Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4513/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-nə qarşı qiymətləndirməyə dair hesabatın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC iddia ərizəsi və sonra da iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin hərəkətlərini qanunsuz hesab edərək sorğuya cavab verilməsi vəzifəsini üzərinə qoyaraq, onun tərəfindən ünvan 1 ünvanında ümumi sahəsi 9,0 kv.metr olan təcrid olunmuş qeyri-yaşayış sahəsinin real bazar dəyərinin müəyyən edilməsinə dair bilə-bilə yalan hesabat tərtib etdiyi üçün etibarsız hesab edilməsi və həmin məsələnin araşdırılması məqsədilə xüsusi qərardad çıxararaq prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(006)-745/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı qiymətləndirməyə dair hesabatın etibarsız hesab edilməsi və sair tələblərə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı MMC-nin direktoru Tofiq Nəbiyev Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(006)-745/2021 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə cavabdeh “xxxx” MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına cavabdehin səlahiyyətli nümayəndəsi gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iş üzrə cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Kollegiya iş materiallarını araşdıraraq, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərardadı ləğv olunmalı, və mülki iş üzrə iddia ərizəsinə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-745/2021 saylı 25 fevral 2021-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx” MMC-yə qarşı cavabdeh “xxxx” MMC-nin hərəkətlərini qanunsuz hesab edib sorğuya cavab verilməsi vəzifəsini üzərinə qoyaraq, onun tərəfindən ünvan 2 ünvanda ümumi sahəsi 9,0 kv.metr olan təcrid olunmuş qeyriyaşayış sahəsinin real bazar dəyərinin müəyyən edilməsinə dair bilə-bilə yalan hesabat tərtib etdiyi üçün etibarsız hesab edilməsinə və həmin məsələnin araşdırılması məqsədilə xüsusi qərardad çıxararaq prokurora məlumat verilməsinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardadda göstərilmişdir ki, cavabdeh “xxxx” MMC məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsi ilə cavabdeh İddiaçı MMC-dən iddiaçı G.Səfərovanın xeyrinə 90000 manat vurulmuş maddi zərərin ödənilməsinə dair qətnamə çıxarmışdır. Qətnamə qəbul edilərkən sübut qismində “xxxx” MMC tərəfindən verilmiş rəyə istinad edilmişdir. Cavabdeh tərəfindən həmin rəy məhkəmələrdə mübahisələndirilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK Nəsimi rayon Məhkəməsinin qətnaməsini qismən ləğv etmiş, cavabdeh İddiaçı MMC-dən iddiaçı G.Səfərovanın xeyrinə 121000 manat pulun tutulması qət edilmişdir. AR Ali Məhkəməsinin MK-nın qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda qanuni qüvvəsini almış qətnamə icra edilməsi üçün İcra və Probasiya şöbəsinə göndərilmişdir. “xxxx” MMC-nin iş üzrə verdiyi rəydə göstərilən məbləğ qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edildiyindən həmin rəy yeni iddia tələbi ilə mübahisələndirilə bilməz. Qərardadda daha sonra göstərilir ki, AR MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəylə razılaşmır və hesab edir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad edərək iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qanuni qüvvəsini alan qətnaməsində iddiaçı G.Səfərova, cavabdeh isə İddiaçı MMC olmuş və orada iddianın predmeti pul tələbi olmuşdur. Hazırkı mübahisədə isə iddiaçı "xxxx" MMC, cavabdeh isə “xxxx” MMC olmaqla iddianın predmeti cavabdeh MMC-nin hərəkətlərini qanunsuz hesab edib sorğuya cavab verilməsi vəzifəsini onun üzərinə qoyulması və sair tələblər olmuşdur. Yəni iddia ərizəsi eyni tərəflər arasında, eyni predmet barəsində deyildir və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud deyil. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə icraata xitam verməklə səhv nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin direktoru Tofiq Nəbiyev tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(006)-745/2021 saylı qərardadı ləğv olunsun. İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-nə qarşı qiymətləndirməyə dair hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4513/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4513/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver