Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4520/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti MMCyə qarşı (Sabunçu rayon İcra və Probasiya şöbəsi, X6, X7 və X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi tələbinə dair” 2(005)-399/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən X5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 19 saylı fərdi yaşayış evinə dair verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli, 184 saylı hesabatın etibarsız hesab edilməsi və həmin evin yenidən ekspert qiymətləndirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-7193/16 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Natavan küçəsi 19 saylı evə dair xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin evin çıxarışı ləğv edilmiş, X1 94500 manat məbləğində pul vəsaiti alınaraq ona verilməsi, sözü gedən evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına 94500 manat pulun ona ödənilməsi qərara alınmışdır. Sabunçu rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli, 7728-63449/17 saylı sifariş məktubuna əsasən Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti MMC tərəfindən X5 məxsus Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 19 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi aparılmışdır. Sonuncunun verdiyi xx.xx.2019-cu il tarixli, 184 saylı hesabata əsasən evin qiyməti 150.000 manat təşkil etmişdir. Həmin hesabatla razı deyil. Belə ki, evin hal-hazırda qiyməti 90.000- 100.000 manat olduğu halda onun dəyəri bilərəkdən yüksək qiymətə qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən qiymətləndirilmə qüvvədə olan qiymətləndirmə fəaliyyəti və aparılması qaydaları barədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə aparılmışdır. Ona görə də həmin qiymətləndirmə barədə rəy etibarsız hesab edilməlidir və həmin torpaq üzrə yenidən obyektiv qiymətləndirmə aparılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 399/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-3978/2021saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-399/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 19 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli, 184 saylı hesabatı etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(103)- 3978/2021 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(103)- 3978/2021 saylı qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz etdiyini şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən tənin ediləmli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-399/2021 saylı qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə» 24 noyabr 2021-ci il tarixli qərardadı. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının tələbi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-7193/16 saylı icra vərəqəsi əsasında əmələ gəlmişdir. Görünüdüyü kimi tərəflər arasında mübahisə icra mərhələsində yaranmış, bu əsasla irəli sürülmüş tələbdir. Odur ki, hazırkı iş üzrə iddiaçı icra icraatı çərçivəsində mübahisələndirdiyi qiymət əsasında hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir. Odur ki, kollegiya şikayətin dəlillərini araşdıraraq və MPM-in 384.0.5-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, məhkəmə qətnaməsi tamamı ilə ləğv edilməli, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verilmədir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 391 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-399/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı iddia tələbi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, hazırkı iş üzrə iddiaçı icra icraatı çərçivəsində mübahisələndirdiyi qiymət əsasında hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisə qaldıra bilər. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4520/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4520/2022
18.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver