Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4473/2024 20.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı (nümayəndəsi və vəkili Vəkil vasitəsilə) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 sentyabr 2024-cü il tarixdə məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, ev 40, 126 saylı mənzilin üzərindən həbsin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-481/2024 saylı iş üzrə 07 may 2024cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbi təmin edilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, ev 40, 126 saylı mənzilin üzərindən həbsin götürülməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı İddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(001)-1243/2024 nömrəli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, ev 40, 126 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürüldüyünü bildirmiş, iddiadan imtina edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli ərizəni müdafiə edərək icraata qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası iddiadan imtina barədə ərizəni müzakirə edərək hesab edir ki, imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370.2). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-nin 261, 376.2, 391, 402-405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(009)-481/24 nömrəli qətnaməsi ləğv edilsin. Mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4473/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4473/2024
20.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver