Məhkəmə qərarları › İş №2(103)-4522/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4522/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4522/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, İddiaçı “AzərTürkBank” açıq səhmdar cəmiyyəti nümayəndəsi X2, Cavabdeh1-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(006)- 582/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X8” ASC iddia ərizəsi, iddia tələbi həcminin artırılması ilə məhkəməyə müraciət edərək, ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 noyabr 2017-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1-dən, Cavabdeh2 və Cavabdeh3 ASC-nin xeyrinə 1.203414,91 ABŞ dolları əsas, 114.476,34 ABŞ dolları faiz, 36.892,66 ABŞ dolları cərimə, cəmi borc 1.354 783,91 ABŞ dollarının tutulması, tutmanın ilkin satış qiyməti 790000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Quliyev Zəfər Bayram oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospektində yerləşən 15 nömrəli evin 245 saylı mənzilinə, ilkin satış qiyməti 160000 manat müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1684 nömrəli evinə, ilkin satış qiyməti 170000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh12 məxsus Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən 5 nömrəli evin 102 nömrəli mənzilinə, ilkin satış qiyməti 66000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2021 saylı bağ sahəsində yerləşən 0,11 ha torpaq sahəsinə, ilkin satış qiyməti 60000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2021A saylı bağ sahəsinə, ilkin satış qiyməti 72000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2022 saylı bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsinə, ilkin satış qiyməti 180000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Abşeron rayonu,Masazır kəndində yerləşən 0,04 ha torpaq sahəsinə və onun üzərində olan fərdi yaşayış evinə, ilkin satış qiyməti 72000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh10 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2023 saylı bağ sahəsinə, ilkin satış qiyməti 72000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh10 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2023 a saylı bağ sahəsinə, ilkin satış qiyməti 632000 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh9 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 119-da yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetləri açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbi satılmış əmlakların hesabına ödənilməsi; ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesində yerləşən 5 saylı evin, 102 saylı mənzil satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 və digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılması, Cavabdeh11 məxsus Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel pr-tində yerləşən 15 nömrəli evin 245 saylı mənzili satıldıqdan sonra 1 ay ərzində boşaldılması, Cavabdeh5 məxsus Abşeron rayonu, Masazır kəndində 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi satıldıqdan sonra 1 ay ərzində boşaldılması, Cavabdeh7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1684 nömrəli evi satıldıqdan sonra 1 ay ərzində boşaldılması, Cavabdeh9 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 119-da yerləşən qeyri yaşayış sahəsi satıldıqdan sonra 1 ay ərzində boşaldılması, Cavabdeh4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2021 saylı bağ sahəsi satıldıqdan sonra 1 ay ərzində boşaldılması, Cavabdeh8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2021 saylı bağ sahəsi satıldıqdan sonra 1 ay ərzində boşaldılması, Cavabdeh6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2022 saylı bağ sahəsi satıldıqdan sonra 1 ay ərzində boşaldılması, Xəlilov Söhbət Həzər oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2023 saylı bağ sahəsi satıldıqdan sonra 1 ay ərzində boşaldılması, Cavabdeh10 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2023a saylı bağ sahəsi satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 2(006)- 582/2019 saylı qətnaməsi aşağıdakı qaydada qət edilmişdir. İddia qismən təmin edilmiş "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.11.2017-ci il tarixli 01 saylı Kredit Müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1-dən, Cavabdeh2 və Cavabdeh3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1203414,91 (bir milyon iki yüz üç min dörd yüz on dörd ABŞ dolları doxsan bir sent) ABŞ dolları əsas,113 525.81 (bir yüz on üç min beş yüz iyirmi beş ABŞ dolları səksən bir sent) ABŞ dolları faiz, 500 (beş yüz ABŞ) ABŞ dolları cərimə, cəmi 1317440,72 (bir milyon üç yüz on yeddi min dörd yüz qırx ABŞ dolları yetmiş iki sent) ABŞ dolları pul tutulmuş;

1. Tutma ilkin satış qiyməti 870 000 (səkkiz yüz doxsan min) AZN məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh11 məxsus, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospektində yerləşən 15 nömrəli evin 245 saylı mənzilinə:

2. İlkin satış qiyməti 160 000 (bir yüz altmış min) AZN məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh7 məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1684 nömrəli evinə;

3. İlkin satış qiyməti 170 000 (bir yüz yetmiş min) AZN məbləğində, müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh12 məxsus, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən 5 nömrəli evin 102 nömrəli mənzilinə;

4. İlkin satış qiyməti 66 000 (altmış altı min) AZN məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2021 saylı bağ sahəsində yerləşən 0.11 ha torpaq sahəsinə;

5. İlkin satış qiyməti 60 000 (altmış min) AZN məbləğində müəyyən edilməklə, tam mülkiyyət hüququ üzrə Cavabdeh8 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2021 A saylı bağ sahəsinə;

6. İlkin satış qiyməti 72 000 (yetmiş iki min) AZN məbləğində müəyyən edilməklə, tam mülkiyyət hüququ üzrə Cavabdeh6 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2022 saylı bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsinə;

7. İlkin satış qiyməti 180 000 (bir yüz səksən min) AZN məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,04 ha torpaq sahəsinə və onun üzərində olan fərdi yaşayış evinə;

8. İlkin satış qiyməti 72 000 (yetmiş iki min) AZN məbləğində müəyyən edilməklə, tam mülkiyyət hüququ üzrə Cavabdeh10 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2023 saylı bağ sahəsinə;

9. İlkin satış qiyməti 72 000 (yetmiş iki min) AZN məbləğində müəyyən edilməklə, tam mülkiyyət hüququ üzrə Cavabdeh10 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2023 a saylı bağ sahəsinə;

10. İlkin satış qiyməti 1.050.000 (bir milyon əlli min) AZN məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh9 məxsus, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 119-da yerləşən qeyriyaşayış sahəsinə yönəldilsin, ipoteka predmetləri açıq hərrac vasitəsilə satılsın və bankın kredit tələbi satılmış əmlakların hesabına ödənilsin;

11. İpoteka predmeti olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar Şossesiində yerləşən 5 saylı evin, 102 saylı mənzili satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 və digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılsın.

12. Cavabdeh11 məxsus, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospektində yerləşən 15 nömrəli evin 245 saylı mənzili satıldıqdan sonra 1 ay ərzində boşaldılsın,

13. Cavabdeh5 məxsus, Abşeron rayonu, Masazır kəndində 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi satıldıqdan sonra 1 ay ərzində boşaldılsın,

14. Cavabdeh7 məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1684 nömrəli evi satıldıqdan sonra 1 ay ərzində boşaldılsın.

15. Cavabdeh9 Əiimusa qızına məxsus, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 119-da yerləşən qeyri-yaşayış sahəsi satıldıqdan sonra 1 ay ərzində boşaldılsın.

16. Cavabdeh4 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2021 saylı bağ sahəsi satıldıqdan sonra 1 ay ərzində boşaldılsın.

17. Cavabdeh8 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2021 saylı bağ sahəsi satıldıqdan sonra 1 ay ərzində boşaldılsın.

18. Cavabdeh6 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2022 saylı bağ sahəsi satıldıqdan sonra 1 ay ərzində boşaldılsın.

19. Cavabdeh10 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2023 saylı bağ sahəsi satıldıqdan sonra 1 ay ərzində boşaldılsın.

20. Cavabdeh10 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan2023 a saylı bağ sahəsi satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qəğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etimişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də vəsatəi təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş əlavə iddia tələbində faizlər düzgün hesablanmamış, buna görə də təkrar məhkəmə ekspertizası keçirilməli idi. Məhkəmə isə bu hallara qiymət vermədən vaxtından əvvəl qətnamə qəbul etmişdir. Məhkəmə iclasında Cavabdeh1-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı “AzərTürkBank” açıq səhmdar cəmiyyəti nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. Məhkəmə mühasibatlıq ekspertizasının 10 sentyabr 2019-cu il tarixli 7856 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış, ödəniş qəbzləri məlumatları və 10 noyabr 2017-ci il tarixli 01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1-nin 29 yanvar 2019-cu il tarixə (iddia tələbində göstərilən tarixə) ASCyə olan borcu əsas borcu üzrə 1 203 415 ABŞ dolları, faiz borcu üzrə 45211,97 ABŞ dolları müəyyən olunur. İş materiallarında müvafiq sənədlər olmadığından 10 noyabr 2017-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən ayrılmış kredit məbləğinin hansı məqsədlər üçün istifadə olunması eləcə də təyinatı üzrə xərclənib xərclənməməsini müəyyən etmək mümkün olmadı. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə mühasibatlıq ekspertizasının 10 sentyabr 2019-cu il tarixli 7856 saylı rəyi tam olmadığından, yəni faiz borcunun məbləği 29 yanvar 2019-cu il tarixədək hesablandığından, iddia tələbinin həcmi isə 16.10.2019-cu il tarixdə yenidən artırıldığından, qeyd olunan dövrədək olan faiz borcunun düzgünlüyünü yoxlamaq üçün xüsusi biliyə malik ekspertin köməyindən istifadə edilməli və rəy alınmalıdır. Ona görə də, iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın təmin edilməyən hissəsi üzrə təmin edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni faiz borcunun məbləği hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Əvvəla, birinci instansiya məhkəməsində tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Şikayətin dəlilləri demək olar ki, ekspertiza rəyi ilə bağlıdır. Belə ki, ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Məhkəmə iddia tələbi iddiaçı tərəfindən artırıldıqdan sonra əlavə məhkəmə mühasibatlıq ekspertizası keçirərək rəy almamışdır. Apellyasiya baxışı zamanı keçirilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasının 08 sentyabr 2021-ci il tarixli 9/3875 nömrəli rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış, ödəniş qəbzləri məlumatları və 10.11.2017-ci il tarixli 01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1-nin 16.10.2019-cu il il tarixə (iddia tələbində göstərilən tarixə) banka 1 203 415 ABŞ dolları əsas, 113940,34 ABŞ dolları faiz borcu mövcuddur. Göründüyü kimi, Cavabdeh1-nin vəsatəti təmin edilsə də, ekspertiza rəyi ilə onun şikayətinin əsaslı olduğu təsdiq edilmədi. Buna görə də, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar tapmadı. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-582/2019 saylı, 30 oktyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri – 150 (yüz əlli) manat Cavabdeh1-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar