Məhkəmə qərarları › İş №2(103)-4482/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4482/2022

06.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4482/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(001)-2631/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun uşaqları, 14 fevral 2007-ci il təvəllüdlü X3 və 25 fevral 2012-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 6 (Yeni yaşayış massivi) ünvanında olan fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra 19 mart 2020-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 6 (Yeni yaşayış massivi) ünvanında olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(001)-2631/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı uşaqları, 14 fevral 2007-ci il təvəllüdlü X3 və 25 fevral 2012-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 6 (Yeni yaşayış massivi) ünvanında olan fərdi yaşayış evinə köçürülmələri, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddianın təmin edilməsini, X1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 6 (Yeni yaşayış massivi) ünvanında olan fərdi yaşayış evinə köçürülməsi qərara alınmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(001)-2631/2020 saylı qətnaməsinin ləğv edilərək, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil Bayram qızı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda tərəflər mübahisəli mənzili satmışlar, mənzilin satışından əldə edilmiş pul tərəflər arasında bölüşdürülmüşdür. Buna görə də apellyasiya şikayətindən imtina edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətindən imtina barədə ərizəsini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı, Cavabdeh apellyasiya şikayətindən imtina etdiyi üçün apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi, Cavabdeh apellyasiya şikayətindən imtinası qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(001)- 2631/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar