Məhkəmə qərarları › İş №2(103)-4499/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4499/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4499/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(008)- 111/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkməməsinə müraciət edərək, 12 yanvar 2010-cu il tarixli K-249/NRM saylı kredit müqaviləsi üzrə Cavabdeh1 «xxxx» АSC-nin xeyrinə 6179 ABŞ dolları əsas, 60.369,32 ABŞ dolları faiz, 27.601,93 ABŞ dolları artırılmış faiz borcu (cərimə), cəmi 94.150,55 ABŞ dolları, 22 yanvar 2010-cu il tarixli K-237/NRM nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 «xxxx» ASC-nin xeyrinə 12.675,30 ABŞ dolları əsas, 55.033,85 ABŞ dolları faiz, 23.952,50 ABŞ dolları artırılmış faiz borcu (cərimə), cəmi 91.661,65 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutulması, K-249/NRM saylı kredit müqaviləsi üzrə tutmanın Əzimov Lətifağa Hacıbala oğluna məxsus Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Məmmədyarov küçəsi 0,03228 ha torpaq sahəsinin üzərində yerləşən 38 saylı fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,248751 ha torpaq sahəsinin üzərində yerləşən 1479 saylı bağ sahəsinə və Cavabdeh4 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,12 ha torpaq sahəsinin üzərində yerləşən 2419a saylı bağ evinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş əmlaklara tutma yönəldildikdə və onlar satıldıqda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 əmlakları ən geci bir ay ərzində tərk etmələri, əmlakların boşaldılması, əmlaklara dair istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X2, məhkəməyə verilmiş iddia ərizəsində qeyri-dəqiqlik olduğunu, kredit müqavilələri üzrə ipotekada olan əmlakların hansı müqaviləyə aid olması tam aydın olmadığından, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən, 12 fevral 2010-cu il tarixli K-249/NRM saylı kredit müqaviləsi üzrə Cavabdeh1 ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə 6179 ABŞ dolları əsas, 60.369,32 ABŞ dolları faiz, 27.601,93 ABŞ dolları artırılmış faiz borcu (cərimə), cəmi 94.150,55 ABŞ dolları, 22 yanvar 2010-cu il tarixli K- 237/NRM saylı kredit müqaviləsi üzrə Cavabdeh1 «xxxx» ASC-nin xeyrinə 12.675,30 ABŞ dolları əsas, 55.033,85 ABŞ dolları faiz, 23.952,50 ABŞ dolları artırılmış faiz borcu cərimə), cəmi 91.661,65 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun tutulması, K-249/NRM saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Məmmədyarov küçəsi 0,03228 ha rorpaq sahəsinin üzərində yerləşən 38 saylı fərdi yaşayış evinə, K-237/NRM saylı kredit müqaviləsi üzrə Cavabdeh3 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,248751 ha torpaq sahəsinin üzərində yerləşən 1479 saylı bağ sahəsinə və Cavabdeh4 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,12 ha torpaq sahəsinin üzərində yerləşən 2419a saylı bağ evinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş əmlaklara tutma yönəldildikdə və onlar satıldıqda Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 əmlakları ən geci bir ay ərzində tərk etmələri, əmlakların boşaldılması, əmlaklara dair istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(008)- 111/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, Cavabdeh1 22 yanvar 2010-cu il tarixli K-237/NRM saylı kredit müqaviləsi üzrə 12.675,30 ABŞ dolları əsas borc, 55.033,85 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, cəmi 69709,15 ABŞ dolları, 12 fevral 2010-cu il tarixli K-249/NRM saylı kredit müqaviləsi üzrə 6179 ABŞ dolları əsas borc, 60.369,32 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, cəmi 68548,32 ABŞ dolları, ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənəsi ilə 38257,47 (yüz otuz səkkiz min iki yüz əlli yeddi dollar qırx yeddi sent) ABŞ dolları məbləğində borc və iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutma K-237/NRM saylı kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,248751 ha torpaq sahəsinin üzərində yerləşən 1479 saylı bağ sahəsinə və Cavabdeh4 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,12 ha torpaq sahəsinin üzərində erləşən 2419a saylı bağ evinə yönəldilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,248751 ha torpaq sahəsinin üzərində yerləşən 479 saylı bağ sahəsi 31.250 (səksən min) manat ilkin satış qiyməti ilə, Cavabdeh4 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,12 ha torpaq sahəsinin üzərində yerləşən 2419a saylı bağ evi 16800 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına borc və iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 tutularaq iddiaçı «xxxx» ASC-yə ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh3 və Cavabdeh4 nəxsus əmlaka tutma yönəldildikdə və onlar satıldıqda Cavabdeh3 və Cavabdeh4 ən geci bir ay ərzində həmin əmlakları boşaldmaları, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 345 (üç yüz qırx beş) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013 **********0003 944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTREOOOOO0OOOOOOO2O885O1) hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-111/2020 saylı iş üzrə 22.10.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmənin sözügedən qətnaməsi əsassız olduğundan, mövcud qanunvericiliyə zidd olduğundan ləğv edilməlidir. Məhkəmə işə tam, hərtərəfli baxmayaraq mübahisəni düzgün həll etməmişdir.Qətnamədən görünür ki, iddiaçı kreditdən istifadəyə görə hesablanmış faiz borcunu şişirdərək yüksək məbləğ göstərmişdir. Hesab edir ki, həmin faiz borcu süni surətdə şişirdilərək yüksək məbləğ göstərildiyindən həmin fakt yenidən araşdırılmalı, bununla bağlı mütəxəssis dəvət edilməli, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli, həmin faiz borcu yenidən hesablanmalı və bu barədə ekspert rəyi alınmalıdır. Hesab edir ki, məhkəmə işə yenidən baxarkən həmin faktlara hüquqi qiymət verməli, Sabunçu rayon məhkəməsinin həmin qətnaməsinin nə dərəcədə qanuna uyğun olubolmaması barədə münasibətini bildirməlidir. İşə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri Sabunçu rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilməlidir. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Birinci instansiya məhkəməsi baxışı zamanı araşdırılmış hallarla müəyyən edilmişdir ki, ləğv prosesində olan xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 22 yanvar 2010-cu il tarixli K-237/NRM saylı kredit müqaviləsi üzrə 24 aу müddətinə, illik 26 faizlə 100000 ABŞ dolları, 12 yanvar 2010-cu il tarixli K-249/NRM saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə, illik 26 faizlə 120000 ABŞ dolları məbləğində kredit verilmişdir. 12 fevral 2010-cu il tarixli K-249/NRM saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 12 fevral 2010-cu il tarixli G-249/NRM saylı ipoteka müqaviləsi bağlanmiş və Cavabdeh2 Hacıağa oğluna məxsus Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Məmmədyarov küçəsi 0.03228 ha torpaq sahəsinin üzərində yerləşən 38 saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilərək dövlət reyestrində 13.02.2010-cu il tarixdə müvafiq qeydiyyat aparılmışdır. “xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 və Cavabdeh4 ilə bağladığı 05 mart 2014 cü il tarixli 120.CL.050314.00001/c saylı ipoteka müqaviləsi və müqavilənin 1 nömrəli əlavə razılığına əsasən 22.01.2010-cu il tarixli K- 237/NRM saylı və 12 fevral 2010-cu il tarixli G-249/NRM saylı kredit müqavilələri üzrə öhdəliyin icrasının təmin edilməsi üçün Cavabdeh3 məxsus Bakı şəhəri Sabunçu rayonu ləhiş bağ sahəsi 0,248751 ha torpaq sahəsinin üzərində yerləşən 1479 saylı bağ sahəsi və Cavabdeh4 qızma məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,12 ha :orpaq sahəsinin üzərində yerləşən 2419a saylı bağ evi iddiaçı ləğv prosesində olan xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilərək dövlət reyestrində 19.03.2014-cü il tarixdə müvafiq qeydiyyat aparılmışdır. Cavabdeh1 ləğv prosesində olan «xxxx» ASC-yə 12 yanvar 2010-cu il tarixli K-249/NRM saylı kredit müqaviləsi üzrə 6179 ABŞ dolları əsas, 60.369,32 ABŞ dolları faiz, 22 yanvar 2010-cu il tarixli K-237/NRM saylı kredit müqaviləsi üzrə 12.675,30 ABŞ dolları əsas, 55.033,85 ABŞ dolları faiz borcu vardır. Qeyd olunan müqavilələr üzrə Cavabdeh1 ləğv prosesində olan «xxxx» ASC-yə əsas və faiz borcunun olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 33451 saylı, 20.05.2019-cu il tarixli və 23926 saylı 20 dekabr 2019-cu il tarixli ekspert rəyləri ilə təsdiq edilmişdir. İddiaçı Bank cavabdehlərə götürdükləri öhdəlikləri vaxtında və lazimi qaydaya yerinə yetirmədiklləri üçün xəbərdarlıq edilmiş və öhdəliyin təminatı olaraq ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişləri qeydiyyata alıdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana Keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1013. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ləğv ərosesində olan «xxxx» ASCnin xeyrinə 12 fevral 2010-cu il tarixli K-249/NRM saylı medit müqaviləsi üzrə 6179 ABŞ dolları əsas, 60.369,32 ABŞ dolları faiz, 22 yanvar 2010- .u il tarixli K-237/NRM saylı kredit müqaviləsi üzrə 12.675,30 ABŞ dolları əsas, 55.033,85 XBŞ dolları faiz borcu tutulmalıdır. Dəbbə pulu ilə bağlı məhkəmə kollegiyasının qənaətinə görə, hər iki razılaşma üzrə tənasübsüz daraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun tələbini nəzərə alaraq, 22 yanvar 2010-cu il tarixli K-237/NRM saylı və 12 fevral 2010-cu il tarixli K-249/NRM saylı kredit müqavilələri üzrə tətbiq olunmuş cərimənin azaldılaraq hər bir kredit üzrə 2000 ABŞ dolları, cəmi 4000 ABŞ dolları həddində saxlanılması tərəflərin əmlak vəziyyətlərinə uyğun hesab edilir. Bundan başqa kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün iddiaçının (Bank) xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi 0,03228 ha torpaq sahəsinin üzərində yerləşən 38 saylı fərdi yaşayış evi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi həmin ipoteka predmeti Cavabdeh2 Hacıağa oğlunun mülkiyyəti kimi ipoteka ilə yüklü edilmiş və tutmanın ona məxsus ipoteka predmetinə yönəldilməsi barədə 19/9393 saylı 10.08.2017-ci il tarxli Bankın bildirişi Dövlət Resyestrində qeydiyyata alınmışdır. İlkin iddia ərizəsində Cavabdeh2 Hacıağa oğlunun adı cavabdehlər sırasında olsa da, məhkəmə tərəfindən iddiaçının Cavabdeh2 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciətindən daha əvvəl Cavabdeh2 öldüyü müəyyən edildikdə, iddiaçı iddia tələbinə dəqiqləşdirilmə ərizəsi vermiş, sonuncunun adı çıxarılaraq sözügüdən əmlakın digər Cavabdeh1 məxsus olduğu qeyd edilərək tutmanın Cavabdeh1 məxsus mübahisəli əmlaka önəldilməsi xahiş olunmuşdur. Lakin, ipoteka predmeti olan Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Məmmədyarov küçəsi 0,03228 ha torpaq sahəsinin üzərində yerləşən 38 saylı fərdi yaşayış evinin Cavabdeh1 məxsus olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddia tələbinə dəqiqləşdirilmə ərizəsinin verilməsi zərurəti kredit müqavilələri üzrə ipotekada olan əmlakların hansı müqaviləyə aid olmasının tam aydın olmadığı ilə əsaslandırılmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında mövcüd olan sübutlarla Cavabdeh1 məxsus Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Məmmədyarov küçəsi 0,03228 ha torpaq sahəsinin üzərində yerləşən 38 saylı fərdi -şayış evinə tutmanın yönəldilməsi tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə məlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəməkollegiyası vurğulayır ki, əsas öhdəliyin təminatı olaraq ipoteka ilə öz əmlakını yüklü etmiş şəxs öldükdə, kreditor qanunvericiliklə müəyyən edilmiş qaydada (qanuni və ya faktiki qəbul etmiş vərəsələr ölən şəxsin hüquqi varisinə (lər) qarşı tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Bu zaman sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək miras qoyanın kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün hüquq varisliyini və ya digər tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Digər ipoteka predmetlərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, 22 yanvar 2010-cu il tarixli K-237/NRM saylı və 12 fevral 2010-cu il tarixli K-249/NRM saylı kredit müqavilələri üzrə əsas öhdəliyin təminatı olaraq 2014-cü ildə ipoteka ilə yüklü edilərkən hər hansı qanun pozuntusuna yol verilməmiş, həmin vaxt müqavilə müddəti bitsə də, əsas öhıdəlik mövcud olmuşdur. İpoteka predmetləri əsas öhdəliyin icrasının təmin edilməsi məqsədini daşıdığından iddia tələbinə uyğun olaraq K-249/NRM saylı kredit müqaviləsi üzzrə tutma yönəldilməlidir. İlkin satış qiyməti müstəqil qiymətləndirici rəyləri əsas götürülməklə Cavabdeh3 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,248751 ha torpaq sahəsinin üzərində yerləşən 1479 saylı bağ sahəsi 31.250 manata, Cavabdeh4 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi .12 ha torpaq sahəsinin üzərində yerləşən 2419a saylı bağ evinin 16800 manata açıq hərrac asitəsi ilə satışa çıxarılması məqsədəmüvafiq hesab edilir. "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayanın ipoteka predmetinə satmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin məcəllənin 319.1. maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 19.6. maddəsinin tələbinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası, «İpoteka haqqında» Azərbaycan Respublikasının qanunun 59.3.1. maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, qeyd olunan borcun yönəldiləcəyi ipoteka predmeti olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,248751 torpaq sahəsinin üzərində yerləşən 1479 saylı bağ sahəsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 0,12 ha torpaq sahəsinin üzərində yerləşən 2419a saylı bağ evi satıldıqdan bir ara bir ay ərzində boşaldılmalıdır. Belə ki, “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin tarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər üzvlər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdehlərin ipoteka ilə yüklü edilmiş əmlaklara olan istifadə hüquqlarının itirilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı kimi bank cavabdehlərə qarşı evlər olan istifadə hüquqlarının itirilməsi predmetli iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək aid ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununda bankın cavabdehlərə qarşı evə olan istifadə hüquqlarının itirilməsi predmetli iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Belə ki, həmin hüquqlar ipoteka predmetinə tutma yönəldilərək ev özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 iddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 22 yanvar 2010-cu il tarixli K-237/NRM saylı kredit müqaviləsi üzrə 12.675,30 ABŞ dolları əsas borc, 55.033,85 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, cəmi 69709,15 ABŞ dolları, 12 fevral 2010-cu il tarixli K-249/NRM saylı kredit müqaviləsi üzrə 6179 ABŞ dolları əsas borc, 60.369,32 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, cəmi 68548,32 ABŞ dolları, ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənəsi ilə 138257,47 (yüz otuz səkkiz min iki yüz əlli yeddi dollar qırx yeddi sent) ABŞ dolları məbləğində borc, iddia ərizəsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, K-237/NRM saylı kredit müqaviləsi üzrə tutmanı ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,248751 ha torpaq sahəsinin üzərində yerləşən 1479 saylı bağ sahəsinə və Cavabdeh4 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0,12 ha torpaq sahəsinin üzərində yerləşən 2419a saylı bağ evinə yönəldilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 9.248751 ha torpaq sahəsinin üzərində yerləşən 1479 saylı bağ sahəsi 31.250 (səksən min) manat ilkin satış qiyməti ilə, Cavabdeh4 qızna məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 0.12 ha torpaq sahəsinin üzərində yerləşən 2419a saylı bağ evi 6800 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına borc və iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan «xxxx» ASC-yə ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh3 və Cavabdeh4 məxsus əmlaka tutma yönəldildikdə və onlar satıldıqda Cavabdeh3 və Cavabdeh4 ən geci bir ay ərzində həmin əmlakları tərk edərək boşaldması, həmçinin, ekspertiza tədqiqatlarının dəyəri qismində cəmi 345 manat Cavabdeh1 aid edilərək ondan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh şikayətində mübahisələndirilən qətnamə ilə qət olunmuş borcun şişirdildiyini bildirsə də, bunu əsaslandıran tutarlı dəlillər təqdim etməmişdir.Halbuki, qeyd olunan müqavilələr üzrə Cavabdeh1 ləğv prosesində olan «xxxx» ASC-yə əsas və faiz borcunun olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 33451 saylı, 20.05.2019-cu il tarixli və 23926 saylı 20 dekabr 2019-cu il tarixli ekspert rəyləri ilə təsdiq edilmişdir. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(008)- 111/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar