Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4507/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə (açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2025-ci tarixli, 2(004)- 2289/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları
1. İddiaçı xx.xx.2003-cü il tarixdə Suraxanı rayonu 2 nömrəli Uşaq Evinə tərbiyəçimüəllimə vəzifəsinə işə qəbul edilmişdir.
2. Suraxanı rayonu 2 nömrəli Uşaq Evi ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan 1 və 2 nömrəli Ailə tipli kiçik qrup evləri, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı şəhəri Nizami rayonu 1 nömrəli uşaq evi, Suraxanı rayonu 2 nömrəli uşaq evi, Xətai rayonu 3 nömrəli uşaq evi, Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində Gəncə şəhər məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün qarışıq tipli uşaq evi, Şəki Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Şəki şəhəri qarışıq tipli uşaq evi, Lənkəran Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Osman Mirzəyev adına qarışıq tipli uşaq evi sosial xidmət müəssisələri ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilməsi qərara alınmışdır.
4. İddiaçı ilə Sosial Xidmətlər Agentliyi arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən o, 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinə mentor vəzifəsinə işə təyin edilmiş, əmək müqaviləsinin müddəti 2 həftə sınaq müddəti hesab edilməklə 3 ay müəyyən edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-3/3-4-1529/2024 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində mentor vəzifəsində çalışan İddiaçı vəzifə öhdəliklərini layiqincə yetirinə yetirmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-3/34-1592/2024 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində mentor vəzifəsində çalışan İddiaçı ilə xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi və onunla bağlanmış əmək müqavilənin ləğv edilməsi əmr edilmişdir. Əsas olaraq Agentliyin İdarə heyətinin sədrinin xx.xx.2024-cü il tarixli xidməti məruzəsi və işçi ilə bağlanmış əmək müqaviləsi göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi və sonradan dəqiqiləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, o, uzun müddət uşaq evində çalışmışdır, onun əmək müqaviləsinin ləğv edilməsi ədalətsizlikdir.
9. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında iddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi arasında xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında 3 ay müddətinə əmək müqaviləsi bağlanaraq Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 2 saylı Uşaq evisosial xidmət müəssisəsinə mentor vəzifəsinə təyin edilmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin şərtləri, müddətli xarakter daşıması iddiaçıya işlədiyi dövr ərzində aydın olmuş və müqavilə onun tərəfindən imzalanmışdır. Belə ki, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı işəgötürən tərəfindən qanuni əsası olmayan hərəkət mövcud olmamış, işçi ilə əmək münasibətlərinə qanunun yol verdiyi əsaslarla və qaydada xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin maddəyə əsasən iddiaçıya əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam veriləcəyi ilə bağlı xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 73.1-ci maddəsində göstərilən qaydada yazılı xəbərdarlıq edildikdən sonra xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra işçiyə son-haqq hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilmişdir. Göründüyü kimi, tərəflər (iddiaçı ilə cavabdeh) arasında daha əvvəl müddətsiz əmək münasibətləri mövcud olmadığından iddiaçı ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin T bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanmasında hər hansı qanun pozuntusuna yol verilmədiyindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 73- cü maddəsinin tələblərinə uyğun olaraq xitam verilməsi qanuni hesab edilməlidir.
11. İddia müddətinin tətbiqi barədə ərizənin dəlillərinə əsasən, iddiaçı işdən azad olunduğunu əvvəlcədən bildiyindən xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmiş və həmin tarixdə iddia müddətinin axımı dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə isə Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən tərəflərə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edildikdən sonra iddia müddətinin axımı davam etdirilmişdir. Bundan sonra iddiaçı qızı xx.xx.2025-ci il tarixində (yəni müvafiq arayışın təqdim edildiyi tarixdən 3 ay sonra) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, qanunda nəzərdə tutulan iddia müddəti ilə bağlı tələbləri pozmuşdur.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyun 2025-ci tarixli, 2(004)- 3164/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq, Cavabdeh əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-xx/xx-1532/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh 2 saylı Uşaq Evi sosial xidmət müəssisəsində mentor vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir.
13. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2003-cü il tarixdə Suraxanı rayonu 2 nömrəli Uşaq Evinə tərbiyəçi-müəllimə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə yenidən müddətsiz əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Suraxanı rayonu 2 nömrəli Uşaq Evi sosial xidmət müəssisəsi ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilmişdir. İddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, bir gün sonra – xx.xx.2024-cü il tarixdə iddiaçı ilə yenidən 3 ay müddətinə, müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. İddiaçı əmək müqaviləsinin əsassız ləğv edildiyini, cavabdeh isə müqavilənin müddətli bağlandığının iddiaçıya məlum olduğunu, əmək müqaviləsinə qanunun yol verdiyi əsaslarla və qaydada xitam verildiyini irəli sürür. Belə ki, iddiaçının 20 ilə yaxın müddətdə Suraxanı rayonu 2 nömrəli Uşaq Evində fasiləsiz işlədiyi mübahisə edilmir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü və 5ci hissələrinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Məcəllənin 47-ci maddəsində müddətli əmək müqaviləsi bağlanmasına yol verilən halların dairəsi göstərilmiş, eyni zamanda tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasının mümkünlüyü də təsbit edilmişdir. Hazırkı halda mübahisələndirilən əmr ilə ləğv edilmiş əmək müqaviləsi iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Bundan əvvəl isə iddiaçının işlədiyi müəssisə hazırkı cavabdehin tabeliyinə verilmiş, daha sonra həmin qurumla bağlanmış müddətsiz müqavilə ləğv edilərək, cəmi bir gün sonra müddətli əmək müqaviləsi bağlanmışdır. Bu isə qanunvericiliyin əmək münasibətləri sferasında verdiyi təminatlara, əmək münasibətlərinin təməl prinsiplərinə ziddir. Cavabdeh müddətli əmək müqaviləsinin iddiaçının könüllü razılığı ilə bağlandığını, dolayı yolla Məcəllənin 47-ci maddəsinin tələblərinə əməl edildiyini irəli sürsə də, işin faktiki halları bunu təkzib edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2(102)-4262/2023 nömrəli Qərarında isə göstərilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi araşdırılmalıdır. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İşçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Hazırkı halda əmək müqaviləsində işə başlama tarixi xx.xx.2024-cü il tarixi göstərilsə də iddiaçı artıq uzun illər idi ki, həmin müəssisədə çalışırdı. İşçinin heç bir ağlabatan səbəb olmadan öz arsuzu ilə əmək müqaviləsinə xitam verilməsini xahiş edib, bir gün sonra könüllü olaraq müddətli əmək müqaviləsi bağlaması isə əlbəttə ki, inandırıcı deyil. Hazırda müqavilənin ləğv edilməsi barədə əmrin mübahisələndirməsi də bütün proseslərin iddiaçının iradəsinə zidd həyata keçirildiyini təsdiq edir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarında da göstərildiyi kimi, Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir. Hazırkı iş üzrə isə tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsində əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanunsuz olmuşdur. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi də əsaslı deyildir. İddiaçının müddətin tətbiqi ilə bağlı ərizəyə münasibəti ondan ibarət olmuşdur ki, o, mediasiya sessiyasından keçdikdən sonra digər məhkəmələrə müraciət etmiş, iddia ərizəsi aidiyyət qaydalarına uyğun verilmədiyindən geri qaytarılmış, bu səbəblə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməsi vaxt almışdır. Həmçinin, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçının iddia ərizəsi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən, xx.xx.2025-ci il tarixdə isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən “iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə” əsası ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci və 380.2-ci maddələrinin tələblərinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən pozuntulara yol verilmişdir ki, bu da əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğvinə, eyni zamanda iddiaçının əvvəlki vəzifə üzrə işə bərpa edilməsinə əsas verir. O cümlədən, iddiaçı məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi irəli sürməsə də Əmək Məcəlləsinin tələbinə əsasən məcburi işburaxma dövrü üçün əmək haqqının iddiaçıya ödənilməsi də təmin edilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 47, 68, 73, 83, 300-cü maddələrinə, Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, tam ləğv edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixində mediasiyaya müraciət etmiş və həmin tarixdə iddia müddətinin axımı dayandırılmışdır. xx.xx.2024-cü il tarixində isə Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən tərəflərə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edildikdən sonra iddia müddətinin axımı davam etdirilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı müddətin axımı xx.xx.2024-cü il tarixindən sonra davam etməsinə baxmayaraq, iddiaçı həmin tarixdən 43 gün sonra, yəni xx.xx.2025-ci il tarixində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə, xx.xx.2025-ci il tarixində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə, xx.xx.2025-ci il tarixdə isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, əsassız tələb irəli sürərək, qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ilə ( 1 təqvim ayı) bağlı tələbləri pozaraq məhkəməyə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi qeyd edilən halı nəzərə almamış, hüquqazidd qətnamə çıxarmışdır. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin şərtləri, müddətli xarakter daşıması iddiaçıya işlədiyi dövr ərzində aydın olmuş və müqavilə onun tərəfindən imzalanmışdır. Belə ki, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı işəgötürən tərəfindən qanuni əsası olmayan hərəkət mövcud olmamış, işçi ilə əmək münasibətlərinə qanunun yol verdiyi əsaslarla və qaydada xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin maddəyə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixində bağlanılmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam veriləcəyi ilə bağlı xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-cimaddəsində göstərilən qaydada yazılı xəbərdarlıq edildikdən sonra xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra işçiyə son-haqq hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilmişdir. Göründüyü kimi, iddiaçı ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanmasında hər hansı qanun pozuntusuna yol verilməmiş, bu səbəbdən də əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq xitam verilməsi qanuni hesab edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən bu Məcəllə ilə müəyyənedilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Əmək Məcəlləsinin 73cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə xitam vermək hüququ təkcə işəgötürənə verilməmişdir. Bu hüquq həm də işçiyə aiddir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitmə əsası ilə xitam verilməsi işəgötürən tərəfindən hüquqdan sui-istifadə halı deyildir. Burada tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə iddiaçı və cavabdehin qarşılıqlı razılığı ilə əmək müqaviləsi 3 ay müddətinə bağlanılmışdır. Birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinə və iddiaçının iradə ifadəsinə düzgün qiymət verməmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin şərtləri, müddətli xarakter daşıması iddiaçıya işlədiyi müddət ərzində aydın olmuş və müqavilə onun tərəfindən imzalanmışdır. Müqavilə müddətinin hansı dövr üçün bağlanması Əmək Məcəlləsində göstərilməmişdir. Müqavilə müddəti tərəflərin razılaşdırıldığı müddətə bağlanılır İddiaçı 1 təqvim ayı ilə bağlı iddia müddətini ötürməsinin səbəbi ilə bağlı birinci instansiya məhkəməsinə hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı aldıqdan sonra xx.xx.2025-ci il tarixinə kimi məhkəməyə müraciət etməyərək qanunvericilikdə nəzərdə tutulan 1 aylıq iddia müddətini ötürmüş, lakin birinci instansiya məhkəməsi mülki işə düzgün hüquqi qiymət verməyərək prosessual hüquq normalarını pozmuşdur. Birinci instansiya məhkəməsi Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş etirazda olan məsələləri və müddətin tətbiqi ilə ərizəni nəzərə almamışdır. Birinci instansiya məhkəməsi Sosial Xidmətlər Agentliyi tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli 3-xx/xx-1532/2024 nömrəli əmrinə düzgün hüquqi qiymət verməmiş, işin hallarını tam araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, şikayətin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmiş və ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki,o, 20 dekabr 2024-cü il tarixdə inzibati məhkəməyə müraciət etmişdir. Onunla əlaqə saxlanılaraq bildirilmişdir ki, Suraxanı Rayon Məhkəməsinə müraciət etməlidir. Bundan sonra o, sənədləri həmin məhkəmədən götürərək 2 gün sonra Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmədən işə baxılmasının mümkün olmadığı bildirildikdən sonra o, Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmədən də ona işə baxılmanın mümkün olmadığı bildirildikdən sonra o, hazırkı ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; Maddə 12. 1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir; Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz; Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir; Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda; Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur; Maddə 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər; Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; Maddə 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir; Maddə 83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Maddə 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir; Maddə 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə 84.3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər; Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir; Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər; Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər; Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli Qərarı: “Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. ... Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir. ... Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir.”
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2(102)- 4262/2023 nömrəli Qərarı: “- 72. Bu baxımdan, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi araşdırılmalıdır. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir. ... - 79. ... Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.”
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
27. İşin mübahisəsiz halıdır ki, İddiaçı 20 ilə yaxın müddətdə Suraxanı rayonu 2 nömrəli Uşaq Evində fasiləsiz işləyib. Belə ki, iddiaçı 01 sentyabr 2003-cü il tarixində Suraxanı rayonu 2 nömrəli Uşaq Evinə tərbiyəçi-müəllimə vəzifəsinə işə qəbul edilmiş, 07 iyun 2012-ci il tarixində yenidən müddətsiz əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Suraxanı rayonu 2 nömrəli Uşaq Evi sosial xidmət müəssisəsi ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilmişdir. İddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, lakin bir gün sonra, yəni 01 avqust 2024-cü il tarixində iddiaçı ilə yenidən 3 ay müddətinə, müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsində işə başlama tarixi 01 avqust 2024-cü il tarixi göstərilsə də, iddiaçı artıq uzun illər idi ki, həmin müəssisədə çalışıb və işçinin heç bir ağlabatan səbəb olmadan öz arsuzu ilə əmək müqaviləsinə xitam verilməsini xahiş edib, bir gün sonra isə könüllü olaraq müddətli əmək müqaviləsi bağlaması isə təbii ki, absurd görünür.
28. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü və 5-ci hissələrinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
29. Apellyasiya şikayətinin dəlillərindən birini də o təşkil edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüş və birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi lə bağlı ərizə nəzərə alınmamışdır.
30. İşin hallarından görünür ki, mübahisə predmeti olan əmr 01 noyabr 2024-cü il tarixdə verilmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizədə (26-cı vərəqə) qeyd etmişdir ki, İddiaçı 29 noyabr 2024-cü il tarixdə əmək kitabçasını götürmüş və 04 dekabr 2024-cü il tarixdə ona son haqq – hesab ödənilmişdir.
31. Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
32. Həmin normanın tələbinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün 2 əsasla müəyyən edilir: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Yəni, bu hallardan birinin mövcudluğu iddia müddətinin axımının başlanmasına səbəb olur.
33. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddia müddətini axımı 29 noyabr 2024-cü il tarixdən başlanmalıdır, lakin qanunvericiliyin tələbinə görə mediasiyaya müraciət olunarkən müddətin axımı kəsilir.
34. İddiaçı tərəfindən mediasiya təklifi 21 noyabr 2024-cü il tarixdə, yəni, iddia müddətinin aıxımı başlamamışdan əvvəl göndərilmiş, ilkin mediasiya sessiyasında prosesin davam etdirilə bilməməsi barədə arayış isə 04 dekabr 2024-cü il tarixdə verildiyindən iddia müddətinin axımı həmin tarixdən başlanmışdır.
35. N.İ.İbrahimova tərəfindən məhkəməyə təqdim olunmuş poçt qəbzlərindən görünür ki, o, poçt - rabitə orqanı vasitəsilə 20 dekabr 2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə, 13 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə, 05 fevral 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə, 27 fevral 2025-ci il tarixdə isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.
36. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia müddətinin axımı başlandıqdan 16 gün sonra – 20 dekabr 2024-cü il tarixdə müraciət etmiş, həmin məhkəmənin 27 dekabr 2024cü il tarixli qərardadına əsasən ərizənin geri qaytarılması xahiş edildiyindən iş üzrə icraata xitam verilmişdir. Bundan sonra iddiaçı 13 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi 17 yanvar 2025-ci il tarixdə qeydə alınaraq 21 yanvar 2025-ci il tarixdə aidiyyat qaydalarına riayət olunmadığından iddia ərizəsi geri qaytarılmış, 24 yanvar 2025-ci il tarixdə qərardad sənədlərlə birlikdə ona təqdim olunmuşdur. Sonradan iddiaçı 05 fevral 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi 10 fevral 2025-ci il tarixdə qeydə alınaraq aidiyyat qaydalarına riayət olunmadığından iddia ərizəsi geri qaytarılmış, 17 fevral 2025-ci il tarixdə qərardad sənədlərlə birlikdə ona təqdim olunmuşdur. Bundan sonra iddiaçı 27 fevral 2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əvvəl eyni tələblə yuxarıda göstərildiyi kimi 3 məhkəməyə müraciət etmiş, aidiyyat qaydalarına riayət olunmadığından həmin məhkəmələr tərəfindən iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı tərəfindən hətta iddia müddətinin axımı başlanmadan öncə mediasiya təklifi göndərilmiş, lakin sonradan aidiyyat qaydalarına riayət olunmadan digər məhkəmələrə müraciət olunmuşdur. Mülki Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı hazırkı tələblə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərkən Mülki Məcəllənin 382-ci maddəsində qeyd olunduğu kimi onun şəxsiyyəti (savadsızlığı) ilə bağlı hallar müddətin ötürülməsi üçün üzrlü səbəb hesab olunmalıdır. Buna görə də cavabdehin qeyd olunan əsasları iddia müddətinin buraxılması qənaətinə gəlməyə əsas vermir. Birinci instansiya məhkəməsi tərəfindən müddətlə bağlı məsələ yuxarıda göstərilən qaydada əsaslandırılmasa da, gəlinən nəticə düzgün olduğuna görə MPM-nin 385.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, bu hal qətnamənin ləğvi üçün əsas ola bilməz. Həmin normanın tələbinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
39. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2025-ci tarixli, 2(004)-2289/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2025-ci tarixli, 2(004)-2289/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.