Məhkəmə qərarları › İş №2(103)-4472/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4472/2021

17.05.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4472/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxx” ASC və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3712/2020 saylı işi üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx” ASC və Cavabdeh2 qarşı "ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 27.12.2013-cü il tarixli 14İSMLƏ/13, 17.01.2014 tarixli 14İSMLƏ/14 və 06.03.2014-cü il tarixli 20İSMLƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə "xxxx” KB ASC ilə İddiaçı1 və İddiaçı2 arasında ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı aşağıdakı sənədlər sübut kimi təqdim edilmişdir: "xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 25.12.2013-cü il tarixli, 14İSMLK/13 saylı əsas kredit müqaviləsi (səh.7); ipoteka saxlayan "xxxx” KB ASC ilə ipoteka qoyanlar İddiaçı1 və İddiaçı2 və borcalan Cavabdeh2 arasında bağlanmış 25.12.2013-cü il tarixli, 14İSMLİ/13 saylı ipoteka müqaviləsi (səh.27); “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 27.12.2013-cü il tarixli 14İSMLƏ/13 saylı əlavə kredit müqaviləsi (səh.9); "xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 17.01.2014-cü il tarixli 14İSMLƏ/13-01 saylı əlavə kredit müqaviləsi (səh.15); "xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 06.03.2014-cü il tarixli 20İSMLƏ/14 saylı əlavə kredit müqaviləsi (səh.21); "xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 25.12.2013-cü il tarixli, 14İSMLK/13 saylı əsas kredit müqaviləsinə (müqaviləyə dəyişiklik haqqında) 28.12.2013- cü il tarixli saziş (səh.32); "xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 25.12.2013-cü il tarixli, 14İSMLK/13 saylı əsas kredit müqaviləsinə (müqaviləyə dəyişiklik haqqında) 14.01.2014-cü il tarixli saziş (səh.31); "xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 25.12.2013-cü il tarixli, 14İSMLƏ/13 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 11 mart 2015-ci il tarixli saziş. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3712/2020 saylı işi üzrə 19.11.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarının 1-5; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında 2019-cu il 25 iyul tarixli Qərarının 1-2; Azərbaycan Respublikası MPM-nin 119, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, "xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 25.12.2013-cü il tarixli, 14İSMLK/13 saylı əsas kredit müqaviləsinə əsasən bank, kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə Əlavə kredit müqavilələri əsasında tənzimləmək şərti ilə, borcalana müvafiq məbləğdə kredit verməyi öhdəsinə götürmüşdür. Əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq paylı mülkiyyət hüququ üzrə 3/4 hissədə İddiaçı1 və 1/4 hissədə X3 məxsus olan Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 4/21,4 nömrəli mənzili, "28” Dekabr 2013-cü İl tarixli 15İSMLİ/13 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 27.12.2013-cü il tarixli 14İSMLƏ/13 saylı əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 21 % ödəmək şərti ilə 30000 ABŞ dolları, 17.01.2014-cü il tarixli 14İSMLƏ/13-01 saylı əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 21 % ödəmək şərti ilə 35000 ABŞ dolları və 06.03.2014-cü il tarixli 20İSMLƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə, illik 21 % ödəmək şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda iddiaçılar “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və “”Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarlarında əks olunmuş hüquqi mövqeyə əsaslanaraq Cavabdeh2 ilə «xxxx» KB ASC arasında bağlanmış 27.12.2013, 17.01.2014 və 06.03.2014-cü il tarixli 20İSMLƏ/14 əlavə kredit müqavilələrində kreditə verilən pulun X2 pul vahidi olan dollar ilə müəyyən edildiyinə, bu faktın isə onun ipoteka qoyan kimi məsuliyyətinin ağırlaşmasına səbəb olduğuna istinad edir və buna əsasən mübahisəli ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisəli münasibətlərin yaranması tarixi 27.12.2013, 17.01.2014 və 06.03.2014-cü il tarixlərə təsadüf edir. Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarlarında əks olunmuş hüquqi mövqelərin həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunduğunu nəzərə alaraq hazırki mübahisə bu Qərarlarla müəyyən edilən qaydalara əsasən həll oluna bilməz. Eyni zamanda hazırki iş, iddianın predmetinə uyğun olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmənin icraatında olmamışdır. İddiaçı əlavə kredit müqavilələrinə əsasən kreditə verilən pulun X2 pul vahidi olan dollar ilə müəyyən edilməsinin onun ipotekaqoyan kimi məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olmasına istinad etsə də, məhkəmə araşdırması zamanı həmin halların baş verdiyi müəyyən edilməmişdir. Belə ki, əlavə kredit müqavilələri üzrə Cavabdeh2 ayrılmış 95000 ABŞ dollarının əsas kredit müqaviləsi ilə tənzimlənən ümumi limit məbləğini, yəni ******* manat məbləğini aşmadığı, həmçinin əlavə kredit müqaviləsində nəzərdə tutulan 36 aylıq müddətin, əsas kredit müqaviləsində 60 ay kimi müəyyən edilmiş kreditin verilmə müddətindən çox olmadığı müəyyən edilmişdir. Araşdırma zamanı mübahisələndirilən müqavilənin bağlanmamış hesab edilməsi üçün hüquqi əsaslar müəyyən olunmadığından iddianın təmin edilməsi mümkün deyildir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(006)-3712/2020 saylı qətnaməsini ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 477, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu 10.1, 10.5, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 31 may 2018-ci il tarixli qərarının 3-cü hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 11 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, ailə üzvü X4 qayınatası Cavabdeh2 “xxxx” KB ASC ilə arasında 23.12.2013-cü ildə 14İSMLK/13 saylı əsas kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh2 60 ay müddətində, yəni 25 dekabr 2018-ci il tarixədək əlavə kredit müqavilələri bağlanmaqla ******* manat (AZN) kredit verilməsi nəzərdə tutulmuşdur. Lakin sözü gedən əsas kredit müqaviləsində kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtlərin əlavə kredit müqavilələri ilə tənzimləndiyi qeyd edilmişdir. Beləliklə onlar Cavabdeh2 ilə “xxxx” KB ASC arasında 23.12.2013-cü ildə bağlanmış 14İSMLK/13 saylı əsas kredit müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış şərtlərlə razılaşaraq, yəni Bank tərəfindən Cavabdeh2 25.12.2013-cü ildən 25.12.2018-ci il müddətədək olan 60 ay ərzində əlavə kredit müqavilələri əsasında ödəniləcək ******* AZN-nin qaytarılması təminatı kimi paylı birgə mülkiyyətində olan, Sumqayıt şəhəri, məhəllə 14, ev 21/4-də yerləşən 4 saylı mənzili ipoteka qoymuşlar. Mənzili ipoteka qovarkən cavabdehlə əlavə kredit müqaviləsi üzrə ödəniləcək valyutanın azərbaycan manatı ilə müəyyənləşəcəyinə razılaşmış və sərt yalnız azərbaycan manatı ilə ödəniləcək kredit olmuşdur. Lakin Cavabdeh2 ilə “xxxx” KB ASC arasında iki gün sonra 27.12.2013-cü ildə və ondan sonra 17.01.2014-cü il və 06.03.2014-cü il tarixdə bağlanmış əlavə kredit müqavilələrində ödənilmiş kreditin valyutası, faizi onlarla razılaşdırılmadan valyuta növü ABŞ dolları ilə müəyyənləşmiş, cavabdeh Nəmət Əsgərova cavabdeh Bank tərəfindən 27.12.2013-cü il tarixli 14İSMLƏ/13 saylı əlavə kredit müqaviləsi ilə 30000 ABŞ dolları, 17.01.2014-cü il tarixli 14İSMLƏ/13-01 saylı əlavə kredit müqaviləsi üzrə 35000 ABŞ dolları və 06.03.2014-cü il tarixli 20İSMLƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə isə 30000 ABŞ dolları olmaqla, ümumilikdə 95000 ABŞ dolları həcmində kredit verilmişdir. Bank və kredit alan tərəfindən valyutanın dəyişdirildiyi, kreditin hansı faizlə ödəniləcəyi barədə məlumatlandırılmamışlar, bu barədə razılığı alınmamış və razılıqları ipoteka müqaviləsinə əlavə edilməmişdir. “xxxx” KB ASC-nin ona, Cavabdeh2 və digərlərinə qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli qətnaməsindən iddiaçı “xxxx” KB ASC tərəfindən verilmiş apellyasiya şikayət üzrə icraat Sumqayıt şəhər məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(105)-8/2020 saylı qərardadı ilə təkrar dayandırılmış və hazırda həmin mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır, mülki işə yekun vurulmamışdır. “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 25.12.2013-cü il tarixli 14İSMLK/13 saylı əsas kredit müqaviləsi üzrə “xxxx” KB ASC ilə onların aralarında bağlanmış ipoteka müqaviləsi Konstitusiya Məhkəməsinin qeyd edilən Plenium Qərarlarının şərtlərinə uyğun deyil və həmin şərtlər pozulmaqla bağlandığından “xxxx” KB ASC ilə onların aralarında bağlanmış 25.12.2013-cü il tarixli 14İSMLİ/13 saylı ipoteka müqaviləsi bağlanmamış hesab edilməlidir. Bütün bu qeyd edilənlərlə iddiada haqlı olduğu halda işə baxan hakim onlara qarşı haqsızlıq edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəmənin mövcud Plenum Qərarını düzgün təvsir etməyərək, heçə sayaraq, əsassız arqumentlərə əsaslanaraq iddialarını rədd etmiş, yalnış nəticəyə gələrək tamamilə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdehlər “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış əsas kredit müqaviləsində Cavabdeh2 ilə sonradan bağlanacaq əlavə kredit müqavilələrindəki şərtlər müəyyənləşməmişdir. Əsas kredit müqaviləsi üzrə tərəflər arasında cəmi bir milyon* manat çərçivəsində kredit verilməsi razılaşdırılsa da, sonrakı əlavə kredit müqavilələri üzrə şərtlər ipoteka qoyan şəxslər kimi onlarla razılaşdırılmamış, verilən kredit ABŞ dolları ilə verilmiş, nəticədə məlum devolivasiya zamanı kredt məbləğ iki dəfədən çox artmışdır. Yəni onlar yalnız manatla ödəniləcək kreditin verilməsinə razılaşmışlar. Bundan əlavə, məhkəmə belə bir nəticəyə gəlmişdir ki, guya kreditin ABŞ dolları ilə verilməsi onların məsuliyyətinin artmasına səbəb olmamışdır. Necə ola bilər ki, Cavabdeh2 tərəfindən 95000 ABŞ dolları alınarkən təqribən 74100 manat təşkil etdiyi halda, son devolivasiyadan sonra həmin rəqəm 161500 manat təşkil etmişdir. Birdən-birə kredit alan təkcə əsas borcu aldığından iki dəfə artıq ödəməyə məcbur qaldığı zaman onlar ipoteka qoyanların vəziyyəti necə dəhşətli şəkildə pisləşməyə bilər? Məhkəmə isə bu nüansları nəzərə almamışdır. Bununla da Bakı şəhər Nəsimi Rayon Məhkəməsində sözügedən qətnamə qəbul edilərkən işə birtərəfli yanaşılmış, işin halları tam araşdırılmamış, maddi-hüquq normaları bir tərəfli tətbiq edilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun11 oktyabr 2019-cu il tarixli qərardadına; “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 25 iyul tarixli Qərarı ilə əlaqədar 9 sentyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərardadına; MM-in 269.1, 269.5, 270.1, 309.1, 319, 324.4, 324.5, 372, 373, 374, 375, 377, 385.1, 386.1, 399, 404, 420.1.5, 420.2, 420.3.2, 420.3.4, 420.3.5, 421.3, 425, 427.3, 439.3, 442, 445.7, 446.3, 448.1, 449.1, 458.1, 462, 527.1, 560.1-560.3, 739, 741, 743, 744; «İpoteka haqqında» Qanunun 10.2; MPM-in 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Qeyd edilənlərdən əlavə diqqətə çatdırılmalıdır ki, iddiada ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi tələbinin maddi hüquqi anlamda konstitusiya məhkəməsinin qərarında əks edilməsi prosessual hüquqi anlamda bu tələbin verilməsinə icraat növü baxımından əsaslar yaratmır və tələbin forma (məzmun) tələblərinə cavab vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3712/2020 saylı işi üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar