Məhkəmə qərarları › İş №2(103)-4503/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4503/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4503/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Azərbaycan Respublikası Mərkəzi Bankı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ipoteka müqaviləsi üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1104/2024 nömrəli iş üzrə 06 iyun 2024-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(103)-714/2021 saylı qətnaməsi ilə cavabdehlər "xxxx" MMC-nin və "xxxx" MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ipoteka predmetləri olan daşınmaz əmlakların ilkin satış qiymətinin hissəsində dəyişdirilərək, ipoteka predmetləri olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyərinin 536000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli mənzilin ilkin satış qiyməti 229,500 manat və 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzilin ilkin satış qiyməti 173,400 manat müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

2. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın keçirilməsinə dair 01 nömrəli Bildirişindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəliv evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair hərracın 23 iyun 2023- cü il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərin isə ilkin satış qiyməti 229500 manat və 173400 manat müəyyən edilmişdir.

3. 354804 nömrəli mədaxil qəbzinin talonundan görünür ki, İddiaçı Məmməd oğluna xx.xx.2023-cü il tarixində bildiriş göndərilmiş, həmin bildiriş imzalanmaqla götürülmüşdür.

4. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 nömrəli hərracın keçirilməsinə dair Bildirişindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəlievin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair hərracın 12 iyul 2023-cü il tarixə saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərin isə ilkin satış qiyməti 229500 manat və 173400ö manat müəyyən edilmişdir.

5. 355068 nömrəli mədaxil qəbzinin talonundan görünür ki, İddiaçı Məmməd oğluna xx.xx.2023-cü il tarixində bildiriş göndərilmiş, həmin bildiriş xx.xx.2023-cü il imzalanmaqla götürülmüşdür.

6. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 nömrəli hərracın keçirilməsinə dair Bildirişindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəlievin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair hərracın 28 avqust 2023-cü il tarixə saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərin isə ilkin satış qiyməti 229500 manat və 173400 manat müəyyən edilmişdir.

7. 367791 nömrəli mədaxil qəbzinin talonundan görünür ki, İddiaçı Məmməd oğluna 29 avqust 2023-cü il tarixində bildiriş göndərilmiş, həmin bildiriş “3 il bundan öncə köçüb” qeydi ilə geri qaytarılmışdır.

8. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən göndərilən təklifdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillər təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə yəni 146306,25 manat və 110542,5 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.

9. “Birja yenilikləri” qəzetinin 30 may 2023-cü il, 08 avqust 2023-cü il və 29 avqust 2023-cü il tarixli nömrələrində Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəlievin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair keçirilən hərracların yeri, vaxtı və nəticələri barədə məlumatlar əks olunmuşdur.

10. 07 sentyabr 2023-cü il tarixli 45/02 nömrəli X5 protokoldan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 146.306,25 manata tələbkar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən əldə edilmişdir.

11. 07 sentyabr 2023-cü il tarixli 45/03 nömrəli X5 protokoldan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 45 nömrəli mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 110.542,50 manata tələbkar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən əldə edilmişdir.

12. ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 747-ci məhəllə, ev 21, 45 saylı mənzil Azərbaycan Respublikası Mərkəzi Bankının xüsusi mülkiyyətindədir. Bu xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır.

13. ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 747-ci məhəllə, ev 21, 47 saylı mənzil Azərbaycan Respublikası Mərkəzi Bankının xüsusi mülkiyyətindədir. Bu xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır.

14. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-145/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə şikayət ərizəsi təmin edilmiş, Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin “Tərlan C” (əvvəlki adı ilə "xxxx" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus "xxxx" ASC-nin nominal dəyəri 2 manat olan 389665 ədəd səhmlərinin açıq hərracdan satılmasına dair sifarişin verilməsi vəhərracın həyata keçirilməsinə yönələn hərəkətləri qanunsuz hesab edilmiş, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı “Tərlan C2 MMC-nin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və LPO "xxxx"ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb edilməklə) “xx.xx.2007-ci il tarixli və xx.xx.2009-cu il tarixli girov müqavilələrinin ləğv edilməsi” Tələbinə dair iddiası üzrə mübahisəyə mahiyyəti üzrə baxılanadək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-714/2021 saylı icra sənədi üzrə icraatın dayandırılması vəzifəsi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin üzərinə qoyulmuşdur

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və Azərbaycan Respublikası Mərkəzi Bankı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ipoteka müqaviləsi üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair keçirilmiş və müvafiq olaraq 07 sentyabr 2023-cü il tarixli X5 45/02 və 45/03 saylı Protokollarla rəsmiləşdirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli X5 45/02 və 45/03 saylı Protokolla Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli mənzili 146.306,25 manata; 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzili 110.542,50 manata tələbkar Azərbaycan Respublikasının Mərkəzi Bankına təklif edilərək, sonuncuya verilmişdir. Adı çəkilən 45 və 47 saylı mənzillər İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla onun xüsusi mülkiyyətində və ailəsinin birgə istifadəsində olan yaşayış sahəsidir. Aşağıda sadalayacağım hallara əsasən mübahisələndirilən hərracın nəticələrinə dair protokol və hərracın keçirilməsi, nəticə etibarı ilə əmlak sahibinin hüquqlarına münasibətdə pozulmaqla keçirilmiş hesab edilməli və etibarsız hesab olunmalıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə cavabdeh "xxxx" ASC arasında kredit üzrə mövcud borcun tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-714/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası əsasında verilmiş icra sənədinə görə "xxxx" ASC-nin kredit borcu ipoteka edilmiş bir sıra əmlaklara o cümlədə mübahisələndirilən protokolların predmeti olmuş, İddiaçı məxsus yuxarıda adı çəkilən Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində yerləşən 21 nömrəli evin 47 və 45 saylı mənzillərə yönəldilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-714/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası tapşırılmış Nəsimi rayon İcra şöbəsi tərəfindən mənzillərin hərraca çıxarılması barədə cavabdeh "xxxx" MMC-yə sifariş verilmiş və bununla bğalı xx.xx.2021-ci il tarixdə, hərrac mərkəzinə 586345272/2023-5-34 saylı sifariş məktubu ünvanlamışdır. Buna səbəb pulu ödəyəcəyini üzərinə götürmüş borclu "xxxx" (hazırda onun ləğvedicisi) ASC tərəfindən Mərkəzi Bank qarşısında ödənişin təmin edilməsinin gecikdirilməsi olmuşdur. Lakin bütün bu olub keçənlərdən, əmlak mülkiyyətçisi olaraq İddiaçı xəbəri olmamış və olması da mümkün deyildir. Çünki iddiaçının ünvanı düzgün olmayaraq ünvan 1dən və qəbul edilmiş məhkəmə aktlarından, daha sonra da icra sənədindən məlumatı olmamışdır. 2023-cü ilin avqust ayında Mərkəzi Bankın ona qarşı tələb irəli sürdüyü və bu tələbin kökündə mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində yerləşən 21 nömrəli evin 13-cü mərtəbəsində yerləşən 47 və 45 nömrəli mənzillərin Mərkəzi Banka ipoteka edildiyinə dair onun, "xxxx" ASC və “Mərkəzi Bank” arasında xx.xx.2009-cu il tarixdə bağlanmış üçtərəfli İBS09-1277/6 və İBS09-1277/7 nömrəli ipoteka müqavilələri durduğu məlum olmuşdur. Əslində mülkiyyətçi olaraq onun tərəfindən belə bir müqavilə bağlanmamışdır. Ona görə də həmin müqavilələrin etibarsız hesab olunması iddiası ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı icra şöbəsinə məlumat vermişdir. Eyni zamanda icra məmuru onun yanında zərg edərək bununla bağlı cavabdeh MMC-yə (hərraca) bildirmiş və ona hərracın yalnız mübahisə həllediləndən sonra olacağı bildirmişdir. Lakin buna baxmayaraq, cavabdeh mülkiyyətçiyə məlumat vermədən hərracı keçirmiş, mənzillərin dəyərini 25% azaldaraq 47 saylı mənzili 146.306,25 manata, 45 saylı mənzili isə 110.542,50 manat məbləğdə 07 sentyabr 2023-cü il tarixli “İpoteka predmetinin əldə olunmasına dair” təkliflə Mərkəzi Banka təklif etmişdir. Əslində mülkiyyətçinin özü və ya mənzildə yaşayanlardan biri həmin mənzili ala bilərdi. Göründüyü kimi adı keçən mənzillərlə bağlı hərrac keçirilərkən borcluya məlumat verilməmişdir. Bildiriş göndərililibgöndərilmədiyi isə bilinmir və bu heç bir önəm daşımır. Çünki göndərsəydi də belə, mülkiyyətçinin qeyd olunan ünvanı doğru olduğundan alması mümkün deyildir. Bütün bunlara baxmayaraq, hərracın keçirilməsi barədə mülkiyyətçi (onunla birgə yaşayan ailə üzvləri) lazımı qaydada məlumatlandırılması vəzifəsi hərracın və icra məmurun üzərinə düşürdü. Lakin hərrac barəsində ona məlumat verilmədiyindən, mənzillərə dair qanunla verilmiş hüquqdan məhrum olunmuşdur. Halbuki, hərracın ilkin iki mərhələsində həmin mənzillər ilkin olaraq mülkiyyətçi İddiaçı (həmin mənzildə yaşayan ailə üzvlərinə) təklif olunmalı idi. Lakin cavabdeh tərəfindən hərracın keçirilməsi qaydasına riayət edilməmiş, hərracda borclunun iştirakını təmini üçün lazımi tədbirlər görülməməsi qanunla borcluya verilmiş hüquqların istifadəsindən məhrum edilməsinə səbəb olmuş və nəticədə ona məxsus əmlakın dəyər-dəyməzə özgəsi tərəfindən ələ keçirilməsinə şərait yaradılmışdır. Bundan başqa hərracın sifarişçisi Nəsimi rayon icra şöbəsidir. İcra şöbəsi mənzillərə dair ipoteka müqavilələrinin mübahisələndirildiyi hərrac mərkəzinə bildirmişdir. Belə olan halda cavabdeh dərhal hərracı dayandırmalı, borcluya məlumat verməli idi. Lakin cavabdeh hərracı davam etdirmişdir ki, bu da cavabdehin hərracla bağlı maraqlı olduğunu göstərir. Hərracdan məlumat tutan kimi borclu bu barədə cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, hərracın nəticəsinə dair məlumat verməmiş və sənədlər təqdim edilməmişdir. Sadəcə olaraq hərracın nəticələrinin ləğv ediləsi cavabdeh MMC-nin səlahiyyətlərindən kənarda olduğu bildirilmiş və məhkəməyə müraciət etməyi deyilmişdir. Ona görə də mübahisənin məhkəmə yolu ilə həlletmək məcburiyyəti yaranmışdır.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1104/2024 nömrəli iş üzrə 06 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair keçirilmiş və müvafiq olaraq 07 sentyabr 2023-cü il tarixli X5 45/02 və 45/03 saylı protokollarla rəsmiləşdirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi qət etmişdir.

18. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 34.1, 34.1.1, 34.1.3, 34.1.4, 39.2, 41.1-41.5, 42.1, 44-cü maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2, 8.3, 17.1.4, 19.1.3, 44.1.3, 44.2, 53.1-53.3-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 416-cı maddələrinə, “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 88, 217.4-cü maddələrinə, F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 dekabr 2008-ci il tarixli qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli “Məhkəmə qətnaməsi haqqında” Qərarının 6.10-cü bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-714/2021 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə (bundan sonra İcra Şöbəsi) göndərilmişdir. İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildirişlər borclulara göndərilmişdir. Könüllü icra müddəti ərzində icra sənədi borclular tərəfindən icra edilmədiyindən, ipoteka predmetləri satılması üçün icra məmurunun sifariş məktubu əsasında Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC-nə (bundan sonra Hərrac Mərkəzi) göndərilmişdir. Hərrac Mərkəzi tərəfindən ipoteka predmetlərinin satışının təmin edilməsi məqsədilə birinci hərrac xx.xx.2023-cü il tarixə təyin edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli binada yerləşən 47 nömrəli mənzilin ilkin satış qiyməti 229500 manat və Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli binada yerləşən 45 nömrəli mənzilin ilkin satış qiyməti 173400 manat müəyyən edilməklə borclulara və tələbkara xx.xx.2023-cü və tarixli bildirişlər göndərilmişdir. Əmlaklar birinci hərracdan satılmadığından təkrar hərrac xx.xx.2023-cü il tarixə təyin edilməklə Bakı şəhəri, Vladislav Plotnikov küçəsi, 21 nömrəli binada yerləşən 47 nömrəli mənzilin ilkin satış qiyməti 195075 manat və Bakı şəhəri, Vladislav Plotnikov küçəsi, 21 nömrəli binada yerləşən 45 nömrəli mənzilin ilkin satış qiyməti 147390 manat müəyyən edilməklə borclulara və tələbkara xx.xx.2023-cü və tarixli bildirişlər göndərilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-16(004)-238/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-16(005)-187/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadları ilə ipoteka predmetlərinin özgəninkiləşdirilməsi qadağan edildiyindən xx.xx.2023-cü il tarixə təyin edilmiş hərrac Hərrac Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 21/01 nömrəli protokolla əsasən dayandırılmışdır. Hər iki məhkəmə qərardadından Mərkəzi Bank tərəfindən şikayətlər verilmiş və şikayətlər təmin edilməklə məhkəmə qərardadları ləğv edilmişdir. Hərracın dayandırılmasına əsas olan hallar aradan qalxdığından Hərrac Mərkəzi tərəfindən təkrar hərrac xx.xx.2023-cü il tarixə təyin edilməklə borclulara və tələbkara xx.xx.2023-cü il tarixli bildirişlər göndərilmişdir. İddiaçı qeydiyyatda olduğu ünvan 2 ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli bildirişlərin surətindən görünür ki, Hərrac Mərkəzi tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli binada yerləşən 47 nömrəli mənzilinə və Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli binada yerləşən 45 nömrəli mənzilinə tutma yönəldilməsi və hərracda satılmalı olduğu barədə məlumat göndərilmiş və xx.xx.2023-cü il tarixli bildirişin çatdırılması barədə qəbz “Zeynalov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli bildirişin çatdırılması barədə qəbz imzalanmaqla qəbul olunmuş və xx.xx.2023-cü il tarixli bildiriş isə «köçüb» qeydi ilə geri qaytarılmışdır. X7 tərəfindən Mərkəzi Banka və məlumat üçün borclulara xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Həmin məktubda Hərrac Mərkəzi tərəfindən keçirilən hərracların baş tutmaması barədə məlumat verilmiş və ipoteka saxlayana ipoteka predmetlərinin əldə olunmasına dair təklif göndərilmiş və Mərkəzi Bank ipoteka predmetlərini qəbul etmişdir. Bundan sonra X5 45/02 saylı, xx.xx.2023-cü il tarixli Protokola əsasən Mərkəzi Bank Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli binada yerləşən 45 nömrəli mənzili 110 542,50 manata əldə etmişdir. X5 45/03 saylı, xx.xx.2023cü il tarixli Protokola əsasən Mərkəzi Bank Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli binada yerləşən 47 nömrəli mənzili 146 306,25 manata əldə etmişdir. Hazırda ipoteka predmeti olan əmlaklar Mərkəzi Bankın mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** nömrəli, xx.xx.2023-cü il tarixli və ********** nömrəli, xx.xx.2023-cü il tarixli Elektron Çıxarışlar). Birinci instansiya məhkəməsi hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qəbul etdiyi qətnaməni iki halla əsaslanmışdır. Birinci hal üzrə qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı qeydiyyatda olduğu ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmiş, lakin bu bildirişlərin çatdırılması barədə qəbzlərin ilk ikisi şəxsiyyəti məlum olmayan şəxs tərəfindən imzalanmaqla götürülmüş, sonuncu bildirişin qəbzinin üzərində “3 il bundan öncə köçüb” qeydi edilmişdir, yəni nəticə etibarı ilə bildirişləri iddiaçıya təqdimetmək mümkün olmamışdır. İkinci hal üzrə isə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş ilk hərrac baş tutmadığından təkrar hərracın keçirilməsi xx.xx.2023-cü il tarixinə təyin edilmiş, sonra təkrar hərrac 28 avqust 2023-cü il tarixə təyin edilmiş, həmin təkrar hərracda baş tutmamış və bu barədə qəzetdə müvafiq elan dərc edilmiş, sonra isə əmlaklar tələbkara təklif edilmiş və onun tərəfindən əldə edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Təkrar hərracın keçirilməsi barədə bildiriş iddiaçıya 24 iyun 2023-cü il tarixdə göndərilmişdir. Qeyd edilən bildiriş hərracın keçirilməsinə cəmi 18 gün qalmış göndərildiyindən, qanunun imperativ norması pozulmuşdur. Mülki işin materiallarından görünür ki, hərracın keçirilməsi barədə iddiaçı lazımi qaydada məlumatlandırılmamışdır. Hesab edirik ki, birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sübutlar üzrə tam araşdırma aparılmadan və iş üçün əhəmiyyətli olan digər hallar müəyyən edilmədən qanunsuz və əsasız qətnamə qəbul edilmişdir. Birinci hala münasibətdə qeyd etmək istəyirik ki, Hərrac Mərkəzi tərəfindən İddiaçı qeydiyyatda olduğu ünvan 2 ünvanına xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023- cü il tarixli bildirişlər göndərilmişdir. xx.xx.2023-cü il tarixli bildirişin çatdırılması barədə qəbz “Zeynalov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli bildirişin çatdırılması barədə qəbz imzalanmaqla qəbul olunmuş və xx.xx.2023-cü il tarixli bildiriş isə «köçüb» qeydi ilə geri qaytarılmışdır. “F.Cavadov və V.Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyini də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında olan mövqeyə uyğun olaraq qeyd edilir ki, hərrac təşkilatının hərracın keçirilməsi ilə bağlı bildirişin ipoteka qoyana rəsmi təqdim edilməsi ilə bağlı vəzifəsi yoxdur. Məhz hərrac barədə məlumatların KİV vasitəsi ilə elan edilməsi eyni zamanda ipoteka qoyana hərracda iştirakla bağlı məlumatlandırılması nəticəsinə gəlməyə imkan verir. Göründüyü kimi, məhkəmə özü də qətnaməsində İddiaçı qeydiyyatda olduğu ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilməsini və təyin edilmiş hərraclar barədə kütləvi informasiya vasitələrində elanların dərc edilməsini təsdiq etmişdir. Hesab edirik ki, xx.xx.2023-cü il tarixli, və xx.xx.2023-cü il tarixli bildirişlər qəbzlərə imza edilməklə qəbul edildiyindən, xx.xx.2023-cü il tarixli bildiriş isə “köçüb” qeydi ilə geri qayıtmasına görə Hərrac Mərkəzi məsuliyyət daşımamalıdır, çünki bildirişlər Hərrac Mərkəzinə məlum olan ünvana göndərilmişdir. Hazırki iddia ərizəsində də iddiaçı tərəfindən iş üzrə nümayəndəvəkilinə verilmiş və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli etibarnamədə də İddiaçı qeydiyyat ünvanı ünvan 3ci hala münasibətdə qeyd etmək istəyirik ki, Hərrac Mərkəzi tərəfindən ipoteka predmetlərinin satışının təmin edilməsi məqsədilə birinci hərrac xx.xx.2023-cü il tarixə təyin edilmiş, birinci hərrac baş tutmadığından təkrar hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə qərardadları ilə ipoteka predmetlərinin özgəninkiləşdirilməsi qadağan edildiyindən "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 21/01 nömrəli protokolla hərracın keçirilməsi dayandırılmışdır. Bundan başqa, Hərrac Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixə təyin edilmiş hərracın dayandırılması barədə xx.xx.2023-cü il tarixdə kütləvi informasiya vasitəsində elan dərc edilmişdir. Lakin, birinci instansiya məhkəməsi qətnaməsində qeyd edilən hissəni araşdırmamış, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələblərinə riayət edilməməsinə əsaslanmaqla (bildirişin hərracın keçirilməsinə 18 gün qalmış göndərilməsi) həmin hissədə səhv mövqe nümayiş etdirmişdir. Belə ki, qeyd edilən tarixdə hərrac keçirilməmiş sonradan təkrar hərracın xx.xx.2023-cü il tarixə təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli bildiriş borclulara və tələbkara göndərilmişdir. Göründüyü kimi qeyd edilə bildiriş “İpoteka haqqında” Azərbaycan Resöublikası Qanununun 42.1-ci maddəsinin tələblərinə riayət edilməklə (hərracın keçirilməsinə ən geci iyirmi gün qalmış) göndərilmişdir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsinin qətnamənin təsviri və əsaslandırıcı hissəsində qeyd etdiyi ƏİN-367791 nömrəli qəbzi hərracın keçirilmə vaxtı və yeri barədə bildiriş deyildir, Hərrac Mərkəzi tərəfindən Mərkəzi Banka təklifin göndərilməsi barədə iddiaçıya göndərilmiş məlumatlandırma xarakterli məktubdur. Qeyd edilən hal bir daha sübut edir ki, hərracın keçirilməsi barədə iddiaçı lazımi qaydada məlumatlandırılması ilə bağlı qanunvericiliklə müəyyən olunmuş bütün tədbirlər görülmüş və hər hansı pozuntuya yol verilməmişdir. Sonda bu nəticəyə gəlmək olur ki, hərrac qanunvericiliyə uyğun olaraq təşkil olunmuş, keçirilmə proseduru qanuni olmuş, tərəflərin ünvanına lazımı qaydada bildirişlər göndərilmiş, bir sözlə, hərracın nəticələrinin etibarsızlığına səbəb olan hər hansı bir hal mövcud olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

22. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

23. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

24. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

25. Maddə 415.2 qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

26. Maddə 416 bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun:

27. Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

28. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

29. Maddə 41.3 Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

30. Maddə 42.1 Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

31. Maddə 42.3 İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.

32. Maddə 42.4 Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.

33. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

34. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.

35. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun

36. Maddə 43.7 Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

37. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

38. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 44-cü maddəsinə («hərracın etibarsız sayılması») əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun:

39. 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.

40. 61.1-ci maddəsinə əsasən, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.

41. 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

42. 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

43. 89-cu maddəsinə əsasən, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

48. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

51. Hazırki halda, maraqlı şəxs apellyasiya şikayətində ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1104/2024 nömrəli iş üzrə 06 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

53. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

54. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

55. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

56. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-714/2021 saylı qətnaməsi ilə cavabdehlər "xxxx" MMC-nin və "xxxx" MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsiin hazırki iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ipoteka predmetləri olan daşınmaz əmlakların ilkin satış qiymətinin hissəsində dəyişdirilərək, ipoteka predmetləri olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid dəyərinin 536000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1- ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli mənzilin ilkin satış qiyməti 229,500 manat və 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzilin ilkin satış qiyməti 173,400 manat müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə icra edilməsi üçün icra şöbəsinə göndərilmiş, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icraata başlamaq haqqında qərarı ilə icraata başlanılmışdır. 07 sentyabr 2023cü il tarixli 45/02 nömrəli X5 protokoldan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 146.306,25 manata tələbkar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən əldə edilmişdir. 07 sentyabr 2023-cü il tarixli 45/03 nömrəli X5 protokoldan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 45 nömrəli mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 110.542,50 manata tələbkar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən əldə edilmişdir. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın keçirilməsinə dair 01 nömrəli Bildirişindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəliv evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair hərracın 23 iyun 2023- cü il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərin isə ilkin satış qiyməti 229500 manat və 173400 manat müəyyən edilmişdir. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 nömrəli hərracın keçirilməsinə dair Bildirişindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəlievin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair hərracın 12 iyul 2023-cü il tarixə saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərin isə ilkin satış qiyməti 229500 manat və 173400 manat müəyyən edilmişdir. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 nömrəli hərracın keçirilməsinə dair bildirişindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəlievin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərə dair hərracın 28 avqust 2023-cü il tarixə saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha. torpaq sahəsində inşa edilmiş 21 nömrəli evin 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m. ümumi, 81,55 kv.m. yaşayış sahəsindən ibarət olan 4 otaqlı 47 nömrəli və 127,5 kv.m. ümumi, 66,5 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 45 nömrəli mənzillərin isə ilkin satış qiyməti 229500 manat və 173400 manat müəyyən edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-145/2024 saylı, xx.xx.2024- cü il tarixli qərardadı ilə şikayət ərizəsi təmin edilmiş, Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin “Tərlan C” (əvvəlki adı ilə "xxxx" MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus "xxxx" ASC-nin nominal dəyəri 2 manat olan 389665 ədəd səhmlərinin açıq hərracdan satılmasına dair sifarişin verilməsi vəhərracın həyata keçirilməsinə yönələn hərəkətləri qanunsuz hesab edilmiş, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı “Tərlan C2 MMC-nin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və LPO "xxxx"ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb edilməklə) “xx.xx.2007-ci il tarixli və xx.xx.2009-cu il tarixli girov müqavilələrinin ləğv edilməsi” Tələbinə dair iddiası üzrə mübahisəyə mahiyyəti üzrə baxılanadək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-714/2021 saylı icra sənədi üzrə icraatın dayandırılması vəzifəsi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin üzərinə qoyulmuşdur. ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 747-ci məhəllə, ev 21, 45 saylı mənzil Azərbaycan Respublikası Mərkəzi Bankının xüsusi mülkiyyətindədir. Bu xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 747-ci məhəllə, ev 21, 47 saylı mənzil Azərbaycan Respublikası Mərkəzi Bankının xüsusi mülkiyyətindədir. Bu xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır.

57. Hazırkı işin mübahisəli halı ondan ibarətdir ki, hərracın keçirilməsinə dair prosedur qaydalara yetərincə əməl edilmişdirmi, yəni cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı qeydiyyatda olduğu ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdirmi.

58. Birinci instansiya məhkəməsi işin mübahisəli halı ilə bağlı qeyd etmişdir ki, göndərilmiş bildirişlərin çatdırılması barədə qəbzlərin ilk ikisi şəxsiyyəti məlum olmayan şəxs tərəfindən imzalanmaqla götürülmüş, sonuncu bildirişin qəbzinin üzərində “3 il bundan öncə köçüb” qeydi edilmişdir, yəni nəticə etibarı ilə bildirişləri iddiaçıya təqdim etmək mümkün olmamışdır. Həmçinin xx.xx.2023-cü il tarixdə keçirilmiş ilk hərrac baş tutmadığından təkrar hərracın keçirilməsi xx.xx.2023-cü il tarixinə təyin edilmiş, sonra təkrar hərrac 28 avqust 2023-cü il tarixə təyin edilmiş, həmin təkrar hərracda baş tutmamış və bu barədə qəzetdə müvafiq elan dərc edilmiş, sonra isə əmlak tələbkara təklif edilmiş və onun tərəfindən əldə edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Təkrar hərracın keçirilməsi barədə bildiriş iddiaçıya 24 iyun 2023-cü il tarixdə göndərilmişdir. Qeyd edilən bildiriş hərracın keçirilməsinə cəmi 18 gün qalmış göndərildiyindən, qanunun imperativ norması pozulmuşdur, hərracın keçirilməsi barədə iddiaçı lazımi qaydada məlumatlandırılmamışdır

59. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.

60. Belə ki, iş materiallarına əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı qeydiyyatda olduğu ünvan 2 ünvanına xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli bildirişlər göndərilmişdir. xx.xx.2023-cü il tarixli bildirişin çatdırılması barədə qəbz “Zeynalov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli bildirişin çatdırılması barədə qəbz imzalanmaqla qəbul olunmuş və xx.xx.2023-cü il tarixli bildiriş isə «köçüb» qeydi ilə geri qaytarılmışdır. Kollegiya “F.Cavadov və V.Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyini də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.

61. Kollegiya həmçinin bildirir ki, hərrac təşkilatının hərracın keçirilməsi ilə bağlı bildirişin ipoteka qoyana rəsmi təqdim edilməsi ilə bağlı vəzifəsi yoxdur. Məhz hərrac barədə məlumatların kütləvi informasiya vasitələri ilə elan edilməsi eyni zamanda ipoteka qoyana hərracda iştirakla bağlı məlumatlandırılması nəticəsinə gəlməyə imkan verir. Həmçinin, xx.xx.2023-cü il tarixli, və xx.xx.2023-cü il tarixli bildirişlər qəbzlərə imza edilməklə qəbul edildiyindən, xx.xx.2023-cü il tarixli bildiriş isə “köçüb” qeydi ilə geri qayıtmasına görə cavabdeh məsuliyyət daşımamalıdır. Kollegiya qeyd edir ki, bildirişlər Hərrac Mərkəzinə məlum olan ünvana göndərilmişdir.

62. Kollegiya birinci instansiya məhkəməsinin “təkrar hərracın keçirilməsi barədə bildirişin verilməsi müddətində pozuntuya yol verilməsi” mövqeyi ilə bağlı qeyd edir ki, təkrar hərracın xx.xx.2023-cü il tarixə təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli bildiriş borclulara və tələbkara göndərilmişdir. Yəni, bildiriş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələblərinə riayət edilməklə (hərracın keçirilməsinə ən geci iyirmi gün qalmış) göndərilmişdir.

63. Kollegiya birinci instansiya məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulmasına istinad etməklə, hər hansı əsasla yeni hərracların keçirilməsinin həmin Qanuna zidd hesab edilməsi mövqeyi ilə bağlı qeyd edir ki, Hərrac Mərkəzi tərəfindən ipoteka predmetlərinin satışının təmin edilməsi məqsədilə birinci hərrac xx.xx.2023-cü il tarixə təyin edilmiş, birinci hərrac baş tutmadığından təkrar hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə qərardadları ilə ipoteka predmetlərinin özgəninkiləşdirilməsi qadağan edildiyindən "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 21/01 nömrəli protokolla hərracın keçirilməsi dayandırılmışdır. Həmçinin, Hərrac Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixə təyin edilmiş hərracın dayandırılması barədə xx.xx.2023cü il tarixdə kütləvi informasiya vasitəsində elan dərc edilmişdir.

64. Yuxarıda qeyd edilənlərə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərəkən iş üzrə düzgün nəticəyə gəlmədiyindən qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1104/2024 nömrəli iş üzrə 06 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar