Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4519/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili-Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Ləğv Prosesində olan Cavabdeh1 ASC-yə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyündən azad olunması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3293/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv Prosesində olan Cavabdeh1 ASC tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Ləğv Prosesində olan Cavabdeh1 ASC-yə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyündən azad olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Ləğv prosesində olan Cavabdeh1 ASC arasında bağlanmış İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 570 kv.m iimumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) ipoteka qoyulmasına dair xx.xx.2011-ci il tarixli, İPİ 48/8-AZN nömrəli və xx.xx.2011-ci il tarixli, SİPİ 287/8-AZN nömrəli ipoteka müqavilələrinə xitam verilməsi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin ipoteka müqavilələrinə əsasən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsi və Ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən İddiaçı məxsus Xaçmaz şəhəri. Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri- yaşayış binasına (mağaza) dair sənədlərin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(067)-843/2013 saylı qətnaməsinə əsasən, ipoteka qoyulmuş İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsait hesabına 25evral 2011-ci il tarixli, 48/8-AZN saylı kredit müqaviləsi üzrə 112965,13 manat əsas, 15707,26 manat faiz. 100 manat cərimə və 04 avqust 2011-ci il tarixli kredit müqviləsi manat faiz, 50 manat cərimə, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “Dəmirbank" ASC-yə verilməsi, qalan məbləğin İddiaçı verilməsi, İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi, 401 kv.m əsas. 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Xaçmaz rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(067)-843/2013 saylı İcra vərəqəsinə əsasında Xaçmaz rayon İcra və Probasiya şöbəsi xx.xx.2013-cü il tarixli, 1468/2013 saylı Sifariş məktubu vermiş və ipoteka predmetinin qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən İddiaçıa məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) ilkin satış qiyməti 380.000 manat məbləğində müəyyənləşdirilmişdir. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli, 3677/06 saylı Sifariş məktubuna əsasən ipoteka predmetinin açıq hərracdan satılması və hərracın keçirilməsi “X1" MMC-yə (yeni adı “Capitah Auction" MMC) həvalə edilmişdir, “X1" MMC tərəfindən xx.xx.2019-cu il tarxində ipoteka predmetinin ilkin satış qiyməti 380.000 manat olmaqla birinci hərracı keçirilmişdir. Lakin iştirakçı olmadığından hərrac baş tutmamışdır. Bundan sonra “X1" MMC (yeni adı 'Capitals Auction " MMC) tərəfindən xx.xx.2019-cu il tarxində ipoteka predmetinin ilkin satış qiymətindən 15% az olmaqla yəni 323.000 manat olmaqla ikinci hərrac keçirilmişdir. Lakin alıcı olmadığından hərrac baş tutmamışdır. Bununla bağlı “Kaspi" qəzetində elan dərc olunmuşdur. İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi. 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binası (mağaza) təkrar hərracdan satılmadığından “X1" MMC (yeni adı “Capitals Auction" MMC) tərəfindən ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətlə ipoteka saxlayan Cavabdeh1 ASC-yə təklif olunmuşdur. “X1” MMC-nin (yeni adı “Capitals Auction" MMC) Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 513 nömrəli məktubundan görünür ki, ipoteka saxlayan bu təklifi qəbul etmədiyindən “X1” MMC (yeni adı "xxxx" MMC) tərəfindən “İpoteka haqqında" AR Qanununun 43.8-ci maddəsinə əsasən sənədlər toplusu Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmışdır. İpoteka predmetinin ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə olunması barədə məlumat əldə etmək üçün Xaçmaz Rayon İcra və Probasiya şöbəsi tərəfindən ipoteka saxlayana məktub ünvanlanmışdır. Həmin məktuba cavab olaraq, ipoteka saxlayan tərəfindən “İcra haqqında" AR Qanununun 17.1.10-cu maddəsinə əsasən, icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması barədə qərarın qəbul edilməsi xahiş olunmuşdur. Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2012-ci il tarixli, 3677/13 saylı qərarına əsasən icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması barədə qərar qəbul edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Ləğv prosesində olan Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, İPİ 48/8- AZN nömrəli və xx.xx.2011-ci il tarixli, SİPİ 287/8-AZN nömrəli ipoteka müqavilələri əsasında ipotekaya qoyulmuş İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına (mağaza) dair ipotekaya xitam verilməsi, ƏMDX yanında DƏDRX tərəfindən həmin ipoteka müqavilələrinə əsasən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qətnamədən cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC apellyasiya şikayəti verərək onun ləğv edilməsini və tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmesini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hesab etmişdir ki, ipoteka saxlayan qanunla müəyyən olunmuş müddət ərzində ipoteka predmetini əldə etməmişdir. Bank hərracın keçirilməsi barədə məlumatlı olmamışdır. Məhkəmə işə qeyri obyektiv baxaraq qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən də məhkəmənin qəbul etdiyi qətnamə ləğv edilməli, iddia rədd edilməlidir. Belə ki, LPO Cavabdeh1 ASC-yə “X1” MMC tərəfindən, nə də ki, Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən əmlakın alınmasına dair hər hansı təklif məktubu daxil olmamışdır. İddia irəli sürən tərəf iddia tələbini əsaslı və mötəbər sübutlarla əsaslandırmalıdır, lakin iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Qeyd olunan məsələlər məhkəmənin diqqətinə çatdırılaraq bildirilmişdir ki, bankın əmlakı əldə etməyə heç bir etirazı olmayıb və bununla bağlı qanuni prosedurları həyata keçirmişdir. Bundan əlavə, əmlakın hərracdan satışı zamanı fərq yarandığından və borclu şoxs ödənişə cəlb edildiyi üçün bank tərəfindən xx.xx.2020-ci il tarixində Xaçmaz rayon İcra Şöbəsinə “İcra haqqında” AR Qanununun 17.1.10-cu maddəsinə əsasən icra sənedi üzrə icraatın dayandırılmasına dair müvafiq məktubla müraciət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10033/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən - iddianın qismən təmin edilən hissəsində ləğv olunması, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın həmin hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının həmin iş üzrə 2(102)- 1693/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçünapellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Təkrar apellyasiya məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmalarına baxmayaraq, tərəflər səbəbləri barədə məhkəməyə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...hərracın baş tutmaması elan olunduqdan sonra ipoteka saxlayana ipoteka predmetinin alınmasına dair təklifin çatdırılmaması halı iddianın rəddi üçün əsas ola bilməz. Belə ki, “İpoteka haqqında” Qanunun tələblərinə əsasən həm ipoteka qoyan, həm də ipoteka saxlayan hərrac barədə yazılı bildirişlə və kütləvi informasiya vasitələrində elan vasitəsi ilə məlumatlandırılmalıdır. Lakin Qanunun 43.7 və 43.7-1-ci maddələrində ipoteka saxlayana ipoteka predmetinin alınması ilə bağlı xüsusi təklifin göndərilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi LPO Cavabdeh1 ASC-nin hərrac barədə məlumatlandırılmaması qənaətinə gələrkən nəzərəalmamışdır ki, həmin hal hərracın etibarsızlığı üçün səbəb olan bilər. Lakin hazırki işdə cavabdeh hərracı və onun nəticələrini mübahisələndirməmişdir. Bundan əlavə iddiaçı tərəf apellyasiya instansiyası məhkəməsinə “Capitals Auksion" MMC-nin (əvvəlki ““X1” MMC) "xxxx" MMC-nin 1106 saylı poçt şöbəsinə ünvanladığı sorğu məktubunu və həmin məktuba cavab olan teleqramı təqdim etmişdir. Həmin sənədlərə əsasən İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 0,04448 ha torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 570 kv.m. olan qeyri-yaşayış binasının hərracınkeçirilməsinə dair SS553527115AZ kodla nömrələnmiş məktubun 08 fevral 2019-cu iltarixdə Əmanətlərin Sığortalanması Fonduna daxil olmuş, Şöbəyə 11 fevral 2019-cu ildə çatdırılmış, 12 fevral 2019-cu ildə icra edilmişdir. Apellyasiya məhkəməsi MPM-in 371-ci maddəsinə istinad edərək, həmin sənədləri qəbul etməmişdir. Lakin, yuxarıda qeyd olunduğu kimi cavabdehin hərraclar barədə məlumatlandırılması birinci instansiya məhkəməsində mübahisələndirilməmiş və bu məsələ yalnız apellyasiya baxışı zamanı araşdırma predmetinə çevrilmişdir. Belə olan halda isə, apellyasiya məhkəməsi iddiaçının həmin hallarla bağlı təqdim etdiyi sübutları qəbul edilməsindən imtina etməklə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olmasına dair təməl prinsipini pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarları) irəli sürdüyü mövqeyə görə apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının qanunverici tərəfindən məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq tərəf bu və ya digər formada iddia qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatındanartıq işlərlə yüklənməsinə, əks tərəfi öz mövqeyinin müdafiəsi üçün daha çox imkan verən məhkəmə instansiyasında – birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində yeni sübutların və faktların təqdim olunmasının məhdudlaşdırılmasıçəkişmə və tərəflərin bərabərliyi prinsipinə xələl gətirməməlidir. Belə ki, ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsi proses tərəflərindən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisnaedir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehə apellyasiya instansiyası məhkəməsində iddiaya qarşı yeni dəlillərin gətirilməsi imkanı verildiyi halda, həmin dəlillərə qarşı da etirazla bağlı təqdim olunan sübutlar məhkəmə tərəfindən qəbul edilməli və başqa sübutlarla yanaşı qiymətləndirilməlidir. Nəhayət işin mübahisəsiz hallardından biri ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan əmlakla bağlı hərrac baş tutmamış elan olunduqdan və sənədlər İcravə Probasiya şöbəsinə qaytarıldıqdan sonra Ləğv prosesində olan Cavabdeh1 ASC-nin müraciətinə əsasən icra sənədi üzrə icraat “İcra haqqında” AR Qanununun 17.1.10-cu maddəsinə əsasən dayandırılmışdır. İş materiallarından bumüraciətin səbəbinə dair sənəd əlavə olunmasa da, cavabdeh apellyasiya şikayətində həmin halla bağlı göstərmişdir ki, “... əmlakın hərracdan satışı zamanı fərq yarandığındanvə borclu şəxs ödənişə cəlb edildiyi üçün tərəfimizdən 27 noyabr 2020-ci il tarixdə Xaçmaz RİPŞ-nə “İcra haqqında” AR Qanununun 17.1.10-cu maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılmasına dair müvafiq məktubla müraciət edilmişdir.” Yəni, məlum olur ki, cavabdehin azı 27 noyabr 2020-ci il tarixdən hərrac barədə məlumatı olmuş, lakin o, həmin tarixdən sonra da, qanunla müəyyən edilən müddət ərzində ipoteka predmetinin alınması üçün tədbirlər görməmiş, əksinə icraatın dayandırılmasını xahiş etmişdir....” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunmuş hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Kollegiya, həmçinin, qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli, 2(067)-843/2013 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, ipoteka qoyulmuş İddiaçı məxsus Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsait hesabına 25 fevral 2011-ci il tarixli, 48/8-AZN saylı kredit müqaviləsi üzrə 112965,13 manat əsas, 15707,26 manat faiz, 100 manat cərimə və 04 avqust 2011-ci il tarixli kredit müqviləsi 8658,31 manat faiz, 50 manat cərimə, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “Dəmirbank" ASC-yə verilməsi, qalan məbləğin İddiaçı Ağadadş qızma verilməsi, İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi, 401 kv.m əsas 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) boşaldılması qət edilmişdir. 27 mart 2014-cü il tarixli 14-202 №-li əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, İddiaçı məxsus olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli qeyri-yaşayış binasının bugünkü günə qiyməti 380.000 manat təşkil edir. “X1” MMC-nin açıq hərracın keçirilməsinə dair 28 dekabr 2018-ci il tarixli 20/123 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli qeyri-yaşayış binasına dair açıq auksion formasında hərracın keçirilməsi 28 yanvar 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. MMC-nin açıq hərracın keçirilməsinə dair 05 fevral 2019-cu il tarixli 20/123-1 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli qeyri-yaşayış binasını 380.000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 18 fevral 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. “X1” MMC-nin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2020ci il tarixli 513 nömrəli məktubundan görünür ki, Sizin 3677/06 nömrəli, xx.xx.2018-ci il tarixli sifarişinə əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 0.04448 ha torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 570 kv.m olan qeyriyaşayış binası açıq hərracda satılmasına dair Xaçmaz rayon Məhkəməsi 2(067)-843/20l3 saylı xx.xx.2013-ci il tarixli icra vərəqəsi "X1" MMC-yə göndərilmişdir. İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 0.04448 ha torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 570 kv.m olan qeyri-yaşayış binası xx.xx.2019 -ci il tarixində ilkin satış qiyməti 380000 manata, xx.xx.2019 - ci il tarixində ilkin satış qiyməti 15% endirimlə 323000 manata açıq hərraca çıxarılsa da iştirakçı olmadığından hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı “Kaspi" qəzetində elan dərc olunmuşdur. Yuxarıda qfeyd edilənləri nəzərə alaraq. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunun 43.8cü maddəsinə əsasən sənədlər toplusu Xaşmaz rayon icra və Probasiya Şöbəsinə qaytarılır. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 19 yanvar 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən və məzmunundan görünür ki, Məhkəmənin 08 iyul 2013-cü il tarixli, 2(067)-843/2013 saylı sənədi üzrə icraat dayandırılması qərara alınmışdır. LPO Cavabdeh1 ASC tərəfindən 28 dekabr 2020-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Şöbənin icraatında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-843/2013 saylı. xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən ipoteka predmetı olan tələbin yönəldildiyi İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 2 mərtəbə 570 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası (mağaza) açıq hərrac vasitəsi ilə satılması, əldə edilmiş vəsait hesabına cavabdehin LPO "xxxx" ASC-yə olan borcunun odənilməsi qərara alınmışdır. Yaranmış zərurətlə əlaqədar olaraq “icra haqqında" AR Qanununun 17.1.10-cu maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılmasına dair qərar qəbul etməyinizi xahiş edirik. “X1” MMC-nin 26 fevral 2019-cu il tarixli, 244 №-li LPO Cavabdeh1 ASC-yə ünvanlanmış məktubdan görünür ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 3677/06 nömrəli xx.xx.2018-ci il tarixli sifarişinə əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 0,04448 ha torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 570 kv.m olan qeyri-yaşayış binasının açıq hərracda satılmasına dair Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli, 2(067)-843/2013 saylı icra vərəqəsi “X1” MMC-yə göndərilmişdir. İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 0,04448 ha torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 570 kv.m olan qeyri-yaşayış binası xx.xx.2019-cu il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 380.000 xx.xx.2019-cu il tarixdə təkrar hərracda 15% endirimlə 323.000 manata açıq hərraca çıxarılsa da iştirakçı olmadığından hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı “Kaspi” qəzetində xx.xx.2019-cu il tarixində elan dərc olunmuşdur. Bildiririk ki, “İpoteka haqqında” AR Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin öyrənilməsi üçün kifayət qədər oldun. Xahiş edirlir ki, “İpoteka haqqında” AR Qanunun 43.8-ci maddəsini nəzərə alaraq, hərracın baş tutmaması elan edildiyi gündən etibarən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibət bildirəsiniz. “Kaspi” qəzetinin 20 fevral 2019-cu il tarixli, 034 nömrəli qəzetinin surətindən görünür ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli qeyriyaşayış binasına dair 18 fevral 2019-cu il tarixdə keçirilmiş hərracı baş tutmamışdır. “Kaspi” qəzetinin 28 dekabr 2019-cu il 03 yanvar 2020-ci il tarixli, 034 nömrəli qəzetinin surətindən görünür ki, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli qeyri-yaşayış binasına dair 28 yanvar 2019-cu il tarixdə keçirilmiş hərracı baş tutmamışdır. Beləliklə, işin materialları ilə müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli qətnaməsi qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra sənədi üzrə icra hərəkətlərini həyata keçirən Xaçmaz rayon İcra və Probasiya ilkin satış qiyməti 380.000 manat olmaqla qeyri-yaşayış sahəsinin hərraca çıxarılması üçün “X1” MMC-yə sifariş vermişdir. Həmçini, işin halları kimi müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi İcra Şöbəsinin sifarişi ilə 380.000 manat ilkin satış qiyməti ilə cavabdeh “X1” MMC tərəfindən hərraca çıxarılmışdır. Qeyri-yaşayış sahəsi ilkin və təkrar keçirilən hərracdan satılmadığı üçün “İpoteka haqqında” AR Qanunun 43-cü maddəsinin tələbinə uyğun olaraq həmin əmlak xx.xx.2019-cu il tarixli məktubla Banka təklif olunmuşdur. Əmlakın əldə olunması üçün “İpoteka haqqında” Qanunla müəyyən edilmiş 30 günlük müddət başa çatmamış, yəni xx.xx.2017-ci il tarixdə Bank qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələrinə dair protokolların ləğv edilməsi barədə iddia qaldırmış, həmin iddia Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin iş apellyasiya və kassasiya instansiyası məhkəmələrinin baxış predmeti olmuş, son nəticədə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (maddə 317.1.). Satış həmin Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir (maddə 317.2.). Mülki Məcəllənin 319.5-ci maddəsinə görə, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfındən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir (maddə 41.2.). Hərracın təşkilatçısına sifariş “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununa müvafıq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfındən ödənilir (maddə 41.3.). Həmin Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmayan elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “İpoteka haqqında” Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.” Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh LPO Cavabdeh1 ASC birinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri barədə məlumatlandırılsa da, nümayəndəsi Aynur Mahmudova yalnız 13 iyul 2021-ci il tarixli iclasda iştirak etmiş, həmin iclas sonuncunun iş materialları ilə tanış olması və iş üzrə sənədlərin təqdim edilməsi əsası ilə təxirə salınmışdır. Sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə sübutlar təqdim etməmiş, iddiaya etiraz verməmiş, o cümlədən iddia ərizəsində istinad olunan hərracdan xəbərdar edilməsini mübahisələndirməmişdir. Cavabdeh hətta apellyasiya şikayətində də həmin halı mübahisələndirməmiş, yalnız hərrac təşkilatı tərəfindən əmlakın alınmasına dair məktubun banka daxil olmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hərracın baş tutmaması elan olunduqdan sonra ipoteka saxlayana ipoteka predmetinin alınmasına dair təklifin çatdırılmaması halı iddianın rəddi üçün əsas ola bilməz. Belə ki, “İpoteka haqqında” Qanunun tələblərinə əsasən həm ipoteka qoyan, həm də ipoteka saxlayan hərrac barədə yazılı bildirişlə və kütləvi informasiya vasitələrində elan vasitəsi ilə məlumatlandırılmalıdır. Lakin Qanunun 43.7 və 43.7-1-ci maddələrində ipoteka saxlayana ipoteka predmetinin alınması ilə bağlı xüsusi təklifin göndərilməsi nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, həmin hal hərracın etibarsızlığı üçün səbəb olan bilər. Lakin hazırki işdə cavabdeh hərracı və onun nəticələrini mübahisələndirməmişdir. Bundan əlavə iddiaçı tərəf əvvəlki apellyasiya baxışında "xxxx" MMC-nin (əvvəlki “X1” MMC) "xxxx" MMC-nin 1106 saylı poçt şöbəsinə ünvanladığı sorğu məktubunu və həmin məktuba cavab olan teleqramı təqdim etmişdir. Həmin sənədlərə əsasən İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 0,04448 ha torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 570 kv.m. olan qeyri-yaşayış binasının hərracın keçirilməsinə dair SS553527115AZ kodla nömrələnmiş məktubun 08 fevral 2019-cu il tarixdə Əmanətlərin Sığortalanması Fonduna daxil olmuş, Şöbəyə 11 fevral 2019-cu ildə çatdırılmış, 12 fevral 2019-cu ildə icra edilmişdir. Digər tərəfdən, işin mübahisəsiz hallardından biri ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan əmlakla bağlı hərrac baş tutmamış elan olunduqdan və sənədlər İcra və Probasiya şöbəsinə qaytarıldıqdan sonra Ləğv prosesində olan Cavabdeh1 ASC-nin müraciətinə əsasən icra sənədi üzrə icraat “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən dayandırılmışdır. İş materiallarından bu müraciətin səbəbinə dair sənəd əlavə olunmasa da, cavabdeh apellyasiya şikayətində həmin halla bağlı göstərmişdir ki, “... əmlakın hərracdan satışı zamanı fərq yarandığından və borclu şəxs ödənişə cəlb edildiyi üçün tərəfimizdən 27 noyabr 2020-ci il tarixdə Xaçmaz RİPŞ-nə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılmasına dair müvafiq məktubla müraciət edilmişdir.” Yəni, məlum olur ki, cavabdehin azı 27 noyabr 2020-ci il tarixdən hərrac barədə məlumatı olmuş, lakin o, həmin tarixdən sonra da, qanunla müəyyən edilən müddət ərzində ipoteka predmetinin alınması üçün tədbirlər görməmiş, əksinə icraatın dayandırılmasını xahiş etmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Bu qənaətə gələrkən kollegiya həm də nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3293/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4519/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4519/2022
13.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver