyindən onun haqqında məsələyə 01 fevral 2025-ci il tarixində baxılması məqsədəuyğun hesab edilmişdir.

46. İddiaçı xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o səhhətinin pisləşməsi ilə bağlı direktordan icazə almaq istədi, o işdə olmadığı üçün komendant Cələliyev Elvinə zəng vuraraq məlumat verdi və evə getdi.

47. İntizam komissiyasının 11 fevral 2025-ci il tarixli protokolundan görünür ki, İddiaçı komissiya üzvlərinə hörmətsizlik edərək iclasa gəlməmiş, sonra kollec direktorunun təkidi ilə əlləri cibində gələrək komissiya üzvlərinin suallarına cavab verməkdən yayınmışdır. Təsərrüfat şöbəsinin müdiri İddiaçılə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır.

48. İntizam komissiyasının xx.xx.2025-ci il tarixli təqdimatından məlum olur ki, İddiaçı xx.xx.2025-ci il tarixində keçirilən İntizam komissiyasının iclasında iştirak etməkdən imtina etmiş, yalnız direktor Şəhriyar Laçınovun təkidi ilə iclasa daxil olmuşdur. İddiaçı həmin iclasa etinasızca, əlləri şalvarın cibində, “iki gündən bir iclas olur nəyə gələcəm”deyərək daxil olmuşdur. İclas müddətində iddiaçı xx.xx.2025-ci il tarixində işlə əlaqədar ona verilən yeni strukturun hazırlanması ilə bağlı işlər haqqında “mənim bacarmadığım işləri mənə tapşırırsınız” demişdir.

49. İnsan resursları və informasiya şöbəsi tərəfindən verilən xidməti məlumata əsasən təsərrüfat şöbəsinin müdiri İddiaçı xx.xx.2025-ci il tarixində saat 15.30-da həmin şöbəyə məlumat vermədən təhsil müəssisəsini tərk etmişdir.

50. Nizam-intizam komissiyasının sədri Eldəniz Əbdülov, sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev, İnsan resursları və informasiya şöbəsinin müdiri Fimar Süleymanova, qiyabi şöbə müdiri Faiq Xaliqov, hüquqşünas Alaverdi Culfayev və müəllim Rasim Abasquliyevin tərtib edərək imzaladıqları xx.xx.2025-ci il tarixli 1 No-li aktdan görünür ki, xx.xx.2025-ci il tarixində keçirilən Nizam-intizam komissiyasının iclasında təsərrüfat şöbəsinin müdiri” vəzifəsində işləyən İddiaçı Rüstəm oğlu komissiya üzvlərinə açıq-aşkarcasına hörmətsizlik edərək dəfələrlə iclasa dəvət olunduğu halda iştirak etməkdən imtna etmişdir.

51. İnsan resursları və informasiya şöbəsinin müdiri Fimar Süleymanova, Sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev və istehsalat təcrübəsi və karyera mərkəzinin rəhbəri Natiq Musayev tərəfindən tərtib edilərək imzlanmış xx.xx.2025-ci il tarixli 2 No-li aktdan görünür ki, xx.xx.2025-ci il tarixində saat 15.30-da təsərrüfat şöbəsinin müdiri İddiaçı heç kimə məlumat vermədən təhsil müəssisəsini tərk etmişdir.

52. Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin xx.xx.2024-cü il tarixli 109-R nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndi və Kollecin Nizamnaməsinin 4.14-cı bəndinə və Müəssisə daxili X3 38-ci hissəsinin «b» bəndinə əsasən İddiaçınə vəzifə yerində kollecdaxili qayda və prinsiplərə əməl etmədiyinə görə töhmət verilmişdir.

53. Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin xx.xx.2025-cü il tarixli 11-K nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndinə, 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndi və Kollecin Nizamnaməsinin 4.14.6-cı bəndinə və Müəssisə daxili X3 38-ci hissəsinin «b» bəndinə əsasən İddiaçınə Əmək Məcəlləsinin 10-cu maddəsinin "xxxx" və «b» bəndlərinə əsasən və kollecdaxili qayda və prinsiplərə əməl etmədiyinə görə töhmət verilmişdir.

54. Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin xx.xx.2025-ci il tarixli, 24-K nömrəli əmrinə əsasən, xx.xx.2025-ci il tarixli 11-K nömrəli əmrinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə baxmayarq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə uyğun olaraq verilmiş intizam tənbehlərindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və Kollecin Nizamnaməsinin 4.14.6 maddələri rəhbər tutularaq Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Sosial-İqtisadi Kollecində “təsərrüfat şöbəsinin müdiri” vəzifəsində işləyən İddiaçı Rüstəm oğlu bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70 “ç” – işçi öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduqda maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025-ci il tarixindən xitam verilib. Həmin əmrə uyğun olaraq işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlıq şöbəsinə həvalə edilmişdir.

55. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X13 ifadəsində göstərmişdir ki, rəhbərlik dəyişdiyi zamanda cavabdeh müəssisədə işləyir. İddiaçı onunla birlikdə işləyib, müəssisədə çalışqan biri olaraq tanınıb, hətta işdən sonra da çalışıb. O, Orxanın intizam komissiyanın üzvü olmuş və bildirir ki, Orxana işdən çıxmaqla bağlı təzyiq olub. Ona deyilənə görə müdirlə Orxan yola getmirdi, səbəb isə guya Orxanın xadimələr ilə yola getməməsi idi. Xadimələr komissiya dindirilərkən bildirdilər ki, Orxana etirazları yoxdur, hətta irad tutdular ki, niyə Orxanı cəzalandırdılar. Xadimələr iş materiallarında olan izahatların təhrif olunduğunu bildirərək etiraz etdilər. Bununla bağlı bağlı iradini komissiya üzvlərinə şifahi bildirmişdir. Orxan iclasa gəlməmişdir, ona görə də Culfayev özü də bu hala qəzəbləndiyi üçün rəyə imza etmiş və yazılı rəyını təqdim etməmişdir.

56. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində göstərmişdir ki, Orxanın işdən çıxarılması barədə məsələ sentyabr ayından davam edirdi. İyun ayında yeni direktor gəlmişdir. Eyni zamanda Şahgül müəllim və bufet işləyən şəxsin də işdən çıxarılması söhbəti gedirdi. Orxan xarakter olaraq kollecdə yaxşı tanınırdı. İntizam komissiyasının iclasinda üzvü deyildi, lakin onun da növbəsi Orxandan sonra idi, ona görə iclasda olanları eşidirdi. Orxan ittiham olunurdu ki, guya o, məhsulları əldə edib, lakin xadimələrin də dediyinə görə Orxan hətta öz cibindən alardı məhuslları. Orxanla müqavilə ona görə uzadılmışdır ki, o seçki komissiyasında iştirak edib.

57. Kollegiya apelyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün işin faktiki hallarına ayrı-ayrılıqda münasibət bildirilməsini zəruri hesab edərək qeyd edir;

58. İlk növbədə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə bir sıra tələblərin işəgötürən tərəfindən gözlənilməsi vacibdir. Bu hallar iki mühüm tərkibdə özünü göstərir. - İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; - bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması.

59. Kollegiya ilk növbədə normanın dispozisiyasında qeyd olunan “İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan İddiaçı xx.xx.2024-cü il tarixli xidməti məlumatdan, eləcə də tabeliyində olan işçilərin izahatlarından görünür ki, vəzifə səlahiyyətlərindən irəli gəlməsinə baxmayaraq işçiləri lazımi resurslarla təmin etməmiş, həmçinin onlar barəsində hüquqi tədbir görüləcəyi barədə xəbərdar etməklə işin normal gedişatına xələl gətirə biləcək əməllərə yol vermişdir.

60. Eləcə də xx.xx.2025-ci il tarixli iclasda qeyd olunan və işin mübahisəsiz halını təşkil edən xx.xx.2025-ci il tarixli işin struktur cədvəlinin tərtib olunmasına dair aparılan müzakirədə öz vəzifə səlahiyyətlərinin icrasına növbəti dəfə laqeyd münasibət nümayiş etdirmişdir.

61. Kollegiya həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi istinad olunan digər əsas, yəni “bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” tələbinə münasibətdə də qanunvericiliyin işəgötürən tərəfindən gözlənilməsi müşahidə olunur.

62. Belə ki, iş materiallarındakı Dövlət İqtisad Universitetinin nəzdində Sosial- İqtisadi Kollecin xx.xx.2025-cü il tarixli 11-K nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndinə, 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndi və Kollecin Nizamnaməsinin 4.14.6-cı bəndinə və Müəssisə daxili X3 38-ci hissəsinin «b» bəndinə əsasən İddiaçınə Əmək Məcəlləsinin 10-cu maddəsinin "xxxx" və «b» bəndlərinə əsasən və kollecdaxili qayda və prinsiplərə əməl etmədiyinə görə töhmət verilmişdir. Lakin 6 ay ərzində qeyd olunan intizam tənbehindən nəticə çıxarılmadan yenidən eyni pozuntuya yol verildiyindən, işəgötürən iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam vermişdir. İddiaçı öz apelyasiya şikayətində bu halı eyni əmələ görə 2 dəfə intizam tənbehinin görülməsi kimi qiymətləndirsə də, yuxarıda adı çəkilən iş materiallarından da göründüyü kimi qeyd edilən tənbehlər konkret olaraq eyni əmələ görə deyil, eyni intizamsızlıqla müşayiət olunan fərqli əməllərə görə verilmişdir və bu əməllərin arasında 6 aydan qısa müddət olduğundan qanunvericiliyin müvafiq əsasının tətbiqinə zərurət yaranmışdır.

63. Həmçinin iddiaçı xx.xx.2025-ci il tarixində heç kimə xəbər vermədən işdə olmamışdır və bu işin mübahisəsiz halını təşkil etməklə istər iddiaçının izahatlarında, istərsə də cavabdeh tərəfindən bu barədə tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmışdır. Əmək Məcəlləsinin 72-ci maddəsinin "xxxx" bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qeyd edilən normanın tələblərindən irəli gələrək məhkəmə hesab edir ki, hazırda işə gəlməməsinin yuxarıda göstərilən əsaslardan birindən irəli gəlməsini və üzrlü səbəbə söykənməsini sübut etmək yükü məhz iddiaçının üzərinə düşmüşdür.

64. Həmçinin Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İş materiallarından da göründüyü kimi iddiaçıdan qanunvericiliyin tələblərinə uyğun olaraq izahat alınması təmin edilmişdir.

65. Beləliklə, yuxarıda göstərilənlərdən də məlum olduğu kimi iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi prosesi qanunvericiliyə uyğun şəkildə aparılmışdır.

66. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə nəzərə alaraq hesab edir ki, Dövlət İqtisad Universitetinin nəzdində Sosial-X18 Orxan Rüstəm oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli 24-k saylı əmri qanunvericilyin tələbinə əsasən qanuni olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

68. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

69. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

70. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

71. MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlaya bilər.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)- 3634/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar