Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4527/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Bakı şəhər Təcili və X4 Stansiyası” X15rşı mülki iş üzrə (Açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil Əlisəftər oğlunun və cavabdeh “Bakı şəhər Təcili və X4 Stansiyası” X16 nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3436/2023 saylı, 07 sentyabr 2023cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən 03 fevral 2014-cü il tarixli və 18 dekabr 2019-cu il tarixli Sertifikasiya Şəhadətnamələrinə əsasən, İddiaçı həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində terapiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 30 iyun 2015-ci il tarixdə verilmiş Fəxri Fərmana əsasən, İddiaçı 1-ci Avropa Oyunlarında tibbi xidmətin təmin edilməsində öz vəzifəsini yüksək səviyyədə icra etdiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən verilmiş 01 may 2019-cu il tarixli vəsiqəyə əsasən İddiaçı xx.xx.2024- cü il tarixə kimi İİ qrup əlillik verilmişdir.
4. “Bakı şəhər Təcili və X4 Stansiyası” X16 Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş tarix qeyd olunmadan Xasiyyətnaməyə əsasən, İddiaçı xx.xx.1990-cı ildə Bakı şəhər Təcili və X4 Stansiyasının 9 saylı bölməsinə səyyar həkim vəzifəsinə işə qəbul olunmuş, həmin vaxtdan 8, 3, 8, 20, 21, 18, 20, 15 saylı bölmələrdə həkim, əməliyyat və hospital işlərinin təşkili şöbəsində böyük həkimi, səyyar həkim, bölmə müdiri kimi vəzifələrdə çalışmış, 2016-cı ildən etibarən üzərinə düşən vəzifələrin icrası ilə bağlı nöqsanlara yol verməyə başlamış, yol verdiyi nöqsanlara görə ona xx.xx.2017-ci il tarixdə “şiddətli töhmət”, xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət”, xx.xx.2023-cü il tarixdə isə “töhmət” intizam tənbehləri verilmişdir.
5. “Bakı şəhər Təcili və X5 Stansiyası” PHŞ-in 05 mart 2022-ci il tarixli 690-k saylı əmrinə əsasən, xx.xx.2022-ci il tarixdə 15 saylı bölmədə İddiaçı 21:00-da iş növbəsindən çıxarkən narkotik və psixotrop dərman preparatları saxlanan 2 saylı qutunu təhvil vermək istədikdə, qutunun olmadığının aşkar edilməməsi səbəbindən, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə PHŞ-nın həkim heyətinin təcili və X4 üzrə həkimi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətlə töhmət verilmişdir. Əmrə akt və izahat əlavə olunmuşdur.
6. “Bakı şəhər Təcili və X5 Stansiyası” PHŞ-in 17 yanvar 2023-cü il tarixli 108 saylı əmrinə əsasən, xx.xx.2022-ci il tarixdə 21/09 iş növbəsində 15 saylı bölmənin təcili və X4 üzrə həkimi İddiaçı çağırışların icrası zamanı istifadə etdiyi dərmanların tələbnaməsini yazmamış və iş növbəsi bitdikdən sonra bölməni tərk etmişdir. Bölmə müdiri tərəfindən həkimə irad bildirilərək, izahat yazması tələb edildikdə İddiaçı imtina etmişdir. Bu barədə bölmədə akt tərtib edilmişdir. Əmək funksiyasını keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə PHŞ-nin həkim heyətinin təcili və X4 üzrə həkimi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Əmrə inzibati tənbeh verilməsi haqqında təqdimatlar, akt, tibb bacılarının izahatları əlavə olunmuşdur.
7. X1 adından əlyazma ilə tərtib edilmiş və müraciətin edildiyi ünvan göstərilməmiş 13 may 2023-cü il tarixli müraciətin kserosurətində qeyd olunmuşdur ki, “xx.xx.1984-cü il təvəllüdlü. Şikayətim ondan ibarətdir ki, Lökbatan qəsəbəsindən Təcili tibbi yardım şöbəsi məni Semaşko xəstəxanasına gətirib. Xəstəxanada mənə gec baxıblar. Sizdən xahişim odur ki, Təcili tibbi yardım şöbəsində işləyən həkimə verdiyim pulu mənə geri qaytarsın. Həkimə 20 manat, sürücüyə 10 manat pul vermişəm. Yaşadığım ünvan: Lökbatan qəsəbəsi, massiv 1, 111 nöm. Dayanacağın yanı. Tel: **********, İmza Tarix. xx.xx.2023.”
8. “Bakı şəhər Təcili və X5 Stansiyası” PHŞ-nın 16 may 2023-cü il tarixli PHŞ-6-96/3- 1-2204/2023 saylı əmrinə əsasən, həmin PHŞ-nın həkim heyətinin təcili və X4 üzrə həkimi İddiaçı ilə bağlanmış 2652 nömrəli əmək müqaviləsinə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmrdə həmçinin işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə 18 təqvim günü ödənilməsi və işçi ilə son haqq-hesabın aparılması, işçiyə son haqq-hesabın, əmək kitabçasının və həmin əmrin surətinin Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi barədə göstəriş yer almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh “Bakı şəhər Təcili və X4 Stansiyası” X15rşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, PHŞ-6-96/3-1-2204/2023 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2023-cü il tarixədək Təcili və Təxirə salınmaz X8 müxtəlif bölmələrində həkim vəzifəsində çalışmışdır. 2014 və 2019-cu illərdə müvafiq olaraq sertifikasiyadan keçmiş və bu barədə iddiaçıya şəhadətnamələr verilmişdir. xx.xx.2015-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirinin 69-k nömrəli əmrinə əsasən 1-ci Avropa Oyunlarında tibbi xidmətin təmin edilməsində öz vəzifəsini yüksək səviyyədə icra etdiyinə görə iddiaçı fəxri fərmanla təltif edilmişdir. xx.xx.2019-cu il tarixdən isə iddiaçı 2-ci qrup əlildir. Heç bir əsas olmadan “Bakı şəhəri Təcili X4 Stansiyası” X16in xx.xx.2023-cü il tarixli əmri ilə “Bakı şəhəri Təcili X4 Stansiyası” X22i ilə iddiaçının arasında bağlanmış 2652 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi direktor vəzifəsini icra edən Təranə Şahməmmədovanın təqdimatı, “BŞT TTYS” X16 HİK-nin xx.xx.2023-cü il tarixli 577 nömrəli protokolu, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini nəzərə alaraq əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. Hesab edirlər ki, əmrin verilməsi üçün göstərilmiş əsaslar qanunsuzdur, Əmək Məcəlləsinin normaları pozulmuşdur və həmin əmr ləğv olunmalıdır. Qeyd olunmalıdır ki, işlədiyi son bir il ərzində X22 tərəfindən iddiaçıya heç bir intizam tənbehi verilməmiş, hər hansı növ intizam tədbirinin verilməsi barədə ona əmr təqdim edilməmiş və yaxud da barəsində intizam tənbehinin tətbiq edilməsindən əvvəl iddiaçıdan hər hansı izahat alınmamışdır. X21 Şəxs xx.xx.2023-cü il tarixli əmrin əsaslarından biri kimi 72-ci maddəsinin “ə” bəndinə istinad etmişdir. X22 tərəfindən işlədiyi son bir il ərzində iddiaçıdan hər hansı izahat tələb edilməmişdir. Bundan başqa, X22 tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yenə də iddiaçının izahatı alınmamış, müqaviləyə xitam verilməsinin əsasları və işdən azad olunmasına dair səbəblər ona izah olunmamışdır. Yalnız əmrin verildiyi gün işdə olduğu zaman iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumat verilmişdir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrdə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində qeyd olunan şərtlərin hər hansı birinin mövcud olması barədə qeyd öz əksini tapmamış, müqaviləyə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır.
11. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, iddianın məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrdə Əmək Məcəlləsinin 71ci maddəsinin 2-ci bəndində qeyd olunan şərtlərin hər hansı birinin mövcud olması barədə qeyd öz əksini tapmamış, müqaviləyə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır. O, pul almamışdır. Kimsə onun adından pul ala bilər, amma o, pul almamışdır. O, iclasda bildirmişdir ki, ona pul verilməyib, ona pul çatmayıbdır. O, bu barədə yazılı izahat verib.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddiaçının izahatı ilə razı olduğunu bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, Həmkarlar İttifaqının iclası keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Həmin iclasda bir məsələ müzakirə edilmişdir. Bu məsələ iddiaçının xəstədən pul alması və xəstənin şikayəti olmuşdur. Həmçinin protokoldan görünür ki, iddiaçının 2016-cı ildə yol verdiyi pozuntular bir-bir sadalanmışdır. Ona qarşı “Qarayaxma kampaniyası” aparılmışdır. Hesab edir ki, bütün bunlar məsələni ağırlaşdırmaq məqsədilə edilmiş hərəkətlərdir. Bütün bu sənədlər sonradan tərtib edilmişdir. Əlavə olaraq onu da qeyd edir ki, iddiaçıdan şikayət vermiş Zakir Həsənov adlı şəxsə zəng edilərək, məhkəmədə şahid kimi ifadə verməsi təklif edilsə də, sonuncu bildirmişdir ki, şikayəti o, etsə də, iddiaçını tanımır. Zakir Həsənov həmçinin onu da bildirmişdir ki, cavabdeh tərəf ona gəlib orada ərizə yazmağı təklif etmişdir. Bu səbəbdən, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı uzun illər X17 işləmişdir. İşlədiyi müddətdə xeyli intizam pozuntusu törətmiş və buna görə intizam tədbirləri verilmişdir. İddiaçı onun barəsində verilmiş intizam tədbirlərindən heç bir nəticə çıxarmamışdır. İddiaçı pozuntu törətməyə davam etmişdir və ondan izahat almaq istəyərkən izahat verməkdən imtina etmişdir. Sonuncu dəfə 17 yanvar 2023-cü il tarixdə iddiaçıya töhmət verilmişdir. İddiaçı dəfələrlə çağırışda olmuş və bununla bağlı tələbnamə yazmalı olduğu halda, bunu etməmişdir. 14 may 2023-cü il tarixdə iddiaçı xəstədən çağırış zamanı pul almışdır. Tibb bacısı xəstədən pul almış, pulu iddiaçıya uzatmış və iddiaçı da həmin pulu qəbul etmişdir. Tibb bacısının bununla bağlı izahatı da vardır. Daha sonra xəstə bununla bağlı şikayət etmişdir. Bundan sonra iddiaçı aldığı pulu tibb bacısına geri vermişdir ki, xəstəyə qaytarsın, xəstə də şikayətini geri götürsün. Bu hadisələrədən sonra iddiaçının barəsində tədbirlər görülmüşdür. Əmri təqdim etmək üçün işçini dəvət etmiş, əmri təqdim etmişdirlər. İşçi əmri ya qəbul etmiş və imza edərək götürmüş, yaxud götürməkdən imtina etmişdir. İşçi sənədləri götürməkdən imtina etsə də, bu müvafiq aktla rəsmiləşdirilmişdir. Əmrlər kitabını məhkəməyə təqdim etmişdir. X22 2016-cı ildə düşünə bilməzdi ki, 2023-cü ildə iddiaçını işdən azad edəcək, ona görə də iddiaçının barəsində qarayaxma kampaniyası aparılsın. Ümumiyyətlə, iddiaçı intizamsız işçi olmuş və barəsində dəfələrlə intizam tənbeh tədbirləri görülmüşdür. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının törətdiyi əməli təsdiq edən videogörüntü və Zakir Həsənovun vermiş olduğu şikayətin surəti təqdim edilmişdir. Həmin sübutlarda iddiaçının törətmiş olduğu əməllər öz əksini tapmışdır.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, onlar həkimlə növbədə olduqları gün Zakir Həsənov adlı xəstə yaxınlaşmış və ağrılarının olduğunu bildirmişdir. Onlar isə həmin şəxsi “Covid19” virusu ilə əlaqədar avtomobilə aparmış və orada qəbul etmişlər. Həkim İddiaçı onu müayinə etdikdən sonra həmin şəxsi hospitala aparmışlar. Hospitala gedərkən xəstə ona 20 manat məbləğində pul vermiş, o, da həmin pulu avtomobilin pəncərəsindən həkim İddiaçı vermişdir. Xəstəni hospitala yerləşdirdikdən sonra “103” xidmətinin baş həkimi Bayramova zəng edərək xəstədən pul alıb-almadıqlarını soruşmuşdur. Həkim isə pul almadığını bildirmişdir. Sonra onu telefona çağırmışlar. O, isə telefonda heç nə danışmamışdır. Daha sonra onları X12 çağırmışlar. Mərkəzə çağırıldıqdan sonra ərizə yazaraq hadisəni olduğu kimi etiraf etmişdir. Bu hadisədən sonra ona sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişlər.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3436/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, iş materiallarından görünür ki, iddiaçıya əvvəllər, yəni, 17 yanvar 2023-cü il, 05 mart 2022-ci il tarixlərdə işəgötürən tərəfindən intizam tənbehləri verilmişdir. Lakin iddiaçı işlədiyi son bir il ərzində X22 tərəfindən ona heç bir intizam tənbehi verilməməsini, hər hansı növ intizam tədbirinin verilməsi barədə ona əmr təqdim edilməməsini və yaxud da barəsində intizam tənbehinin tətbiq edilməsindən əvvəl ondan hər hansı izahat alınmamasını göstərsə də, bu halların təsdiqi olaraq heç bir sübut təqdim etməmişdir. Əksinə iş materiallarında olan iddiaçının son intizam tənbehi ilə bağlı xx.xx.2022-ci il tarixdə verdiyi izahatı onun bu dəlillərini təkzib edir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçıya 16 may 2023-cü il tarixdə tətbiq edilmiş intizam tənbehinin əsasını xəstə Zakir Həsənovun “103” xidmətinə gələrək təcili yardım həkimi olan iddiaçıya və sürücüyə pul verdiyini bildirərək (30 manat), həmin pulun geri qaytarılmasını tələb etməsi ilə bağlı olmuşdur. Həmin ərizə ilə bağlı araşdırma zamanı çağırışda olan tibb bacısı Şahid öz izahatında pulu götürüb həkim İddiaçı verdiyini etiraf etmişdir. İddiaçı heç kimdən pul almamasını, onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən onun izahatının alınmamasını, müqaviləyə xitam verilməsi əsasları və işdən azad olunmasına dair səbəblər ona izah olunmamasını göstərsə də, məhkəmə hesab etmişdir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Məhkəmə iddiaçının barəsində qəbul edilmiş əmrin qanunsuz olması və barəsində verilən əmrin əsaslandırılmadan işdən çıxarılmağı barədə dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, onun işdən azad edilməsinə dair əmrin verilməsinə mühüm əsaslar mövcud olmuşdur. Bu əsaslar həm əmrin verilməsinə əsas direktor vəzifəsini müvəqqəti icra edən X2 təqdimatının, həm də cavabdehin işçisi Şahid hadisə ilə bağlı işəgötürənə verdiyi izahatın məzmunları ilə təsdiq edilir. Məhkəmə araşdırması zamanı da şahid qismində ifadə vermiş Şahid öz ifadəsində Zakir Həsənov adlı xəstədən pulu götürüb həkim İddiaçı verdiyini etiraf etmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı X16 15 may 2023-cü il tarixli iclasında iştirak edərək bu məsələ ilə bağlı izahat verərək həqiqətən də 20 manat pulun tibb bacısının ona ötürdüyünü etiraf etmiş, ona verilmiş pulun həmin anda xəstəyə qaytarmayaraq xəstə şikayət etdikdən sonra həmin pulu tibb bacısına verməsi barədə sualı isə cavablandırmaqda çətinlik çəkmişdir. Məhkəmə qeyd etmişdir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Şahid xəstə Zakir Həsənov ilə iddiaçı arasında baş vermiş pul alınıb verilməsi ilə bağlı hadisəni aydın və müfəssəl təsvir etmişdir. Özünün də ifadəsindən görünür ki, baş vermiş hadisə ilə bağlı ona qarşı da intizam tənbeh tədbiri görülmüşdür. Belə olan halda isə şahidin verdiyi ifadəsi ilə iddiaçıya münasibətdə hər hansı qərəzli münasibət olmasından söhbət gedə bilməz. Məhkəməyə təqdim edilmiş audiovizual materiallardan da göründüyü kimi, X16 həkimi olmuş iddiaçı tibb bacısından xəstənin verdiyi pul vəsaitini qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, göstərilənlər iddiaçının törətmiş olduğu əməllə bağlı onun barəsində hazırki intizam tədbiri görülməsinə əsas olduğundan, başqa sözlə, İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində nəzərdə tutulmuş əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə işəgötürən qanunla ona verilən səlahiyyətlər çərçivəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə uyğun ona “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbeh növünü vermək hüququndan istifadə etməkdə haqlı olmuş və əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulması hallarına yol verilməmişdir. Belə ki, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində qanuni əsaslarla verilmiş əmr Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
17. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddənin 1-ci bəndi, 10, 68-ci maddənin 1-ci hissəsi, 76, 70-ci maddənin “ç” bəndi, 71-ci maddənin 2-ci və 3-cü bəndi, 72-ci maddənin “ə” bəndi, 83, 186-ci maddənin 1, 2 və 3 hissələri, 187-ci maddənin 1 və 2-ci hissələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
18. Qətnamədən İddiaçı (nümayəndəsi və vəkili Vəkil Əlisəftər oğlu) apellyasiya şikayəti vermişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-689/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır. Göründüyü kimi iddiaçı dəfələrlə ciddi nöqsanlara yol vermiş, ona bir neçə dəfə intizam tənbehləri verilmişdir. xx.xx.2023-cü il tarixli əmrlə əmək funksiyasının keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə Əməl Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən iddiaçıya töhmət verilmişdir. Bu intizam tənbehinin verilməsindən sonra 6 ay ərzində təkrar əmək funksiyasını pozmuşdur. Təqdim edilmiş audiovizual materiallardan görünür ki, X16 həkimi olmuş İddiaçı tibb bacısından xəstənin verdiyi pul vəsaitini qəbul etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid öz ifadəsində Zakir Həsənov adlı xəstədən pulu götürüb həkim İddiaçı verdiyini etiraf etmişdir. İddiaçı X16 PHŞ-nın 15 may 2023-cü il tarixli iclasında iştirak edərək bu məsələ ilə bağlı izahat verməklə, həqiqətən də 20 manat pulun tibb bacısının ona ötürdüyünü etiraf etmiş, ona verilmiş pulun həmin anda xəstəyə qaytarmayaraq, xəstə şikayət etdikdən sonra həmin pulu tibb bacısına verməsi barədə sualı isə cavablandırmaqda çətinlik çəkmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Zakir Həsənov adlı şəxs ümumiyyətlə mövcud deyil, əslində həmin vətəndaşın soyadı və təvəllüdü yazılan ərizədəki ilə uyğunluq təşkil etmir. Həmin şəxslə əlaqə saxlanılaraq məhkəmədə şahid qismində ifadə verməsi ondan xahiş olunmuş, əvvəl razı olsa da, cavabdeh tərəfin təzyiqi ilə məhkəməyə gəlməkdən imtina etmişdir. Məhkəmə kollegiyası tərəfindən X10 şahid qismində dindirilmişdir. İddiaçının qeyd etdiyi kimi şəxsin soyadının fərqli olması müəyyən edilmişdir. Şahid ifadəsində qeyd olunanları başqa şəxsin xahişi ilə göstərilən təlimatlar əsasında həyata keçirdiyini bildirmişdir. Pulu da tibb bacısına verdiyini, sonuncu tərəfindən həkimə ötürüldüyünü qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, şahid tərəfindən verilən pulun iddiaçı tərəfindən qəbul edilməsi mübahisəsizdir. Bu hal iddiaçı tərəfindən intizam xətasına yol verildiyini göstərir. Hadisənin kiminsə “sifarişi” əsasında baş verib-verməməsi isə heç bir əhəmiyyət kəsb etmir, digər tərəfdən, şahid konkret ad çəkməmişdir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir, əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
21. Apellyasiya instansiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddənin 2-ci və 3-cü bəndləri, 72-ci maddəsinin “ə” bəndi, 83.1, 186-cı maddənin 1 və 2-ci hissələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1. və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat:
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1712/2024 saylı, 14 may 2024-cü il tarixli qərarı ilə İddiaçı (nümayəndəsi və vəkili Vəkil Əlisəftər oğlu) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-689/2024 saylı, 09 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
23. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işəgötürənin iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə uyğun olaraq - əmək funksiyasının keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə (çağırışların icrası zamanı istifadə etdiyi dərmanların tələbnaməsini yazmadığına və iş növbəsi bitdikdən sonra bölməni tərk etdiyinə görə) xx.xx.2023-cü il tarixli 108 saylı əmrlə “töhmət” intizam tənbehi verilməsi, iddiaçının da iddia ərizəsində qeyd etdiyi kimi ona intizam tədbirinin tətbiq edilməsi barədə əmrin surətinin təqdim edilməməsi, izahatının alınmaması, habelə cavabdehin PHŞ-6- 96/3-1-2204/2023 saylı əmrinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edildiyi 16 may 2023cü il tarixdə, iddiaçıya intizam tənbehinin verilməsi barədə yuxarıda qeyd olunan əmrin qüvvədə olması, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi əmrin əsası kimi - direktor vəzifəsini müvəqqəti icra edən Təranə Şahməmmədovanın təqdimatı, X16 Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli 577 nömrəli protokolu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini nəzərə alaraq əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin göstərilməsi işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməklə bağlı intizam tənbehlərindən birini verə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi isə digər pozuntularla yanaşı, həm də əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq işçinin altı ay ərzində təkrarən əmək funksiyasını pozması kimi, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində təsbit olunmuş əmək vəzifələrinin kobud pozulmasını da nəzərdə tutur. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması üçün əsas kimi, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin nəzərə alınması və əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması qeyd edilməklə, ona əvvəllər töhmət intizam tənbehinin verilməsi üçün əsas olmuş hala istinad edildiyindən, bu halda işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən mübahisələndirilən əmrlə yanaşı iddiaçıya töhmət intizam tənbehinin verilməsi barədə əmrin qanuniliyinə də hüquqi qiymət verilməli idi. İşdən göründüyü kimi, iddiaçıya töhmət verilməsi barədə xx.xx.2023-cü il tarixli 108 saylı əmrdə onun “çağırışların icrası zamanı istifadə etdiyi dərmanların tələbnaməsini yazmaması və iş növbəsi bitdikdən sonra bölməni tərk etməsi, bölmə müdiri tərəfindən həkimə irad bildirilərək, izahat yazması tələb edildikdə İddiaçı imtina etməsi, bu barədə bölmədə akt tərtib edilməsi, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdi” göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində ona intizam tədbirinin tətbiq edilməsi barədə əmrin surətinin təqdim edilmədiyini, izahatının alınmamasını göstərsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılmamış, iddiaçının ona “töhmət” intizam tənbehinin verilməsi barədə xx.xx.2023-cü il tarixli 108 saylı əmrdən məlumatlı olması və surətinin təqdim olunub-olmaması yoxlanılmamış, iddiaçının izahat verməkdən imtina etməsi barədə xx.xx.2022-ci il tarixli aktda qeyd olunan hallar iddiaçının fikirləri öyrənilməklə araşdırılmamışdır. Halbuki Əmək Məcəlləsinin 189-cu maddəsinin 3-cü hissəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. O da nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Apellyasiya instansiya məhkəməsi iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsinin əsasının xx.xx.2023-cü il tarixdə xəstə kimi Təcili və X4 Stansiyasına müraciət etmiş Zakir Həsənovun “103” xidmətinə gələrək təcili yardım həkimi olan iddiaçıya 20 manat və sürücüyə 10 manat pul verdiyini bildirərək, həmin pulun geri qaytarılmasını tələb etməsi ilə bağlı olmasını, qeyd olunan müraciətlə bağlı araşdırma zamanı çağırışda olan tibb bacısı Şahid öz izahatında və birinci instansiya məhkəməsində şahid qismində verdiyi ifadəsində Zakir Həsənov adlı xəstədən pulu götürüb həkim İddiaçı verdiyini bildirməsini göstərsə də, daha sonra apellyasiya məhkəməsində şahid qismində ifadəsi alınarkən Zakir Həsənov adlı şəxsin əslində X10 olmasını, “103” xidmətinə müraciət etdiyi ünvanda deyil başqa ünvanda yaşamasını, şahidin açıqlamaq istəmədiyinə görə adı naməlum qalan şəxsin sifarişi və təlimatına əsasən “özünü xəstə kimi göstərərək” Təcili və X4 Stansiyasına müraciət etməsini, yolda tibb bacısına 20 manat pul verməsini, tibb bacısının isə həmin pulu avtomobilin pəncərəsindən həkim İddiaçı verməsini, şahidin gətirildiyi X9 təlimat vermiş şəxsin göstərişinə əsasən “hay-küy salaraq həkimdən şikayətçi olmasını” müəyyən etsə də, şahid Zakir Paniyevin ifadəsinin işin ədalətli həllini şübhə altına alan sübut olmasına, həmçinin iddiaçının buna etiraz edərək pulu almaması barədə göstərdiyi mövqeyinə əhəmiyyət verməmiş, “Zakir Həsənov” adlı şəxsin müraciəti ilə bağlı cavabdeh tərəfindən araşdırma aparılan zamanı Şahid pulu avtomobilin pəncərəsindən iddiaçıya verdiyi vaxt avtomobilin qarşı hissəsində iddiaçı ilə yanaşı əyləşərək avtomobili idarə edən sürücünün mövqeyinin, şahid tərəfindən sürücüyə də 10 manat pul verməsi ilə bağlı halın da mövcud olması nəzərə alınarsa araşdırılıb-araşdırılmaması aydınlaşdırılmamış, bununla bağlı tərəflərin fikirləri öyrənilmədən, qeyd olunan hallara düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qeyd olunan halları araşdırmadan, o cümlədən Zakir Paniyevin tibb bacısına və iddiaçıya pul verməyə cavabdeh X22 tərəfindən təhrik edilib-edilməməsi barədə halları diqqətlə araşdırmadan həmin sübutları mötəbər sübutlar kimi qəbul etməkdə tələskənliyə yol vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsi Ramanauskas Litvaya qarşı işində qeyd etmişdir ki, korrupsiya işlərində istintaq orqanlarının xüsusi əməliyyat-istintaq metodlarından, o cümlədən gizli metodlardan istifadə etmələri öz-özlüyündə ədalətli məhkəmə araşdırması hüququnu pozmasa da, lakin belə metodların istifadəsi zamanı istintaq orqanının təhriki riski nəzərə alınarsa, onların istifadəsi aydın çərçivə daxilində həyata keçirilməlidir. Gizli şəxslərin istifadəsinə aydın məhdudiyyətlər və təminatlarla tənzimlənmək şərtilə yol verilə bilsə də, ictimai maraq təhrikçilik nəticəsində əldə edilmiş sübutdan istifadə olunmasına bəraət qazandıra bilməz, belə ki, bu, təqsirləndirilən şəxsi ən əvvəldən ədalətli məhkəmə araşdırması hüququndan məhrum edə bilər. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 16 may 2023-cü il tarixli, PHŞ-6-96/3-1-2204/2023 nömrəli əmrin məzmunu araşdırılmamış, həmin əmrin yalnız Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin dispozisiyası ilə əsaslandırılması, bu zaman işçinin yol verdiyi pozuntuların konkret nədə ifadə olunmasının əmrdə göstərilməməsi, bununla da əmrin Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin və 83-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun tərtib edilib-edilməməsinə hüquqi qiymət verilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
24. İddiaçı (nümayəndəsi və vəkili Vəkil Əlisəftər oğlu) iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın tam təmin olunmasını xahiş edib şikayətində göstərir ki, X22 xx.xx.2023-cü il tarixli əmrin əsaslarından biri kimi Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə X11 adlı şəxsin ərizəsinin surəti təqdim olunmuşdur. Həmin ərizədə Zakir Həsənov adlı şəxs güya bildirmişdir ki, Lökbatan qəsəbəsindən Təcili Tibbi yardım şöbəsi onu “Semaşko” adına xəstəxanaya gətirib. Xəstəxanada ona gec baxıblar. Təcili tibbi yardım həkiminə 20 manat və sürücüyə 10 manat pul vermişdir. Həmin pulun qaytarılmasını xahiş edir. Qeyd olunmalıdır ki, Zakir Həsənov adlı şəxs ümumiyyətlə mövcud deyil. Əslində həmin vətəndaşın soyadı və təvəllüdü yazılan ərizədəki ilə uyğunluq təşkil etmir. İddiaçı tərəfindən məhkəmə prosesi dövründə həmin şəxslə əlaqə saxlanılaraq məhkəmədə şahid qismində ifadə verməsi ondan xahiş edilmişdir. Həmin şəxs məhkəməyə gələrək ifadə verəcəyini bildirsə də cavabdeh tərəfin təzyiqi ilə məhkəməyə gəlməkdən imtina etmişdir. Məhkəmə isə İddiaçı barəsində əmrin verilməsinə əsas kimi göstərilmiş Zakir Həsənov adlı şəxs barəsində heç bir araşdırma aparmamışdır. Əmrin verilməsinə əsas kimi direktor vəzifəsini icra edən Təranə Şahməmmədovanın təqdimatı, X16 HİK-nin xx.xx.2023-cü il tarixli 577 nömrəli protokolu, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini nəzərə alaraq əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. Məhkəmə işdəki sübutları tam və hərtərəfli araşdırmamış, onlara lazımi hüquq qiymət verməmiş, qanunsuz və əsassız qətnamə çıxarmışdır.
b) Hazırki apellyasiya icraatında apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
25. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil Əlisəftər oğlu apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi.
26. Məhkəmə iclasında cavabdeh “Bakı şəhər Təcili və X4 Stansiyası” X16 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirdi və məhkəmədən şikayətin rədd edilməsini, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
27. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 35 (İ hissə). Əmək fərdi və ictimai rifahın əsasıdır. (İİ hissə). Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Maddə 36 (İİİ hissə). Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2(1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 2(2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 10 (“a” bəndi). Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir. Maddə 12(1-ci hissə). Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq və s. Maddə 14(1-ci hissə). Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Maddə 68(1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68 (2-ci hissə, “a” bəndi). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 70 (bənd “ç”). Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Maddə 70(2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71(2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71(3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; Maddə 80(1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80(2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83(1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 186(1-ci hissə). İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Maddə 186(2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Maddə 186(3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Maddə 189(1-ci hissə). Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Maddə 189(3-cü hissə). İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Maddə 190(1-ci hissə). İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Maddə 300(1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
29. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, ... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
31. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır.
32. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
34. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia rədd edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
35. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
36. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
37. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından, iddia haqlı sayılır. 38.Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.
39. Belə ki, işə baxan kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrinin iddia tələbinin və apellyasiya şikayətinin təmin edilməməsi barədə qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh edilən məcburi göstərişlərinə əməl edilməməsi ən azından prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilər.
40. Əvvəla ona görə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ə” bəndinin-əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əsası ilə ləğv etmişdir.
41. Lakin iddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması özü ziddiyyətlidir və həqiqətən baş verdiyi birmənalı təsdiq olunmur. Çünki iddiaçının barəsində belə bir intizam tənbehi olmasından məlumatlı olması iş materialları ilə təsdiq olunmur. Buna görə də, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən əmrin qanuniliyi və əsaslılığı yoxlanılarkən iddiaçıya töhmət intizam tənbehinin verilməsi barədə əmrin qanuniliyinə də hüquqi qiymət verilməli idi. Çünki cavabdeh məhz xx.xx.2023-cü il tarixli töhmət intizam tənbehinin verilməsi barədə əmrin mövcudluğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddənin “ə” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etmişdir.
42. İşdən görünür ki, iddiaçıya töhmət verilməsi barədə xx.xx.2023-cü il tarixli 108 saylı əmrdə onun “çağırışların icrası zamanı istifadə etdiyi dərmanların tələbnaməsini yazmaması və iş növbəsi bitdikdən sonra bölməni tərk etməsi, bölmə müdiri tərəfindən həkimə irad bildirilərək, izahat yazması tələb edildikdə İddiaçı imtina etməsi, bu barədə bölmədə akt tərtib edilməsi, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdi” göstərilmişdir. İddiaçı iddia ərizəsində son bir ildə ona intizam tədbirinin tətbiq, bu barədə ona əmrin surətinin təqdim edilmədiyini, izahatının alınmamasını göstərsə də, birinci instansiyası məhkəməsi bu halların təsdiqi üçün heç bir sübut təqdim etməməkdə onu qınamış, üstəlik son intizam tənbehi ilə bağlı 04 mart 2022ci ildə verdiyi izahatının onun bu dəlillərini təkzib etdiyini göstərmişdir. Ancaq iddiaçının bu hallara dair məhkəməyə sübut təqdim etmək kimi bir vəzifəsi olmamışdır. Çünki həmin halları sübut etmək yükü cavabdehin üzərinə düşürdü. Eyni zamanda, iddiaçı son intizam tənbehi ilə bağlı 04 mart 2022-ci ildə izahat verə bilməzdi. Çünki son intizam tənbehinə dair əmrin verildiyi tarixin 17 yanvar 2023-cü il olduğu qeyd olunub. Ona görə də iddiaçının 04 mart 2022-ci ildə verdiyi iizahatı xx.xx.2023-cü ildə birinci instansiya məhkəməsinə daxil olmuş iddia ərizəsində göstərilənləri heç bir halda təkzib edə bilməz.
43. İddiaçı ona “töhmət” intizam tənbehinin verilməsi barədə xx.xx.2023-cü il tarixli 108 saylı əmrdən məlumatlı olmadığını və surətinin təqdim olunmadığını, izahat verməkdən imtina etməsi barədə xx.xx.2022-ci il tarixli aktda qeyd olunan hallardan məlumatı olmadığını bildirir. Bu cür vəziyyətdə xx.xx.2023-cü il tarixli əmrdə göstərilənlərin intizam xətası olması özü açıq-aşkar şübhəli olduğuna və təsdiq olunmamış həmin hallara görə iddiaçı ilə əmək müqaviləsini sonradan sözügedən əsasla(ƏM.72 m.”ə” bəndinə istinad etməklə) ləğv etməklə də əlbətdə ki, cavabdeh haqlı olmamışdır. Çünki xx.xx.2023cü il tarixli əmrdə göstərilən halların həqiqi olması belə qeyd olunan əsasla əmək müqaviləsini ləğv etməyə cavabdehə əsas vermirdi. Ən azından ona görə ki, cavabdeh tərəfindən iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair heç bir digər fakt təqdim edilməmişdir. 44.Bununla yanaşı, iddiaçının əvvəllər intizam tənbehinə məruz qalmasının qanunuliyinin və əsaslılığının yoxlanılması hazırki iddianın və icraatın predmeti olmasa da həmin hallar bu iddianın əsaslı olduğunu aradan qaldırmır yaxud şikayətin əsaslı olmasını istisna etmir. Çünki həmin intizam xətaları həqiqətən baş vermişdirsə belə onlara görə intizam tənbehi verilmişdir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi isə verilə bilməzdi(ƏM.m.189.1).
45. İddiaçının barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddənin “ə” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilərdi ki, onun əmək funksiyasını yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bundan əvvəlki, apellyasiya baxışında şahid qismində ifadəsi alınarkən Zakir Həsənov adlı şəxsin əslində X10 olması müəyyən edilmiş, Zakir Paniyev “103” xidmətinə müraciət etdiyi ünvanda deyil başqa ünvanda yaşamasını, açıqlamaq istəmədiyinə görə adı naməlum qalan şəxsin sifarişi və təlimatına əsasən “özünü xəstə kimi göstərərək” Təcili və X4 Stansiyasına müraciət etdiyini, iddiaçı ilə heç bir ünsiyyətinin olmadığını, yolda tibb bacısına 20 manat pul verməsini, tibb bacısının isə həmin pulu avtomobilin pəncərəsindən həkimə ötürdüyünü, maşında iki dəfə iddiaçıya pul təklif etsə də, sonuncunun pulu almadığını, iddiaçının ümumiyyətlə ondan pul istəmədiyini, gətirildiyi X9 təlimat vermiş şəxsin göstərişinə əsasən hay-küy salaraq həkimdən şikayətçi olmasını bildirdiyini götərmişdir. Göründüyü kimi, şahid Zakir Paniyevin bu cür ifadəsi də iddianın lap əvvəldən əsassız olmadığına dəlalət edir.
46. Bundan əlavə, mübahisələndirilən əmr yalnız Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin dispozisiyası ilə əsaslandırılmış, iddiaçının yol verdiyi pozuntuların konkret nədə ifadə olunması əmrdə göstərilməmiş, bununla da əmr Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin, 83-cü maddəsinin 1-ci hissəsinin və 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Bu faktın özü də mübahisələndirilən əmrin məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün müstəqil əsas ola bilər.
47. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3436/2023 saylı, 07 sentyabr 2023cü il tarixli qətnaməsi ləğv edilməli; İddiaçı cavabdeh «Bakı şəhər Təcili və X5 Stansiyası» PHŞ-ya qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddiası təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə «Bakı şəhər Təcili və X5 Stansiyası» X16in xx.xx.2023-cü il tarixli, PHŞ-6-96/3-1-2204/2023 nömrəli əmri ləğv edilməli və o, «Bakı şəhər Təcili və X5 Stansiyası» X16 həkim heyətinin təcili və X4 üzrə həkimi vəzifəsinə bərpa edilməli, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir.
48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3436/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh «Bakı şəhər Təcili və X5 Stansiyası» PHŞ-ya qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddiası təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə «Bakı şəhər Təcili və X5 Stansiyası» X16 xx.xx.2023-cü il tarixli, PHŞ-6-96/3-1-2204/2023 nömrəli əmri ləğv edilsin və o, «Bakı şəhər Təcili və X5 Stansiyası» X16 həkim heyətinin təcili və X4 üzrə həkimi vəzifəsinə bərpa edilsin, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.