Məhkəmə qərarları › İş №2(103)-4486/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4486/2020

19.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4486/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1187/2020saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh və üçüncü şəxs X6 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşağı X9 ilə onun cavabdehə məxsus ünvan 1 B, mənzil 33 ünvanında yerləşən mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1187/2020saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləiddia təmin edilməmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə ilə razı deyil, belə ki, o, cavabdeh R.Quliyevlə xx.xx.2009-cu ildə ailə qurmuş, sonra isə birgə yaşamaq üçün qayınatasına məxsus ünvan 2 mənzil 61 ünvandakı evə köçmüşdür, 2012-ci ildə nikahları pozula da, həmin ünvanda faktiki ərarvad kimi yaşamağa davam etmişlər, sonra həmin ev satılmışdır. Ev satılan zaman keçmiş əri və qardaşı, hazırkı iş üzrə Cavabdeh ona yeni alınacaq evə köçəcəyini və orada qeydiyyata düşəcəyin söz versə də, ev alındıqdan sonra cavabehlər onu və azyaşlı uşağını həmin mənzilə buraxmamışlar. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili A.Hüseynov apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Daxili İşlər Nazirliyinin xx xxxxxxxx 2019-cu il tarixli, ******* saylı arayışından görünür ki, İddiaçı xx xxxxx 2019-cu il tarixdən ünvan 3 ünvanında pasport qeydiyyatındadır. AZ-İ 501735 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə İddiaçı arasında xx xxxxxx 2009-cu ildə Sabunçu rayon Qeydiyyat Şöbəsində 1053 saylı nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı verilmişdir. AZ-İİ seriyalı 618454 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx xxxxxx 2011-ci il tarixdə X9 doğulmuşdur. AZ-İ 307841 nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X7 arasında bağlanmış nikah xx xxxx 2017-ci il tarixdə pozulmuşdur. “xxxx” MTK tərəfindən verilmiş 20 saylı arayışdan görünür ki, Cavabdeh (AZE № 17235027, sənədi verən orqan ASAN 4, verildiyi tarix: xx.xx.2017) həqiqətən “xxxx” MTK tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 442) küçəsi, bina 1 B ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 2 otaqlı, 33 №-li, sahəsi 100.38.kv.m olan mənzili almışdır. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1680/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh X4 qarşı “mənzilə istifadə hüquqlarının olmaması” tələbinə dair iddiası təmin edilərək, X2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 1 nömrəli evin 61 saylı mənzilinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Bakıxanov rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 1 nömrəli evin 61 saylı mənzil X5 mülkiyyət hüququ ilə məxsusdur. X7 mülkiyyətçinin ailə üzvü olmamaqla yanaşı onun evin mülkiyyətçisi ilə mübahisəli evə istifadə hüquqlarını müəyyən edən müqavilə mövcud deyildir. X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 1 nömrəli evin 61 saylı mənzilində qeydiyyatda olmasına baxmayaraq həmin evdə yaşaması və ya onun iddiaçı ilə evdən istifadə hüququnun yaranması barədə müqavilə bağlaması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasının araşdırmaları nəticəsində müəyyən olundu ki, iddiaçı ilə cavabdeh X10 ilə arasında hüquq münasibətləri 2009-cü ilin avqust ayında yaranmışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Rayon Məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh R.Quliyev arasında nikah münasibətləri 2009-cu ilin avqust ayında yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. İşin halları ilə müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətçinin qanunvericiliklə dairəsi konkret olaraq müəyyən edilmiş ailə üzvləri sırasına daxil olan şəxs deyildir. Münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, İddiaçı Cavabdeh, yəni köçürülməsini tələb etdiyi mənzilin sahibinin ailə üzvü sayılmır. Qeyd edilən hüquq normalarından da göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən digər ailə üzvünün istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Məhkəmə araşdırmaları ilə də müəyyən olundu ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, ünvan 442) küçəsi, bina 1 B ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 2 otaqlı, 33 №-li, sahəsi 100.38.kv.m olan mənzildən istifadə hüququnun yaranması üçün onunla mülkiyyətçi arasında notarial qaydada təsdiqlənmiş yazılı razılaşma olmamışdır. Beləliklə, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən haqlı olmuşdur. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçıtərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1187/2020saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçıözünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar