Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4492/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma ilkin tələbinə, İddiaçı Cavabdeh1 (3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb olunmaqla) cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydin ləğv edilməsi qarşılıqlı tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydin ləğv edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-550/2024 nömrəli, 08 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.
2. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış 09 iyun 2014-cü il tarixli, 4-Ə-3/814 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilini İddiaçı mülkiyyətinə vermişdir.
3. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə anadan olmuşdur.
4. İş materiallarında olan AR DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 5, mənzil 22 ünvanda tək qeydiyyatdadır.
5. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır.
6. İş materiallarında olan "xxxx" MTK-nın 2014-cü il tarixli Forma 2 arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilininin sahibi Cavabdeh2dur, ailəsi 1 nəfərdən ibarətdir və qeydiyyatda heç kəs yoxdur.
7. İş materiallarında olan AZE 14489111 nömrəli, xx.xx.2014-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1980-ci ildə anadan olmuşdur və İmişli şəhəri, N.ünvan 1 ünvanda qeydiyyatdadır.
8. İş materiallarında olan AZ-İ 181940 nömrəli, xx.xx.2005-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və X2 27 sentyabr 2005-ci ildə rəsmi nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2729 nömrə ilə qeyd olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Əvəzova soyadı verilmişdir.
9. İş materiallarında olan AZ-İ 837720 nömrəli, xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 09 avqust 2006-cı il tarixdə doğulmuşdur, atası Cavabdeh2, anası Cavabdeh1dır.
10. İş materiallarında olan AZ-İİ 287015 nömrəli, xx.xx.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11 iyul 2008- ci il tarixdə doğulmuşdur, atası Cavabdeh2, anası Cavabdeh1dır.
11. İş materiallarında olan Bakı şəhəri 28 saylı Notariat Kontorunda təsdiq edilmiş 07 iyun 2014-cü il tarixli, 7E-6116 reyestr nömrəli etibarnamədən görünür ki, Cavabdeh1 bütün əmlakını idarə etmək və onun üzərində sərəncam verməklə bağlı bütün hərəkətləri (o cümlədən almaq, satmaq, bağışlamaq və s. haqqında əqdləri bağlamaq) etməyə dair Cavabdeh2 1 il 1 ay müddətinə, yəni xx.xx.2015-ci il tarixədək səlahiyyətlər verir.
12. İş materiallarında olan Cavabdeh1 adından onun Bakı şəhəri 28 saylı Notariat Kontorunda təsdiq edilmiş 07 iyun 2014-cü il tarixli, 7E-6116 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi olan Cavabdeh2 tərəfindən Bakı şəhər Notariat Kontoruna ünvanlanmış və ünvan 3q edilmiş ərizədən görünür ki, Cavabdeh1 ünvan 4 ünvanda yerləşən mənzilin satılmasına etiraz etmir. Bununla əlaqədar bütün məsuliyyəti üzərinə götürür.
13. İş materiallarında olan “Bank Technique”nin FJB**********907 nömrəli, xx.xx.2014-cü il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən alqı-satqı ilə bağlı notariusun depozit hesabına 105000 manat köçürülmüşdür.
14. Təqdim olunmuş Abonent kartından görünür ki, 12937021 nömrəli, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən ünvan 5 ünvan üzrə su və çirkab üzrə ödənişlər İddiaçı tərəfindən ödənilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 5, 22 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin evi 09 iyun 2014-cü il tarixdə AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən pulunu ödəməklə almışdır. Həmin evə dair 27 iyun 2014-cü il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh alqı-satqı etdikdən sonra 5-6 ay həmin evdə qalmalarını xahiş etmişlər. O da, xüsusi mülkiyyətində olan mübahisəli evi onlara müvəqqəti 5-6 aylıq yaşamağa icazə vermişdi. Hal-hazırda isə özünün mənzilə ehtiyacı olduğundan cavabdehin evdən çıxmasını tələb etsə də, lakin o ona məxsus mülkdən çıxmaq istəmir və hər dəfə də bəhanələr gətirir. Qeyd etmək istəyir ki, cavabdeh onun xüsusi mülkiyyətində olan evi zəbt etməklə onun mülkiyyətçi kimi bir sıra hüquqlarını pozur. O, xüsusi mülkiyyətində olan evdən istədiyi kimi istifadə edə bilmir. Hətta həmin evə girə də bilmir. Hesab edir ki, cavabdehin bu qanunsuz hərəkətlərinə son qoyulmalı, onun mülkiyyət hüquqları bərpa edilməlidir. Hesab edir ki, o, cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpasını məhkəmədən tələb edə bilər. Hesab edir ki, onun öz mülkiyyətində olan evdən istədiyi kimi sahib olmaq, istifadə etmək, sərəncam vermək hüququ qanunla qorunduğundan, cavabdehlərin onun razılığı və icazəsi olmadan evində yaşaması qanunsuzdur və onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Odur ki, onun mülkiyyətçi kimi hüquqları bərpa edilməli və cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə məhkəmə qaydasında mübahisəli mənzildən çıxarılmalıdırlar.
17. Cavabdeh1 (3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb olunmaqla) cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və İddiaçı arasında Bakı şəhəri 9 Saylı Notariat Ofisində bağlanmış 4-Ə-3/814 saylı, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə dövlət reyestrində xx.xx.2014-cü il tarixdə aparılmış qeydin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
18. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 6 ünvanda "xxxx" Mənzil tikinti kooperativi tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən 22 saylı mənzilə dair Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmış və ona Seriya MA ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri 9 saylı Notariat Ofisinin vəkil sorğusuna cavab olaraq verdiyi 437 saylı, xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş alqı-satqı müqaviləsi üzrə notariat işinə əlavə edilmiş qovluqda Cavabdeh1 tərəfindən Cavabdeh2 verilmiş və Bakı şəhəri 28 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə təsdiq edilmiş etibarnamə mövcuddur. "xxxx" MTK tərəfindən 2014-cü ilin iyun ayında verilmiş 2 saylı Forma arayışında göstərilmişdir ki, mənzil sahibi Cavabdeh2 olmaqla mənzildən istifadə edən şəxs bir nəfər Cavabdeh2, qeydiyyatda heç kəs yoxdur. Notariat işində Cavabdeh2 tərəfindən notariat kontoruna ünvanlanmış ərizədə qeyd edilmişdir ki, “...yazıb sizə bildirirəm ki, Cavabdeh1 ünvan 7 ünvanda yerləşən mənzilin satılmasına etiraz etmir. Bununla əlaqədar bütün məsuliyyəti öz üzərimə götürərəm.” Notariat işində olan xx.xx.2014-cü il tarixli qəbzdən görünür ki, mənzilin alqı-satqısı üzrə 105000 manat hesaba mədaxil edilmişdir. Notariat işində olan 09 iyun 2014-cü il tarixli, 4-Ə-3/814 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 nömrəli binada yerləşən 22 nömrəli mənzili 105.000 manata alıcı İddiaçı satmışdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli çıxarışa əsasən mübahisəli mənzilə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdeh hesab edir ki, iddiaçının mənzilə dair mülkiyyət hüququnun yaranmasına əsas olmuş müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olmadığından etibarsız hesab edilməli, cavabdehin mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarış ləğv edilməli və qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər əvvəlki vəziyyətə gətirilməlidir. Mübahisəli mənzil birgə ailə təsərrüfatı hesabına deyil, qarşılıqlı iddiaçının valideynlərinin vəsaiti hesabına 2007-ci ildə əldə edilmişdir. Şübhəsiz ki, mənzilin yaşayış üçün yararlı vəziyyətə gətirilməsində birgə təsərrüfat hesabına formalaşmış ailə vəsaitinin mühüm rolu olmuşdur. 2009-cu ildə mənzilə dair Cavabdeh2 adına mülkiyyət hüququ qeydə alınmış və ona çıxarış verilmişdir. Mənzil əldə edildikdən sonrakı bütün müddət ərzində orada yaşamışlar. Mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsi cavabdehin valideynlərinin istəyi ilə baş tutumuşdur. Çünki onlar adətlərə uyğun olaraq evin ailə başçısının adına olmasını daha məqsədəuyğun hesab etmişlər. Detalları dəqiq məlum olmasa da, belə görünür ki, digər Cavabdeh2 hazırki mülkiyyətçi və digər şəxslərə borcu olmuş, yaxud da digər əsaslarla borc kimi formalaşmış məbləğ yaranmışdır. Cavabdeh2 isə bunu qarşılaya bilmədiyi üçün mənzili onların adına rəsmiləşdirmişdir. Əvvəla, nəzərə almaq lazımdır ki, istənilən ailə istifadə etdiyi və yaxud yaşadığı mənzili (evi) satırsa, mütləq növbəti mərhələ üçün hər hansı bir planı olmalıdır. Mənzilin satılması, daha sonra başqa mənzilə və yaxud yaşayış sahəsinə köçmə ilə bağlı ər-arvad arasında heç bir söhbət olmamışdır. Hazırki vəziyyət (cavabdehin-qarşılıqlı iddiaçının) həmin mənzildən istifadə etməsi də bunu təsdiq edir. Tərəflərin yaşayacağı başqa yaşayış sahəsi mövcud deyil. İstənilən şəxs ailəsi ilə birlikdə yaşadığı mənzili satmaq qərarna gəlirsə, mütləq ailəsinin başqa yaşayış sahəsi ilə təmin edilməsi barəsində də fikirləşməli və hər hansı tədbir görməlidir. Lakin Cavabdeh2 mənzilin satılmasından sonra başqa yaşayış sahəsi ilə təmin olunmaq üçün hər hansı tədbir gördüyü və yaxud ailə üzvlərinə başqa variant təklif etdiyi müəyyən olunmur. Bu isə bir faktı, mənzilin həqiqətən satılmasını istisna edir. Düzdür, notariat qovluğundan əməliyyatlar formal baxımdan qanuni görünsə də, son nəticədə mənzilin alqı-satqısı üzrə ödənilmiş (?!) pulun məhz Cavabdeh2 verildiyi məlum deyil. Mənzil müqavilənin bağlandığı tarixdən bir qədər əvvələ bankın xeyrinə girov qoyulmuşdur. Cavabdeh dəfələrlə çıxarışın taleyini soruşanda Cavabdeh2 hər dəfəsində gətirəcəyəni, maşında olduğunu bildirmiş, bir sözlə baş tutmuş əməliyyatı ailəsindən gizlətmişdir. Mənzil 2014-cü ilin iyun ayında satılmışdır. Həmin ərəfədə uşaqların məktəbi ilə bağlı məsələ gündəmdə idi. Uşaqlardan biri məktəbə gedirdi, digəri də növbəti təhsil ilində gedəcəkdi və yüksək səviyyəli lisey axtarılırmış. Cavabdeh2 bildirmişdir ki, bu məsələ ilə özü məşğul olacaq, ona görə də, ona etibarnamə lazımdır ki, sərbəst hərəkət etsin. Nəticədə onun təklifi və təkidi ilə evlərinə yaxın yerdə fəaliyyət göstərən notariusa getmişlər, cavabdeh avtomobildə gözləmiş, sonra onu dəvət etmişlər və nə Cavabdeh2, nə də notariat ofisinin əməkdaşı onu etibarnamənin məzmunu ilə tanış olmağa imkan verməmişdir, işdən görünüdüyü kimi bir neçə gün sonra da Cavabdeh2 həmin etibarnamədən istifadə edərək mənzilə dair alqı-satqı müqaviləsini həyata keçirmiş və cavabdehin əvəzindən guya onun razılığı olmasına dair təminat vermişdir. Yuxarıda göstərilənlərə (Cavabdeh2 hansısa borcun əvəzində və yaxud digər məsələ üzrə mənzili satmaq məcburiyyətində qalması) faktı həm də o baxımdan əsaslıdır ki, sonrakı müddətdə evdə olan qiymətli əşyalar yoxa çıxmağa başlamış, yəni satılmışdır. Cavabdeh mənzilin satılmasından yalnız 2018-ci ildə xəbər tutmuşdur. Belə görünür ki, iddiaçı 2018-ci ildə artıq mənzilə dair rəsmiləşdirmələri (komunal xidmətlər üzrə müqavilələr və sair) təmin etmişdir. Bundan xəbər tutan və binaya xidmət göstərən MTKnın təmsilçisi təsadüfən mənzilin satıldığını soruşmuş, cavabdeh bundan sonra bilmiş və ərindən bununla bağlı məlumat tələb etsə də, sonuncu konkret heç bir şey deməmiş, “mənzil mənim idi, özüm bilərəm” deməklə işini bitmiş saymışdır. Cavabdeh bundan sonra ərizə ilə notariat ofisinə müraciət edərək, verdiyi etibarnamənin surətini tələb etmiş və notariat ofisinin məktubuna əlavə edilməklə göndərildikdən sonra bilmişdir ki, etibarnamə məhz mənzilə görə verilmişdir. 2018-ci ildə iddiaçının anası mənzildə olan ev nömrəsinə zəng etmiş, bu məsələ ilə bağlı cavabdehi (qarşılıqlı iddiaçını) məlumatlandırmış, cavabdehin valideynləri iddiaçının qohumları ilə dəfələrlə görüşmüş, ümumilikdə çoxsaylı müzakirə və danışıqlar olmuş, məsələnin nədən qaynaqlandığı və necə yoluna qoyulacağı müzakirə edilmiş, əvvəlcə işin həlli vəd edilsə də, sonradan cavabdeh və onun ailəsinin mənzildə qalması üçün aylıq kirayə haqqı tələb olunmuşdur. Beləliklə, cavabdeh mənzilin satılmasına dair birbaşa (alqı-satqı prosesində iştirak etməklə) razılıq verməmiş, onun mənzilin satılmasından məlumatı olmamış, yalnız 2018-ci ildə bundan xəbər tutmuş, həmin müddətə qədər onları heç kim narahat etməmiş, 2018-ci ildən bu yana isə mənzilə dair müxtəlif məzmunlu müzakirələr getmiş, lakin bir nəticə əldə olunmamışdır. Bu baxımdan, mənzilin alqı-satqısı üzrə iradə ifadəsi mövcud olmadığından, cavabdeh hesab edir ki, müqavilə əhəmiyyətsiz əqd olmaqla hüquqi nəticə yarada bilməz. Ona görə də, mənzilin alqı-satıqısında dair müqavilə etibarsız hesab edilməklə, mənzilə dair İddiaçı adına aparılmış qeyd də ləğv edilməlidir.
19. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-550/2024 nömrəli, 08 may 2024-cü il tarixli qətnaməsi (hakim Mədinə Bağırova) ilə İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilinə dair Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış 09 iyun 2014-cü il tarixli, 4- Ə-3/814 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2014cü il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir.
20. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-550/2024 nömrəli, 24 may 2024-cü il tarixli əlavə qətnaməsi (hakim Mədinə Bağırova) ilə qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilinə dair Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış 09 iyun 2014-cü il tarixli, 4-Ə-3/814 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh2 09 iyun 2014-cü il tarixli, 4-Ə-3/814 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş 105000 (yüz beş min) manat məbləğində vəsaitin tutularaq cavabdeh İddiaçı qaytarılması qət edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 33.1, 33.3, 33.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, 337.1, 384.0.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 1/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
23. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən mənzilin alğı-satqısı ilə bağlı iş materiallarında olan Bakı şəhəri 28 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə təsdiq edilmiş etibarnamədən görünür ki, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq Cavabdeh1 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı(girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələbini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət verilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək səlahiyyətlərini Cavabdeh2 vermişdir. Etibarnamənin mətnindən də görünür ki, Cavabdeh1 həmin etibarnaməni məhz mənzilin alqı-satqısı məqsədilə vermişdir. Lakin cavabdeh tərəf öz qarşılıqlı iddia ərizəsində etibarnaməni uşaqlarının məktəbi ilə bağlı məsələnin gündəmdə olması, bunun üçün yüksək səviyyəli lisey axtarıldığı və bu məsələ ilə həyat yoldaşı Cavabdeh2 özü məşğul olması səbəbindən həmin etibarnaməni verdiyini bildirmişdir. Göründüyü kimi həmin etibarnamənin mətnində və məzmununda uşaqların hansısa məktəbdə oxumaları barədə sənədlərin hazırlanması və təqdim edilməsi barədə hər hansı bir səlahiyyətin verilməsi fikri yoxdur. İlk öncə məhkəmənin diqqətinə çatdırirıq ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələbinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Eyni zamanda həmin Məcəllənin 58.1-maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.4-maddəsinin tələbinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Yenə həmin Məcəllənin 58.5-ci maddəsinin tələbinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Qanunvericiliyin tələbindən də göründüyü kimi valideynlər uşaqlarının tərbiyəsi, sağlamlığı, psixi, fiziki, mənəvi inkişafına və təhsil sahəsində vəzifələri həyata keçirərkən bərabər hüquqlara malikdirlər. Və onlar tərəfindən uşaqların maraqlarına uyğun hər hansı vəzifələri icra edərkən birinin digərinə etibarnamə əsasında səlahiyyət verilməsi qanunda nəzərdə tutulmamışdır. Bu fikir sadəcə cavabdeh tərəfindən qanuni əsaslarla bağlanmış alğı-satqı müqaviləsini şübhə altına almaqdan ibarətdir. Lakin işə baxan birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının anasının 2015-ci ildə onlara gələrək mənzilin boşaldılmasının tələb edilməsinə, mənzilin çıxarışının oğlunun adına olmasını bildirsə də, məhkəmə tərəfindən həmin hallara heç bir münasibət bildirilməmişdir. Hətta məhkəmə iclasında cavabdehin özünün vəkilinin ona verdiyi suala cavabdan da məlum olur ki, İddiaçı anasının 2015-ci ilin yay aylarında onlara gəldiyini və evin onun oğluna məxsus olduğunu bildirmişdir. Lakin məhkəmə bu hala da qiymət vermədən, sadəcə cavabdehin fərziyyələrlə dolu fikirlərini qətnamədə sadalamaqla kifayətlənmişdir. Məhkəmə kollegiyasının diqqətinə onu da çatdırmaq istərdim ki, Cavabdeh1 məhkəmə iclaslarında mənzilin satılması barədə guya 2018-ci ildə "xxxx" MTK-nın nümayəndələrinin mənzilə aid kommunal xərclərin gecikdirilməsini atasına bildirdikdən sonra məlumatlı olmuşdur. Məhkəmə iclasında çıxış edən digər cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 qarşılıqlı iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını, iddia tələbinin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, mənzil İntiqamın qazancı hesabına alınıb. Ev ailənin qarşılıqlı razılığı əsasında satılıb və 7 aylıq müddətə icazə alınıb ki, evi boşaltsınlar, lakin həmin müddətdə müəyyən səbəblərdən ailənin xərcləri çox olduğundan yeni yaşayış sahəsi ala bilməyiblər. Ailəlikcə razılaşmışdılar ki, evi satıb, bir hissəsinə torpaq sahəsi alıb ev tiksinlər, bir hissəsini uşaqların təhsilinə sərf etsinlər. Fikirlərində tutduqları planları baş tutmayıb. Müddət bitəndən sonra Siyavuşla İntiqam dəfələrlə danışıb, İntiqam ailəsinin evdə yaşaması üçün icazə alıb. Mənzil satılanda Cavabdeh1 bu barədə məlumatlandırılıb, bundan xəbəri olub, dəfələrlə məhz mənzilin satılması barədə söhbətləri olub. Cavabdeh1 2014-cü ildən qabaq da bilirdi ki, ev satılacaq, satılanda da bilirdi ki, mənzil satıldı. Mənzilin satışından əldə olunan pul da evə gəlib. Cavabdeh1 da həmin puldan istifadə edib. Bu səbəbdən hesab etmişidir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Siyavuş İntiqamın ailəsinə qarşı humanistlik edib, 10 il ərzində onları evdən çıxarmayıb. İntiqam dəfələrlə Siyavuşdan ailəsinin evdə qalması üçün xahiş edib. Siyavuş evi almamışdan əvvəl gəlib baxıb, bəyənib. Alqısatqıdan sonra İntiqamın işləri ilə bağlı vəziyyəti ağırlaşıb və Siyavuş buna görə onun evdə yaşamasına razılıq verib. Göstərilənlərə əsasən iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi işin bu halları barədə heç bir araşdırma aparmamışdır. Bildiririk ki, Ə.Aqilə məhkəmə çıxışlarında mənzilin bütün ödənişlərinin onlar tərəfindən ödənildiyini bildirmişdir. Tərəfimizdən məhkəməyə təqdim olunmuş "xxxx"ASC-nin Səbail rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci iltarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində istifadə edilmiş suyun və çirkab sularının axıdılması ilə bağlı arayışdan da görünür ki, mənzilin abonenti İddiaçıdur. Qeyd olunur ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən ödəniləcək məbləğlərlə bağlı mənzillərə hər ay bildiriş göndərilir. Həmin bildirişlərdə də mənzil mülkiyyətçisi kimi İddiaçı adı qeyd olunmuşdur. Bu da onu göstərir ki, Cavabdeh1 etibarnaməni məhz alqı-satqı üçün vermiş və mənzilin satılmasından hələ o vaxtdan məlumatı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfimizdən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə də münasibət bildirilməmişdir. Cavabdeh1 mənzilin satılmasından 2014-cü ildən məlumatı olmuş, müqaviləni bəyəndiyi üçün mübahisləndirməmiş, yalnız ona qarşı iddia qaldırıldıqdan sonra formal olaraq qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə alqı-satqı müqaviləsini mübahisələndirmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Ona görə də həmin qətnamə apellyasiya qaydasında ləğv edilməli və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
24. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı məhkəməni aldadaraq qeyd edir ki, guya evin satışından xəbəri olmamış, etibarnaməni uşaqların təhsilinə görə vermişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, tərəflərin birgə nikahdan iki uşaqları var, etibarnamə verilən vaxt iyun ayı olub, böyük uşaq artıq ikinci sinifi bitirmiş olub, balaca uşaq isə hələ məktəbə getməmişdir. Uşaqlar hamının uşağı kimi dövlət məktəbinə gedib. Birinci uşaq məktəbə gedəndə heç bir etibarnaməyə ehtiyac olmadığından Cavabdeh1 yaxşı bilirdi ki, ikinci uşağa da etibarnaməyə ehtiyyac yoxdur. Bir valideyin məktəblə bağlı sənədləri təqdim edəndə digərinin yalnız sənədinin surəti lazım olur. Digər halda Cavabdeh1 özü də ifadələrində bildirib ki, İntiqamın maddi problemləri olub, onun aylıq qazancı az olub, o, uşaqları hansı pulla yüksək qiymətə olan təhsil müəsissələrində oxutdura bilər?!!! Bildiririk ki, mübahisəli mənzil İntiqamın qazancı hesabına alınıb. Ev ailənin qarşılıqlı razılığı əsasında satılıb və 7 aylıq müddətə icazə alınıb ki, evi boşaltsınlar, lakin həmin müddətdə müəyyən səbəblərdən ailənin xərcləri çox olduğundan yeni yaşayış sahəsi ala bilməyiblər. Ailəlikcə razılaşmışdılar ki, evi satıb, bir hissəsinə torpaq sahəsi alıb ev tiksinlər, bir hissəsini ailənin maddi ehtiyyaclarına sərf etsinlər. Fikirlərində tutduqları planları baş tutmayıb. Müddət bitəndən sonra Siyavuşla İntiqam dəfələrlə danışıb, İntiqam ailəsinin evdə yaşaması üçün icazə alıb. Mənzil satılanda Cavabdeh1 bu barədə məlumatlandırılıb, bundan xəbəri olub, dəfələrlə məhz mənzilin satılması barədə söhbətləri olub. Cavabdeh1 2014-cü ildən qabaq da bilirdi ki, ev satılacaq, satılanda da bilirdi ki, mənzil satıldı. Mənzilin satışından əldə olunan pul da evə gəlib. Cavabdeh1 da həmin puldan istifadə edib. Siyavuş İntiqamın ailəsinə qarşı humanistlik edib, 10 il ərzində onları evdən çıxarmayıb. İntiqam dəfələrlə Siyavuşdan ailəsinin evdə qalması üçün xahiş edib. Siyavuş evi almamışdan əvvəl gəlib baxıb, bəyənib, həmin vaxt Cavabdeh1 evdə olub, hətta onlara çay verib. Alqı-satqıdan sonra İntiqamın işləri ilə bağlı vəziyyəti ağırlaşıb və Siyavuş buna görə onun evdə yaşamasına razılıq verib. Məhkəmənin gəldiyi "Cavabdeh1 izahatında bildirmişdir ki, o, həyat yoldaşı Cavabdeh2 uşağının təhsili ilə bağlı etibarnamə verməyə razı olmuş, mənzilin satılmasına dair etibarnamə verməmiş, Cavabdeh2la aralarında başqa mənzilə köçmələri ilə bağlı heç vaxt heç bir söz olmamış, o, mənzilin satılması ilə bağlı heç bir sənədə imza atmamış və ümumiyyətlə evin satılmasına razılıq verməmişdir" qənaəti sadəcə Cavabdeh1 ifadəsindən başqa bir hal ilə sübut olunmamışdır. Belə ki, iş üzrə tam sübut olunur ki, Cavabdeh1 mənzilin satışından tam xəbəri olmuşdur. Cavabdeh1 və nümayəndəsi məhkəmə iclasında verdiyi ifadələrində mənzilin satışından 2015-ci ilin əvvəllərindən, (yəni 7 aylıq müddət bitdikdən sonra) xəbər tutmalarını bildirsələr də, Cavabdeh1 əvvəldən mənzilin satılması barədə Cavabdeh2 ilə razılığı olmuş, onlar bu barədə aralarında məsləhətləşmişlər, etibarnamə məhz evin satışı ilə bağlı verilmidir. Ortada əsas sual yaranır ki, lap evin satılmasından 2015-ci ildə xəbər tutmuş olmuşdursa niyə 9 il ərzində bu halı mübahisələndirməmişdir? Qeyd etdiyim kimi məhkəmə Cavabdeh1 öz ifadəsinə uyğun olaraq 2015-ci ildən evin satılmasını bilməsinə rəğmən bu halı mübahisələndirməməsi halına diqqət yetirməmişdir. Qarşılıqlı iddiaçı iddiasının əsasını təşkil edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddiaçının etibarnaməni oxumamışam, notarius tərəfindən mənə mahiyyəti izah edilməmişdir dəlilini də araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
26. Məhkəmənin iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
27. Məhkəmənin iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
28. Məhkəmənin iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
29. 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
31. Maddə 6. mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.
32. Maddə 8.2. mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.
33. Maddə 152.1. mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Maddə 152.2. 152.3 və 152.4. sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququəmlakdan (əşyada) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
35. Maddə 152.5. mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
36. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
38. Maddə 178.1. daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
39. Maddə 203.1. daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
40. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
41. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».
42. «İnsan Hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bır insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
47. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
50. Hazırki halda, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-550/2024 nömrəli, 08 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbi təmin edilməli, iddiaçı Cavabdeh1 (3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb olunmaqla) cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydin ləğv edilməsi tələbinə dair iddia rədd edilməlidir.
52. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin)
b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
53. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
54. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
55. Birinci instansiya məhkəməsi ilkin iddianı rədd edərkən, qarşılıqlı iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli əmlakın özgəninkiləşdirilməsi üzrə Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 hərəkəti hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir, deməli qanunvericiliklə müəyyən olunmuş şərtlər pozulmaqla həyata keçirildiyindən qanunsuzdur. Mübahisəli əqdin həyata keçirilməsinə Cavabdeh1 belə yazılı razılığı alınmamış, o bu əqd barədə ümumiyyətlə məlumatlı olmamışdır.
56. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.
57. Kollegiya ilk növbədə ilkin və qarşılıqlı iddia tələblərinin əsası ilə bağlı qeyd edir ki, İddiaçı iddiasını belə əsaslandırmışdır ki, Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə onun qanuni əsaslarla mülkiyyətinə keçirdiyi mənzildən çıxmamış, onun mülkiyyət hüququnu pozaraq mənzili tərk etməmişdir. Bu səbəblə cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzildən evin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsini tələb edən ilk iddiaçı iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət haqqındakı müddəalarına və bilavasitə 152.1-ci maddəsinə istinad etmişdir. Cavabdeh1 isə qarşılıqlı iddiasını belə əsaslandırmışdır ki, onun Cavabdeh2la birgə nikah dövründə əldə etdikləri mənzilin satılmasından məlumatı olmamış, mənzilin satılmasına dair birbaşa (alqı-satqı prosesində iştirak etməklə) razılıq verməmişdir, mənzilin alqı-satqısı üzrə iradə ifadəsi mövcud olmadığından, mənzilə dair müqavilə əhəmiyyətsiz əqd olmaqla hüquqi nəticə yarada bilməz. Bu səbəbdən də, həmin alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edən Cavabdeh1 qarşılıqlı iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə istinad etmişdir.
58. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.
59. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış 09 iyun 2014-cü il tarixli, 4-Ə-3/814 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilini İddiaçı mülkiyyətinə vermişdir.
60. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır.
61. İş materiallarında olan "xxxx" MTK-nın 2014-cü il tarixli Forma 2 arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilininin sahibi Cavabdeh2dur, ailəsi 1 nəfərdən ibarətdir və qeydiyyatda heç kəs yoxdur.
62. Göründüyü kimi, İddiaçı iddiası onun qanunvericiliklə qorunan mülkiyyət hüquqlarının müdafiəsindən irəli gəlir. Cavabdehlərin iddiaçıya məxsus evdə yaşamaları iddiaçının həmin ev üzərindəki mülkiyyət hüququnu həyata keçirməsinə mane olur.
63. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
64. Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
65. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
66. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülkiyyət hüququnun ümum bəşəri dəyərlər sırasında olması yuxarıda istinad edilən bir sıra beynəlxalq sənədlərdə öz əksini tapmışdır.
67. Kollegiya qeyd edir ki, Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış 09 iyun 2014-cü il tarixli, 4-Ə-3/814 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə satıcı qismində çıxış edən ilkin iddia üzrə cavabdehin həyat yoldaşı olan Cavabdeh2 mübahisəli əmlakın özgəninkiləşdirilməsinin qanunvericiliyin tələblərinə uyğun olmasını təsdiq edir. Hazırkı mülki iş üzrə mübahisələndirilən məqam Cavabdeh2 və Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri əmlakın özgəninkiləşdirilməsi zamanı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 daşınmaz əmlakın özgəninkiləşdirməsinə razılığının olmaması ilə bağlıdır.
68. Razılığın olun-olmamasının aydınlaşdırılması ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri 28 saylı Notariat Kontorunda təsdiq edilmiş 07 iyun 2014-cü il tarixli, 7E-6116 reyestr nömrəli etibarnamədən görünür ki, Cavabdeh1 bütün əmlakını idarə etmək və onun üzərində sərəncam verməklə bağlı bütün hərəkətləri (o cümlədən almaq, satmaq, bağışlamaq və s. haqqında əqdləri bağlamaq) etməyə dair Cavabdeh2 1 il 1 ay müddətinə, yəni xx.xx.2015-ci il tarixədək səlahiyyətlər verir.
69. Kollegiya qeyd edir ki, Cavabdeh1 etibarnamənin onun bütün əmlakını idarə etmək və onun üzərində sərəncam verməklə bağlı bütün hərəkətləri (o cümlədən almaq, satmaq, bağışlamaq və s. haqqında əqdləri bağlamaq) etməyə dair verilməsinin övladlarının təhsili ilə bağlı olduğunu qeyd etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
70. Kollegiya onu da qeyd edir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir.
72. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər.
73. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
74. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından qarşılıqlı iddia üzrə iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.
75. Belə ki, Cavabdeh1 etibarnamənin övladının təhsili ilə bağlı verildiyini qeyd etsə də, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələbinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Eyni zamanda həmin Məcəllənin 58.1-maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.4-maddəsinin tələbinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 58.5-ci maddəsinin tələbinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Valideynlər uşaqlarının tərbiyəsi, sağlamlığı, psixi, fiziki, mənəvi inkişafına və təhsil sahəsində vəzifələri həyata keçirərkən bərabər hüquqlara malikdirlər və onlar tərəfindən uşaqların maraqlarına uyğun hər hansı vəzifələri icra edərkən birinin digərinə etibarnamə əsasında səlahiyyət verilməsi qanunda nəzərdə tutulmamışdır.
76. Kollegiya eyni zamanda qeyd edir ki, iş materialları ilə müəyyən edildiyi kimi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 2018-ci ildə kommunal xidmətlərin İddiaçı adına rəsmiləşdirilməsindən sonra mənzil mülkiyyətçisi kimi sonuncunun olduğunu bildirir. Belə olan halda, kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddəti də ötürmüş olur ki, bu da qarşılıqlı iddia tələbinin təmin edilməməsi üçün əsas hesab edilməlidir.
77. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-550/2024 nömrəli, 08 may 2024cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbi təmin edilməli, iddiaçı Cavabdeh1 (3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb olunmaqla) cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydin ləğv edilməsi tələbi rədd edilməlidir.
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
79. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
80. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilməlidir
81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-550/2024 nömrəli, 08 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbi təmin edilsin. Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilindən çıxarılsın. Qarşılıqlı iddia tələbi rədd edilsin. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.