Məhkəmə qərarları › İş №2(103)-4496/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4496/2023

27.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4496/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: özbaşına tikili, qanuni sahiblik, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması, yaşayış sahəsindən çıxarılma, sübutetmə yükü, subyektiv hüquq) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X4 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X10 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma, sahiblik və istifadə hüquqlarının bərpa olunması, maneələrin qadağan edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə “Beh haqqında razılaşma” (müqavilə) bağlanmış, "xxxx" Daşınmaz Əmlak Ağentliyi tərəfindən tərtib olunmuş həmin razılaşmada göstərilmişdir ki, tərəflər Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 64 000 manata İddiaçı satılması barədə razılığa gəlirlər və alıcı satıcıya 5000 manat beh verir.

2. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə borc müqaviləsi bağlanmış, Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq olunmuş həmin müqavilədə İddiaçı Cavabdeh 5000 manat borc verdiyi, borcun xx.xx.2019-cu il tarixinədək geri qaytarılacağı göstərilmişdir.

3. Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsində yerləşən 4a nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

4. Cavabdeh və qızı Selin Zeynalova xx.xx.2010-cu il tarixindən Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsində yerləşən 4a nömrəli fərdi yaşayış evində pasport qeydiyyatındadırlar.

5. İddiaçı 16 yanvar 2019-cu il tarixdə ünvan 1 ünvanına pasport qeydiyyatına alınmışdır.

6. Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiqlənmiş ərizələrində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsində yerləşən 4A saylı fərdi yaşayış evi üzrə kodu **********40000 olan işıq sayğacının, kodu **********00010 olan qaz sayğacının və istifadəsində olan *** ** ** saylı telefon nömrəsinin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmir, buna razıdır.

7. "xxxx" MMC-nin 1 saylı rabitə xidmətləri mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, Yunis Dağlı küçəsi ev 4 a ünvanında yaşamış abunəçi İddiaçı adına ***-**-** saylı nömrə xx.xx.2021-ci il tarixdən sənədləşdirilmişdir.

8. "xxxx" ASC və "xxxx" ASC tərəfindən verilmiş abonent saldolarına görə, Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi üzrə abonent İddiaçıdur.

9. X2 Cavabdeh qarşı “mənzilə köçürülmə” barədə ilkin, Cavabdeh X3 qarşı “istifadə hüququnun itirilmiş hesab olunması” barədə qarşılıqlı iddia tələbləri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.

10. X2 İddiaçı qarşı “cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsində yerləşən 4 saylı fərdi yaşayış evindən çıxarılması” tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir.

11. X14 Cəbrayılovanın xalasıdır.

12. Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsində yerləşən 4A saylı fərdi yaşayış evinin keçmiş sahibəsi Cavabdeh evin giriş qapısının kilidini sındırmaqla evə daxil olması ilə bağlı İddiaçı şikayəti üzrə Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuş, qərarda göstərilmişdir ki, Cavabdeh həmin əməli nəticəsində İddiaçı 50 manat maddi ziyan dəymişdir və cinayət tərkibi yaranmadığından material Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi əsasında inzibati tədbir görülməsi üçün aidiyyati üzrə göndərilməlidir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

13. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması (qətnamə icra olunan zaman yaşayış sahəsində olan bütün digər fiziki şəxslərin çıxarılması), evin boşaldılaraq ona təhvil verilməsi, həmin evə dair pozulmuş sahiblik, istifadə hüquqlarının bərpa olunması, evinə daxil olmaq, sahiblik və istifadə hüquqlarına dair yönəldilmiş bütün maneələrin cavabdehə qadağan olunması (aradan qaldırılması), 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, müvəqqəti təminat tədbiri haqqında ərizənin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi və yaşayış sahəsində yerləşdirilmiş ona məxsus əşyaların (Qonaq otağında: Divan 1 ədəd Kreslo 2 ədəd Jurnal stolu Pərdə, Trümo 2 ədəd, çilçıraq 4 ədəd, Televizor altı (tumba), Çarpayı 2 nəfərlik Stol, Stul 6 ədəd, Pərdə dəst 6 ədəd (əlavə günlük və tül), Karniz qalın, Servant, Soyuducu ağ rəngli, Peç İran istehsalı qara rəngli, Xalça, Elektrik çayniki, Şkaf, Çəkməcə 2 ədəd, Ütü 2 ədəd (buxarla işləyən, çəhrayı rəngdə), Yataq otağında: Taxt döşəyi, Yun yorğan 2 ədəd, Yorğan sentifon, Balış 4 ədəd, Qalın adyal 2 ədəd, Nazik adyal 2 ədəd, şkaf, Çəkməcə 2 ədəd, Trümo, Çarpayı 2 nəfərlik, Qaşıq-çəngəl-bıçaq dəsti, Mətbəxdə: Mətbəx mebel dəsti, yuyucu) cavabdehdən alınaraq ona qaytarılması, bu mümkün olmadıqda onların dəyəri olan 8000 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, təxminən 2018-ci ildə Cavabdeh ilə sonuncunun evini almaq məqsədilə tanış olmuş, bundan sonra Bakı şəhəri, Yasamal rayonu, Yunis Dağlı küçəsində yerləşən yaşayış evinə baxmış və həmin evin təmirsiz vəziyyətdə olduğunu görüb fikrindən daşınmışdır. Cavabdeh qızının ağır xərçəng xəstəsi olduğunu və onlara təcili pul lazım olduğunu bildirib evi almasını xahiş etmiş, qıza yazığı gəldiyi üçün evlə bağlı heç bir rəsmi sənədləşmə işləri aparmadan cavabdehə 64 000 manat məbləğində pul vermişdir. Cavabdeh verdiyi etibarnamədən sonra 16 yanvar 2019-cu il tarixdə qeyd olunan ünvana rəsmi qeydiyyata düşmüş, həmin vaxtdan etibarən evin bütün kommunal borclarını özü ödəmişdir. Lakin bir müddət sonra Cavabdeh xalası X5 evə öz iddiasını bildirmiş və onu cavabdeh şəxs kimi məhkəməyə vermişdir. Yasamal Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən Böyükxanım Bağırovanın iddia tələbi təmin edilməmişdir. 2021-ci il ərzində aldığı evi yenidən təmir etdirmiş və bəzi mebel dəstlərini mənzilə yerləşdirmişdir. X1 Bakı şəhərində evi olmadığı üçün həmin evi müvəqqəti olaraq dostuna vermiş, Anar İsrafilov orada təxminən altı ay yaşamış və 21 noyabr 2022-ci il tarixdə məzuniyyətlə bağlı bir həftəlik evdən çıxmış, 28 noyabr 2022-ci il tarixdə evə geri qayıdan zaman mənzilin giriş qapısındakı kilidin sındırıldığını və qapının arxadan bağlandığını görmüşdür. Baş vermiş hadisə barədə Anar İsrafilov ona məlumat vermiş və o, dərhal yaşadığı ünvana getmişdir. Evə çatan zaman həqiqətən giriş qapısındakı kilidin sındırıldığının və evin keçmiş sahibəsi Cavabdeh mənzilin açarlarını dəyişdirib heç kimi içəri buraxmadığının şahidi olmuşdur. Anar İsrafilov özünə məxsus bir neçə kostyum, gödəkçə, şalvar, köynək, ayaqqabı və bir ədəd qızıl saatla bir ədəd soyuducunun Cavabdeh tərəfindən götürülərək qaytarılmadığını bildirmişdir. Hadisə barədə əvvəl Azərbaycan Respublikası DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə zəng etmiş, daha sonra isə Yasamal Rayon Polis idarəsinin 26-cı polis bölməsinə ərizə ilə müraciət etmişdir. Evin alqı-satqısından sonra cavabdehlə “whatsap” yazışmalarında cavabdeh ona yaxşılıq etdiyini, ondan aldığı pul hesabına özünə ev aldığını, uşağını müalicə etdirdiyini bildirmişdir. Cavabdehə evin dəyərindən ödənilmiş puldan cavabdeh ona ödənilmiş 5000 manat məbləğində behi geri qaytarmışdır.

15. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim etmiş, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi faktlar heç bir həqiqəti əks etdirmir. İddia ərizəsinə əlavə olunmuş sənədlərin (cavabdehə məxsus Hövsan qəsəbəsində yerləşən evə dair sənədlər, whatsap yazışmaları və.s) iddia tələbinə heç bir aiddiyyəti yoxdur və mübahisənin obyektiv həlli üçün sübut növü kimi qəbul edilə bilməz. Ümumiyyətlə ünvan 3 ünvanında belə bir ev mövcud deyildir. Əgər ünvan 5i yaşayış evinin Cavabdeh məxsus olması barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilmişdirsə, onda belə bir nəticəyə gəlmək olarki, cavabdeh saxta sübutlar toplayaraq məhkəməyə müraciət etmişdir. Bu şübhənin aradan qaldırılması üçün Bakı şəhəri, Yasamal rayon 64 saylı MKİS-in məsul şəxsləri məhkəməyə dəvət edilməli və mübahisəyə obyektiv qiymət verilməlidir. Məhkəməyə təqdim edilmiş sübutlardan göründüyü kimi Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi ev 4 ünvanında yerləşən fərdi yaşayış evində 30 ildən çoxdur ki, qeydiyyatda olmaqla ailə üzvü ilə həmin evdə yaşayır. Fərdi yaşayış evinin Cavabdeh heç bir aidiyyətı yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər ziddiyətli ifadələr vermişdir. Belə ki, şahid Nəzərov Rafail ifadəsində qeyd edir ki, “dəqiq ayını deyə bilmərəm, amma onu deyə bilərəm ki, Cavabdeh 2019-cu ildə işlədiyim "xxxx" daşınmaz əmlak agentliyinə gələrək ona məxsus evinin satılmasını bildirmişdir”. Digər şahid İlqar Cəfərov isə “Cavabdeh 2018-ci ildə "xxxx" daşınmaz əmlak agentliyinə gələrək ona məxsus evinin satılmasını bildirmişdir” demişdir. Göründyü kimi şahidlərdən biri Cavabdeh 2018-ci ildə, digəri isə 2018-ci ildə "xxxx" daşınmaz əmlak agentliyinə gəlməsini qeyd etmişdir. Bundan əlavə "xxxx" daşınmaz əmlak agentliyinin diriektoru və eyni zaman da şahid İlqar Cəfərov məhkəməyə xx.xx.2018-ci il tarixli saxta beh müqaviləsi təqdim edərək bildirmişdir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Y. Dağlı küçəsi ev 4 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı 64 000 manata satması barədə razılığa gəlmişlər və Cavabdeh İddiaçı 5000 manat beh almışdır. Halbuki, məhkəməyə təqdim edilən xx.xx.2018-ci il tarixli saxta beh müqaviləsinə nəzər yetirəndə görünür ki, beh müqaviləsi "xxxx" daşınmaz əmlak agentliyinin direktoru və eyni zamanda şahid İlqar Cəfərov tərəfindən saxtalaşdırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli beh müqaviləsi bunu inkar edilməz şəkildə təsdiq edir. Bundan əlavə İddiaçı xx.xx.2018-ci il tarixli beh müqaviləsinin daha güvənli olması üçün Cavabdeh ilə notarial qaydada xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Qeyd edilən müqavilənin sonunda İddiaçı öz xətti və imzası ilə təsdiq edərək qeyd etmişdir ki, “müqavilə üzrə verdiyim 5000 manat vəsait mənə nağd şəkildə qaytarıldı”. Göstərilənlərə əsasən iddia tələbi rədd olunmalıdır.

16. Məhkəmənin şahid qismində dindirdiyi X16 ifadəsində göstərmişdir ki, iddiaçıya məxsus Nərimanov heykəlinin yanında yerləşən həyət evində usta kimi işləmiş, kafel-metlax işlərinə görə 1900 manat, elektrik işlərinə görə isə 250 manat ona iddiaçı tərəfindən verilmişdir. Cavabdehi tanımır, haqqında eşitməmişdir. Ev 3 otaqdan ibarətdir. Təmir işləri bitəndən sonra evə mebellər - mətbəx mebeli, 2 yataq otağı mebeli, stol və stullar gətirilmişdir.

17. Məhkəmənin şahid qismində dindirdiyi X11 və Rzayev Zöhrab Babaşirin oğlu ifadələrində iddiaçının izahatında göstərdiklərini təsdiq etmişlər.

18. Məhkəmənin şahid qismində dindirdiyi X8 ifadəsində göstərmişdir ki, iddiaçının sifarişi ilə iddiaçıya məxsus Nərimanov heykəlinə yaxın ünvanda yerləşən evə mebellər - mətbəx dəsti - 2300 manata, 2 yataq otağı dəsti (hər bir dəstdə taxt, dolab, 2 tumba, trümo olmaqla) hər birinin qiyməti təxminən 1500-1800 manat arası, divan və kreslo - 800 manata, dəhliz üçün stol və stullar hazırlamışdır.

19. Məhkəmənin şahid qismində dindirdiyi X9 ifadəsində göstərmişdir ki, 10 ildir "xxxx" firmasında işləyir. Firma daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur. Təxminən 2019-cu ildə cavabdeh özünə məxsus ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin satılması üçün firmaya müraciət etmişdir. Ev 3 otaqdan - zal və 2 otaqdan ibarət idi. İddiaçı ilə cavabdeh evin 64 000 manata satılması barədə razılığa gəlmişlər. Cavabdeh qızının ağır xəstə olması ilə bağlı ona təcili pul lazım olduğunu bildirmişdir. Evin sənədləri yox idi, cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, sənədləri hazırlayacaq. İddiaçı tərəfindən cavabdehə 5000 manat məbləğində beh verilmişdir. Beh verildikdən 20-30 gün sonra iddiaçı ona demişdir ki, uşağa yazığı gəldiyi üçün cavabdehə 20 000-30 000 manat pul vermişdir. İddiaçının dediyinə görə o, cavabdehə razılaşdırılmış məbləğin hamısını – 64 000 manat vermişdir.

20. Məhkəmənin şahid qismində dindirdiyi X19 şahid X6 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun yanında iddiaçı tərəfindən cavabdehə 5000 manat beh verilmişdir. Qalan pulun verilməsinin şahidi olmamışdır.

21. Birinci instansiya məhkəməsinin 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunması qət edilmişdir.

22. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən 2018-ci ilin sonunda ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin 64 000 manata iddiaçıya satılması, bundan sonra iddiaçının həmin sahəni təmir etdirərək iddia tələblərində göstərilən əşyaları həmin yaşayış sahəsinə yerləşdirməsi, yaşayış sahəsinin həmin vaxtdan iddiaçının sahiblik və istifadəsində olması, 2022-ci ilin noyabr ayında cavabdehin yaşayış sahəsini və orada yerləşən iddiaçıya məxsus əşyaları zəbt etməsi təsdiq edildiyindən iddia əsaslıdır və təmin olunmalıdır.

23. Gəldiyi nəticəni məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 33cü və 43-cü, Mülki Məcəllənin 152-ci, 157-ci, 158-ci, 159-cu, Mənzil məcəlləsinin 5-ci və 9-cu maddələrinə istinadla əsaslandırmışdır.

24. Həmin qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin faktiki hallarını tam araşdırmadığını, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, mübahisəsi gedən evin özbaşına tikili olduğunu və alqı-satqının predmeti ola bilməyəcəyini, məhz bu səbəblə də cavabdeh tərəfindən iddiaçıdan alınmış 5000 manat behin sonradan geri qaytarıldığını nəzərə almadığını, şahidlərin ziddiyyətli ifadələrini əsas götürdüyünü, qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

26. Cavabdehin əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, izahatında həmçinin bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsində 4a saylı ev ümumiyyətlə mövcud deyildir, təmsil etdiyi şəxsə aid 4 saylı ev isə artıq sökülmüşdür. Buna görə də qətnamənin icrası mümkün deyildir və cavabdeh mövcud olmayan evdən çıxarıla bilməz.

27. Cavabdeh nümayəndəsinin (vəkilinin) iştirak etdiyi məhkəmə iclasının təxirə salınması barədə ərizə göndərdiyi və bu xahişini özünün şəxsən iştirak etmək istəyi ilə əlaqələndirdiyi üçün həmin iclas təxirə salınmış, lakin növbəti iclasa nə cavabdeh, nə də nümayəndəsi (vəkili) gəlməmiş, cavabdeh növbəti dəfə ərizə ünvanlayaraq qızının xəstəliyi ilə bağlı prosesin təxirə salınmasını xahiş etmişdir.

28. İşin halları, cavabdehin nümayəndəsinin əvvəlki icıasda ətraflı izahat verdiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla işə, cavabdeh tərəfin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

29. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) İlyas Kərimov iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

32. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

36. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.

37. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

38. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

39. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

40. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

41. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

42. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

“X21 haqqında” Azərbaycan Respublikasının Qanunu

43. Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

51. Mənzil üzərində sahiblik və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmaması, bu barədə ümumiyyətlə reyestr xidmətində hər hansı məlumat aşkar edilməməsi sahibliyi aradan qaldıran hallar deyildir.

52. Başqa sözlə, özbaşına tikiliyə sahiblik hüququ qanunvericiliklə tanınmaqla özbaşına tikili üzərində sahiblik hüququ olan şəxsin öz hüquqlarının realizəsinə həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o cümlədən sahiblk hüququna olan hər cür pozuntu qadağan edilir.

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, özbaşına tikilidən istifadə ilə bağlı mübahisələrdə başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması əsas götürülməlidir. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə və ona sahiblik edirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək həmin şəxsə məxsusdur. Əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) və sahiblik etməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.

54. Beləliklə, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlı olsa da, özbaşına tikiliyə öz əmlakı qismində sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunmaq hüququ vardır.

55. Bu kontekstdə qeyd olunmalıdır ki, iddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair normaların (§ 33-40) tətbiq edilməsi üçün iddiaçının özünün mübahisəsi gedən özbaşına tikili üzərində sahiblik hüququna malik olub-olmaması müəyyən edilməlidir.

56. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarı).

57. Hazırkı iş üzrə müəyyən olunan odur ki, mübahisəli ev əvvəllər cavabdehin sahibliyində olmuş, 2019-cu ildə o, iddiaçıdan pul alaraq ev üzərindəki sahiblik hüququnu iddiaçıya vermişdir.

58. Göstərilənlərə əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, iddiaçının, onun sahibliyinə keçmiş mübahisəli mənzildən (evdən), oranı hansı əsasla zəbt etdiyi ümumiyyətlə müəyyən olunmayan cavabdehin (həmçinin digər şəxslərin) çıxarılmasını və mənzilin (evin) özünə təhvil verilməsini tələb etməyə subyektiv hüququ mövcuddur.

59. Nəzərə alınmalıdır ki, hazırkı mübahisənin düzgün həlli üçün iddiaçının mübahisəsi gedən tikili üzərində subyektiv hüququnun mövcud olub-olmadığı əhəmiyyət kəsb edir; subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra isə, bu hüququ pozan şəxsin hərəkətlərinin qanuni olub-olmadığı aydınlaşdırılaraq müvafiq qərar verilməlidir.

60. Kollegiya onu da qeyd edir ki, əgər cavabdehin nümayəndəsinin (vəkilinin) bildirdiyi hal, yəni Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsində 4a saylı evin ümumiyyətlə mövcud olmadığı, cavabdehə aid 4 saylı evin isə artıq söküldüyü doğrudursa, o halda qətnamənin müvafiq hissəsi (evdən çıxarılma və evin boşaldılması) cavabdehin marağına toxuna bilməz.

61. Məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X22rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

62. Məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. Hazırkı işdə müəyyən olunan hallar odur ki, cavabdehin hərəkətləri nəticəsində tərəflər arasındakı ədalətli tarazlıq pozulmuşdur.

63. Bununla belə kollegiyanın qənaətinə görə, iddiaçının “yaşayış sahəsində yerləşdirilmiş ona məxsus əşyaların (Qonaq otağında: Divan 1 ədəd Kreslo 2 ədəd Jurnal stolu Pərdə, Trümo 2 ədəd, çilçıraq 4 ədəd, Televizor altı (tumba), Çarpayı 2 nəfərlik Stol, Stul 6 ədəd, Pərdə dəst 6 ədəd (əlavə günlük və tül), Karniz qalın, Servant, Soyuducu ağ rəngli, Peç İran istehsalı qara rəngli, Xalça, Elektrik çayniki, Şkaf, Çəkməcə 2 ədəd, Ütü 2 ədəd (buxarla işləyən, çəhrayı rəngdə), Yataq otağında: Taxt döşəyi, Yun yorğan 2 ədəd, Yorğan sentifon, Balış 4 ədəd, Qalın adyal 2 ədəd, Nazik adyal 2 ədəd, şkaf, Çəkməcə 2 ədəd, Trümo, Çarpayı 2 nəfərlik, Qaşıq-çəngəl-bıçaq dəsti, Mətbəxdə: Mətbəx mebel dəsti, yuyucu) cavabdehdən alınaraq ona qaytarılması, bu mümkün olmadıqda onların dəyəri olan 8000 manatın cavabdehdən alınaraq ona ödənilməsi” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilə bilməz.

64. Belə ki, iddiaçı həmin tələbinin əsaslı olduğu qənaətinə gəlinməsinə imkan verəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-735/2023 saylı iş üzrə 17 aprel 2023-cü il tarixli qətnaməsi “İddiaçı məxsus əşyaların (Divan 1 ədəd, Kreslo 2 ədəd, Jurnal stolu, Pərdə, Trümo 2 ədəd, çilçıraq 4 ədəd, Televizor altı (tumba), Çarpayı, 2 nəfərlik Stol, Stul 6 ədəd, Pərdə dəst 6 ədəd (əlavə günlük və tül), Karniz qalın, Servant, Soyuducu ağ rəngli, Peç İran istehsalı qara rəngli, Xalça, Elektrik çayniki, Şkaf, Çəkməcə 2 ədəd, Ütü 2 ədəd (buxarla işləyən, çəhrayı rəngdə), Taxt döşəyi, Yun yorğan 2 ədəd, Yorğan sentifon, Balış 4 ədəd, Qalın adyal 2 ədəd, Nazik adyal 2 ədəd, şkaf, Çəkməcə 2 ədəd, Trümo, Çarpayı 2 nəfərlik, Qaşıq-çəngəl-bıçaq dəsti, Mətbəx mebel dəsti, yuyucu) Cavabdeh alınaraq İddiaçı qaytarılması, bu mümkün olmadıqda onların dəyəri olan 8000 manatın Cavabdeh alınıb İddiaçı ödənilməsi” hissəsində ləğv olunsun. İddia tələbi həmin hissədə təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar