Məhkəmə qərarları › İş №2(103)-4485/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4485/2023

23.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4485/2023 23.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verildiyi bildirilən apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Qeyd olunan mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) 08 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki işin materiallarından görünür ki, iddiaçının qətnamədən verdiyi həmin şikayət üzrə apellyasiya Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş, bundan sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin şikayətin geri qaytarılması qərara alınmışdır. Qeyd olunmalıdır ki, məhkəmə, qətnamədən verilən şikayəti geri qaytardıqdan sonra xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürməsini üzrlü hesab etsə də, İddiaçı müvafiq ərizəsinə (müddətin bərpası barədə ərizəsinə) apellyasiya şikayəti əlavə edilməmişdir – hansı ki, Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə görə, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Belə olan halda kollegiya hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur; Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-406/2023 saylı iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verildiyi bildirilən apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş həmin məhkəməyə geri qaytarılsın. İddiaçı izah olunsun ki, o, qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş apellyasiya şikayətini birinci instansiya məhkəməsinə təqdim etməlidir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar