Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4478/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X3 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5417/2021 saylı iş üzrə qəbul etdiyi 07.09.2021-ci il tarixli qətnaməsindən verilmiş olduğu apellyasiya şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1 Məhərrəm oğluna, Cavabdeh3, X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinə giriş-çıxış məqsədilə ayrıca darvazanın quraşdırılmasına cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5417/2021 iş üzrə qəbul etdiyi 07.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuşdur. Həmin qətnamədən müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Mülki işin materiallarını və apellyasiya şikayətini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki işin materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5417/2021 saylı iş üzrə qəbul etdiyi 07.09.2021-ci il tarixli qətnamə müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı tərəfindən iş materiallarının 39-40-cı vərəqləri arasında nömrələnməmiş qəbzə imza edilməklə 21.10.2021-ci il tarixdə qəbul edilmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5417/2021 saylı iş üzrə qəbul etdiyi 07.09.2021-ci il tarixli qətnamədən 03.11.2011-ci il tarixdə apellyasiya şikayəti vermiş, həmin məhkəmənin 27.01.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Bundan sonra müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5417/2021 saylı iş üzrə qəbul etdiyi 07.09.2021-ci il tarixli qətnamədən yenidən apellyasiya şikayəti vermiş, həmin məhkəmənin 10.03.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə cavab vermədiyindən geri qaytarılmışdır. Daha sonra müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5417/2021 saylı iş üzrə qəbul etdiyi 07.09.2021-ci il tarixli qətnamədən 14.03.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, lakin barəsində şikayət verdiyi qətnaməni 21.10.2021-ci il tarixdə qəbul ediyi vaxtdan beş aya yaxın vaxt ötməsinə baxmayaraq buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə etməmişdir. Kollegiya qeyd edir ki, müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi ilə verilməsinə, habelə apellyasiya şikayətinə buraxılmış müddətin bərpa edilməsi ilə bağlı ərizənin əlavə edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası ilə bağlı məsələyə qiymət vermədən apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1 və 363.1.3-cü maddələrinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 366.2-ci maddəsinə görə isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, cavabdeh tərəfindən apellyasiya şikayəti prosessual qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası ilə bağlı ərizə verilmədiyindən, həmçinin birinci instansiya məhkəməsi tərəfindən bu hallara qiymət verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə şikayət üzrə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli apellyasiya şikayəti geri qayatarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5417/2021 saylı iş üzrə qəbul etdiyi 07.09.2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəriSabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4478/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4478/2022
27.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver