Məhkəmə qərarları › İş №2(103)-4476/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4476/2025

22.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4476/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: mənzildən qanunsuz yaşayan şəxslərin çıxarılması, mənzilin boşaldılması, dəymiş maddi və mənəvi ziyanın qaytarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-273/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 07 iyun 2017-ci il tarixli, 2(005)- 2383/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı, X1rşı “mənzilin tikintisinə və satışına dair müqavilənin etibarsız hesab edilməsi" barədə iddiası təmin edilərək, cavabdehlər arasında ünvan 1 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 106,0 kv.metr olan 2 otaqlı mənzilə dair ilk öncə bağlanmış 15 oktyabr 2015-ci il tarixli, 265 saylı "mənzil tikintisinə və satışına dair müqavilə”nin, daha sonra həmin mənzil barədə cavabdehlər arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli, 125 “a" saylı "mənzil tikintisinə və satışına dair müqavilə”nin etibarsız hesab edilməsi, cavabdehlər arasında ünvan 1 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 94 kv.metr olan 2 otaqlı mənzilə dair bağlanmış 15 oktyabr 2015-ci il tarixli, 264 saylı “mənzil tikintisinə və satışına dair müqavi!ə”nin etibarsız hesab edilməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2017-ci il tarixli, 2(103)-9717/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 07 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı və vəkili Lalə Mənsurova qətnamədən kassasiya şikayəti vermişlər.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2018ci il tarixli, 2(102)-2613/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün qaytarılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli, 2(103)-7603/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 07 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi rədd olunmuşdur, iddiaçı təşkilatın direktoru İmdad Dursunov və vəkili Siracəddin Kərimov qətnamədən kassasiya şikayəti vermişlər.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2018ci il tarixli, 2(102)-2613/2018 saylı qərarı ilə xx.xx.2019-cu il tarixli 2(102)-888/2019 saylı qərarı ilə iddiaçı “Svit Haus" MMC-nın direktoru X13 və vəkili Kərimov Siracəddin Allahverdi oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2018-ci il tarixli, 2(103)-7603/2018 saylı qətnaməsi iddiaçı "Svit Haus” MMC-nin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021 saylı iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 2 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3- cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kvadrat metr olan mənzilə dair hissədə cavabdehlər X7 ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli 265 a saylı müqavilənin və ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv. olan mənzilə dair hissədə Cavabdeh2 ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli 264 saylı müqavilənin etibarsız hesab edilməsi, əqdlərin etibarsızlığının hüquqi nəticəsi tətbiq edilməklə ünvan 2 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3- cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kvadrat metr olan mənzilə dair hissədə cavabdehlər X14 ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, ünvan 2 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv. olan mənzil cavabdeh X14 tərəfindən və ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kvadrat metr olan mənzil Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, cavabdeh "xxxx" MMC-dən maddi ziyana görə 31500 (otuz bir min beş yüz) manat və mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6553/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərardadı ilə, İddiaçı və cavabdehlər "xxxx" MMC və X14 arasındakı saziş “1.Hər iki tərəf bəyan edir ki, aralarında yaranmış bütün hüquqlar və iddialar barəsində mübahisəni və qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

2. Qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi mümkün olmayan məsələləri tərəflərdən birinin təşəbbüsü ilə məhkəmə qaydasında həll edirlər. 3. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 125s nömrəli müqavilə üzrə ünvan 3 ünvanda yeni yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerlşən ümumi sahəsi 106 kv.m, olan 2 otaqlı mənzilin Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-337/2021 saylı qətnməsinin könüllü icrası ilə bağlı X8 (ədalətli şəkildə əvəzi verilmək şərtilə) alınaraq İddiaçı verməyi, sonuncuya qarşı həmin mənzillə bağlı hər hansı bir iddia irəli sürməməyi və mənzilə sahiblik etməklə bağlı ona maneə törətməməyi öhdəsinə götürür. 4. X14 istifadəsində olan ünvan 3 ünvanda yeni yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerlşən ümumi sahəsi 106 kv.m, olan 2 otaqlı mənzili könüllü şəkildə İddiaçı verməyi və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-337/2021 saylı qətnaməsinin özünə aid hissədə könüllü şəkildə icra etməyi, apellyasiya şikayəti verməməyi, apellyasiya şikayəti verildiyi halda həmin şikayətdən imtina etməyi barədə 2 nüsxədə notarial təsdiq edilmiş ərizəni tərəflərə verməyi öhdəsinə götürür. 5. Gələcəkdə İddiaçı qarşı hər hansı tələblə məhkəmə və digər hüquq mühafizə orqanlarına müraciət etməməyi, iddia və şikayət verməməyi, ünvan 3 ünvanda yeni yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv.m, olan 2 otaqlı mənzili boşaltmağı, bunu mübahisələndirməməyi, həmçinin X21i imzalandığı gündən sonra 3 gün ərzində həmin əmlakı İddiaçı təhvil verməyi, həmin əmlakın İddiaçın mülkiyyətinə keçməsini mübahisələndirməməyi və mənzilin təmirinə çəkdiyi xərci İddiaçı və "xxxx" MMC-dən tələb etməməyi öhdəsinə götürür. 6. İddiaçı özünə məxsus ünvan 3 ünvanda yeni yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerlşən ümumi sahəsi 106 kv.m, olan 2 otaqlı mənzilini "xxxx" MMC-dən və X8 geri aldıqdan sonra, mənzil X14 tərəfindən təmir edildiyindən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 337/2021 saylı qətnməsinə görə 31500 manat maddi və 3000 manat mənəvi ziyanın "xxxx" MMCdən alınaraq ona verilməsi hissəsindən, X14 tərəfindən həmin mənzilin təmirinə çəkilmiş xərclə əvəzləşdirilməsinə etiraz etməməyi öhdəsinə götürür. 7. Bu Sazişin şərtlərinin dəyişdirilməsinə və ona əlavələr edilməsinə tərəfləein qarşılıqlı razılığı ilə yol verilir. Sazişə edilən bütün əlavə və dəyişikliklər yazılı qaydada aparılıq və tərəflər imzalandıqdan sonra Sazişin tərkib hissəsi kimi müəyyən olunacaqdır. Bir tərəfli qaydada aparılan hər hansı bir əlavə və ya dəyişikliklər hüquqi qüvvəyə malik deyildir. 8. Saziş dörd nüsxədə tərtib edilməklə, bir nüsxəsi İddiaçı, bir nüsxəsi "xxxx" MMC-yə, bir nüsxəsi X9, digər bir nüsxəsi isə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi üçün tərtib edilir. 9. X21 məhkəmə tərəfindən qarardadla təsdiq edildikdə mülki iş üzrə icraata bu sazişin əhatə etdiyi hissələrdə xitam verilir.” Şərtləri ilə təsdiq edilmiş, iddia tələbinin “15 oktyabr 2015-ci il tarixli 125 a nömrəli müqavilə üzrə ünvan 4 ünvanda yeni yaşayış binasının 3-cü giriş, 3cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kvadrat metr olan 2 otaqlı mənzilə” aid təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan kassasiya şikayəti verilməmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6553/2021 saylı 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Kərimov Siracəddin Allahverdi oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021 saylı iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-624/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 6553/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv.m olan mənzil Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir. İcra sənədinin verildiyi tarix 09 mart 2022-ci ildir.

11. Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021 saylı iş üzrə 30 mart 2021ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

12. Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, icra sənədinin icra olunması məqsədi ilə xx.xx.2023-cü il tarixdə icra yerinə gedilmiş, mənzilin qapısı döyülmüş və qapını açan Cavabdeh1 adlı şəxs bildirmişdir ki, mənzili onun həyat yoldaşı almışdır. Onlar bu ünvanda xx.xx.2020-ci il tarixdən hazırki tarixədək yaşayırlar və mənzildəki əmlaklar özlərinə məxsusdur. Bu mənzildə Cavabdeh2 adlı şəxs yaşamır. Bu səbəbdən qətnamədə digər şəxslərin çıxarılması nəzərdə tutulmadığı üçün qətnamənin icrasını mümkünsüz hesab edərək, icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən qanunsuz yaşayan digər şəxslərin çıxarılması, mənzilin boşaldılması, dəymiş maddi və mənəvi ziyanın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilə üzrə ünvan 5 ünvanında hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115,8 kv.m. olan 2 otaqlı mənzilin (yeni ünvanı Bakı şəh., Nərimanov ray., Qədirbəyova küç., ev 16, mənzil 4-ün) boşaldılaraq İddiaçı təhvil verilməsinə, həmin mənzildə qanunsuz olaraq yaşayan cavabdeh X2, onun ailə üzvlərinin və digər şəxslərin həmin mənzildən çıxarılmasına, həmçinin Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış fayda kimi 24000 manat pulun və mənəvi zərərin əvəzi kimi 10000 manat pulun Cavabdeh2 alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbini onunla əsaslandırmışdır ki, “iddiaçı Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2(005)-1902/2024 saylı mülki iş üzrə mübahisəli mənzili məhkəmə qərarını icra edərək boşaldaraq tərk etməyin əvəzinə məndən 132000 manat təmir xərcini tələb edir. İddiasının əsası kimi də "xxxx" MMC-nin mütəxəssis rəyinə istinad edir. İlk növbədə onu qeyd etməliyəm ki, rəylə tanış olarkən müəyyən edilir ki, həmin rəydə təmirə çəkilmiş xərclər tikinti normalarına uyğun olmayaraq şişirdilmiş qiymətlərlə qeyd edilib və orada tikinti normalarına uyğun olmayan bir sıra xərclər mövcuddur. Məsələn: Həmin xx.xx.2024-cü il tarixli rəyin 15-ci səhifəsində sonuncu sətirdə mütəxəssis qeyd edir ki, 358,02 kv.m. divarın hamısı izolyasiya olunub və bunun üçün materiala 21492 manat pul xərclənib. Məhkəmənin diqqətinə çatdırmaq istərdim ki, bu cür izaolyasiya mənzillərin yalnız hamam otağında aparıla bilərdi. Bu cür tam izolyasiya hovuzlar üçün nəzərdə tutulub və mənzillərin divarlarının izolyasiyasının xərci bu qədər deyil. Bu hələ mənim mütəxəssis olmadan gördüyüm bir faktdır. Bu səbəbdən rəyi sübut kimi qəbuletmirik, onu mötəbər sübut hesab etmirik və həmin rəyə etiraz edirik. Hesab edirik ki, məhkəmə tərəfindən yeni rəy alınması üçün tikinti-texniki ekspertiza təyin edilməlidir. Həmçinin rəydə mənzilin mebellərinə çəkilmiş xərci də ümumiyyətlə qəbul etmirik. Əlavə olaraq mütəxəssisin ümumi xərcin 10 % həcmində görünməyən xərclərə hesablama aparmasını da absurd hesab edirik və qəbul etmirik. Bütün xərclər təkrar hesablanmalıdır. Bunun üçün mənə ekspertlə və ya mütəxəssislə mübahisəli mənzilə baxış keçirmək üçün şərait yaradılmalıdır. Eyni zamanda məhkəmə nəzərə almalıdır ki, rəydə qeyd edilmiş təmir xərcləri bu günə olan bazar qiymətlərindən artıq şişirdilmiş şəkildə yazılmışdır. Halbuki, iddiaçı Cavabdeh2 iddia ərizəsində də, Ali məhkəməyə müraciətində də, icra işi üzrə qərardaddan verdiyi şikayətdə də qeyd etdiyi kimi mənzili 2015-ci ildə almışdır. Bundan sonra təmir etmişdir. 2022-ci ilin may ayında ərizə ilə Ali məhkəməyə müraciət edən Cavabdeh2 bildirmişdir ki, mübahisəli mənzil hələ də onun istifadəsindədir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-337/2021 saylı qətnaməsi üzrə icra vərəqəsi isə 2022-ci ilin mart ayında verilmiş və artıq 2 ildən çoxdur ki, Cavabdeh2 mənim mənzilimi qanunsuz olaraq mənə təhvil verməkdən imtina edir. Bundan başqa həmin mənzili boşaldaraq mənə təhvil vermək üçün icra məmuru ilə mənzilin qapısına gedərkən qapını əvvəllər heç vaxt adını eşitmədiyimiz Ramazanova Rəna adında şəxs açır və bildirir ki, mənzil onundur və o, 2020-ci ildən orada yaşaması barədə saxta bir arayış da təqdim edir. İcra məmurunun qərarına əsasən icra vərəqəsi icrasız məhkəməyə qaytarılır. Həmin qərardan verdiyimiz şikayətə Nərimanov rayon məhkəməsində baxılaraq şikayətimiz təmin olunsa da, Cavabdeh2 şikayətinə əsasən qərardad ləğv edilmiş və həmin qərardaddan verdiyimiz şikayətimiz təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-36/2024 saylı qərardadı ilə şikayətimiz təmin edilmiş və Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-541/2023 saylı qərardadı ləğv edilərək icra məmurunun qərarından verdiyimiz şikayətə təkrar baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Nərimanov rayon məhkəməsində araşdırma zamanı Cavabdeh2 və Cavabdeh1ovanın nümayəndələri bildirmişlər ki, mübahisəli mənzili Cavabdeh2 Cavabdeh1ovaya təqribən 355000 (üç yüz əlli beş min) manata satmışdır. Lakin bu barədə aralarında hər hansı bir yazılı müqavilə mövcud deyildir. Hesab edirik ki, hər hansı bir alqı-satqı olmamışdır. Cavabdeh1ova mənə məxsus mənzildə qanunsuz yaşayır. Bu səbəbdən həmin mənzildən çıxarılmalıdır. Həmçinin qanunsuz olaraq mənə məxsus mənzili 4 ildir ki, üçüncü şəxsin istifadəsinə vermiş Cavabdeh2 2 ildir ki, mənim real gəlirdən məhrum olmağıma səbəb olmuşdur. Belə ki, həmin ərazidə bu cür mənzilin orta aylıq kirayə haqqı təqribən 1000 manatdır. Bu da iki ilə 24000 manat əldən çıxmış faydamın olmasını göstərir. Həmin vəsait də, Cavabdeh2 tutularaq mənə verilməlidir. Eyni zamanda mənim mənzilimdən qanunsuz istifadə edərək onun boşaltmaqdan imtina edən Cavabdeh2 mənə mənəvi istirablar yaşadaraq mənəvi ziyan da vurmuşdur. Belə ki, artıq neçə ildir ki, mən qanuni şəkildə əldə etdiyim mənzilimdən istifadə edə bilmiriəm. Bu səbəbdən Cavabdeh2 10000 manat da mənəvi ziyanın əvəzi olaraq tələb edir. Belə ki, Mən, 2015-ci ilin oktyabr ayının 15-də "xxxx" MMC-nin direktoru ilə Mənzil Tikintisinə və Satışına dair müqavilələr bağlamışam. Həmin Müqavilələrə görə İddiaçı “Sifarişçi”, "xxxx" MMC isə “İcraçı” adlanırdı. Aramızda bağlanmış 264 saylı Müqaviləyə əsasən “Sifarişçi” “İcraçıya” ünvan 7 ünvanında hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 2- ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115,8 kv.m. olan 2 otaqlı mənzili və 125a saylı Müqaviləyə əsasən ünvan 5 ünvanında hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumisahəsi 106 kv.m. olan 2 otaqlı mənzili tikib təhvil verməyi sifariş etmişdir. Müqavilələrə əsasən “Sifarişçi” mənzillərin dəyərini tam ödəməyi, “İcraçı” isə mənzillərə aid olan bütün hüquqlarını (şəxsi mülkiyyət hüququ daxil olmaqla) mənzillərin ümumi qiymətinin tam ödənilməsindən sonra “İcraçıya” təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixdə tərəfimdən mənzillərin dəyəri, “İcraçıya” tam ödənilmiş və bu mənzillərə dair heç bir borcumun olmaması barədə maliyyə arayışları verilmişdir. Lakin həmin mənzilləri mənə təhvil verməkdən imtina edən də "xxxx" MMC mənim mənzillərimi başqa şəxslərə qanunsuz olaraq köhnə tarixə saxta müqavilələr tərtib etməklə satmışdır. Bu səbəbdən mən Bakı şəhəri Nərimanov rayon məhkəməsinə iddia tələbi ilə müraciət etdim. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-337/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmişdir. Məhkəmə hər iki mübahisəli mənzili İddiaçı vermiş və vurulmuş ziyanın əvəzinin də cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya verilməsini qət etmişdir. Həmin qətnamədən narazı qalan "xxxx" MMC apellyasiya şikayəti verərək iddianın rədd edilməsini xahiş etmişdir. Lakin sonradan apellyasiya instansiyasına barışıq sazişi təqdim edərək mənzillərdən biri, həmçinin maddi və mənə ziyanla bağlı razılaşma əldə etdiyimizi və barışdığımızı bildirmişdik. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-6553/2021 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilmiş, barışıq sazişinin əhatə etdiyi hissələrdə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş və həmin hissələrdə icraata xitam verilmişdir. Eyni gündə BakıApellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 6553/2021 saylı qətnaməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra "xxxx" MMC tərəfindən qətnamədən Kassasiya şikayəti verilmiş və iddianın tam rədd edilməsi tələb edilmişdir. Bu isə Barışıq Sazişinin şərtlərinin pozulması kimi qiymətləndirilir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-624/2022 saylı qərarı ilə Kassasiya şikayəti təmin edilməmişdir. İş üzrə Cavabdeh2 Əlavə Kassasiya şikayətində göstərdiyi ünvanına (ünvan 8ldiriş göndərilməklə dəvət edilsə də, məhkəmələrin heç birinin çağırışına gəlməsə və nümayəndəsini göndərməsə də, bütün məhkəmə bildirişlər onun ünvanına çatdırılmışdır. Bu səbəbdən Əlavə Kassasiya şikayətinin verilməsi üçün prosessual müddət üzrsüz səbəbdən ötürülmüş və bərpa edilməmişdir. Eynizamanda onu da bildirirəm ki, Cavabdeh2 tərəfindən mübahisələndirilən mənzillə bağlı təklif ediləcək hər hansı barışıq təklifinin müzakirə edilməsinə hazıram. Diqqətinizə çatdırmaq istərdim ki, barışıq sazişinin təsdiq edilməsinə və Apellyasiya instansiyasında iş üzrə icraata qismən xitam verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 6553/2021 saylı qərardadını tərəflərin heç biri mübahisələndirməmişdir. Həmçinin Əlavə Kassasiya şikayətində də qeyd edilmiş xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli Müqavilələrə diqqətinizi cəlb etmək istərdim. Belə ki, Cavabdeh2 guya xx.xx.2015-ci il tarixdə verilmiş mənzilə dair müqavilədə olan "xxxx" MMC-nin möhürünü İddiaçı, yəni mən 2015-ci ilin iyun ayında sifariş verərək almışam. Yəni həmin möhür xx.xx.2015-ci il tarixində mövcud olmadığı üçün istifadə oluna bilməzdi. Bu səbəbdən də Cavabdeh2 məxsus olduğu iddia edilən mənzilin müqaviləsi xx.xx.2015-ci ildən sonra tərtib edilmişdir və saxtadır. Bütün bu məhkəmə mübahisələrindən əvvəl"xxxx" MMC mənə və keçmiş direktoruna qarşı Nərimanov rayon məhkəməsində iddia qaldıraraq mənimlə "xxxx" MMC-nin keçmiş direktoru arasında bağlanmış Mənzil Tikintisinə və Satışına dair müqavilələrin etibarsız hesab edilməsini tələb etmişdir. "xxxx" MMC iddia etmişdi ki, mənə məxsus mənzilləri X5 və Cavabdeh2 məndən daha əvvəl satmışdır. Nərimanov rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-2383/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən mən apellyasiya şikayəti vermişdim. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)9717/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətim təmin edilməmişdir. Lakin Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)- 2613/2018 saylı qərarı ilə mənim Kassasiya şikayətim təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)9717/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Mənim Apellyasiya şikayətimə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(103)-7603/2018 saylı qətnaməsində qət etmişdir ki, apellyasiya şikayətim təmin olunsun, Nərimanov rayon məhkəməsinin 2(005)- 2383/2017 saylı, 07 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və "xxxx" MMC-nin mənə və keçmiş direktoruna qarşı iddiası rədd edilsin. Həmin qətnamədən "xxxx" MMC tərəfindən verilmiş Kassasiya şikayəti də,Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-888/2019 saylı qərarı ilə təmin edilməmiş və bununla da Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-7603/2018 saylı qətnaməsi qanun qüvvəsini almışdır. Həmin Qətnamədə Bakı Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMC-nin iddia etdiyi kimi mənim müqavilələrim yox, X3 və Cavabdeh2 müqavilələri saxtadır və bu səbəbdən etibarsızdır. Belə ki, həmin şəxslərlə "xxxx" MMC arasında bağlanmış müqavilələr mənimlə "xxxx" MMC arasında bağlanmış müqavilələrdən sonra tərtib edilərək imzalanmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 888/2019 saylı qərarı da Cavabdeh2 tərəfində Əlavə Kassasiya qaydasında mübahisələndirilmiş lakin prosessual müddətin ötürülməsi üzrlü hesab edilməmişdir. Yuxarıda qeyd edilən və iş materiallarında sadalanan qərarlardan məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021- ci il tarixli, 2(103)-6553/2021 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilmiş, barışıq sazişinin əhatə etdiyi hissələrdə Nərimanov rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş və həmin hissələrdə icraata xitam verilmişdir. Eyni gündə Bakı Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 6553/2021 saylı qətnaməsi ilə "xxxx" MMCnin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra "xxxx" MMC tərəfindən qətnamədən Kassasiya şikayətinin verilmiş və iddianın tam rədd edilməsi tələb edilmişdir. Bu isə Barışıq Sazişinin şərtlərinin pozulması kimi qiymətləndirilir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-624/2022 saylı qərarı ilə Kassasiya şikayəti təmin edilməmişdir. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin yuxarıda adı çəkilən xx.xx.2021-ci il tarixli, 2(103)-6553/2021 saylı qətnaməsi qanun qüvvəsini aldığından və icra edilməsi üçün Nərimanov rayon İcra şöbəsinə göndərildiyindən məcburi qaydada icra edilməlidir. Lakin mənim bütün tələblərimə baxmayaraq Cavabdeh2 Məhkəmə qərarını qərəzli olaraq icra etməkdən boyun qaçırır. Bununla da mənə həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşam.”

15. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilə üzrə ünvan 5 ünvanında hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115,8 kv.m. olan 2 otaqlı mənzilin (yeni ünvanı Bakı şəh., Nərimanov ray., Qədirbəyova küç., ev 16, mənzil 4) boşaldılaraq İddiaçı təhvil verilməsinə, həmin mənzildə qanunsuz olaraq yaşayan cavabdeh X2 əşyaları ilə birlikdə çıxarılmasına, həmçinin Cavabdeh2 əldən çıxmış fayda kimi 24000 manat və mənəvi zərər kimi 10000 manat pulun alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-273/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilə üzrə ünvan 10 ünvanda hazır tikilmiş ikinci yüksəkmərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115,8 kv.m. olan 2 otaqlı mənzildən Cavabdeh1 əşyaları ilə birlikdə çıxarılması, həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1, 152.5, 157.2, 164.1, 165.1, 443.4, 560.1-ci maddələrinə, “İnsan hüquqlarının və X10 haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 82.3, 119.1, 185.5, 217.4, 218.3, 227, 238, 241-244 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edildiyi hissəsində ləğv edilərək, iddia ərizəsinin tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2020-ci ildən mübahisəli mənzildə yaşayır. Lakin birinci instansiya məhkəməsinin, qərarlarına istinad etdiyi məhkəmə mübahisələrinin heç birində Cavabdeh1 nə cəlb edilmiş, nə də həmin işlərdə iştirak etmişdi. Bu baxımdan Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə uyğunolaraq həmin məhkəmə aktları Cavabdeh1 tərəfi olduğu hazırkı məhkəmə mübahisəsində preyudisial məhkəmə aktı olaraq istifadə edilə bilməz. Çünki, Cavabdeh1 əvvəlki məhkəmələrin iştirakçısı olmadığı üçün həmin aktlar preyudisial əhəmiyyət daşımır və onu həmin aktları və həmin aktlarda müəyyən edilən halları mübahisələndirmək imkanından məhrum etməməlidir. Bu yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında ortaya qoyulan mövqeyə də uyğundur. Bu səbəbdən hazırkı işdə Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tətbiq edilməsi səhv olmuşdur. Hesab edir ki,birinci instansiya məhkəməsi Cavabdeh1 araşdırma aparmadan qanuni əsasları olmadan mübahisəli mənzildə yaşaması ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun deyil. Cavabdeh1 2020-ciildən mübahisəli mənzildə yaşayır, lakin birinci instansiya məhkəməsində iştirakı etmədiyi üçün bu barədə və digər məsələlərlə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən hesab edir ki, onun birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutları apellyasiya məhkəməsi tərəfindən araşdırılmalıdır.

20. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsi, iddia tələbinin təmin edilməmiş hissəsində qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə tam razılaşmır. Belə ki, Cavabdeh2 qarşı tələbinin təmin edilməməsi ilə razılaşmır. Belə ki, əldən çıxmış fayda kimi 24000 manat kirayə haqqını tələb etmək üçün kifayət qədər sübut olmasına baxmayaraq məhkəmə bu hissədə yanlış nəticəyə gəlmişdir. Mənəvi zərərlə də bağlı hesab edir ki, Cavabdeh2 mənzili İddiaçı təhvil verməkdən imtina etməsi və 5 ildən çox çəkən məhkəmə mübahisələrini qəsdən əsassız şəkildə uzatması ondan mənəvi ziyanı tələb etmək hüququnu yaratmışdır. Nərimanov rayon məhkəməsi Konstitusiyanın 13-cu maddəsinin yalnız birinci bəndinə istinad etsə də, üçüncü bəndində Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz deyə yazıldığını unutmuşdur. Belə ki, iddiaçının mülkiyyət hüquqlarını qismən müdafiə edən məhkəmə işin faktiki hallarını nəzərə almadan qanun normasını düzgün tətbiq etməmiş və cavabdehdən tutulmalı olan pul vəsaitlərini tutmayaraq mülkiyyət hüququmuzu qismən pozmuşdur. Çünki iddiaçının həmin yaşayış binasında başqa mənzili də var və onun həmin binada mənzillərin kirayə h.aqqı barədə məlumatı vardır. Məhkəmə İnzibati orqanın məktubuna və cavabdehin məlumatına görə, digər məhkəmədə mübahisəsi getdiyini bildiyi halda hazırkı iddia üzrə yekun qərar qəbul etməməli və iş üzrə icraatı dayandırmalı idi. Məhkəmə mülkiyyətçinin hüquqlarını qismən təmin edərək, cavabdeh Ramazanova Rənanın mənzilə heç bir hüququnun olmamasını qeyd etsə də, digər Cavabdeh2 həmin mənzili qanunsuz olaraq kiməsə satması faktı məhkəmə tərəfindən təsbit edilsə də, bunun hüquqi nəticələri müəyyən edilməmişdir. Yəni məsuliyyətə cəlb edilməli olan cavabdehin təqsiri aşkar olduğu halda ona qarşı tələb təmin edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutları qismən yetərli hesab etmişdir. Halbuki iddia qismən təmin edilərkən cavabdehlərdən Ramazanova Rənaya qarşı olan tələbin əsaslılığı müəyyən edildiyindən, bu birbaşa digər cavabdehin hərəkətlərinin nəticəsi ilə əlaqədar olduğundan ona qarşı tələbi də əsaslı sayılmalıdır. Məhkəmə mülki işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarını kobud surətdə pozaraq, AR MPM-nin 385-ci maddəsinin tələblərinə əməl etməmişdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq vəazadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərəbərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və X10 haqqında Konvensiyanın 6-cımaddəsinin 1- ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə bütün sübutları sadaladıqdan və bütün qanunvericilik normalarını sadaladıqdan sonra belə qənaətə gəlmişdir ki, iddia qismən əsaslıdır. Halbuki, iddianın qanuni və hüquqi əsasları kifayət qədərdir və iş üzrə başqa mübahisə predmeti olsa da hakim işin icraatını dayandırmadan nəticə vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

23. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X15 bildirdi ki, Cavabdeh2 digər Cavabdeh1 ilə qohumluq əlaqələri yoxdur. Cavabdehlər öz aralarında şifahi müqavilə bağlayaraq, Cavabdeh1 pul verərək, Cavabdeh2 mənzili alır. Mənzilin təmiri Cavabdeh2 məxsusdur.

24. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının cavabdehin nümayəndəsi və vəkilin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini və apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

25. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

27. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X10 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 152.1 mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

29. Maddə 152.5 mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.2 mülkkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

32. Maddə 165.1 sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

33. Maddə 560.1 mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

44. Hazırki halda, qətnaməni həm iddiaçı, həm də cavabdeh mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-273/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

47. Hazırki iş üzrə İddiaçı iddia tələbi 3 hissədən ibarətdir: - Cavabdeh1 mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi; - Cavabdeh2 24.000 manat əldən çıxmış fayda tutulması; - Cavabdeh2 10.000 manat mənəvi zərər tutulması.

48. Apellyasiya şikayətlərindən göründüyü kimi, iddiaçı qətnaməni Cavabdeh2 24.000 manat əldən çıxmış faydanın və 10.000 manat mənəvi zərərin tutulması hissəsində, cavabdeh isə qətnaməni mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində mübahisələndirir. Belə olan halda qətnamə bütövlükdə yoxlanılır.

49. Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir.

50. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

51. Kollegiya cavabdehin apellyasiya şikayətinə münasibətdə hesab edir ki, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3.-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mübahisəli mənzilin iddiaçıya məxsus olması artıq qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3- cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv.m olan mənzil Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamə həmin hissədə yuxarı və kassasiya instansiyası məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, mənzilin başqa şəxsin (Cavabdeh1) sahibliyində olması da iş materialları ilə müəyyən edilir. Belə ki, həmin qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə icraata başlanılmışdır. Bununla belə, Nərimanov rayon İcra şöbəsinin icra məmurları tərəfindən icra sənədinin icra olunması məqsədi ilə xx.xx.2023-cü il tarixdə icra yerinə gedilmiş, mənzilin qapısı döyülmüş və qapını açan Cavabdeh1 adlı şəxs bildirmişdir ki, mənzili onun həyat yoldaşı almışdır. Onlar bu ünvanda xx.xx.2020-ci il tarixdən hazırki tarixədək yaşayırlar və mənzildəki əmlaklar özlərinə məxsusdur. Bu mənzildə Cavabdeh2 adlı şəxs yaşamır. Bu səbəbdən Nərimanov rayon İcra şöbəsinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə qətnamədə digər şəxslərin çıxarılması nəzərdə tutulmadığı üçün qətnamənin icrasını mümkünsüz hesab edərək, icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. İşin bu halı həm də sahibliyin qanunsuz olmasına əsas verir. Çünki iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktları mənzilin iddiaçıya məxsus olmasını müəyyən etdiyi halda, cavabdeh heç bir hüquqi əsas olmadan mənzildə yaşamaqda və onu iddiaçının sahibliyinə və istifadəsinə qaytarmamaqda davam edir. Cavabdeh1 həmin mənzildə yaşamasının qanuni əsası müəyyən edilməmişdir. Bu isə əmlakın (mənzilin) cavabdehin qanunsuz sahibliyində olması qəanətinə gəlməyə əsas verir.

52. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, mübahisəli mənzilin hər hansı bir qanuni əsas (alqı-satqı müqaviləsi və s.) olmadan Cavabdeh1 faktiki sahibliyində olduğu müəyyən edilmişdir. Cavabdeh1 iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan mənzili zəbt etməklə mənzildən çıxmaması iddiaçının həmin mənzilə dair istifadə hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istifadə etməsinə imkan vermir və maneə yaradır. Mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə yaşayış evindən istifadə edilməsi isə mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Bu səbəbdən Cavabdeh1 mübahisəli mənzildə qalması iddiaçının mənzil hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və müvafiq qətnamə cavabdehin həmin mənzildən çıxarılması və mənzilin onun tərəfindən boşaldılması üçün əsas olmalıdır. Digər tərəfdən qeyd olunan mənzilin İddiaçı təhvil verilməsi məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbdir. Cavabdehin qeyd olunan mənzildə hər hansı bir əsas olmadan qalması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını da mümkünsüz edir. Belə olan halda hazırda Cavabdeh1 mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair iddia tələblərini əsaslı hesab edilərək, Cavabdeh1 mənzldə hər hansı bir qanuni əsas olmadan yaşaması İddiaçı qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilir və ünvan 10 ünvanında hazır tikilmiş ikinci yüksəkmərtəbəli yaşayış binasının 2-ci giriş, 3cü mərtəbəsində yerləşən ümumi sahəsi 115,8 kv.m. olan 2 otaqlı mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi və Cavabdeh1 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması əsaslı hesab edilir.

53. İddiaçının apellyasiya şikayətinin əldən çıxmış fayda hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Mülki Məcəllənin 443.4-cü maddəsinə görə hazırki iş üzrə cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış faydanın tutulması istisna olunur. Həmin maddəyə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İddiaçı həmin mənzili digər şəxslərə kirayə verə bilmədiyi üçün cavabdeh tərəfindən ona vurulmuş ziyanın ödənilməsini tələb etsə də, tələb ehtimal əsasında müəyyən edilmiş, əldən çıxmış fayda şəklində zərərin müəyyənləşdirilməsi üçün yuxarıda qeyd edilən maddədə müəyyən edilən dispozisiya şərtlərinin olmasına, iddiaçının müvafiq gəliri əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərinə dair mötəbər sübutlar təqdim olunmamışdır. Belə ki, həmin maddəyə əsasən kreditorun (hazırki işdə iddiaçının) həmin faydanı əldə etmək üçün müəyyən tədbirlər görməsi, hazırlıq işləri aparması tələb olunur. İddiaçı ötən müddət ərzində həmin mənzili kirayə vermək imkanında olmasını təsdiq edən mötəbər sübutları (mənzilə dair digər şəxslərlə real olaraq kirayə müqaviləsini bağlamasına, məhz cavabdehin təqsiri üzündən bunun baş tutmamasına, bununla bağlı üçüncü şəxslə danışıqlara dair sübutlar və s.) təqdim etməmiş, tələbini yalnız ümumi sözlərlə və ehtimallarla əsaslandırmağa çalışmışdır.

54. Kollegiya iddiaçının apellyasiya şikayətinin mənəvi zərər hissəsinə münasibətdə hesab edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır. Lakin məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla Cavabdeh2 hərəkətində (və ya hərəkətsizliyində) iddiaçıya münasibətdə hər hansı bir hüquq pozuntusu olması aşkar edilməmiş, onun hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsi – onun fiziki və mənəvi sarsıntılar keçirməsi halları sübut olunmamışdır. Belə ki, mübahisəli mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulmuş tələbdir. Həmin qətnamənin icra olunması məqsədi ilə icra yerinə gedilmiş, mənzildə Cavabdeh1 adlı şəxsin yaşadığı müəyyən olunmuş, qətnamədə digər şəxslərin çıxarılması nəzərdə tutulmadığı üçün qətnamənin icrası mümkünsüz hesab edilmişdir. Cavabdeh1 isə mübahisəli mənzildə xx.xx.2020-ci il tarixdən etibarən yaşadığını bildirmişdir. Göründüyü kimi, qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, mübahisəli mənzilin iddiaçıya təhvil verilməməsi Cavabdeh2 qanunsuz hərəkət və hərəkətsizliyi ilə əlaqəli olmamış, Cavabdeh2 həmin ünvanda yaşadığı müəyyən olunmamışdır. Onun icra sənədinin icrasına çətinlik törətməsi halı iş materialları ilə sübut olunmur. Hazırki tələb üzrə mənəvi ziyanın ödənilməsinə dair Cavabdeh2 qanunsuz hərəkət və hərəkətsizliyi, vurulmuş ziyanla hərəkət arasında səbəbli əlaqə sübuta yetirilmədiyindən iş üzrə mənəvi ziyana dair iddia tələbi də əsaslı deyildir.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətinlərində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

57. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Kollegiya hesab edir ki, məhkəmə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırkı halda apellasiya şikayətləri təmin edilmədiyindən iş üzrə apellyatorlar tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-273/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar