Məhkəmə qərarları › İş №2(103)-4482/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4482/2023

11.07.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4482/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-658/2006 saylı, 05 iyun 2023-cü il tarixli qərardadından iddiaçı Səidova (Hacıyeva) Anaxanım Əli qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(004)-658/2006 saylı qətnaməsi ilə ərizə təmin edilərək Bakı şəhəri 13-cü Nərimanov (keçmiş Sovet) döngəsindəki 7 saylı evin Səidova (Hacıyeva) Anaxanım Əli qızının yaşadığı sahəsi 16 m2 1 otaq və sahəsi 12 m2 olan 1 dəhlizdən ibarət mənzilin alğı-satqı müqaviləsi bağlanmış hesab edilmiş və həmin mənzilə Səidova (Hacıyeva) Anaxanım Əli qızının mülkiyyət hüququ tanınmışdır. Yasamal Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə həmin qətnamədən qətnamə ilə marağına toxunan şəxs kimi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə daxil olmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-658/2006 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Məhkəmənin xx.xx.2006-cı il tarixli, 2(004)-658/2006 saylı qətnaməsi ilə Maraqlı şəxs marağına toxunan şəxs olaraq tanınması və Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(004)-658/2006 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan apellyasiya şikayəti verilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-658/2006 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-658/2006 saylı, xx.xx.2022-ci il tarixli qərardadından ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin 2(004)-658/2006 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1165/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2(004)-658/2006 saylı qərardadı ləğv edilərək Maraqlı şəxs prosessual müddətin bərpası barədə ərizəsinə yenidən baxılması üçün mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-658/2006 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə 2(004)-658/2006 saylı mülki iş üzrə Maraqlı şəxs maraqlarına toxunan şəxs qismində tanınması, maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsi, maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(004)-658/2006 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(004)- 658/2006 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin 2(004)-658/2006 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı Səidova (Hacıyeva) Anaxanım Əli qızının nümayəndəsi və vəkili X1 Rayon Məhkəməsinin 2(004)- 658/2006 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, göstərilən qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3585/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-658/2006 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı Səidova(Hacıyeva) Anaxanım Əli qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışıdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-658/2006 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmədiyindən Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı Səidova (Hacıyeva) Anaxanım Əli qızının nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır Bundan əlavə xx.xx.2023-cü il tarixdə yenidən iddiaçı Səidova (Hacıyeva) Anaxanım Əli qızının nümayəndəsi və vəkili X3 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-658/2006 saylı, xx.xx.2023-cü il tarixli qərardadından “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə şikayət verərək, göstərilən qərardadın ləğv edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-658/2006 saylı, 05 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən Məhkəmənin 2(004)-658/2006 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı Səidova (Hacıyeva) Anaxanım Əli qızının nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı Səidova (Hacıyeva) Anaxanım Əli qızının nümayəndəsivəkili X3 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı elektron sisteme yerləşdirilən kimi xx.xx.2023-cü il tarixdə elektron imza ila apellyasiya şikayəti verilmişdir. Yəni qərardaddan 10 gün şikayət vermə müddətində şikayət verildiyindən müddət buraxılmamışdır. Yasamal Rayon Məhkəməsinin bu anlaşılmazlığı aradan qaldırılmalı və sonra mülki iş Apellyasiya Məhkəməsinə göndərilməli idi. Məhkəmə işdə maraqlı olduğundan öz üzərinə düşən vəzifəni icra etməmiş, qanunsuz qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməməsi üçün müddətin buraxılmasına şərait yaratmışdır. Belə ki, 16 il keçəndən sonra şikayət vemə müddətini bərpa edən məhkəmə qanunla müəyyən edilmiş 10 gün müddətində verilmiş şikayəti xx.xx.2023-cü il tarixdən hesab edərək şikayət vermə müddətini ötürülmüş hesab etməklə, vətəndaşın Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsi ilə olan hüquqları pozmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-658/2006 saylı, xx.xx.2023-cü il tarixli qərardadı iddiaçı Səidova (Hacıyeva) Anaxanım Əli qızının nümayəndəsi və vəkili X2 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Eyni zamanda iddiaçı Səidova (Hacıyeva) Anaxanım Əli qızının nümayəndəsi və vəkili X3 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-658/2006 saylı, xx.xx.2023-cü il tarixli qərardadını xx.xx.2023-cü il tarixdə imza etməklə qəbul etmişdir. Buna baxmayaraq, həmin qərardaddan iddiaçı Səidova (Hacıyeva) Anaxanım Əli qızının nümayəndəsi və vəkili X3 tərəfindən xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı Səidova (Hacıyeva) Anaxanım Əli qızının nümayəndəsi və vəkili X3 qərardadan şikayəti prosessual müddət keçdikdən sonra verdiyi, bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçün birinci instansiya məhkəməsi əsaslı olaraq şikayəti geri qaytarmışdır və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-658/2006 saylı, 05 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar