Məhkəmə qərarları › İş №2(103)-4508/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4508/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4508/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı «xxxxxxxxx» ASC-nin Cavabdeh qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-329/20219 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 13.904 ABŞ dolları 99 sent əsas borc, 8.555 ABŞ dolları 01 sent faiz, 300 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 1.027 ABŞ dolları 25 sent olmaqla, cəmi 23.787 ABŞ dolları 25 sent məbləğində borc ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumun və 20 manat xidmət haqqının Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxx» ASC-yə (köhnə adı İddiaçı İKB ASC) ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon 20 Yanvar küçəsində (yeni qaydalarla: AZ1102 Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 192, M1, m1) yerləşən, 40 nömrəli evin 39,8 m2 ümumi, 24,3 m2 yaşayış, 15,5 m2 yardımçı sahədən ibarət 31 nömrəli 2 otaqlı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 60.000 (altmış min) manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin «xxxxxxxxx» ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılmasıı, əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxx» ASC-yə ödənilməsi, həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh həmin mənzildən çıxarılması, həmin əmlakın boşaldılması, 200 manat ekspertiza xərcin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı İKB ASC Cavabdeh qarşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 15.021 ABŞ dolları 18 sent əsas borc, 10.761 ABŞ dolları 59 sent faiz, 1.117 ABŞ dolları 88 sent cərimə olmaqla, cəmi 26.900 ABŞ dolları 65 sent məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmas üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon 20 Yanvar küçəsində (yeni qaydalarla: AZ1102 Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 192, M1, m1) yerləşən, 40 nömrəli evin 39,8 m2 ümumi, 24,3 m2 yaşayış, 15,5 m2 yardımçı sahədən ibarət 31 nömrəli 2 otaqlı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X2 məxsus olan həmin mənzilə tutma yönəldilərək satıldıqdan 1 ay sonra X1 mənzilə istifadə hüquqlarının itirilməsi, mənzildən çıxarılması, mənzilin boşaldılaraq banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş məhkəmənin icraatında olduğu dövrdə, İddiaçı İKB ASC tərəfindən rebrendinq həyata keçirilərək iddiaçı «xxxxxxxxx» ASC adlandırılmağa başlanmışdır. Sonradan, iddiaçı «xxxxxxxxx» ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə 13.904 ABŞ dolları 99 sent əsas borc, 11.323 ABŞ dolları 45 sent faiz, 3.307 ABŞ dolları 16 sent cərimə, kredit müqaviləsi üzrə xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 1.027 ABŞ dolları 25 sent əldən çıxmış fayda olmaqla, cəmi 29.562 ABŞ dolları 85 sent məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasıüçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon 20 Yanvar küçəsində (yeni qaydalarla: AZ1102 Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 192, M1, m1) yerləşən, 40 nömrəli evin 39,8 m2 ümumi, 24,3 m2 yaşayış, 15,5 m2 yardımçı sahədən ibarət 31 nömrəli 2 otaqlı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçı «xxxxxxxxx» ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X2 məxsus olan həmin mənzilə tutma yönəldilərək satıldıqdan 1 ay sonra X1 mənzilə istifadə hüquqlarının itirilməsi, mənzildən çıxarılması, mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən «xxxxxxxxx» ASC-nin səlahiyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnaməni qismən, cavabdehdən faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilmiəsi, iddianın tam təmin olunması və ipoteka predmetinin ilkin satış qiymətinin 55 000 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, iş mahiyyəti üzrə tam şəkildə araşdırılmamış və işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır, iddianı qismən təmin edən məhkəmə digər sübutlara ümumiyyətlə qiymət verməmişdir.Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Öz növbəsində qeyd olunan qətnamədən cavabdeh X3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İşə əlavə olunmuş «xxxxxxxxx» ASC-nin 12 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 24-G1-1-0-96-15 saylı kredit müqaviləsindən görünür ki, «xxxxxxxxx» ASCnin 12 saylı filialı Cavabdeh 36 ay müddətinə, illik faiz dərəcəsi 26 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 1534 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli 24-G1-1-0-96-15 saylı müqavilənin şərtləri əsas götürülməklə Cavabdeh xx xxxx 2018-ci il tarixədək banka olan borcu 27.013 ABŞ dolları 99 sent məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2018-ci il tarixə: əsas borc üzrə – 18.458 ABŞ dolları 98 sent; faiz üzrə – 8.555 ABŞ dolları 01 sent. İş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh tərəfindən banka xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 1.057 ABŞ dolları 47 sent ödəniş aparıldığı müəyyən edilir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 24-G1-1-0-96-15 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də, hazırkı tədqiqatla Cavabdeh cərimə hesablanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin hallarından görünür ki, Cavabdeh «xxxxxxxxx» ASC-dən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon 20 Yanvar küçəsində (yeni qaydalarla: AZ1102 Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 192, M1, m1) yerləşən, 40 nömrəli evin 39,8 m2 ümumi, 24,3 m2 yaşayış, 15,5 m2 yardımçı sahədən ibarət 31 nömrəli 2 otaqlı mənzilini banka ipotekaya qoymuşdur. Müqaviləsinin 2.3-cü bəndinə əsasən həmin mənzil 60.000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. «xxxxxxxxxxxxxxx» MMC-nin xx.xx.2018-ci il tarixli rəyindən (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon 20 Yanvar küçəsində (yeni qaydalarla: AZ1102 Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi 192, M1, m1) yerləşən, 40 nömrəli evin 39,8 m2 ümumi, 24,3 m2 yaşayış, 15,5 m2 yardımçı sahədən ibarət 31 nömrəli 2 otaqlı mənzilin hazırda bazar qiyməti 55.000 manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka müqaviləsi bağlanarkən notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, mülkiyyətçinin yetkinlik yaşına çatmış və mənzildə qeydiyyatda olan ailə üzvü mənzilin ipotekaya qoyulmasına etiraz etməmiş, həmin əmlaka ödəniş yönəldiyi halda mənzili qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (bəzi müddəalar xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada):xx.xx.2018-ci il tarixədək qüvvədə olan 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir;36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşə apellyasiya qaydasında baxılarkən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsində yerləşən 40 saylı evin 31 saylı mənzilinin hazırkı likvid dəyəri barədə rəyin verilməsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə həvalə edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin QXM 325/M saylı xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsində yerləşən 40 saylı evin 31 saylı 2 otaqlı mənzilin analoji bazar qiyməti 65000 (altmış beş min) manat, likvid dəyəri isə 60000 (altmış min) manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əmlakın ilkin satış qiymətinin 60.000 (altmış min) manat müəyyən etməklə haqlı olmuşdur. Eyni zamanda işdən görünür ki, birinci instansiya məhkəməsi borcun vaxtında ödənilməməsinə görə kredit müqaviləsi üzrə hesablanmış 3.307 ABŞ dolları 16 sent cərimə məbləğinin alınması tələbini qismən təmin edərək, tələb olunan cərimə məbləğinin ödənilməsini tənasübsüz hesab edərək, tələb olunan məbləğin 300 ABŞ dolları məbləğinədək azaldılması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Kollegıya hesab edir ki, iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı «xxxxxxxxx» ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar