Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4490/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehn nümayəndəsi və vəkili X5 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(008)- 5208/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 229.585 avro borcun tutulması və ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2014-cü ilin noyabr ayında cavabdeh X3 ona zəng edərək həbs olunduğunu bildirib onunla görüşməsini xahiş etmişdir. Görüş zamanı iddiaçı ona bildirmişdir ki, dövlət müəssisəsi ilə müqaviləsi olduğu üçün həmin dövlət müəssəsinin sifarişi əsasında onları zəruri avadanlıq və texnika ilə təchiz etməlidir. Lakin verilmiş sifarişləri vaxtında təmin edə bilmədiyi üçün sifarişçi tərəfindən hüquq mühafizə orqanlarına şikayət edilib və barəsində Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən 3 aylıq həbs qətimkan tədbiri seçilmişdir. Bu problemin həll olunmasında köməklik göstərməyi ondan dönə-dönə xahiş etmişdir. O, bu məsələni araşdırdıqdan sonra köməklik göstərəcəyinə dair söz vermişdir. Görüşdən sonra cavabdehin yaranmış problemləri ilə məşğul olmuş və araşdırma nəticəsində məlum olmuşdur ki, həqiqətən dövlət müəssisəsi olan sifarişçidən külli miqdarda pul almış və həmin sifarişi vaxtında və tam icra etmədiyi üçün sifarişçi hüquq mühafizə orqanlarına şikayət etmişdir. Şikayətçinin nümayəndəsi ilə görüş zamanı məlum olmuşdur ki, onların əsas tələbi ödənilmiş pul vəsaitinin geri qaytarılmasıdır, əks təqdirdə onun azadlığa çıxması üçün şikayətlərindən imtina etməyəcəklər. O, bu haqda Cavabdeh məlumat vermiş və borc məbləği ödənilməsə sifarişçinin öz şikayətindən imtina etməyəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh təkidli şəkildə ondan bir nəfərdən borc götürərək sifarişçiyə olan borcunu ödəməsini xahiş edərək, azadlığa çıxan kimi borcunu qaytaracağınğ bildirmişdir. Cavabdeh N.S.X2 şəhərində kommersiya fəaliyyəti ilə məşğul olmuş və onun HUNTEGRA SİSTEMS adlı şirkəti mövcud olmuşdur. Sifarişçi ilə həmin şirkət müqavilə bağlamış və sifarşçiyə olan borc da həmin şirkət tərəfindən ödənilməli idi. N.S.Ağamalyev ondan xatiş etmişdir ki, 226.145 avro vəsaiti Budapeşt şəhərində yerləşən “MKB” Bankda olan hesabına ödənilməsini təmin etmişdir. Bundan sonra o, xx.xx.2014-cü ildə Bakı şəhəri 5 saylı notariat kontorunda notarial qaydada kredit müqaviləsi bağlamış və Azərbaycan vətəndaşı X4 110.000 manat və 100.000 ABŞ dolları (həmin günün kursu ilə 184.000 avro) borc almışdır. Kredit müqaviləsinə əsasən borc məbləğini xx.xx.2015-il tarixə qədər qaytarmalı idi. Elə həmin gün götürdüyü borc məbləğini Bakı şəhərində “AzəriQaz Bank”da avroya dəyişmiş və xx.xx.2014-cü ildə Budapeşt şəhərinə getmişdir. xx.xx.2014-cü ildə Cavabdeh Budapeşt şəhərində yerləşən, “MKB Bank”dakı **********810010 saylı avro hesabına 226.145 avro pul vəsaiti ödəmişdir. Elə həmin gün Cavabdeh Hunteqra Sistems şirkətindən 226.140 avro vəsait sifarişçinin Azərbaycan Beynəlxalq bankındakı hesabına ödənilmişdir. xx.xx.2014-cü ildə Bakı şəhərinə geri qayıtmışdır. Bunu pasportunda olan möhürlər təsdiq edir. Bundan əlavə Cavabdeh xahişi ilə xx xxxxxx 2014-cü ildə yenidən Budapeşt şəhərinə gedərək bank xərcləri üçün bank hesabına 500 avro və 900 avro ödəmişdir. xx xxxxxx 2014-cü ildə Bakı şəhərinə geri qayıtmışdır. Cavabdeh sifarişçiyə olan borcunun böyük hissəsini ödədiyi üçün xx xxxxxx 2014-cü il tarixdə azadlığa çıxmışdır. Cavabdeh azadlığa çıxdıqdan sonra ona məlum oldu ki, həmin məbləği öz firmasının hesabından sifarişçiyə ödədiyi üçün sifarişçi azadlığa çıxmasına etiraz etməmişdir. Görüş zamanı Cavabdeh qısa müddətdə borcu qaytaracağını bildirdi. Bir müddətdən sonra cavabdehin telefonuna zəng çatmadı. 2015-ci ilin yanvar ayında məlum oldu ki, Budapeşt şəhərinə getmiş və orada kommersiya fəliyyətini davam etdirməyə başlamışdır. Telefon danışıqları zamanı bildirmişdir ki, onun da kimlərdənsə alacaqları vardır və ondan alqığı borcunun ödənilməsinə çalışır. Lakin bir müddətdən sonra telefonlara cavab verməmişdir. Bu günə kimi ona olan borcunu geri qaytarmamışdır. Dəfələrlə cavabdehdən borcun qaytarılmasını xahiş etsə də, müraciətləri cavabsız qalmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(008)- 5208/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin təmin olunmaması qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(008)-5208/2019 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,birinci instansiya məhkəməsi işə qeyri-obyektiv baxmış, iddiaçının iddia müddəti ilə bağlı izahatı qətnamədə təhrif olmuş və bununla da iddia müddətinin keçdiyi qənaətinə gəlib iddia tələbini rədd etmişdir. İddiaçının cavabdeh tərəfin “iddia müddətinin tətbiqi barədə” ərizəsinə xx.xx.2019-cu il tarixdə məhkəmənin dəftərxanasına təqdim etdiyi etirazdan açıq-aşkar görsənir ki, iddiaçı məhkəmə iclasında dəqiq göstərmişdir ki, cavabdeh onun telefon zənglərinə 2019-cu ilin yanvar ayından sonra cavab verməyə başlamış və bundan sonra da o cavabdehin pulu qaytarmamaq niyyətinin olduğunu başa düşüb məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı həm cavabdeh tərəfin “iddia müddətinin tətbiqi barədə” ərizəsinə xx.xx.2019-cu il tarixdə məhkəmənin dəftərxanasına təqdim etdiyi etirazında da göstərmiş, həm də dəfələrlə məhkəmə iclasında bildirmişdir ki, onunla cavabdeh arasında müddət müəyyən olunmamışdır. Cavabdeh ona bildirmişdir ki, o bizneslə məşğuldur və bir sıra sifarişləri vardır, həmin sifarişləri yerinə yetirib iddiaçının pulunu qaytaracaqdır. Lakin nə vaxt, konkret olaraq hansı tarixdə deməmiş və ümumiyyətlə bununla bağlı aralarında söhbət olmamışdır. İddiaçı həmin pulu götürdüyü şəxs X7 ona qarşı Binəqədi rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə müddətində o Cavabdeh pul tələb etməmişdir. Sadəcə olaraq məsələ ilə bağlı ona məlumat verməmiş və hazırkı iş üzrə Cavabdeh ona demişdir ki, “narahat olma hələ məhkəmə çəkişməsi gedənə kimi, iş icraya yönələnə kimi pulunu qaytaracam.” Yalnız 2017-ci ilin mart-aprel aylarında iş icraya yönələndən sonra İddiaçı Cavabdeh pulu tələb etməyə başlamışdır. Məhkəmə dəfələrlə məhkəmə iclasını təxirə salmışdır ki, Cavabdeh iştirakını təmin etsin. Çünki cavabdehin iddia müddətinin keçməsi ilə bağlı ərizəsi olmasaydı məhkəmə bu əsasla iddianı rədd edə bilməzdi. Başqa əsasla isə iddianın rədd olunması mümkün deyildi çünki, məhkəmə özü dəfələrlə məhkəmə iclasında qeyd etmişdir ki, pulun cavabdehə verilməsi işin mübahisəsiz halıdır. İddiaçının iddia müddətinin axımı 2017-ci ilin mart-aprel aylarından başlamışdır. Belə olan halda isə iddia müddəti ötürülməmiş sayıldığını, lakin məhkəmə iddiaçının izahatını bilərəkdən protokola təhrif olunmuş şəkildə daxil etdiyini bildirmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdehn nümayəndəsi və vəkili X8 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin nümayəndəsinin və vəkilinin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, X1 Elman Hacı-Ağa oğluna 110.000 manat və 100.000 ABŞ dolları məbləğində pul kreditə vermişdir. İddiaçı həmin məbləği xx xxxx 2015-ci il tarixə qədərə qaytaracağına söz vermişdir. İş materiallarında olan bank sənədlərindən məlum olur ki, Bayramov X10 Ağamalıyevin Budapeşt şəhərində yerləşən MKB Bankdakı hesabına xx.xx.2014-cü il tarixdə 226.918.85 avro, həmin tarixdə bank xərci olaraq 500 avro, xx.xx.2014-cü il tarixdə isə bank xərci olaraq əlavə 900 avro ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi ilə əlaqədar ərizəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.4-ci maddəsi). İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bayramov X10 Ağamalıyevin Budapeşt şəhərində yerləşən MKB Bankdakı hesabına borc olaraq xx.xx.2014-cü il tarixdə 226.918.85 avro, həmin tarixdə bank xərci olaraq 500 avro, xx.xx.2014-cü il tarixdə isə bank xərci olaraq əlavə 900 avro ödəmişdir. Eyni zamanda iddia ərizəsinə əsasən müəyyən edilir ki, cavabdeh həmin pulu qısa müddət ərzində qaytarmalı idi. Hətta cavabdeh həbsdən çıxdıqda sonra iddiaçı verdiyi pulu tələb etmiş cavabdeh isə qısa müddət ərzində ödəyəcəyini bildirmiş, habelə cavabeh 2015-ci ilin yanvar ayında Budapeşt şəhərinə getmiş və orada kommersiya fəliyyətini davam etdirməyə başlamış və bir müddətdən sonra iddiaçının telefon zənglərinə cavab verməmişdir. Yəni artıq 2015-ci ildə iddiaçı cavabdehdən öhdəliyinin icrasını tələb etmiş və beləliklə həmin vaxtdan etibarən mübahisə predmeti ilə bağlı cavabdeh tərəfindən hüququnun pozulmasını bilməli olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.Belə ki,iddiaçı dörd ildən artıq müddət keçdikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraiət etmişdir ki, bu halda müqavilə tələbləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti keçdiyindən hazırkı mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən-pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(008)- 5208/2019 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4490/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4490/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver