Məhkəmə qərarları › İş №2(103)-4512/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4512/2024

23.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4512/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“mənzilə köçürülmə”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1509/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək X8 ilə iddiaçı arasında 15 fevral 2018-ci il tarixdə Bakı şəhəri 21 saylı dövlət notariat kontorunda bağlanmış Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə Cavabdeh məhkəmənin dəftərxanası vasitəsi ilə bir neçə dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və nəticədə iddiaçı Cavabdeh azyaşlı övladları ilə birlikdə mübahisəli evin 108 saylı mənzilinə mülkiyyət və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, həmçinin iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X3 övladları ilə birlikdə xüsusi mülkiyyətində olan Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4058/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçıya və 21 saylı notariat kontoruna qarşı azyaşlı övladları ilə birlikdə mənzilə mülkiyyət və istifadə hüquqlarının tanınması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh övladları ilə birlikdə mübahisəli mənzilin 3/10 hissəsinə mülkiyyət hüququ, həmçinin həmin mənzildən istifadə hüquqlarının tanınması, qalan hissədə iddianın təmin edilməməsi İddiaçı iddiasının isə təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və apellyasiya şikayəti təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş və kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Yenidən İddiaçı apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunması və İddiaçı apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilmişdir. J.İsmayılov həmin qətnamədən yenidən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edildi və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, Bakı Apellyasiya Məhkəməsinin hazırki qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamış, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4058/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisəli mənzil İddiaçı tərəfindən 2009-cu ildə oğlu mərhum X4 adına alınmış 15 fevral 2018-ci il tarixdə isə oğlu həmin evi İddiaçı bağışlamışdır. Cavabdeh ilə oğlu E.İsmayılov arasında 25 dekabr 2015-ci ildə nikah bağlanmışdır. Yəni mübahisəli mənzil alındıqdan bir il sonra onların arasında nikah bağlanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4058/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və 21 saylı Notariat Kontoruna qarşı azyaşlı övladları ilə birlikdə mənzilə mülkiyyət və istifadə hüquqlarının tanınması tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh, övladları xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzilinin 3/10 hissəsinə mülkiyyət hüququ, həmçinin həmin mənzildən istifadə hüquqlarının tanınması, iddiaçı Cavabdeh iddiası qalan hissədə təmin edilməməsi, iddiaçı X1 Cavabdeh qarşı mənzildən uşaqları ilə birlikdə çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, mübahisəli mənzilin 3/10 hissəsinə mülkiyyət hüququ Cavabdeh verilmiş, qalan 7/10 hissəsinə İddiaçı mülkiyyət hüququ tanınmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mənzilin naturada bölünərək ayrılması, əgər bölünmə mümkün olmazsa hərracda satılaraq paylarına uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Barışıq sazişi 02 iyun 2023-cü il tarixdə imzalanmış və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təsdiq edilmişdir. Qeyd olunan tarixdən həmin evin satılması və paylara uyğun bölünməsi ilə əlaqədar dəfələrlə cəhd etsə də, bunun qarşısı Cavabdeh tərəfindən qətiyyətlə alınmışdır. Məhkəmə qərardadı qəbul edildikdən sonra müəyyən insanlarla əlaqə saxlanılmış və bir neçə müştəri evin 120000 manata alacağına söz versə də, Cavabdeh mənzili 130000 manata satacağını bildirmiş, 130000 manata müştəri tapıldıqda o, 140000 manata satacağına söz vermiş, 140000 manata müştəri tapıldıqda isə o mənzili 170000 manata satacağını bildirmişdir. İddiaçı bildirir ki, cavabdeh bütün alıcıları geri qaytarır, mənzilə baxmağa imkan vermir, beləliklə də barışıq sazişinin şərtlərinin heç birinə əməl etmir. Barışıq sazişinin bağlandığından və məhkəmə tərəfindən təsdiq edildiyindən 8 ay ötməsinə baxmayaraq, sazişin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmişdir. İddiaçı barışıq sazişinin şərtlərinə əməl olunacağını əsas tutaraq məhkəmənin qərardadından şikayət verməmişdir. Hal-hazırda cavabdeh tərəfindən barışıq sazişinin şərtlərinə əməl olunmayacağına inandıqdan sonra İddiaçı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hal-hazırda Səbail rayonu ərazisində yuxarıda qeyd etdiyi ünvanda yerləşən iki otaqlı evdə oğlu ilə yaşayır və həmin ev yaşanılması üçün çox bərbad vəziyyətdədir. İddiaçı mübahisəli evi sataraq başqa yerdə ev almaq fikrindədir, lakin cavabdeh buna mane olduğundan əvvəllər özü tərəfindən alqı-satqı yolu ilə əldə etdiyi mənzilə köçərək yaşamaq istəyir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1509/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43; Mülki Məcəllənin 152.1, 152.5, 157.4; Mənzil Məcəlləsinin 2.1, 9.2; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına istinadən qeyd edilmişdir ki, ünvan 2 ünvanda yerləşən 108 saylı mənzilə İddiaçı 7/10 hissədə payı mövcuddur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli 2(005)- 4058/2018 saylı qətnaməsinə əsasən Cavabdeh, övladları xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzilin 3/10 hissəsinə mülkiyyət hüququ, həmçinin həmin mənzildən istifadə hüquqları tanınmış,sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı mübahisəli mənzildə pay hüququnun olmasına baxmayaraq, Cavabdeh tərəfindən ona müxtəlif maneələr yaradıldığını,onun mülkiyyətində ola mənzildə mülkiyyət hüququnun həyata keçirilməsinə şərait yaradılmadığını bildirir. İddiaçının mülkiyyət hüququ olmasına baxmayaraq, cavabdehin ona qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Belə ki, mülki işin materiallarından da görünür ki, mübahisələndirilən mənzilin 7/10 hissəsi İddiaçı mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi mənzilə köçürülməlidir.

3. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli 2(005)-4058/2018 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdehlər İddiaçı və 21 saylı Notariat Kontoruna qarşı azyaşlı övladları ilə birlikdə mənzilə mülkiyyət və istifadə hüquqlarının tanınması tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı Cavabdeh, övladları xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzilinin 3/10 hissəsinə mülkiyyət hüququ, həmçinin həmin mənzildən istifadə hüquqlarının tanınması, iddiaçı Cavabdeh iddiasının qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı mənzildən uşaqları ilə birlikdə çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 105/2023 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı "mənzilin naturada bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlər daxilində təsdiq edilməsi, İddiaçı Cavabdeh qarşı "mənzilin naturada bölgüsü, bu mümkün olmazsa hərracda satılaraq, vəsaitin paylara müvafiq ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Barışıq sazişi ilə Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-105/2023 saylı mülki iş üzrə İddiaçı digər tərəfdən Cavabdeh aşağıdakılar barədə razılığa gəldilər: 1. Razılığa gəlirik ki, ünvan 3 ünvanında yerləşən mənzil hərraca çıxarılmadan satılsın və əldə olunan satış pulu paylara müvafiq olaraq bölünsün. 2. Mənzilin satışından əldə olunan vəsait bank depozitindən İddiaçı əldə olunan mənzilin pul vəsaiti payından, Cavabdeh övladları ilə birgə mənzildən tam istifadə hüququna xitam verilməsi ilə əlaqədar kompensasiya olaraq 20000 manat Cavabdeh, mənzildən əldə olunan payından başqa əlavə ödənilsin. 3. Mənzilin qiyməti tərəflər arasında bazar qiymətinə uyğun razılaşdıraraq, müştərək qaydada satışa çıxarılır. Müştərilərin evə baxışına Cavabdeh tərəfindən maneəsiz şərait yaradılır. 4. Evin satışı ilə əlaqədar xərcləri İsmayılova Zülqiyyə öz üzərinə götürür. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1509/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 60; Mülki Prosessual Məcəllənin 88; İnsan hüquqları” haqqında Bəyannamənin 8-ci maddələrinə; İnsan Hüquqlarının və ə s a s azadlıqların müdafiəsi haqqında" Avropa Konversiyasının 6-cı maddəsinin 1-ci hissəsinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(005)- 1509/2024 saylı qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuş, həmçinin iş üzrə həqiqi hallar və tərəflərin qarşılıqlı münasibətləri hərtərəfli araşdırılmamışdır. İddiaçı tərəfindən 2009cu ildə ünvan 2 ünvanda yerləşən 108 saylı mənzil oğlu mərhum X4 adına alınnmş, daha sonra 15 fevral 2018-ci il tarixdə isə oğlu həmn evi İddiaçı bağışlamışdır. Cavabdeh ilə oğlu Elxan İsmayılov arasında 25 dekabr 2015-ci ildə nikah bağlanmışdır. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Belə ki, nikah bağlanan dövrdə Cavabdeh mübahisə edilən mənzildə yaşamışdır. Cavabdeh iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək X8 ilə iddiaçı arasında 15 fevral 2018-ci il tarixdə Bakı şəhəri 21 saylı dövlət notariat kontorunda bağlanmış Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra iddia tələbinə dəqiqləşmə verərək, iddiaçı Cavabdeh azyaşlı övladları ilə birlikdə mübahisəli evin 108 saylı mənzilinə mülkiyyət və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını, iddiaçı həmçinin iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X3 övladları ilə birlikdə xüsusi mülkiyyətində olan Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli 2(005)-4058/2018 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdehlər İddiaçı və 21 saylı Notariat Kontoruna qarşı azyaşlı övladları ilə birlikdə mənzilə mülkiyyət və istifadə hüquqlarının tanınması tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı Cavabdeh, övladları xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013cü il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzilinin 3/10 hissəsinə mülkiyyət hüququ, həmçinin həmin mənzildən istifadə hüquqlarının tanınması, iddiaçı Cavabdeh iddiasının qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı mənzildən uşaqları ilə birlikdə çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qərardan apellyasiya və kassasiya şikayətləri verilmiş, yekun olaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli 2(005)- 4058/2018 saylı qətnaməsi qüvvədə saxlanmışdır. Daha sonra X5 “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024- cü il tarixində məhkəkməyə müraciət etmişdir. Tərəflərin birlikdə yaşaması mümkün olmadığından aralarında 02 iyun 2023-cü il tarixdə barışıq sazişi imzalanmış və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təsdiq edilmişdir. Həmin Barışıq sazişinə görə həmin mənzil hərraca çıxarılaraq satılmalı və satışından əldə edilmiş məbləğ tərəflər arasında paylara uyğun olaraq bölünməli; mənzilin satışından əldə olunan vəsait bank depozitindən İddiaçı əldə olunan mənzilin pul vəsaiti payından, Cavabdeh övladları ilə birgə mənzildən tam istifadə hüququna xitam verilməsi ilə əlaqədar kompensasiya olaraq 20000 manat Cavabdeh, mənzildən əldə olunan payından başqa əlavə ödənilməsi və satışı ilə əlaqədar xərclər İsmayılova Zülqiyyə tərəfindən qarşılanması müəyyən edilmişdir. Tərəflər arasında barışıq sazişinin olmasına baxmayaraq, həmin əmlakın satılması ilə bağlı hər dəfə müxtəlif bəhanələr gətirilərək buna maneə olunmuşdur. İddiaçı tərəf bu maneələrin Cavabdeh tərəfindən yaradıldığını bildirmiş, lakin həmin ifadələrdə doğruluq payı yoxdur. İddiaçı tərəf İsmayılova Zülqiyyə Cavabdeh və övladlarının mənzildən istifadə etməsinə maneələr yaratmışdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, Nərimanov rayon Məhkəməsi 14 may 2024-cü il tarixli, 2(005)-1509/2024 sylı qətnaməsində bu kimi halları nəzərə almamış və iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuş, qanunvericiliyin göstərilən tələblərinə əməl edilməmiş, işin halları hər tərəfli araşdırılmamış, həmçinin maddi və prosessual hüquq normalarına uyğun olmayan məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və izahatlar:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz etmiş, iddia tələbini müdafiə etmiş,apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

9. Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

10. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər; 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

12. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri; Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsi; Azərbaycan Respublikası Mülki Məcəllənin 152-158, 213-223; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, artıq birinci instansiya tərəfindən qiymətləndirilmiş apellyasiya şikayətinin dəlilləri və mülkiyyətçilərin maneəsiz öz mülkiyyət hüquqlarına yiyələnməsi hüquqları qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 13 saylı evin 108 saylı mənzilinin paylı mülkiyyətçiləridir. Onların əmlak üzərində istifadə, sahiblik etmək və sərəncam vermək hüquqları vardır. Cavabdeh iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneəçilik törədərək, onları bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Bu baxımdan iddiaçının sahiblik və istifadə huquqları pozulmuşdur. İşin faktiki hallarını araşdıran məhkəmə kollegiyası məhz həmin hüquqların həyata keçirilməsinin təmin edilməsi üçün iddia tələbini əsaslı hesab edir. Cavabdehin apellyasiya şikayətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 105/2023 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin mövcudluğu və onun icra edilməməsi iddiaçının paylı mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə maneə ola bilməz. Bundan əlavə, cavabdeh şikayətində birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 385-ci maddəsinin tələblərinin pozulduğunu qeyd etsə də, məhkəmə tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair sübutedici dəlillər qeyd (bu xüsusatlar müəyyən) edilməmişdir.

14. Diqqətə çatdırılmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti formal xarakter daşıdığından təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1509/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar