Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4511/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: prosessual hərəkətlərin edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), x oğlu və c oğlundan ibarət tərkibdə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-10*0/2023 nömrəli qərardadından ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 ilə X1 arasında olan nikahın qeyd edilməsi faktının müəyyən edilməsi və bununla bağlı nikah haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla Ağdam rayonu Əlimədədli kənd ərazi nümayəndəliyində X4 ilə X1 arasında 02.11.199*-ci il tarixdə nikahın bağlanması və nikah bağlandıqdan sonra ərə “Orucov”, arvada “Orucova” soyadının verilməsinin göstərilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 10*0/2023 nömrəli qərardadı ilə Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır.
3. Qərardad onunla əsaslandırılmışdır ki, ərizəçiyə nikah akt qeydinin tərtib olunması zamanı yol verilmiş yanlışlığın düzəldilməsi üçün müvafiq orqana müraciət etmək, düzəlişin edilməsindən imtina olunduqda isə həmin imtinadan aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. Həmin qərardaddan ərizəçinin nümayəndəsi və vəkili şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki işdə tələb nikahın qeyd olunması faktının müəyyən edilməsidir ki, bu da mülki məhkəmə icraatı qaydasında həyata keçirilir. İşin hallarından müəyyən olunur ki, inzibati orqan itirilmiş sənədin bərpa olunmasında ərizəçiyə imtina vermişdir və həmin sənədin yalnız məhkəmə qaydasında bərpa olunması mümkündür. İşdə olan nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, ərizəçinin nikahı barədə qeyd həqiqətən olmuşdur. Lakin itmiş yazının bərpa edilməsi məhkəmə tərəfindən səlahiyyətləri çərçivəsində həll olunmalı olduğu təqdirdə, məhkəmə maddi və prosessual normalarının tələblərini kobud şəkildə pozaraq işin baxılmasına xitam vermişdir.
6. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. *. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 39*.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
9. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 30*.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 30*.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli və ərizəçinin ərizəsinə baxılması ilə əlaqədar növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.
12. Belə ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.
13. İşdən görünür ki, ərizəçi onda olan nikah haqqında şəhadətnaməyə əsaslanaraq nikahın qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Bununla bağlı o, ilkin olaraq aidiyyəti dövlət qurumuna müraciət etsə də, həmin qurum ərizəçinin xahişini yerinə yetirməyərək bunun üçün müvafiq qətnamənin təqdim edilməsinin zəruri olduğunu bildirmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsi ərizəçinin ərizəsinə mahiyyəti üzrə baxaraq ərizənin təmin edilib-edilməməsi barədə qətnamə qəbul etmək əvəzinə iş üzrə icraata xitam vermiş, bununla da yanlış nəticəyə gəlmişdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.
16. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 39*-398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-10*0/2023 nömrəli qərardadı ləğv edilsin və Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə baxılması ilə əlaqədar növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.