Məhkəmə qərarları › İş №2(103)-4500/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4500/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4500/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İB-nin cavabdeh X2 qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(008)-5205/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 təbii qazdan qeyri-qanuni istifadəyə görə vurulmuş ziyanın əvəzi kimi 2881,10 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 2911,10 manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 28.10.2017-ci il tarixli 2/19366 saylı müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndlərinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.01.2019 tarixli ******* saylı akta əsasən 853,20 manat, 28.02.2019 tarixli ******* saylı akta əsasən 142,20 manat, 29.03.2019 tarixli ******* saylı akta əsasən 142,20 manat, 30.04.2019 tarixli ******* saylı akta əsasən 142,20 manat, 30.05.2019 tarixli ******* saylı akta əsasən 32,40 manat, 28.06.2019 tarixli ******* saylı akta əsasən 32,40 manat, 31.07.2019 tarixli ******* saylı akta əsasən 32,40 manat, 30.08.2019 tarixli ******* saylı akta əsasən 32,40 manat, 30.09.2019 tarixli ******* saylı akta əsasən 32,40 manat, 30.10.2019 tarixli ******* saylı akta əsasən 32,40 manat, 29.11.2019 tarixli ******* saylı akta əsasən 133,20 manat, 30.12.2019 tarixli ******* saylı akta əsasən 295,20 manat, 28.02.2020 tarixli ******* saylı akta əsasən 295,20 manat, 30.03.2020 tarixli ******* saylı akta əsasən 295,20 manat, 05.04.2020 tarixli ******* saylı akta əsasən 49,20 manat ziyan hesablanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(008)- 5205/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş ümumi maddi zərər məbləğinin 2837,40 manat hissəsi cavabdehin qaz sayğacına qədər olan qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktlarla da rəsmiləşdirilmiş zərər məbləği, cavabdeh tərəfindən iddiaçıya vurulmuş ümumi maddi zərər məbləğinin 43,70 manat hissəsi isə cavabdehin 2020-ci ilin aprel-may aylarında qaz sayğacı üzrə faktiki istehlak etdiyi 300 m3 və 137 m3 qaz sərfiyyatına görə yaranmış debitor borcudur. Cavabdeh şəxs tərəfindən, barəsində aktların tərtib edildiyi tarixlərdə cəmi 2 manat məbləğində ödəniş edilmişdir (smart qaz sayğacın saldosunda - GASREPORT): 02/2019-cu il tarixində 1 manat məbləğində; 04/2019-cu il tarixində 1 manat məbləğində. İddiaçı İB tərəfindən apellyasiya şikayətinə əlavə olunmuş fotoşəkillərdən görünür ki, cavabdeh ona məxsus fərdi yaşayış evinə gedən qaz sayğacına qədər olan qaz xəttinə həmin xəttin altındakı dayağın içərisindən qanunsuz qoşulmaqla təbii qazdan istifadə etmişdir. Fotoşəkillərdə əks olunmuş fərdi yaşayış evi və qaz sayğacı isə cavabdehə məxsusdur. Məhkəmə tərəfindən ekspertizanın təyin olunması, habelə yerində müayinənin keçirilməsi ilə bağlı zəruri prosessual hərəkətlər aparılmamışdır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırkı mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən İddiaçı İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (akt, hesabat, fotoşəkillər, təbli qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdeh iddia ərizəsini əldə etdikdən və ya məhkəmə bildirişləri vasitəsilə məhkəmə iclaslarının tarixlərindən xəbərdar edildikdən sonra da məhkəmə iclaslarında iştirak etməmiş, öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmiş, barəsində tərtib edilmiş aktları da mübahisələndirməmişdir. Məhkəmə qətnamə qəbul edərkən mübahisəni kifayət qədər araşdırmadan qanunsuz nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(008)- 5205/2020 saylı qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28.10.2017-ci il tarixli 2/19366 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Abonent saldosundan görünür ki, Cavabdeh təbii qazdan istifadə qaydalarını pozması nəticəsində iddiaçıya vurduğu zərərin məbləği 2881,10 manatdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında coxsaylı aktlardan görünür ki, Sabunçu rayonu Nardaran kəndi A.Zeynallı küşəsində istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında» Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 22-ci maddəsinə görə, bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. İddiaçı İB tərəfindən apellyasiya şikayətinə əlavə olunmuş fotoşəkillərdən görünür ki, cavabdeh ona məxsus fərdi yaşayış evinə gedən qaz sayğacına qədər olan qaz xəttinə həmin xəttin altındakı dayağın içərisindən qanunsuz qoşulmaqla təbii qazdan istifadə etmişdir. Fotoşəkillərdə əks olunmuş fərdi yaşayış evi və qaz sayğacı isə cavabdehə məxsusdur. Bundan əlavə, cavabdeh iddia ərizəsini əldə etdikdən və ya məhkəmə bildirişləri vasitəsilə məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edildikdən sonra məhkəmə iclaslarında iştirak etməmiş, öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmişdir. Eyni zamanda barəsində tərtib edilmiş aktları da mübahisələndirməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı İB hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir, bu isə Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı İB cavabdeh X2 qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbində haqlı olduğundan apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia təmin olunduğundan, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(008)- 5205/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı İB-nin cavabdeh X2 qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh X1 təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2881,10 manat məbləğində pul İddiaçı İB-nin xeyrinə tutulsun. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar