Məhkəmə qərarları › İş №2(103)-4489/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4489/2021

20.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4489/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X8 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” QSC-nə və maraqlı şəxs “xxxx” QSC-nin Yükdaşıma Departamenti X1rşı əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqı tələbi barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı səlahiyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1820/21 saylı 16.02.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” QSC-yə və maraqlı şəxs ADY QSC-nin Yükdaşımaları Departamenti X2rşı "07 oktyabr 2019-cu il tarixli əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqı” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı 11 yanvar 2021-ci il tarixdə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun ADY QSC-nin Yükdaşımaları Departamenti X4 teplovoz maşinist vəzifəsindən azad edilməsi barədə “xxxx” QSC tərəfindən 11 oktyabr 2020-ci il tarixdə mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilmiş 07 oktyabr 2019-cu il tarixli əmrin ləğv edilməsi, onun ADY QSC-nin Yükdaşımaları Departamenti X6 teplovoz maşinist vəzifəsinə bərpa olunması təmin edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqının ödənilməsi “xxxx” QSC tərəfindən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 mart 2006-cı ildə X3 teplovozların təmiri üzrə 3-cü dərəcəli çilingər kimi işə qəbul olunmuşdur. 16 aprel 2015-ci il tarixdə teplovoz maşinist vəzifəsinə keçmişdir. İddiaçının xxxx QSC-nin Yükdaşımaları Departamenti X4 07 oktyabr 2019-cu il tarixli 35/k saylı əmri ilə işdən azad edilmiş və xxxx qSC-nin Yükdaşımaları Departamenti X4 möhürü ilə təsdiq edilərək əmək kitabçası iddiaçıya təqdim edilmişdir. Salyan Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli 2(057)-143/2020 saylı qətnaməsi ilə ADY QSC-nin Yükdaşımaları Departamenti X2rşı 07 oktyabr 2019-cu il tarixli 35/k saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilmişdir. Salyan Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli 2(057)-143/2020 saylı qətnaməsindən rəsmi qaydada verilmiş apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin 08 iyul 2020-ci il tarixli 2(106)-1358/2020 saylı qətnaməsi ilə təmin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 02 iyul 2020-ci il tarixli 2(106)-1758/2020saylı qətnaməsi ADY QSC-nin apelyasiya şikayəti təmin edilmiş, salyan Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli 2(057)-143/2020 saylı qətnaməsi ləğv edilmiş, iddiaçının ADY QSC-nin Yükdaşımaları Departamenti X2rşı 07 oktyabr 2019-cu il tarixli 35/k saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5851/20 saylı 30 noyabr 2020-ci il tarixli qərarı ilə yeni qərar qəbul edilmiş və Şirvan Apelyasiya Məhkəməsinin 02 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5851/20 saylı 30 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, iddia tələbi ADY qsC-nin Yükdaşımaları Departamenti X2rşı yönəlməli deyil, çünki hüquqi şəxs deyildir. Bütün bunlardan sonra xxxx QSC 07 oktyabr 2019-cu il tarixli əmri 11 oktyabr 2019-cu il tarixdə elektron qaydada əmək müqaviləsinə xitam vermişdir. Məlum olduğu kimi işçinin əmək müqaviləsinin bağlanılmasının və xitam verilməsinin mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması aidiyyatı səlahiyyətli orqan tərəfindən həyata keçirilir. Amma iddiaçının işdən çıxarılması barədə xxxx QSC-nin rəsmi heç bir əmri və mərkəzləşdirilmiş elektron onformasiya sistemində elektron qaydada əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilməmişdir. Bu barədə sorğu edilsədə ADY QSC-nin Yükdaşımaları Departamenti 36287 saylı 28 dekabr 2020-ci il tarixli məktubla heç bir sənəd təqdim edilməmiş və məhkəmə sənədlərində işdən çıxarılma ilə əlaqədar sənədlərin olduğu barədə məlumat verilmişdir. İlkin iddia göründüyü kimi ADY QSC-nin Yükdaşımaları Departamenti X2rşı verilmişdir. X4 hüquqi şəxs olub olmaması xüsusatı araşdırılmamışdır. Bildirir ki, 07 oktyabr 2019-cu il tarixli 35/k saylı əmri verən təşkilat X5muş və əmək kitabçasına da Lokomativ Deposunun möhürü vurulmuşdur. Əgər o hüquqi şəxs deyilsə niyə işdən çıxarma əmrini imzalayır. Belə səlahiyyəti yoxdursa demək səlahiyyət həddini aşmış və “xxxx” QSC hüquq normalarını pozan tabe təşkilatı intizam və ya inzibati qaydada tənbeh etməmişdir. İddia da işdən çıxarmaq üçün verilmiş əmrini mübahisələndirmiş və əsassız olduğu Salyan Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsi ilə sübut edilmişdir. Onda belə çıxır ki, X7 hüquqi şəxs deyildir və onun verdiyi əmr də əsassızdır və bu halda da ləğv edilməlidir. X4 əmri imzalamaq səlahiyyəti olmamış və əmr ləğv edilməlidir. Bundan əlavə ADY QSC-nin Yükdaşımaları departamenti Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında qeydiyyatdadır. İstənilən halda əmr əsassızdır və ləğv edilməlidir. X3 dizel yanacağı ilə bağlı çatışmazlıq aşkar edildiyi üçün araşdırma aparmış və bununla bağlı iddiaçının işində ciddi çatışmazlıq aşkar edilmiş və bu məsələ ilə bağlı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin Ç bəndi ilə intizam məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. X7 bilərəkdən ki bu əmri imzalamağa səlahiyyəti yox idi və dərhal tədbir görülməsi üçün işi aidiyyatı olaraq sənədləşdirib dərhal işə götürənə göndərməli idi. X7 bu zaman da əmr verməklə əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozumuşdur. Göstərilmişdir ki, ADY QSC humanistlik göstərərək güzəşlt edərək iddiaçını öz xahişi ilə işdən azad etmişdir. Amma əmri X7 vermişdir. Bu zaman ADY QSC məsələdən agah idisə niyə tabe təşkilat X6 əmr verməyə icazə verirdi. Bilərəkdən əsassız əmr verilməsinə ADY QSC özü icazə vermişdir. Bu əmri də 11 oktyabr 2020-ci il tarixdə mərkəzləşdirilmiş elektron informasiya sistemində ADY QSC əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı səlahiyətli nümayəndəsi Nəsimi rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq, ADY QSC-nin Yükdaşımaları Departamenti X4 səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şşikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını, onun nümayəndəsini,şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nəsimi rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan “İddiaçı ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, ADY QSC-nin Yükdaşımaları Departamenti X4 13 mart 2006-cı il tarixli 10 saylı əmri ilə 14 mart 2006-cı il tarixdən təmir sexinə teplovozların təmiri üzrə İİİ dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 30 may 2006-cı il tarixli 25 saylı əmri ilə 31 may 2006-cı il tarixdən istismar sexinə teplovoz maşinist köməkçisi dublyoru keçirilmiş, 12 iyun 2006-cı il tarixli 31 saylı əmri ilə 12 iyun 2006-cı il tarixdən sərbəst maşinist köməkçisi işinə buraxılmış 14 may 2013-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Bundan sonra təkrarən 17 fevral 2015-ci il tarixli 05/k saylı əmri ilə 18 fevral 2015-ci il tarixdən istismar sexinə teplovoz maşinist köməkçisi vəzifəsinə qəbul edilmiş, 04 aprel 2015-ci il tarixdə teplovoz maşinisti köməkçisi dublyoru keçirilmiş, 16 aprel 2015-ci il tarixli 29/k saylı əmri ilə 17 aprel 2015-ci il tarixdən sərbəst maşinisti işinə buraxılmış və 07 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin a bəndi (öz xahişi) ilə işdən azad olunmuşdur. İş materiallarında olan “xxxx” QSC Yük Daşımaları Departamenti X4 07 oktyabr 2019-cu il tarixli 35/k saylı əmrinə əsasən, tepolvoz maşinisti vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (öz xahişi) ilə işdən azad edilmişdir. İş materiallarında olan Salyanı Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli 2(057)- 143/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı işdən azad edilməsi haqqında ADY QSC-nin Yük daşımaları Departamenti X4 07 oktyabr 2019-cu il tarixli 35/k saylı əmri ləğv edilmiş, İddiaçı ADY QSC-nin Yük Daşımaları Departamenti X6 teplovoz vəzifəsinə bərpa olunmuş və məcburi iş buraxdığı dövr ərzində ona əmək haqqının ödənilməsi ADY QSC-nin Yük Daşımaları Departamenti X6 tapşırılmışdır. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2020-ci il tarixli 2(106)-1358/2020 saylı qətnaməsində qeyd edilir: “İddiaçı 07 oktyabr 2019-cu il tarixdə işdən azad olunmuş və onunla son haqq-hesab 12 oktyabr 2019-cu il tarixdə aparılmışdır. Bu halı, İddiaçı iddia ərizəsində etiraf etmişdir. Belə ki, iş materiallarından da bir mənalı göründüyü kimi İddiaçı onun 07 oktyabr 2019-cu il tarixdə işdən azad olmasını bilmiş, həmçinin əmək kitabçısı cavabdeh tərəfindən 12 oktyabr 2019-cu il tarixdə ona təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı onun işdən azad olunmasını artıq 12 oktyabr 2019-cu il tarixdə bilmiş və məhkəməyə müraciət edilməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. İddiaçı mühasibatlıqdan əmək kitabçasını aldığı gündən qanunla nəzərdə tutulmuş qaydada 01 ay müddətində məhkəməyə müraciət edə bilərdi. Üzürlü səbəb olmadan qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülməklə verilmiş iddia ərizəsinin təmin olunması hüquqi cəhətdən yol verilməzdir. Bundan əlavə olaraq qeyd edilməlidir ki, İddiaçı onun işdən azad olunması barədə ərizə yazmasına məcbur edilməsini təsdiq edən hallar iş materiallarında mövcud olmadığından birinci instansiya məhkəməsinin yalnız iddiaçının sözü əsasında İddiaçı işdən getməyə dair ərizəni təsir altında yazmasına dair nəticəsi iş materiallarına uyğun deyildir. İddiaçı iş yerində qanunsuz olaraq dizel yanacağının satması ilə bağlı hadisə aşkarlanandan sonra cavabdehin hüquq-mühafizə orqanlarına müraciətinin olmasının qarşısını almaq niyyəti ilə könüllü olaraq işdən azad olunmaya dair ərizə yazmışdır”. Odur ki, Salyanı Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli 2(057)- 143/2020 saylı qətnaməsi ləğv edilmiş və İddiaçı cavabdeh xxxx QSC-nin Yük Daşımaları departamenti X2rşı 07 oktyabr 2019-cu il tarixli 35/k saylı əmrin ləğv edilməsi və işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5851/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərarına əsasən, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2020-ci il tarixli 2(106)-1358/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh xxxx QSC-nin Yük Daşımaları departamenti X2rşı 07 oktyabr 2019-cu il tarixli 35/k saylı əmrin ləğv edilməsi və işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3- cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir” İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının məhkəmədə mübahisələndirdiyi hallar artıq müəyyən edilmişdir. Hazırda iddiaçı ADY QSC-nin Yükdaşımaları Departamenti X4 teplovoz maşinist vəzifəsindən azad edilməsi barədə “xxxx” QSC tərəfindən 11 oktyabr 2020-ci il tarixdə mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilmiş 07 oktyabr 2019-cu il tarixli əmrin ləğv edilməsini, onun ADY QSC-nin Yükdaşımaları Departamenti X6 teplovoz maşinist vəzifəsinə bərpa olunması təmin edilməsini, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqının ödənilməsi “xxxx” QSC tərəfindən təmin edilməsini tələb etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsinə heç bir hüquqi əsaslar olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı səlahiyyətli nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar