Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4521/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və və X1 ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2 və onun nümayəndəsi-vəkili Nümayəndə3, Cavabdeh1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 Süleyman qızı, Cavabdeh2 qarşı “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması” tələbinə dair ilkin iddia ərizəsi üzrə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “qanunsuz hərəkətlərin qadağan edilməsi, vurulmuş zərərin bərpası” tələbinə dair qarşlılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1536/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə3 tərəfindən, cavabdehlər Cavabdeh1 və Cavabdeh7 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 192 saylı binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazinin təsdiq olunmuş tikinti planlaşdırma sənədlərinə uyğun olaraq, həmin torpaq sahəsində yüksək mərtəbəli yeni yaşayış binasının tikintisinin layihələndirilməsi üçün İddiaçınə icazə verilmişdir. Sökülməsi nəzərdə tutulan 5 mərtəbəli yaşayış binaları şəhərin görkəminə xələl gətirməklə yanaşı, həmdə qəzalı vəziyyətdədir. Binanın qəzalı vəziyyətdə olması və ətraf üçün təhlükəli olduğu barədə FHN tərəfindən rəy verilmişdir. Məhz bu əsasdan da həmin binaların yenisi ilə əvəz edilməsi ilə bağlı layihə proqramı tətbiq edilmişdir. Lakin iş üzrə cavabdehlər layihənin olmadığını və evlərinin sökülməsinin qarşılığında onlara verilən məvacibin az olmasını əsas gətirərək evlərinin sökülməsinə etiraz etmişlər. Birinci instansiya məhkəməsində icraat İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 Süleyman qızı, Cavabdeh2 qarşı “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı qanuni sahibliyində olan Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, 192 ünvanında yerləşən torpaq sahəsində mövcud söküləcək yaşayış binasında cavabdehlərdən Cavabdeh4 məxsus 104 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 34 kv.m. sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 46 kv.m. olan, 1 otaqlı təmırli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməklə; Cavabdeh5 məxsus 86 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 110 kv.m. sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada hər birinin sahəsi 84 kv.m. olmaqla cəmi 168 kv.m. olan 3 otaqlı təmirli 2 mənzil verilməklə və yeni mənzillər təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməklə; Cavabdeh6 məxsus 97 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 34,7 kv.m. sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 46 kv.m. olan, 1 otaqlı təmirli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməklə; Cavabdeh3 məxsus 76 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 68 kv.m. sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 57 kv.m. olan 2 otaqlı və sahəsi 35 kv.m. olan 1 otaqlı cəmi 92 kv.m. təmirli yeni 2 mənzil verilməklə və yeni mənzillər təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməklə; Cavabdeh1 və Cavabdeh7 Süleyman qızına məxsus 72 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 65 kv.m. sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 84,5 kv.m. olan 3 otaqlı təmirli yeni 1 mənzil verilməklə və yeni mənzil təhvi verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməklə; Cavabdeh2 məxsus 85 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 65 kv.m. sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 84 kv.m. olan 3 otaql təmirli yeni 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməklə əvəzləşdirilməsi, köhnə binanın sökülüb, ərazinin təmizlənməsinin İddiaçınə həvalə edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsində yerləşən 192 saylı binadan cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 Süleyman qızı və Cavabdeh2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 192 saylı binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazinin təsdiq olunmuş tikinti planlaşdırma sənədlərinə uyğun olaraq, həmin torpaq sahəsində yüksək mərtəbəli yeni yaşayış binasının tikintisinin layihələndirilməsi üçün İddiaçınə icazə verilmişdir. Qeyd olunan ərazidə yerləşən, sökülməsi nəzərdə tutulan 5 mərtəbəli yaşayış binaları şəhərin görkəminə xələl gətirməklə yanaşı, həmdə qəzalı vəziyyətdədir. Binanın qəzalı vəziyyətdə olması və ətraf üçün təhlükəli olduğu barədə FHN tərəfindən rəy verilmişdir. Məhz bu əsasdan da həmin binaların yenisi ilə əvəz edilməsi ilə bağlı pilot layihə proqramı tətbiq edilmişdir. Əslində həmin binaların istismarı sakinlər və həmçinin ətrafdakılar üçün təhlükə yaratdığından, fövqalədə vəziyyət və şərtlərlə boşaldılmalı, sakinlər başqa ünvana köçürülməli və sökülməsi təmin edilməlidir. Lakin ölkə başçısı insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına hər zaman diqqətinin nəticəsi olaraq, bina sakinlərinin, həmin yerdə tikiləcək yeni binalardan mənzillərlə təmin edilməsi və mənzillər təmirli şəkildə onlara təhvil verilənə kimi, kirayə haqlarının ödənilməsi kimi, misli olmayan şərait yaratmışdır. Lakin cavabdehlər şəxsi maraqları üzündən layihənin həyata keçirilməsinə qəsdən maneələr törədir ki, bu da həm bina sakinlərinin yeni mənzillərlə təmin olunmasını gecikdirir və həm də layihəni həyata keçirən iddiaçının işinin əngəlləyir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, 192 ünvanda yerləşən yaşayış binasının sakinlərinin qarşılıqlı razılaşma müqaviləsi əsasında yeni mənzillə təmin edilənədək, hər ay kirayə haqqı verməklə başqa yerə köçürülməsi, qəzalı binanın sökülməsi və həmin ərazinin müvəqqəti hasara alınması iddiaçıya həvalə edilmişdir. Nəzərə alınmalıdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 192 saylı binanın sakinləri, cababdehlərdən başqa, İddiaçı ilə öz aralarında razılıq əsasında mənzillərini boşaldaraq, başqa mənzilə köçürülmüşdür. Cavabdehlər isə heç bir qanuni əsas göstərmədən, əsassız olaraq razılığa gəlmirlər və MMC-dən bir mənzilin əvəzinə üç mənzilin əvəzini tələb edirlər. Qəbul edilmiş sərəncam və bina sakinlərinin hər biri kimi cavabdehlərin qanuni istifadəsində olan sahələrə 20% sahə artırılmaqla, yeni tikilən binadan eyni təyinatlı təmirli sahələrin verilməsi təklif olunmuşdur. Lakin onlar layihəyə qəsdən maneçilik törətmək məqsədi ilə hər dəfə yeni tələblərlə çıxış edirlər. Sonuncuların qəsdli hərəkətlərinin nəticəsində, layihə üzrə tikinti işlərinin aparılması mümkün deyildir ki, bunun da MMC-nin tikinti ilə bağlı üzərinə götürdüyü öhdəliklərin vaxtında yerinə yetirə bilmədikdə, ziyanlarla üzləşəcəyinə səbəb olacağı bəllidir. Cavabdehlərin aşkar özbaşınalığına son qoyulması və yarana biləcək təhlükənin qarşısının alınması üçün şikayətlə bağlı əraziyə bir neçə dəfə polis əməkdaşları gəlsələr də mübahisənin mülki xarakterli olduğu baxımından nəticəsi olmamışdır. Ona görə də mübahisəni həll etmək üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. İlkin iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 Süleyman qızı, Cavabdeh2 qarşı “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması” tələbinə dair ilkin iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişlər ki, iddiaçının yazdıqları tamamilə yalandır. Belə ki, birincisi iddiaçı Pilot layihəni icra etmir nə də, onların mənzilləri olan ünvanla bağlı nə Azərbaycan Respublikasının Prezidentinin, nə də ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin pilot layihəyə dair hər hansı qərarı, sərəncamı yoxdur. İkincisi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 21 aprel 2020-ci ıl tarixli 80 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 192 saylı binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazinin təsdiq olunmuş tikinti-planlaşdırma sənədlərinə uyğun olaraq, həmin torpaq sahəsində yüksək mərtəbəli yeni yaşayış binasının tikintisinin layihələndirilməsi üçün İddiaçınə icazə verilməsi barədə Sərəncamı mülkiyyətçilərin razılığı alınmadan verilməklə tamamilə qanunsuz və əsassız olmuşdur. Üstəlik həmin sərəncamda da mülkiyyətçilərin mənzillərinin Pilot layihə əsasında sökülməsi və ya alınması nəzərdə tutlmayıbdır. İddiaçı məhkəmədə yalnış fikir formalaşdırmaq üçün özündən uydurma müddəalar yazaraq sanki bu tikinti işlərinin dövlət layihəsi olması barədə fikir formalaşdırır. Üçüncüsü iddiaçı onların əmlaklarını öz istədiyi qiymətə almaq üçün onları çıxılmaz vəziyyətə salır, mənzillərini dəyərindən qat-qat aşağı qiymətə alıb yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binası inşa edib milyonlara sahiblənmək istəyir. Bunları nəzərə alıb İddiaçı onlara qarşı olan iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edirlər. İlkin iddia ərizəsi üzrə Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 Süleyman qızı, Cavabdeh2 qarşı “mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması” tələbinə dair ilkin iddia ərizəsinə etiraz təqdim edərək İddiaçı ona qarşı olan iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh3 ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “qanunsuz hərəkətlərin qadağan edilməsi, vurulmuş zərərin bərpası” tələbinə dair qarşlılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 2, 76 saylı mənzilə qanunsuz müdaxilələrin, söküntü-tikinti işlərinin həyata keçirilməsini, daşınmaz əmlakının sökülərək məhv edilməsini, binaya onun və ailə üzvlərinin daxil olmağına və gediş-gəlişlərinin çətinləşdirilməsinə səbəb olan hərəkətlərin, binaların bünövrələrini zədələməsini, mənzilə dair onun və ailə üzvlərinin istifadə hüquqlarının həyata keçirilməsinə maneə yaradılmasını İddiaçı MMC-yə qadağan edilməsi; ünvan 2 ünvanında yerləşən binanın mülkiyyətçilərinin ümumi istifadəsində olan iddiaçı tərəfindən yararsız hala salınmış binanın blokunda yerləşən dəhlizin divarlarının, pəncərələrinin, pilləkən qəfəslərinin iddiaçının hesabına iddiaçı tərəfindən təmir və bərpa edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, yaşayış sahəsi 47 kv.m, yardımçı sahəsi 13 kv.m olmaqla ümumi sahəsi 60 kv.m olan ünvan 2, 76 saylı mənzilə dair mülkiyyət hüququ 02 dekabr 2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Bu barədə AR ƏMDKY DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən MA seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Hal-hazırda mənzilinin ümumi faktiki sahəsi 60 kv.metrdən daha çoxdur. Mülkiyyətində olan mənzildə həyat yoldaşı, üç övladı və yaşlı anası olmaqla cəmi altı nəfər yaşayırlar. Mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən binanın mülkiyyətçilərinin ümumi istifadəsində olan blokda yerləşən dəhlizin divarları, pəncərələri, pilləkən qəfəsləri iddiaçı “Smartdom’ MMC tərəfindən məhkəmə qərarı olmadan qanunsuz olaraq sökülərək yarasız hala salınmışdır. Bu isə öz növbəsində onun və ailə üzvlərinin yaşadıqları mənzilə giriş-çıxışlarını çətinləşdirmişdir. Bundan başqa, internetdən istifadələri də iddiaçı tərəfdən qanunsuz olaraq məhdudlaşdırılmışdır. Bu səbəbdən də uşaqlarının gündəlik təhsil zamanı zəruri olan internet resurslarından istifadəsi mümkünsüz olmuşdur. İddiaçının qanunsuz müdaxiləsi onun və bütün ailə üzvlərimin narahatçılığına səbəb olmuşdur. Qeyd olunanlardan başqa, iddiaçının iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etdiyi 21 aprel 2020-ci il tarixli 80 nömrəli Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamının birinci bəndində qeyd olunur ki, ünvan 3 ünvanlarında yerləşdiyi 1.74 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri və ya mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilir. Belə ki, qüvvədə olan beynəlxalq və Azərbaycan Respublikası qanunvericiliyinin, eyni zamanda sözügedən Sərəncamın tələblərinə görə yalnız mülkiyyətçilərin və istifadəçilərin razılığı əsasında, yəni ədalətli kompensasiya verilməklə daşınmaz əmlaklar sökülə bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ Konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, iddiaçının müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Göründüyü kimi iddiaçının müdaxiləsi qanunla nəzərdə tutulmuş şərtlərə uyğun şəkildə həyala keçirilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1536/2023 saylı, 04 may 2023cü il tarixli qətnaməsi ilə ilkin iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 192 ünvanında yerləşən 104 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 46 kv.m. olan, 1 otaqlı təmirli 1 mənzil verilsin və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməsi, Cavabdeh5 məxsus Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 192 ünvanında yerləşən 86 saylı mənzilin əvəzinə yeni tikilən binada hər birinin sahəsi 84 kv.m. olmaqla cəmi 168 kv.m. olan 3 otaqlı təmirli 2 mənzil verilməsi və yeni mənzillər təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməsi, Cavabdeh6 məxsus Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 192 ünvanında yerləşən 97 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 46 kv.m. olan, 1 otaqlı təmirli 1 mənzil verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 192 ünvanında yerləşən 76 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 57 kv.m. olan 2 otaqlı və sahəsi 35 kv.m. olan 1 otaqlı cəmi 92 kv.m. təmirli yeni 2 mənzil verilməsi və yeni mənzillər təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh7 Süleyman qızına Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 192 ünvanında yerləşən 72 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 84,5 kv.m. olan, 3 otaqlı təmirli yeni 1 mənzil verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün onlara 700 manat kirayə haqqı ödənilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 192 ünvanında yerləşən 85 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 84 kv.m. olan, 3 otaqlı təmirli yeni 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməsi, köhnə binanın sökülüb, ərazinin təmizlənməsi İddiaçınə həvalə edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsində yerləşən 192 saylı binadan cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 Süleyman qızı və Cavabdeh2 çıxarılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4 və 17-ci, Mülki Məcəllənin 5.3, 16.1, 152.6, 560.1 və 560.2-ci maddələri, Konstitusiya Məhkəməsinin Plenum qərarları, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə əsaslandıraraq göstərmişdir ki, cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə faktiki yerində müəyyən edilmiş yaşayış sahəsinə 20 faiz əlavədən daha çox sahə olmaqla yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün yaşadıqları mənzilin otaq sayı, kvadratı nəzərə alınmaqla müvafiq olaraq 450 və 700 manat məbləğində kirayə haqq ödənilməsi öhdəliyini İddiaçı MMC öz üzərinə götürür. Göründüyü kimi, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehlərə edilən həmin təkliflər, Sərəncamla İddiaçı MMC-nin üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MMC bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. İlkin iddia üzrə İddiaçı MMC-nin irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MMC tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Məhkəmə bu zaman xüsusilə qeyd etmişdir ki, Sərəncamı icra edən ilkin iddia üzrə İddiaçı MMC tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdehlərin məhkəmə iclasında verdikləri izahatlarında razılıq üçün qeyd etdikləri tələblər, ilkin iddia üzrə İddiaçı MMC kifayət qədər əlverişli şərtlərlə və ağlabatan təklifləri ilə razılaşmamaları onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçı MMC tərəfindən ərazidə yerləşən yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi həyata keçirilsə də, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlərin mübahisəli mənzillərlə əlaqədar, faktiki yerində müəyyən edilmiş yaşayış sahəsinə 20 faizdən çox əlavə sahə olmaqla təklif edilən mənzillər, habelə mənzillər hazır olanadək kirayə bazarına uyğun məbləğdə kirayə haqlarının ödənilməsini təklif edən İddiaçı MMC ilə razılaşmamaları onların hüquqdan suiistifadə etmələri kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə, cavabdehlərin mənzillərə görə MMC-dən əsassız olaraq real olmayan qiymət tələb etmələrində və ya şərtlər irəli sürmələrində ifadə olunur. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, ilkin iddia üzrə cavabdehlər ilkin iddia üzrə İddiaçı MMC tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onların bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Məhkəmə qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyrimütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Qarşılıqlı iddia ərizəsi üzrə irəli sürülmüş tələb hüquqdan sui-istifadədir, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi haqqında xx.xx.2020-ci il tarixli Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MMC tərəfindən öhdəliyinin icrasına əsassız olaraq maneə yaradır. Həmçinin iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, bina həqiqətən də qəzalı vəziyyətdədir, binanın istismar müddəti artıq bitmiş və texniki vəziyyətinə görə həmin binada yaşayış yolverilməz hesab edilir. Həmin qətnamədən Cavabdeh3 nümayəndəsi-vəkili Nümayəndə6 apelyasiya şikayəti verərək qətnamənin “iddia ərizəsinin qismən təmin edilməsi” və “qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi” hissəsində ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Qətnamədən həmçinin Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh7 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4521/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 1536/2023 saylı, 04 may 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh3 vəkili-nümayəndəsi Nümayəndə6 tərəfindən verilmiş apellyasiya şikayətindən Cavabdeh3 imtinası qəbul olunaraq ona münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilmişdir. Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Pilot layihəni icra etmir nə də ki, onlar mənzillər olan ünvanla bağlı nə Azərbaycan Respublikasının Prezidentinin, nədə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin pilot layihəyə dair hər hansı qərarı, sərəncamı yoxdur. İkincisi, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 21 aprel 2020-ci ıl tarixli 80 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 192 saylı binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazinin təsdiq olunmuş tikinti- planlaşdırma sənədlərinə uyğun olaraq, həmin torpaq sahəsində yüksək mərtəbəli yeni yaşayış binasının tikintisinin layihələndirilməsi üçün İddiaçınə icazə verilməsi barədə Sərəncamı mülkiyyətçilərin razılığı alınmadan verilməklə tamamilə qanunsuz və əsassız olmuşdur. Üstəlik həmin sərəncamda da mülkiyyətçilərin mənzillərinin Pilot layihə əsasında sökülməsi və ya alınması nəzərdə tutulmayıbdır. İddiaçı məhkəmədə yalnış fikir formalaşdırmaq üçün özündən uydurma müddəalar yazaraq sanki bu tikinti işlərinin dövlət layihəsi olması barədə fikir formalaşdırır. Üçüncüsü iddiaçı onların əmlaklarını öz istədiyi kimi qiymətə almaq üçün onları çıxılmaz vəziyyətə salır, mənzillərini dəyərindən qat-qat aşağı qiymətə alıb yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binası inşa edib milyonlara sahiblənmək istəyir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli sənədə əsasən idarədən bildirilir ki, "xxxx" MMC-nə Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, 192 ünvanında tikinti işlərinin aparılmasına icazə verilməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsininxx.xx.2021-ci il tarixli məktubu ilə bildirilib ki, Bakışəhəri, Yasamal rayonu, X13 küçəsi, 1 92 ünvanında "xxxx" MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən yaşayış və qeyri yaşayış binalarının şəhərsalma əsaslandırılması qüvvədən düşmüşdür. Ona görə də məhkəmədə tərəflərindən vəsatət verilərək iş üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi ilə birgə razılaşdırılmış Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, 192 ünvanında inşa ediləcək binanın təsdiq edilmiş layihəsinin iddiaçı tərəfdən təqdim edilməsi və aidiyyatı qurumlara sorğu verilib alınması barədə müvafiq qərardad qəbul edilməsi xahiş olunmuşdur. Lakin elə həmin anda iddiaçı bildirmişdir ki, binanın təsdiq edilmiş layihəsi yoxdur. Belə olan halda işə baxan hakim cavabdehləri qanunsuz olaraq mülkiyyətindən məhrum etməklə gələcək talelərini sual altında qoymuşdur. Məhkəmə özü də yerli baxış keçirməklə müəyyən etmişdir ki, iddiaçının fəaliyyəti qanunsuzdur. Hansı ki, elə təkcə bu faktın özü elə iddia tələbinin rədd edilməsi üçün kifayət edirdi. Amma nədənsə işə baxan məhkəmə qətnamədə bu xüsusatı qeyd etmir. Hətta məhkəmə iclasları vaxtı iddiaçıya tərəflərindən suallar verilərəkən o sualları cavablandıra bilmirdi, işə baxan hakim onları əlverişsiz vəziyyətə salmağa çalışırdı, iddiaçının mənafeyinə xidmət edən məsləhətlər verirdi. Məhkəmə ilkin iddia tələbinin rədd edilməsini və etiraz tələbinin əsaslılığını təşkil edən bu kimi ziddiyyətli halları araşdırmamış, heç buna dair təşəbbüsdə olmamışdır. İşə baxan hakim öz qətnaməsini ümumi hüquq normalarına istinad edərək əsaslandırmağa çalışır, lakin cavabdehlərin mülkiyyət hüquqlarının pozulmamasını əsaslandıra bilmir, özü də görür ki, cavabdehlərin tələbi əsaslıdır. Çox təəsüflər olsun ki, hüquqi baxımdan işə aidiyyatı olmayan tamamən başqa normalara və sübutlara istinad etməklə qiymət verilib. Məhkəmə öz qətnaməsinin 14-cü səhifəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi ”Azərdövlətsənayelayihə” DLİ-nun 16 mart 2023- cü il tarixli ünvan 6 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında rəyə istinad edir. Ancaq nəzərə almır ki, əgər tikinti şirkətinə verilən sərəncam 2020-ci ilin mart ayında verilibdir, rəyi isə düz 3 il keçdikdən sonra alınıb. Məhkəmə öz qətnaməsində onun mənzilinin sahəsini 60 kv.m olaraq qeyd etmişdir, lakin bu həqiqəti əks etdirmir. Belə ki, ona məxsus olan mənzilin ümumi olaraq faktiki sahəsi 160 Kv.m təşkil edir. Özü də mənzili birinci mərtəbədə yerləşir, mənzildən əlavə olaraq pilləkan qəfəsində onun 7 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi vardı, mənzilinin zirzəmisini təmir etmişdir yarım zirzəmi kimi istifadə edir. Bütün bunların hamısını işə baxan hakim öz gözləri ilə yerli baxış zamanı görmüşdür. O, hərbi qulluqçudur, hal-hazırda evindən xeyli uzaqda “N” saylı hərbi hissədə xidmət edir, vətəninə, dövlətinə, xalqına sədaqətlə xidmət edir. Baxmayaraq ki, təqaüddə idi yenidən vətəninin müdafiəsi uğrunda orduya xidmətə qəbul edilib xidmət aparır. Necə olur ki onunla eyni mərtəbədə olan qonşulara daha artıq kvadrat və pullar ödəyiblər, hətta məhkəmə qətnaməsində də bu ayrıseçkilik özünü göstərir. Ancaq ona daha da az məbləğ təklif edilir? Yasamal rayon Məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra cavabdehlərin bir neçəsi ilə razılıq əldə edilib onlara məhkəmə qətnaməsində olandan daha çox mənzil və pullar ödənilibdir. Halbuki ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələbinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bütün bu hallar işin həqiqi halları olaraq ilkin iddiaçının iddia tələbinin yalan üzərində qurulmasını tamamilə sübuta yetirir. Məhkəmə qətnaməsinin 9-cu səhifəsində qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi haqqında xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən ünvan 7 ünvanlarında, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 1.74 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə işə baxılan zaman təqdim etdikləri həmin layihələndirmənin qüvvədən düşməsinə qiymət verə bilməyib. Belə ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli sənədə əsasən idarədən bildirilir ki, "xxxx" MMC-nə Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, 192 ünvanında tikinti işlərinin aparılmasına icazə verilməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, 1 92 ünvanında "xxxx" MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən yaşayış və qeyri yaşayış binalarının şəhərsalma əsaslandırılması qüvvədən düşmüşdür. Məhkəmə iclasında iddiaçı bu halı təkzib edəcək sübut təqdim edə bilmədi, qanunsuz olaraq sahibkarlıq fəaliyyəti həyata keçirirlər. Hansı ki elə təkcə bu faktın özü elə iddia tələbinin təmin edilməməsi üçün kifayət edirdi. Amma nədənsə işə baxan məhkəmə qətnamədə bu xüsusatı qeyd etmir. Hətta həmin vaxtı iddiaçıya tərəflərindən suallar verilərkən o sualları cavablandıra bilmirdi, işə baxan hakim məhkəmə baxış iclasında yeni MMC-nin özünün tərtib etdiyi binanın layihəsini iş materiallarına əlavə edərək həmin sənədə eskiz layihə kimi qiymət verməyə çalışırdı. Məhkəmə ilkin iddia tələbinin rədd edilməsi təşkil edən bu kimi ziddiyyətli halları araşdırmamış, heç buna dair təşəbbüsdə olmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh7 birgə apellyasiya şikayəti digər cavabdehin apellyasiya şikayətinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə öz qətnaməsində onun mənzilinin sahəsini 65 kv.m olaraq qeyd etmişdir, lakin bu həqiqəti əks etdirmir. Belə ki, ona məxsus olan mənzilin ümumi olaraq faktiki sahəsi 160 Kv.m təşkil edir. Özü də mənzili yüksək təmir etdirmişdir. Bütün bunların hamısını işə baxan hakim öz gözləri ilə yerli baxış zamanı görmüşdür. O, xəstə anası və ailəsi həmin mənzildə yaşayır. Atası rəhmətə gedəndən sonra evi adına keçirilməyib, bunu məhkəmədə də bildirib. Lakin işə baxan məhkəmə bu hala heç bir hüquqi qiymət verməyib, sanki mənzildə yaşayan iki nəfər ele bil mülkiyyətçidir, digər mənzildə yaşayan şəxslərin aqibəti sual altında qalıb. Amma bu o demək deyil ki, xəstə anası ilə onu hansısa sahibkar atasının illər boyu zəhməti ilə əldə etdiyi əmlakından məhrum etsin!!! Üstəlik də rayon məhkəməsinin hakimi o cür iddia tələbini qanuni hesab etsin. Necə olur ki onunla eyni mərtəbədə olan qonşulara daha artıq kvadrat və pullar ödəyiblər, hətta məhkəmə qətnaməsində də bu ayrı-seçkilik özünü göstərir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsivəkili Nümayəndə3 ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərini qəbul etmədiyini göstərib təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh7 Süleyman qızına aid hissədə yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Mülki Məcəllə:
5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Şəhərsalma və Tikinti Məcəlləsi:
4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri: 4.2.1. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi. 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. 17.4. Yerin təkindən və torpaqdan qənaətlə və səmərəli istifadə olunmalıdır. Kənd təsərrüfatı, meşə və yaşayış məqsədləri üçün istifadə edilən ərazilər başqa məqsədlər üçün yalnız əsaslandırılmış zəruri ölçüdə nəzərdə tutulmalı və istifadə edilməlidir. 17.5. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.
Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehlərin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan və apellyasiya instansiyası məhkəməsinin iclasında tədqiq edilmiş: - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi haqqında xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən ünvan 7 ünvanlarında, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 1.74 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi ”Azərdövlətsənayelayihə” DLİ-nun 16 mart 2023-cü il tarixli ünvan 9 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında rəydən görünür ki, ünvan 9 ünvanda yerləşən yaşayış binası texniki cəhətdən qəzalı vəziyyətdədir, istismar üçün təhlükəlidir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Obyektin tikintisinə icazə vərəqəsindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən icarəçi İddiaçı MMC-yə ünvan 7 ünvanlarında icarəyə verilən 1.74 ha torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli 61 nömrəli Şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında Sərəncamından Çıxarışdan görünür ki, İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsində - Bakı şəhəri, Yasamal Rayonu, A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişdiyi ərazidə layihələndirilən 3 ədəd 1 girişli 14 mərtəbəli, 2 ədəd 1 girişli 12 mərtəbəli yaşayış binaları və 2-3 mərtəbəli qeyri-yaşayış binalarına dair tərtib olunmuş şəhərsalma əsaslanırmaları təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 24 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş ünvan 10 ünvanlarında İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən 2 ədəd 1 girişli 14 mərtəbəli, 3 ədəd 1 girişli 12 mərtəbəli yaşayış binaları və 4 ədəd 3 mərtəbəli qeyri-yaşyış binalarının şəhərsalma əsaslandırılması qüvvədən düşmüş hesab edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16 mart 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 80 nömrəli Sərəncamının 1-ci bəndinə uyğun ünvan 11 ünvanlarında şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 1,74 hektar torpaq sahəsi həmin tikililərin istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılaşma əsasında İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı istifadəsinə verilmiş və həmin Sərəncamla müvafiq nəzarətin təmin edilməsi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. İnşası nəzərdə tutulmuş tikintilərin şəhərsalma əsaslandırılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 24 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Şəhərsalma və tikinti qanunvericiliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin yuxarıda qeyd olunan sərəncamının tələblərinin yerinə yetirilməsi, narazılığa səbəb olan amillərin aradan qaldırılmasının təmin edilməsi və sənəsləşmə işləri tam başa çatdırılmadan tikinti işlərinin aparılmaması xahiş olunur. - Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 64 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 192 ünvanında yerləşən 5 mərtəbəli evin 1-ci mərtəbəsində 47 kv.m sahəsi olan 3 otaqlı 85 nömrəli mənzilin sahibi Cavabdeh2dur. Qeydiyyatda heç kim yoxdur. - Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 61 nömrəli Arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 192 ünvanında yerləşən 5 mərtəbəli evin 1-ci mərtəbəsində 47 kv.m sahəsi olan 3 otaqlı 72 nömrəli mənzilin sahibi X3r. Həmin mənzildə X2 həyat yoldaşı Cavabdeh7 Süleyman qızı, oğlu X8 qeydiyyatdadır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 192 ünvanında yerləşən ümumi sahəsi 61,60 kv.m olan 72 saylı mənzil xx.xx.2020- ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. - AZ-İİ 154444 seriya nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 73 nömrə ilə qeyd edilmişdir. - ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 192 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m, yaşayış sahəsi 47 kv.m olan 85 saylı mənzil xx.xx.2011-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının vətəndaş Nişad Mehdiyevə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamının müvafiq bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşyış tikililərin sökülməsi sakinlərin qarşılıqlı razılaşma əsasında mövcud qanunvericiliyə uyğun olaraq köçürülməsi MMC-nin vəsaiti hesabına həyata keçirilməlidir. İddiaçı MMC-nin rəhbərliyinə tapşırılmışdır ki, ayrılmış torpaq sahəsinə düşən bütün sakinlərin mövcud qanunvericilik çərçivəsində razılaşma əsasında köçürülməsi eləcə də həmin sakinlərin köçürülməsi müddətinədək olan dövrdə onların təhlükəsiz şəraitdə yaşayışının təmin olunması üçün müvafiq tədbirlər görsün. Vətəndaşa MMC ilə arasında yaranmış mübahisə mülkiyyətlə bağlı olduğundan iddiası ilə mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - xx.xx.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, İddiaçı MMC ünvan 2 ünvanında yerləşən, 5-ci mərtəbənin orta qapısı olan 111 saylı mənzili müqavilə ilə əldə etmiş, mənzildə söküntü işləri aparmış və mənzilin çöl qapısını yerindən çıxarıb aparmışdır. Mənzilin çöl qapısının olmaması gələcəkdə arzuolunmaz hansısa bir bədbəxt hadisənin baş verməsi ilə nəticələnə bilməsindən narahat olan blokda yaşayan mülkiyyətçiləri narahat etdiyindən bu aktı tərtib etmək məcburiyyətində qoymuşdur. - 2021-ci il tarixli "xxxx" MMC-nin İzahat yazısından görünür ki Bakı şəhəri Yasamal rayonu X13 və İsmayıl Talıblı küçələrinin kəsişməsinə yerləşən ərazidə layihələndirilən çoxmərtəbəli yaşayış binalarının şəhərsalma əsaslandırılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə razılaşdırılmışdır. Birinci instansiya məhkəməsinin 18 aprel 2023-cü il tarixli Məhkəmə Yerli Baxış İclasının Protokolundan görünür ki, ünvan 14 ünvanda yerləşən bina üzrə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, bina həqiqətən qəzalı vəziyyətdədir. Bina ilə üzbəüz dayandıqda sol tərəfində İddiaçı MMC-yə məxsus 2 əlavə bina tikilmişdir. Binanın xaricindən və daxilindən müşahidə etdikdə bəzi söküntü işlərinin aparıldığı görünür. Binanın əksər mənzillərində yaşayış yoxdur. Hazırda müəyyən edilir ki, qəzalı vəziyyətdə olan binada yalnız mülki iş üzrə cavabdehlər yaşayırlar. Binanın bəzi pilləkənlərində pilləkən qəfəsləri mövcud deyil. Binanın arxa tərəfindən də müşahidə etdikdə qəzalı vəziyyətdə olduğu görsənir. Protokolda qeyd edilənlər protokola əlavə edilmiş fotoşəkillərlə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı ilk növbədə qeyd etməyi zəruri sayır ki, ünvan 3 ünvanlarında yerləşdiyi 1.74 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri və ya mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsinə nəzərdə tutulmasına dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin Smartdom” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında “xx.xx.2020-ci il tarixli Sərəncamı, həmçinin, ünvan 9 ünvanda yerləşən yaşayış binası texniki cəhətdən qəzalı vəziyyətdə olmaqla, istismar üçün təhlükəli olmasına dair Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi ”Azərdövlətsənayelayihə” DLİ-nin 16 mart 2023-cü il tarixli ünvan 9 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında rəyi, eləcə də, İddiaçı MMC-yə ünvan 7 ünvanlarında icarəyə verilən 1.74 ha torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilməsinə dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Obyektin tikintisinə icazə vərəqəsi hazırki vaxta kimi qüvvədədir. Apellyasiya şikayətlərinin sərəncam və icazənin mülkiyyətçilərin razılığı alınmadan verilməklə tamamilə qanunsuz və əsassız olması, sərəncamda mülkiyyətçilərin mənzillərinin Pilot layihə əsasında sökülməsi və ya alınması nəzərdə tutulmaması kimi dəlillər ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən sənədlərin qəbul edilməsində məqsəd apellyatorların yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılmasına xidmət edir ki, bu da ilk növbədə onlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Bununla bağlı iddiaçıya verilən yuxarıda sadalanan sənədlər əsasında iddiaçı, apellyatorların yaşadıqları binanı yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında onlara faktiki yerində müəyyən edilmiş yaşayış sahəsinə 20 faiz əlavədən daha çox sahə olmaqla yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün yaşadıqları mənzilin otaq sayı, kvadratı nəzərə alınmaqla müvafiq olaraq 450 və 700 manat məbləğində kirayə haqq ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Göründüyü kimi, tikinti işlərini aparan iddiaçı tərəfindən apellyatorlara edilən həmin təkliflər, Sərəncamla İddiaçı MMC-nin üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MMC bu vəzifəsini yerinə yetirməkdən imtina etmir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı yuxarıda sadalanan, qüvvədə olan sənədlər əsasında apellyatorların yaşadıqları binanı yerində tikiləcək çoxmərtəbəli yaşayış binasını tikib istifadə verməyə səlahiyyətlidir və apellyatorlar bu sənədlərin ləğvi, etibarsızlığı ilə bağlı hər hansı məhkəmə qərarı təqdim etməmiş, iddiaçı tərəfin belə bir qərarlarının mövcud olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan hallar apellyatorların qanunsuz olaraq mülkiyyətindən məhrum etmələri, öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Çünki, yuxarıda qeyd edildiyi kimi, apellyatorların yaşadıqları mənzillərin əvəzinə iddiaçı 20 faiz əlavədən daha çox sahə olmaqla yeni mənzillər verilməsi öhdəliyinin daşıyıcısıdır və iş materiallarından görünür ki, Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MMC tərəfindən hər hansı maneə yoxdur. Əksinə, iddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Bu qənətinə əsaslanaraq məhkəmə kollegiyası apellyatorların əmlaklarını öz istədiyi kimi qiymətə almaq üçün onları çıxılmaz vəziyyətə salması, mənzillərini dəyərindən qat-qat aşağı qiymətə alıb yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binası inşa edib milyonlara sahiblənmək istəyi kimi dəlilərini məntiqsiz və əhəmiyyətsiz sayır. Kollegiya həmçinin qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). İş materiallarından görünür ki, işin mübahisəli halı apellyatorların iddiaçıya verilən təkliflərin onlara əlverişli olmaması, söküləcək əmlakın müqabilində ədalətli təkliflər irəli sürülməsi ilə bağlıdır. Apellyatorların şikayətlərində binanın sökülməsinə dair iddiaçıçya verilən icazələrin qanunsuzluğunu ümumi sözlərlə ifadə etsə də, onların şikayətlərinin əsas qayəsini məhz iddiaçı tərəfindən verilən təkliflərlə razılaşmamaları təşkil edir. Kollegiya qeyd edir ki, iddiaçı ilə qarşılıqlı razılaşma olduğu təqdirdə təbii ki, onlar iddiaçıya verilən icazələrin qanuni olub-olmaması məsələsi onlar üçün ümumiyyətlə heç bir maraq kəsb etməzdi. Buna görə də onlar edilən təkliflərin əlverişli olmamasını vurğulamaqla yanaşı verilən icazələrin qanuniliyini digər instansiyalarda mübahisələndirmədikləri halda bu sənədlərin düzgün olmamasına dair şikayətlərdə irəli surülən dəlilləri iddiaçını bir növ öz istəklərinə uyğunlaşmağa meyilləndirməyə çalışırlar ki, bu da kollegiyanın qənaətinə görə hüquqdan sui-istifadədir. Təsadüfi deyildir ki, birinci instansiya məhkəməsi də həmçinin də bu baxımdan cavabdehlərin məhkəmə iclasında verdikləri izahatlarında razılıq üçün qeyd etdikləri tələblər, ilkin iddia üzrə İddiaçı MMC kifayət qədər əlverişli şərtlərlə və ağlabatan təklifləri ilə razılaşmamaları onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirmişdir. Belə ki, məhkəmə düzgün olaraq bu sui-istifadəni cavabdehlərin mənzillərə görə MMC-dən əsassız olaraq real olmayan qiymət tələb etmələrində və ya şərtlər irəli sürmələrində ifadə olunmasına qeyd etmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Apellyator Cavabdeh2 şikayətinin dəlillərinə əsasən ona məxsus olan mənzilin ümumi olaraq faktiki sahəsi 160 kv.m təşkil edir və mənzili birinci mərtəbədə yerləşməklə, mənzildən əlavə olaraq pilləkan qəfəsində onun 7 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi var, həmçinin mənzilinin zirzəmisini təmir etmişdir yarım zirzəmi kimi istifadə edilir. Apellyator onunla eyni mərtəbədə olan qonşusu Cavabdeh5 daha artıq kvadrat və pullar ödənilməsini qeyd edərək məhkəmə qətnaməsində də bu ayrı seçkiliyin özünü göstərməsinə istinad edir. Kollegiya bu dəlillə əlaqədar iddiaçı tərəfin möveyi ilə razılaşır və hesab edir ki, razılaşma hər bir sakinə məxsus faktiki yaşayış və qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi sahənin ölçüsüi ilə bağlıdır. Müəyyən edilmişdir ki, apelytorun rəsmi yaşayış sahəsindən kənar digər faktiki sahəsi olmadığı halda iddiaçıdan daha artıq kvadrat və pul tələb edir. Kollegiyanın mövqeyinə görə appelyatorla eyni mərtəbədə olan digər qonşuda isə həm yaşayış, həm də yaşayış sahəsindən kənar digər faktiki sahəsi olduğu üçün onunla olan razılaşma apellyator ilə olan razılaşmadan fərqli olmasına dair iddiaçının dəlilləri inandırıcı və ağlabatandır. Belə ki, tərəflərin izahatlarından görünür ki, apellyatorun rəsmi yaşayış sahəsindən kənar digər faktiki sahəsi yaşıyış kimi istifadə edilməyərək yalnız hasara alınmışdır, onunla eyni mərtəbədə olan digər qonşusu isə rəsmi yaşayış sahəsindən kənar digər faktiki sahədən yaşayış kimi istifadə edir, başqa sözlə, həmin sahə qapalı vəziyyətdə yaşayış üçün yararlı hala salınmışdır və bu müəyən edilmiş hallar tərəflərin izahatları baxımından mübahisəsizdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh7 birgə apellyasiya şikayətinin dəlilləri də onunla eyni mərtəbədə olan qonşulara daha artıq kvadrat və pullar ödənilməsi ilə bağlı olduğundan bu dəlillərlə bağlı məhkəmə kollegiyası möqeyi digər şikayətin dəlilləri ilə olduğu kimi dəyişməzdir. Məhkəmə kollegiyası apellyasiya şikayətləri üzrə göstərilən nəticələrə gələrkən apellyatorların yaşadıqları ünvan üzrə binanın hazırki faktiki vəziyyətini (əksər hissəsinin sökülmüş və qəzalı) eləcə də, binada çox az saylı sakinin qalaraq yaşamasını işin diqqətəlayiq halı kimi nəzərə alır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Göründüyü kimi, apellyatorların dəlilləri formal mülahizələrə əsaslanmışdır və birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərin aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1536/2023 saylı, 04 may 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özləriə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Kamran Əkbərov Sabit Bəhrəmzadə