Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4529/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X7 qarşı (üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “qeyri-qanuni tikililərin sökülməsi və əmlaka dair qeydiyyat sənədlərinin ləğv edilməsi” tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə (Açar sözlər: qanunsuz tikililərin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X13 (sədrlik edən və məruzəçi), ndan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X7 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) ”qeyri-qanuni tikililərin sökülməsi və əmlaka dair qeydiyyat sənədlərinin ləğv edilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-34/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.1993-cü il tarixli Müqaviləyə əsasən, X18 ünvan 1 ünvanında yerləşən 2 otaqlı 26,3 kv metr yaşayış sahəsindən 17,5 kv metr yaşayış sahəsini Cavabdeh2 bağışlamışdır.
2. Bakı şəhəri İcra Hakimiyyətinin Aparatının yanında Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti İdarəsinin Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən, 1-ci Şimal şitilliyi, ev 89-da yerləşən 2 otaq y/s 26,3 kv metr və 17,5 kv metr Cavabdeh2 adına xüsusi mülkiyyət qeydiyyat alınmışdır.
3. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal şitilliyi, ev 89-da yerləşən fərdi yaşayış evi İddiaçı 3 otaq y/s-51,7 kv metr, k/s-6,0 kv metr, 1 otaq y/s 26,3 kv metr k/s 17,5 kv metr isə Cavabdeh2 paylı xüsusi mülkiyyətlərindədir. Bu barədə İddiaçı hüququnun xx.xx.2016-cı il tarixdə ********** nömrəli qeydiyyatı aparılmışdır.
4. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal şitilliyi, ev 89-da yerləşən 110 kv metr yaşayış sahəsindən ibarət 7 otaqlı fərdi yaşayış evi Cavabdeh1 Əliqulu oğlunun xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2002-cı il tarixdə dövlət qeydiyyatı aparılmışdır.
5. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2020-ci il tarixli məktuba əsasən, əməkdaşları tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, Nərimanov rayonu, 1-ci Şimal şitilliyi küçəsindəki köhnə tipli 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin yerləşdiyi məhəllə daxili sahələrdə, müraciət müəllifinin yaşadığı evin pəncərəsinin bilavasitə qarşısında, eləcə də həmin evə keçid hissəsindəki dalanda uzun müddət öncə müvafiq icazə sənədləri olmadan kiçik həcmli yardımçı tikililər inşa edilmiş və artırma işləri aparılmış, göstərilən ünvanda yeni tikinti aparılması faktı aşkar edilməmişdir.
6. Nərimanov Rayon MKTB-nin İddiaçı ünvanlanan xx.xx.2020- ci il, xx.xx.2020ci il və xx.xx.2020-ci il tarixli məktublarına əsasən, əməkdaşları tərəfindən yerində baxış zamanı yaşadığı ünvanda qonşuları Şair Kəlbiyev və Piri Quliyev tərəfindən müxtəlif vaxtlarda yaşadıqları özbaşına tikilmiş evin yaxınlığında ümumi istifadə üçün nəzərdə tutulmuş yerlərdə əlavə tikinti işlərinin aparıldığı müşahidə edilmişdir. Son baxış zamanı yeni tikinti işlərinin aparılması faktı müəyyən edilməmişdir.
7. Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal Şitilliyi küçəsinin uzun müddətlik sakinləri olan X19, X10, X14, X20, X8 və X11 imzaladıqları xx.xx.2022-ci il tarixli aktda göstərmişlər ki, həqiqətən də qonşuları X7 məxsus olan ünvan 10 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin tikintisi və son tamamlama işləri 25 il bundan əvvəl həyata keçirilmişdir.
8. Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal Şitilliyi küçəsinin uzun müddətlik sakinləri olan X10, X14, X8 və X23 51 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə təsdiqlənən ərizələrində bildirmişlər ki, qonşuları X7 məxsus olan ünvan 10 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin tikintisi və son tamamlama işləri 25 il bundan əvvəl həyata keçirilmişdir.
9. 27 saylı Notariat Kontoru tərəfindən xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X18 xüsusi mülkiyyətində olan evini İddiaçı bağışlamışdır.
10. Mütəxəssis rəyinə görə ünvan 5 ünvanında X7 məxsus evdə İddiaçı tərəfindən mübahisə edilən İddiaçı evinin pəncərəsinin qarşısındakı tikilinin hansı tarixdə inşa edilməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin “GoogleEarth” xəritə proqramında mövcud olan illər üzrə peyk görüntülərindən görünür ki, X6 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi 2008-ci il tarixdən həmin ərazidə mövcud olmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
11. Sarıyev X15 Əli Alqulu oğluna və Cavabdeh2 qarşı qeyri-qanuni tikililərin sökülməsi və əmlaka dair qeydiyyat sənədlərinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda yaşadıqları fərdi yaşayış evi 1989-cu il tarixdə alınıb. Həmin tarixdən ailə üzvləri ilə birlikdə qeyd etdiyi ünvanda yaşayırlar, qonşuları yaxın qohumlarıdır. Cavabdehlərin sözügedən ünvandakı evlərini atası X36 oglu öz halal pulu ilə alıb və cavabdehlərə hədiyyə edib. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ailələrinin heç bir qaydada icazəsi olmadan, çoxsaylı xahişlərini, narazılıqlarını nəzərə almadan gediş-gəliş yolunda və gedişgəliş yolunun üstündə qeyri-qanuni yeni tikililər inşa edir, evinin pəncərələrinin önündə heç bir ara məsafəsi saxlamadan ikimərtəbəli yeni tikililər tikməklə ailəsini təbii havaya, təbii işığa həsrət qoyur, yollarını, evlərini qaranlıq edir, kanalizasiya quyusunun üzərindəki tualetlərini sökərək, tualetin yerində mağaza inşa edib bizneslə məşğuldur. Hal-hazırda kanalizasiya xətləri Cavabdeh1 tərəfindən zəbt edildiyindən ailəsi məcbur olub öz həyətində şambo (quyu) qazaraq tualet inşa etməyə məcbur olmuşdur. Tualetin şambosu (quyusu) dolduğundan üfunət qoxusundan, həşəratlardan həyətlərində oturmaq mümkün deyildir. 2020-ci ilin iyununda pandemiya dövründə cavabdehin oğlu X33 gediş-gəliş yolunun üstündə yeni tikililər tikərkən sakitcə ona yaxınlaşaraq yolun üstündə tikinti işlərinin aparılmaması xahişini etdikdə, cavabdehin övladları X33 və X34 qardaşları onun üstünə hücum çəkərək onu təhqir etmiş, Quliyev Piri onun qarın nahiyəsinə bıçaqla cızaraq onu öldürəcəyini demiş, hər ikisi onu döymək istəyəndə qonşular bunun qarşısını almışlar. X33 gediş-gəliş yolunda heç bir icazə olmadan qanunsuz ev tikmiş, ona məxsus evin həyətinə pəncərə açmışdır. Bunun qarşısını almaq istəyərkən Pirinin qardaşı X34 onun üstünə hücum çəkərək çənə nahiyəsinə bir-neçə yumruq zərbələri vurmuş, çənəsi bir ay şiş vəziyyətdə qalmışdır. Cavabdehin oğlu X24 qardaşı X25 Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş sədri vəzifəsində işləmiş cənab Mədət Quliyevlə və kollektiv işçilərlə birgə şəkilini ona göstərərək, qardaşının vəzifəli olduğuna görə ona hədəqorxu gəlmişdir. Cavabdeh2 onun ailəsindən heç bir icazə almadan ona məxsus yaşayış evinin pəncərəsinin önündə ara məsafəsi saxlamadan qeyri-qanuni ikimərtəbəli ev tikdirmişdir. Cavabdeh2 sözügedən tikintini sökməsi barədə çoxsaylı xahişlər etsələr də, heç bir nəticəsi olmamışdır. Cavabdeh2 oğlu X2 qeyri-qanuni tikilinin pəncərəsindən çəkdiyi siqareti, yediyi mağaza yeməklərinin plastik qablarını sözügedən pəncərənin önünə atıb və nəticədə pəncərənin önü zibillik olub, pəncərəni zibilliyə görə aça bilmir. Evlərini neçə dəfə təmir etmişlər, pəncərələrinin önündə cavabdeh Esmiralda xanım ev tikdiyindən evləri havasız, təbii işıqsızdır, rütubətlədir, divar kağızları qopub yerə tökülür, sağlamlıqlarına çox böyük zərər dəymişdir.
13. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evinin pəncərəsinin önündə heç bir ara məsafə saxlamadan Cavabdeh2 qeyri-qanuni zəbt edərək inşa etdiyi ikimərtəbəli evin birinci mərtəbəsindəki hamam, tualet, həyət və birinci mərtəbəyə aid olan dəmir darvazalı qapı, ikinci mərtəbəsindəki hamam, tualet, koridor və 1 otaq ev tikintilərinin Cavabdeh2 hesabına sökülməsi, boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi, Cavabdeh1 ona məxsus fərdi yaşayış evinin ümumi istifadəsində olan torpaq sahəsinin gediş-gəliş yolunda qeyriqanuni zəbt edərək inşa etdiyi tualet, mətbəx, dam, dəmir pilləkən, 1 otaq ev, 1 otaq evinin 2 metrə artırılması və ona bitişik daş pilləkən, həmin yolun üstünü qeyri-qanuni zəbt edərək inşa etdiyi dəmir balkon, tualet, hamam, mətbəx, koridor tikililərinin Cavabdeh1 hesabına sökülməsi, boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi, Cavabdeh1 ümumi istifadələrində olan tualetin və onun kanalizasiya sistemini söküb ləğv edərək, yerində qeyri-qanuni zəbt edərək inşa etdiyi mağaza və 1 otaq evin sökülməsi, Cavabdeh1 tərəfindən qeyri-qanuni olaraq sökülən, ləğv edilən tualetin və onun kanalizasiya xəttinin tez bir zaman ərzində əvvəlki yerində qanuni şəkildə Cavabdeh1 hesabına yenidən inşa olunaraq əvvəlki vəziyyətinə gətirilməsi, bərpa olunması, cavabdeh Əlin Quliyevin ümumi istifadələrində olan torpaq sahəsinin gediş-gəliş yolunda qanunsuz zəbt edərək inşa etdiyi mətbəxə (3 kv metr) dair həmin yolun üstünü qeyri-qanuni zəbt edərək inşa etdiyi eyvana (39 kv metr) dair, Cavabdeh1 qeyri-qanuni sökdüyü ümumi istifadələrində olan tualetə (2 kv metr) dair və onun kanalizasiya xəttinin yerində zəbt edərək qeyri-qanuni inşa etdiyi mağazaya (6,60 kv metr) dair, dəhliz (2,40 kv metr) dair, 1 otaq evə (19,30 kv metr) dair və ümumi istifadələrində olan torpaq sahəsinin gediş-gəliş yolunda 1 otaq evin (15,50 kv metr) 2 metrə artırılmasına dair Maraqlı şəxsin Cavabdeh1 adına xx.xx.2002-ci il tarixli seriya ÖM-114599 nömrəli Qeydiyyat Vəsiqəsinin yə qeydiyyat vəsiqəsinə aid olan Reyestr nömrəsi xx.xx.2002-ci il tarixli, inventar nömrəsi 414 olan Texniki pasportun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh1 İddiaçı qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ünvan 6 ünvanında inşa edilmiş qanunsuz tikililərin və hasarın onun hesabına sökülməsi, qeyd edilən ünvana əvvəllər mövcud olmuş gediş-gəliş yolunun bərpa olunması vəzifəsinin onun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. İlk İddiaçı qeyd edilən ünvanda ona məxsus yaşayış evinə demək olar ki, bitişik, qanunsuz tikililər tikmiş, əvvəllər mövcud olmuş əsas gediş-gəliş yolunu, eyni zamanda bu tikililərlə ümumi istifadədə olan yola çıxışını kəsmiş, həmin yolu zəbt edərək qanunsuz olaraq inşaat və hasarlama işləri aparmışdır.
16. İddiaçı qarşılıqlı iddia ərizəsinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, Cavabdeh1 1988-ci il qaçqınlıq dövründə həyat yoldaşı və uşaqları ilə birgə Bakı şəhərinin Türkan kəndinə köç edərək çətin həyat şəraitində yaşamışlar. Cavabdeh1 və onun yaxın qohumların xahişlərinə əsasən mərhum atası cavabdehə və bacısına fərdi yaşayış evinin bir hissəsini bağışlamışdır. Hər dəfə qanunsuz olaraq ümumi istifadədədəki gediş-gəliş yolunda olan torpaq sahəsində tikinti işləri apararkən Cavabdeh1 evə giriş-çıxışa yol saxlanmasını xahiş etsə də, əhəmiyyəti olmamış, hətta istifadə etdikləri tualeti söküb yerində mağaza tikmişlər, məcbur qalaraq şəhər yerində şambodan istifadə edirlər, amma şambo dolduğundan, ikinci şambo qazaraq istifadə edirlər və bu səbəbdən həyətdə üfunətdən oturmaq mümkün deyildir. İlkin iddia üzrə Cavabdeh1 tərəfindən ümumi istifadə tualetlərinin sökülməsinə hətta qonşuları tərəfindən mənfi fikir bildirilib. Cavabdeh1 Covid- 19 Koronovirusun yayılmasına səbəb olan və qanunlara zidd olan Baki şəhərinin mərkəzində tualetlərini söküb, kanalizasiya sistemini özbaşına ləğv edib və yerində mağaza inşa edərək sahibkarlıqla məşğul olur, tikinti işləri aparır.
17. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi həm iddia müddətinin ötürüldüyü, həm də ilk iddia əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, 2000-ci ilin sentyabrın 1-dən əvvəl yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə 1964-cü il 11 sentyabr tarixdə qəbul olunmuş Azərbaycan Respublikası MM-nin 73-cü maddəsi, həmin dövrdən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə isə Azərbaycan Respublikası MMnin 373-cü maddəsində göstərilən iddia müddətləri tətbiq edilir. Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsi ilə ümumi iddia müddəti on il kimi müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçının mübahisələndirdiyi tikililər ötən əsrin 70- 90-cı illərində tikilmişdir. Qeyd edilənləri nəzərə alaraq ilk iddianın rədd edilməsini məhkəmədən xahiş edir.
18. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(005)- 3765/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5366 № №-li ekspert rəyinə əsasən, Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin İddiaçı məxsus ünvan 10 ünvanında yerləşən yaşayış sahəsi ilə üst-üstə düşmədiyi, Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin ünvan 10 ünvanında tərəflərin ümumi istifadəsində olan həyətyanı torpaq sahəsinin üzərinə düşdüyü, İddiaçı məxsus ünvan 10 ünvanında yerləşən evin gediş-gəliş yolunda Cavabdeh2 inşa etdiyi iki mərtəbəli evlərinin 1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2 mərtəbəsində hamam, sanitar qovşağı İddiaçı məxsus yaşayış evinin pəncərəsindən 0,50-0,60 sm ara məsafəsində inşa olunduğu nəzərə alınaraq, İddiaçı məxsus ünvan 10 ünvanında yerləşən yaşayış evinin havalandırılması, işıqlandırılması rütubətin tənzimlənməsinə mənfi təsir göstərdiyi, İddiaçı məxsus ünvan 10 ünvanında yerləşən evin gediş-gəliş yolunda Cavabdeh2 inşa etdiyi iki mərtəbəli evlərinin 1-ci mərtəbəsindəki hamam, sanitar qovşağı və 2-ci mərtəbəsində hamam, sanitar qovşağı arasında ara məsafə 2,10 metr (7,0 x 0,3) əvəzinə 0,50-0,60 metr saxlanıldığından dövlət şəhərsalma norma və qaydalarının 69.5.2-1-ci maddəsinə əməl edilmədən inşa olunduğu müəyyən edilmişdir.
20. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 163/2022 nömrəli qərardadı ilə iş üzrə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, xx.xx.2022-ci il tarixli 10/5968 №-li ekspert rəyinə əsasən, Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikililərin İddiaçı məxsus ünvan 10 ünvanında yerləşən yaşayış sahəsi ilə üst-üstə düşmədiyi, Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin (1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2-ci mərtəbəsində hamam, sanitar qovşağı, balkon və 1 otaq) texniki pasportda qeyd olunan həyətyanı sahədə və özünün istifadəsində olan 5 və 6 saylı tikililərin üzərində inşa edildiyi, Cavabdeh1 istifadəsində olan tikililərin özünə məxsus texniki pasportda qeyd olunan tikililər olduğu, texniki paspotda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, metal konstruksiyalı balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağının (balkonda inşa edilən) isə ümumi istifadədə olan sahədə tikildiyi; Cavabdeh1 istifadəsində olan texniki pasportda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağına (balkonda inşa edilən) dair hər hansı icazə sənədi, memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini əks etdirən razılaşdırılmış layihə sənədi mövcud olmadığından (iş materiallarına əlavə edilməmişdir, baxış zamanı təqdim olunmamışdır) həmin tikililərin inşasının və aparılmış yenidənqurma işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına və şəhərsalma norma qaydalarına uyğun olmadığı, Cavabdeh2 istifadəsində olan həyətyanı sahədə inşa edilmiş tikililərin (1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2-ci mərtəbəsində hamam, sanitar qovşağı, balkon və 1 otaq) İddiaçı məxsus fərdi yaşayış evinə bitişik inşa edilməsini, texniki pasportda qeyd olunan 6 saylı tikiliyə bitişik inşa edilmiş sahəsi 4,6 kv metr və 3,8 kv metr olan tikililər (texniki pasportda qeyd olunmayan əlavə tikili), 5 saylı tikiliyə bitişik inşa edilmiş sahəsi 10,5 kv metr olan tikili (texniki pasportda qeyd olunmayan əlavə tikili), 5 və 6 saylı tikilinin üst mərtəbəsində yerləşən tikililərin, eyni zamanda yuxarıda qeyd olunan tikililərin texniki pasportda qeyd olunmadığını, həmin tikililərə dair hər hansı razılaşdırma və ya icazə sənədinin mövcud olmadığını (iş materiallarına əlavə edilməmişdir, baxış zamanı təqdim olunmamışdır) nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000- ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmadığı; Cavabdeh2 istifadəsində olan həyətyanı sahədə inşa edilmş 1-ci mərtəbədəki hamam, sanitar qovşağı və ikinci mərtəbədə yerləşən hamam, sanitar qovşağı, digər tikililərin İddiaçı məxsus yaşayış evinin texniki pasportunda qeyd olunan 4 saylı tikilinin pəncərəsinin qarşısında həmin evə bitişik inşa edilməsini nəzərə alaraq, həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə mənfi təsir göstərdiyi, Cavabdeh1 istifadəsində olan tikililərin İddiaçı məxsus yaşayış evinin qapı və pəncərə boşluqlarından aralıda yerləşməsini nəzərə alaraq, həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərmədiyi; Cavabdeh1 inşa etdiyi tikililərin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş 1992-ci il tarixli Texniki Pasportda qeyd olunan tikililər ilə eləcə də torpaq sahəsi ilə üst-üstə düşmədiyini nəzərə alaraq, cavabdeh tərəfindən İddiaçı məxsus hər hansı tikilinin sökülmədiyi müəyyən olunmuşdur. İlkin iddia üzrə iddiaçının iddia etdiyi sanitar qovşağı tikilisi ilkin iddia üzrə Cavabdeh1 Əliqulu oğlunun adına tərtib olunmuş xx.xx.2002-ci il tarixli Texniki Pasportda qeyd olunan 11 saylı tikilidir. Faktiki vəziyyətdə həmin 11 saylı tikilinin arakəsmə divarları sökülərək dəhliz kimi istifadə edilir.
21. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 34/2023 nömrəli qərardadı ilə iş üzrə komission məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
22. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2752 №-li ekspert rəyinə əsasən, Cavabdeh1 və X12 tərəfindən inşa edilmiş tikililərin İddiaçı məxsus ünvan 8 ünvanında yerləşən yaşayış sahəsi ilə üst-üstə düşmədiyi, X12 tərəfindən inşa edilmiş tikilinin (birinci mərtəbədəki hamam sanitar qovşağı və ikinci mərtəbədə yerləşən hamam, sanitar qovşağı və digər tikililər) texniki pasportda qeyd olunan həyətyanı sahədə və özünün istifadəsində olan 5 və 6 saylı tikililərin üzərində inşa edildiyi müəyyən edilir. Cavabdeh1 istifadəsində olan tikililərin özünə məxsus texniki pasportda qeyd olunan tikililər olduğu, texniki pasportda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağının (balkonda inşa edilən) isə ümumi istifadədə olan sahədə tikildiyi, Cavabdeh1 istifadəsində olan, texniki pasportda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağına (balkonda inşa edilən) dair hər hansı icazə sənədi, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri əks etdirən razılaşdırılmış layihə sənədi mövcud olmadığından (iş materiallarına əlavə edilməmişdir, baxış zamanı təqdim olunmamışdır) həmin tikililərin inşasının və aparılmış yenidənqurma işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının və şəhərsalma norma qaydalarına uyğun olmadığı, X12 tərəfindən inşa edilmiş 1-ci mərtəbədəki hamam sanitar qovşağı və 2-ci mərtəbədə yerləşən, sanitar qovşağı və digər tikililər, texniki pasportda qeyd olunan 6 saylı tikiliyə bitişik inşa edilmiş sahəsi 4,6 kv metr və 3,8 kv metr olan tikililər (texniki pasportda qeyd olunmayan əlavə tikili), 5 saylı tikiliyə bitişik inşa edilmiş sahəsi 10,5 kv metr olan tikili (texniki pasportda qeyd olunmayan əlavə tikili), 6 və 6 saylı tikilinin üst mərtəbəsində yerləşən tikililərin İddiaçı məxsus fərdi yaşayış evinə bitişik inşa edilməsini və sözügedən tikililərə dair hər hansı razılaşdırma və ya icazə sənədi mövcud olmadığını (iş materiallarına əlavə edilməmişdir, baxış zamanı təqdim olunmamışdır) nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmadığı, X12 tərəfindən inşa edilmiş 1-ci mərtəbədəki hamam, sanitar qovşağı və ikinci mərtəbədə yerləşən hamam, sanitar qovşağı, balkon və 1 otağın İddiaçı məxsus yaşayış evinin texniki pasportunda qeyd olunan 4 saylı tikilinin pəncərəsinin qarşısında həmin evə bitişik inşa edilməsini nəzərə alaraq, həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə mənfi təsir göstərdiyi; Cavabdeh1 istifadəsində olan tikililərin, eləcə də 13 saylı tikilinin İddiaçı məxsus yaşayış evinin qapı və pəncərə boşluqlarından aralıda yerləşməsini nəzərə alaraq, həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə təsir göstərmədiyi; Cavabdeh1 ümumi istifadədə olan torpaq sahəsində inşa etdiyi tikililərin, o cümlədən 11 saylı ayaqyolu tikilisinin İddiaçı məxsus hər-hansı tikilinin sökülərək üzərində inşa edilmədiyi, Cavabdeh1 adına tərtib edib edilmiş, xx.xx.2002-ci il tarixli Texniki pasportda olan 11 saylı sanitar qovşağı tikilisinin İddiaçı istifadəsində olan torpaq sahəsində inşa edilmədiyi; İddiaçı iddia etdiyi sanitar qovşağı tikilisinin Cavabdeh1 Əliqulu oğlunun adına tərtib olunmuş xx.xx.2002-ci il tarixli Texniki Pasportda qeyd olunan 11 saylı tikili olduğu, faktiki vəziyyətdə həmin tikilinin arakəsmə divarları sökülərək dəhliz kimi istifadə edildiyi müəyyən olunmuşdur. Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda qeyd olunan 11 saylı 2 kv metr sanitar qovşağı, 12 saylı 6,6 kv metr, 10 saylı 2,4 kv metr, 3 saylı 19,30 kv metr, 8 saylı 3 kv metr, 13 saylı 39 kv metr və 9 saylı 15,5 kv metr tikililərin Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli, ÖM seriyalı, 114599 nömrəli qeydiyyat vəsiqəsində qeyd olunmadığı müəyyən edilir. (Qeydiyyat vəsiqəsində evin sadəcə ümumi sahəsi göstərilmişdir. Hər hansı tikili göstərilməmişdir.) İlkin layihə və icazə sənədləri mülki iş materiallarında olmadığından, Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda qeyd olunan 12 saylı, 10 saylı, 8 saylı, 3 saylı, 13 saylı tikililərin memarlıq və şəhərsalma norma və qaydalarına uyğun tikilib-tikilmədiyini müəyyən etmək mümkün olmamışdır. Lakin, həmin tikililərin Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda göstərildiyi müəyyən edilir. Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda olan 9 saylı tikilinin 0,9 metr hissəsinin genişləndirilərək İddiaçı məxsus ünvan 9 mənzilin torpaq sahəsinin gedişgəliş yolunda inşa edildiyi müəyyən edilir. ünvan 9 ünvanda X7 məxsus evdə İddiaçı tərəfindən mübahisə edilən İddiaçı evinin pəncərəsinin qarşısındakı tikilinin hansı tarixdə inşa edilməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin “GoogleEarth” xəritə proqramında mövcud olan illər üzrə peyk görüntülərindən görünür ki, X6 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi 2008-ci il tarixdən həmin ərazidə mövcud olmuşdur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq mütəxəssis rəyi təqdim olunmadığından, ünvan 9 ünvanda X7 məxsus evdə İddiaçı tərəfindən mübahisə edilən İddiaçı evinin pəncərəsinin qarşısındakı tikilinin sökülməsinin bütövlüklə evin qəzalı vəziyyətə düşməsinə səbəb olub olmaması barədə tədqiqat aparmaq mümkün olmamışdır. İddiaçı tərəfindən inşa edilmiş tikililərin Cavabdeh1 məxsus ünvan 10 ünvanında yerləşən yaşayış sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilir. İddiaçı tərəfindən ünvan 11 ünvanında inşa edilmiş tikililərin ona məxsus texniki pasporta uyğun inşa edildiyi müəyyən edilir. İlkin layihə və icazə sənədləri mülki iş materiallarında olmadığından, İddiaçı tərəfindən ünvan 11 ünvanında inşa edilmiş tikililərin memarlıq və şəhərsalma norma və qaydalarına uyğun tikilib-tikilmədiyini müəyyən etmək mümkün olmamışdır. Lakin, İddiaçı tərəfindən ünvan 11 ünvanında inşa edilmiş tikililərin ona məxsus texniki pasporta uyğun inşa edildiyi müəyyən edilir. İddiaçı tərəfindən ünvan 11 ünvanında inşa edilmiş tikililərin Cavabdeh1 məxsus ünvan 11 ünvanında yerləşən mənzilin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə mənfi təsir göstərmədiyi müəyyən edilir.
23. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 34/2023 nömrəli qətnaməsi ilə (hakim M.X.Əfəndizadə) ilk və qarşılıqlı iddialar təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 300 manat məbləğində pulun 50 %-i, yəni 150 manat pul ilk iddia üzrə İddiaçı, 50%-i, yəni 150 manat pulun ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və X5 tutularaq, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.
24. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 inşa etdiyi iki mərtəbəli evlərinin 1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2-ci mərtəbəsində hamam, sanitar qovşağının İddiaçı məxsus yaşayış evinin pəncərəsindən 0,50-0,60 sm ara məsafəsində inşa olunduğu nəzərə alınaraq, sonuncuya məxsus ünvan 10 ünvanında yerləşən yaşayış evinin havalandırılması, işıqlandırılması rütubətin tənzimlənməsinə mənfi təsir göstərməsi və rəylərdə sadalanan qanunvericilik normalarına əməl edilmədən inşa olunması faktları mövcud olsa da, ilk iddia Cavabdeh2 münasibətdə rədd edilməlidir. Belə ki, ilk iddiaçı sökülməsini tələb etdiyi qeyd edilən tikililərin hansı tarixlərdə inşa edilməsini dəqiq göstərməməklə, yalnız 2020-ci ilin iyununda pandemiya dövründə bu tikintilərlə bağlı qarşı tərəfin övladları ilə aralarında münaqişəli vəziyyət olmasını qeyd etməklə kifayətlənmişdir. Həmçinin X1 hazırda oğlunun qaldırdığı iddialar üzrə Cavabdeh2 qarşı qanunsuz tikililər və digər pozuntularla bağlı hər hansı formada iddia qaldırmamışdır. Bu halın müəyyən edilməsi tərəflərin inşa etdikləri (texniki pasportda əksini tapan və tapmayan) tikililərin həqiqətən də 2016-cı ildən xeyli əvvəllər inşa edilməsinə dəlalət edir. İlk iddianın Cavabdeh1 aid hissəsinə münasibətdə ekspertizalar nəticəsində Cavabdeh1 istifadəsində olan tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərməməsi, həmin tikililərin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş 1992-ci il tarixli Texniki Pasportda qeyd olunan tikililər ilə, eləcə də torpaq sahəsi ilə üstüstə düşməməsi və beləliklə də, cavabdeh tərəfindən İddiaçı məxsus hər hansı tikilinin sökülmədiyi müəyyən olunması bu qənaətə gəlməyə əsas verir ki, bu halların Cavabdeh1 tərəfindən İddiaçı subyektiv hüququnun pozulması faktlarının olmasını təkzib edir.
25. Məhkəmə həmçinin hesab etmişdir ki, ilk iddianın Cavabdeh2 aid hissəsi yuxarıda göstərilənlərdən əlavə hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair təqdim edilmiş ərizə əsasında rədd edilməlidir.
26. Məhkəmə ilk iddianın digər, yəni, Maraqlı şəxsin Cavabdeh1 adına xx.xx.2002-ci il tarixli seriya ÖM-114599 nömrəli Qeydiyyat Vəsiqəsinin yə qeydiyyat vəsiqəsinə aid olan Reyestr nömrəsi xx.xx.2002- ci il tarixli, inventar nömrəsi 414 olan Texniki pasportun ləğv edilməsi hissələrinə də qiymət verərək hesab etmişdir ki, bu tələblər təsas tələbdən irəli gələn tələb olduğundan onların qanuniliyinə hüquqi qiymət vermək zərurəti yoxdur.
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56 və 66.1-cı, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.1, 155.2, 171.1, 171.2, 171.3, 180.1, 180.4, 372.1, 373.1, 375.1 və 375.2-ci, “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10 və 25- ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə, «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarına, «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına, Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin -Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 101.7, 103.1 və 206.1-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
28. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, ilk iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Apelyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin göstərilmişdir ki, onun icazəsi olmadan yaşadığı fərdi yaşayış evinin pəncərəsinin qarşısında evin tikilərək təbii işığının kəsilməsi, evinin gediş-gəliş yolunun üzərində qeyri-qanuni tikililərin tikilməsi mülkiyyət hüququnun pozulası deməkdir. Lakin məhkəmə işi araşdırarkən bu halı nəzərə almamışdır. birinci instansiya məhkəməsi ünvan 13 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinə dair texniki pasportun təsdiq edilmiş surətinin təqdim edilməsi barədə Bakı Kadastr və Reysteri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu vermişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 məxsus fərdi yaşayış evinin 1997-ci il tarixli texniki pasportu möhürlənmiş, imzalanmış şəkildə göndərilmiş və tikinti altında olan sahə 113 kv metr qeyd olunmuşdur. Cavabdeh1 adına olan 2002-ci il tarixli texniki pasportda isə tikinti altında olan sahə 178 kv metrdir və bu texniki pasport 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tanınmamışdır. Cavabdeh Quliyev X16 Rayon Məhkəməsindən özünə aid 1997-ci il tarixli texniki pasportunu gizlətməsində əsas səbəb budur ki, sözügedən fərdi yaşayış evinin köməkçi sahəsində ayaqyolu olmuşdur. Eyni zamanda 1997-ci il tarixli texniki pasportunda tikinti altında olan sahəsi 113 kv metr göstərilmişdir. Lakin, Cavabdeh1 məhkəməyə təqdim etdiyi 2002-ci il tarixli texniki pasportda əvvəlki texniki pasportda köməkçi sahədə olan ayaqyolu göstərilməmiş və tikinti altında olan sahə 178 kv metr qeyd olunmuşdur. Uyğunlaşdırdıqda 65 kv metr sahə əlavə qeyri-qanuni tikilinin olduğu məlum olur. Məhkəmə həmçinin bu hala düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa, iş üzrə təyin edilmiş ekspertiza rəyi və mütəxəssis rəyi ilə cavabbeh tərəfindən əlavə tikililərin olması, həmin tikililərin iddiaçının mənafeynə zidd olması, onun mülkiyyət hüququnun pozması müəyyən olunsa da, rayon məhkəməsi həmin halları da diqqətdən qaçırmışdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verilməməsi ilə çıxarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(103)-6192/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
32. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işə birinci instansiyada baxan məhkəmə ilkin iddia tələbini təmin etməmək barədə nəticəyə gələrkən işin araşdırılmış hallarını və mülki prosessual normaların tələbləri baxımından qeyd edilən rəylərin mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirməkdə haqlı olmuşdur. Belə ki, həmin rəylərdə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir.
33. Məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, ilk iddiaçı sökülməsini tələb etdiyi qeyd edilən tikililərin hansı tarixlərdə inşa edilməsini dəqiq göstərməməklə yalnız 2020-ci ilin iyun ayında pandemiya dövründə bu tikintilərlə bağlı qarşı tərəfin övladları ilə aralarında münaqişəli vəziyyət olmasını qeyd etməklə kifayətlənmişdir. 27 saylı Notariat Kontoru tərəfindən xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X18 xüsusi mülkiyyətində olan evini İddiaçı bagışlamışdır. Tərəflərin izahatlarından məlum olur ki, X18 bağışlama müqaviləsindən bir müddət sonra vəfat etmişdir. Müəyyən edilmişdir ki, X1 hazırda oğlunun qaldırdığı iddialar üzrə Cavabdeh2 qarşı qanunsuz tikililər və digər pozuntularla bağlı hər hansı formada iddia qaldırmamışdır. Bu halın müəyyən edilməsi tərəflərin inşa etdikləri (texniki pasportda əksini tapan və tapmayan) tikililərin həqiqətən də 2016-cı ildən xeyli əvvəllər inşa edilməsinə dəlalət edir. Bu faktı mübahisəli evin yerləşdiyi küçədə yaşayan qonşular, ilk iddiaçı tərəfindən mübahisə edilən Cavabdeh2 məxsus tikilinin 1997-ci ildən əvvəl tikildiyini tərtib etdikləri xx.xx.2022-ci il tarixli “Akt”la və Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizə ilə təsdiq etmişlər.
34. Həmçinin, ekspert rəylərində də mübahisə predmeti olan tikililərin nə vaxt tikilməsi müəyyən edilməmiş, konkret olaraq göstərilmişdir ki, “ünvan 14 ünvanda Cavabdeh2 məxsus evdə İddiaçı tərəfindən mübahisə edilən İddiaçı evini pəncərəsinin qarşısındakı tikilinin hansı tarixdə inşa edilməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin, “Google Earth” xəritə proqramında mövcud olan illər üzrə peyk görüntülərindən görünür ki, Cavabdeh2 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi 2008-ci il tarixdən həmin ərazidə mövcud olmuşdur”.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin bu halları iddiaçının mübahisəli tikilinin bir neçə il bundan əvvəl tikilməsi ilə bağlı dəlillərini tam əsassız və işdə olan sübutlarla tam təkzib olunması qənaətinə gəlməyinə kifayət qədər əsas verir.
36. Məhkəmə həmçinin qeyd etmişdir ki, ilk iddianın Cavabdeh2 aid hissəsi iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair təqdim edilmiş ərizə əsasında rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
37. İlk iddianın Cavabdeh1 aid hissəsinə də qiymət verərək apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, aparılmış ekspertizalar nəticəsində Cavabdeh1 istifadəsində olan tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərməməsi, həmin tikililərin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş 1992-ci il tarixli Texniki Pasportda qeyd olunan tikililər ilə, eləcə də torpaq sahəsi ilə üst-üstə düşməməsi və beləliklə də, cavabdeh tərəfindən İddiaçı məxsus hər hansı tikilinin sökülmədiyinin müəyyən olunması bu qənaətə gəlməyə əsas verir ki, bu halların Cavabdeh1 tərəfindən İddiaçı subyektiv hüququnun pozulması faktlarının olmasını təkzib edir.
38. Məhkəmə hesab etmişdir ki, iddiaçı Cavabdeh1 münasibətdə də iddia müddətini ötürmüşdür. Belə ki, İddiaçı məxsus ünvan 9 mənzilin torpaq sahəsinin gedişgəliş yolunda inşa edilmiş tikilinin də Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda əksini tapmış 9 saylı tikilinin 0,9 metr hissəsinin genişləndirilməsi yolu ilə həyata keçirilməsini, başqa sözlə, bu tikilinin 2002-ci il və ya ondan əvvəl inşa edilərək texniki pasporta əlavə edilməsini nəzərə alır və qeyd etməyi zəruri sayır ki, 20 ildən artıq bu mövcud vəziyyətdə yaşayaraq hazırda ilk iddiaçının sözügedən və digər tikililərin sökülməsi və sair tələbləri cavabdehlə aralarında yaranmış qərəzli və münaqişəli mübahisələrin nəticəsidir. Cavabdeh tərəfin izahatlarından görünür ki, ilk iddiaçının atasının sağlığında mövcud tikililər inşa edilmiş və heç bir narazılıq olmamışdır. Yalnız son illərdə ilk iddiaçının onlara qarşı yaranmış qərəzli münasibətin nəticəsində illərlə istifadədə olan tikililərin qanuniliyini mübahisələndirməyə başlayıb. Halbuki, bu tikili ona maneə yaradırdısa, inşa edilən vaxtı bunu mübahisələndirərdi.
39. Apellyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçıya məxsus ünvan 9 mənzilin torpaq sahəsinin gediş-gəliş yolunda 0,9 metr hissəsinin genişləndirilməklə cavabdehin evinə aid Texniki Pasportda olan 9 saylı tikilinin inşa ediməsi ilə ilk iddiaçının subyektiv hüquqlarını pozmasına dair iddia dəlilləri kifayət qədər mötəbər sübutlarla əsaslandırılmaması və bu tikilinin sökülməsi ilə tərəflər arasında yaranmış mübahisəli vəziyyətə tamamilə son qoyulmaması əsası ilə təmin edilməsi mümkün sayıla bilməz.
40. Məhkəmə kollegiyası ilk iddianın digər, yəni, Maraqlı şəxsin Cavabdeh1 adına xx.xx.2002-ci il tarixli seriya ÖM-114599 nömrəli Qeydiyyat Vəsiqəsinin yə qeydiyyat vəsiqəsinə aid olan Reyestr nömrəsi xx.xx.2002-ci il tarixli, inventar nömrəsi 414 olan Texniki pasportun ləğv edilməsi hissələrinə də qiymət verərək hesab etmişdir ki, bu tələblər əsas tələbdən irəli gələn tələb olduğundan onların qanuniliyinə hüquqi qiymət vermək zərurəti yoxdur.
Kassasiya instansiyası məhkəməsində icraat
41. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir.
42. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1268/2024 nömrəli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və Z.B.Babayevdən ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6192/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
43. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı iddiası özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi ilə bağlıdır. O, adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış yaşayış evinin pəncərəsinin önündə heç bir ara məsafəsi saxlanmadan Cavabdeh2 inşa etdirdiyi evin birinci mərtəbəsindəki hamamın, tualetin və birinci mərtəbəsinə aid olan dəmir qapının, ikinci mərtəbəsindəki hamamın, tualetin, dəhlizin və 1 otaqın sökülməsini, boşaldılmasını, əvvəlki vəziyyətinə gətirilməsini, Cavabdeh1 ümumi istifadədə olan torpaq sahəsinin gediş-gəliş yolunda inşa etdirdiyi tualet, mətbəx, dam, dəmir pilləkən, 1 otaq ev, 1 otaq evə aid 2 metr artırma, ona bitişik daş pilləkən, dəmir balkon, tualet, hamam, mətbəx və dəhliz kimi özbaşına tikililərinin sökülməsi, boşaldılması, əvvəlki vəziyyətə gətirilməsi, Cavabdeh1 ümumi istifadədə olan tualetin və onun kanalizasiya sistemini söküb yerində özbaşına inşa etdirdiyi mağaza binasının və 1 otaq evin sökülməsini, həmin tikililərin əvvəlki vəziyyətə gətirilməsini və özbaşına tikililərin işləndiyi Texniki pasportun ləğv olunmasını xahiş etmişdir.
44. Göründüyü kimi, iddiaçının tələbləri mülkiyyətində olan yaşayış evindən təyinatına uyğun istifadəyə cavabdehlərin özbaşına tikililər inşa etdirməklə mane olmalarının qarşısınnı alınması, yəni mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır. Cavabdehlər bu hərəkətləri isə özbaşına tikili inşa olunduğu andan davam edən hərəkətlərdir. İddiaçının cavabdehlərin bu hərəkətlərinə son qoyulmasını tələb etmək hüququ vardır. Mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələblərə isə müddət şamil edilmir.
45. İşə baxan apellyasiya məhkəməsi isə göstərilənləri nəzərə adlmadan iddia tələblərinin rədd olunması əsaslarından biri kimi İddiaçı iddia müddətlərini ötürməsi barədə düzgün nəticəyə gəlməmişdir.
46. İşdə olan ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa görə Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal şitilliyi, ev 89-da yerləşən fərdi yaşayış evi İddiaçı və Cavabdeh2 ümumi mülkiyyətlərindədir. Digər Cavabdeh1 məxsus yaşayış evi isə iddiaçının qonşuluğunda, ümumi həyətdə yerləşir. İş üzrə təyin edilmiş ekspertiza rəylərinə görə isə hər iki cavabdehin həm ümumi həyətdə, həm də evin özlərinə aid hissələrinə bitişik olaraq özbaşına tikililər inşa etdirmələri müəyyən olunmuşdur.
47. Cavabdeh2 tərəfindən inşa edilmiş özbaşına tikililərin iddiaçı yaşayış evinə mülkiyyət hüququnu əldə edənə qədər, yəni xx.xx.2016-cı il tarixə kimi inşa olunduğu, iddiaçının yaşayış evini mövcud vəziyyətdə qəbul etdiyi, ona görə də hazırkı iddia tələbləri ilə müraciət etmək hüququnun olmadığı qənaətinə gələn apellyasiya məhkəməsi cavabdehin bu bardə olan izahatına, qonşuların notarial qaydada təsdiqlənmiş ərizələrinə, yaşayış evinə dair tərtib edilmiş Texniki pasporta əsaslanmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçının göstərdiyinə görə tərəflər arasındakı hazırkı mübahisə Cavabdeh2 uşaqlarının 2020-ci ildə özbaşına tikili aparmaları ilə yaranmış, həmin şəxslər özbaşına tikililər inşa edərkən iddiaçı mane olmaq istədikdə münaqişə baş vermiş, iddiaçıya bədən xəsarətləri yetirilmişdir. Məhkəmə Cavabdeh2 inşa etdirdiyi tikililərin hansının xx.xx.2016-cı il tarixə kimi, hansının həmin tarixdən sonra aparılmasının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, iddiaçı tərəfindən irəli sürülən həmin hallar üzrə araşdırma aparmamış, iddiaçı ilə Cavabdeh2 uşaqları arasında baş vermiş münaqişə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılıb-aparılmaması, əgər aparılmışdırsa özbaşına tikililərə dair həmin materialda əksini tapmış məlumatlar tədqiq edilməmişdir. Ümumiyyətlə məhkəmə Cavabdeh2 tərəfindən çoxsaylı özbaşına tikililər inşa olunması, həmin tikililərin iddiaçının hüquqlarının pozması qənaətinə gəlsə də, hər bir tikiliyə münasibətdə tədqiqat aparmamış, kifayət qədər əsas olmadan ümumilikdə tikililərin xx.xx.2016-cı il tarixə kimi inşa olunması, habelə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə yanlış nəticəyə gəlmişdir.
48. Cavabdeh1 aid hissədə iddianın rədd olunması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən özbaşına tikililərin inşa olunması müəyyən edilsə də, həmin tikililər iddiaçıya məxsus yaşayış evi və torpaq sahəsi ilə üst-üstə düşmədiyinə görə iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərməməsi əsası ilə iddianın rədd edən apellyasiya məhkəməsi nəzərə almamışdır ki, İddiaçı iddia tələbi təkcə yaşayış evinin havalandırılmasının, işıqlandırılmasının qarşısının alınması, rütubətin artmasına şərait yaratması ilə bağlı olmamışdır. İddiaçı həmçinin göstərmişdir ki, Cavabdeh1 inşa etdirdiyi özbaşına tikililər ümumi istifadədədəki gediş-gəliş yolunu bağlamış, kanalizasiya sistemini özbaşına ləğv edib, tualeti söküb yerində mağaza tikməsi nəticəsində şambodan istifadə etməyə məcbur olduqlarından həyətdə ağır qoxunun yayılması, həşəratların artması baş vermiş, nəticədə antisanitariya şəraiti yaranmışdır.
49. İşdə olan xx.xx.2022-ci il tarixli, 10/5968 №-li ekspert rəyi ilə də müəyyən edilmişdir ki, Cavabdeh1 istifadəsində olan, texniki pasportda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağına (balkonda inşa edilən) dair hər hansı icazə sənədi, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini əks etdirən razılaşdırılmış layihə sənədi mövcud olmamış özbaşına tikililərdir. Lakin həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərmir. Lakin tikinti-texniki ekspertizasına aid olmadığından rəydə həmin tikililərin iddiaçıya məxsus yaşayış evinə və orda yaşayan şəxslərə digər təsirlərin, həmçinin qoxunun təsirinin olub-olmadığını, vardırsa bü təsirlərin iddiaçıya öz sahəsindən istifadə etməkdə maneçilik yaradıb yaratmamasını, iddiaçının hüququnun hansı dərəcədə pozulmasını müəyyən etməmişdir.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat
Proses iştirakçılarının izahatları
50. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, mübahisə ilə bağlı Nərimanov Rayon 16-cı polis bölməsinə müraciəti də olmuşdur. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququ pozulmuşdur və mülkiyyət hüququna müddət şamil edilmir. Cavabdeh2 onların əvvəlki ümumi istifadəsində olan gediş-gəliş yolunda və ona məxsus evin pəncərəsinin qarşısında 30-40 sm məsafə saxlamaqla hasar çəkmiş və sanitar qovşaqlar inşa etdirmişdir. Həmin sanitar qovşaqların bir hissəsi ona məxsus fərdi yaşayış evinin otağına birləşdirilmiş, orada həyətyanı sahə yaratmış və dəmir darvaza qoydurmuşdur. Eyni zamanda, Cavabdeh2 həmin inşa etdiyi sanitar qovşaqların və gediş-gəliş yolunun üzərində ikinci mətəbəsində qeyri-qanuni sanitar qovşaqlar, dəhliz və bir otaqlı mənzil inşa etmişdir. Həmin tikililərlə bağlı onların heç bir razılığı olmamışdır. Dəfələrlə qohumlar vasitəsi ilə tikintini dayandırmağı xahiş etsələr də, cavabdeh buna məhəl qoymamış, istənilən yerə şikayət edə biləciyini bildirmişdir. Cavabdeh2 tərəfindən inşa edilmiş tikililər səbəbindən ona məxsus fərdi yaşayış evinə nə işıq düşür, nə də hava gəlir. Evdə nəmişlik mövcuddur, bu isə övladlarının səhhətinə pis təsir göstərir. Evinin sağa və sola pəncərəsi yoxdur, yeganə pəncərə həyətə baxan pəncərədir. Həmin pəncərənin isə qarşısı Cavabdeh2 tərəfindən bağlanılıb. İş üzrə ilk ekspertizanın rəyində Cavabdeh2 tərəfindən gediş-gəliş yolunda inşa olunmuş iki mərtəbəli tikililər qeyd olunmuşdur. Lakin sonradan digər ekspertlər tərəfindən qeyri-qanuni olaraq oraya həyətyanı sahə və sair kimi qeyd edilmişdir. Onun evinə məxsus olan 1992-ci il tarixli texniki pasportdan görünür ki, əvvəllər onun evinə əsas gediş-gəliş yolunda Cavabdeh2 qeyri-qanuni tikililər inşa etmişdir. Eyni zamanda, Cavabdeh2 inşa etdiyi birinci mərtəbədə sanitar qovşaqlar və ikinci mərtəbədə inşa etdiyi sanitar qovşaqlar, dəhliz və bir otaqlı tikili barədə texniki-pasportda heç bir icazə və plan-sxem də yoxdur. Əvvəlki ümumi istifadədə olan gediş-gəliş yolu 40 kv.m idi, lakin Cavabdeh2 17 kv.m-ni, qalan 33 kv.m isə Cavabdeh1 zəbt etmişdir. Cavabdeh1 əvvəlki gediş-gəliş yolunun bir hissəsində bir mərtəbəli qeyri-qanuni tikililər, market inşa etmişdir. Cavabdeh1 əvvəl ümumi istifadədə olan sanitar qovşağı sökərək onun yerinə dəhliz, ondan sonra isə arxada bir otaq ev inşa etmişdir. Cavabdeh1 məxsus texniki pasportda qeyd olunub ki, guya qeyd etdiyi market, dəhliz və bir otaqlı tikili, ona məxsus 1980-ci illərdə tikilmiş tikililərə daxildir. Halbuki, bu yalandır, çünki onlar 1997-ci ildə də həmin ümumi istifadədə olan gediş-gəliş yolundan istifadə etmişlər. Hazırda isə qeyri-qanuni tikililər nəticəsində ensiz və dar cığır qalıb. Birinci instansiya məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verildi, lakin Cavabdeh1 məxsus yalnız 1997-ci il texniki-pasport təqdim olundu, 2002-ci ilə aid texniki pasport ümumiyyətlə göstərilmədi. Həmin texniki pasportun nə dərəcədə qanuni olub-olmadığını bilmir. Cavabdeh1n tərəfindən ümumi istifadədə olan gediş-gəliş yolunda qeyri-qanuni sanitar qovşaq inşa olunmuşdur. Həmin sanitar qovşaq nə 1997, nə də 2002-ci il texniki pasportlarda yoxdur. Eyni zamanda, Cavabdeh1 ümumi istifadədə olan gediş-gəliş yolunda dəmir pilləkən inşa etmişdir. Həmin pilləkən də heç bir texniki pasportda yoxdur. Dəmir pilləkənin altında balaca dam var və o da texniki pasportlarda yoxdur. Damdan sonra 8 saylı mətbəx var. Həmin mətbəx də ümumi istifadədə olan gediş-gəliş yolunda tikilmişdir, lakin ora yol olmasına baxmayaraq qanunsuz olaraq onu texniki pasporta qeyd ediblər. Bundan başqa, orada Cavabdeh1 tərəfindən ikinci mərtəbə səviyyəsində dəmir eyvan inşa olunmuşdur. 2020-ci ildə bu səbəblə mübahisə düşmüşdür. Dəmir eyvandan sonra Cavabdeh1 inşa etdiyi hamam, sanitar qovşaq da heç bir texniki pasportda yoxdur. Habelə, ikinci mərətəbə səviyyəsində olan 13 saylı 39 kv.m sahəsi olan eyvan ümumi istifadədə olan gediş-gəliş yolunun üzərində olduğu üçün yolun üstünü tam bağlayıb. Orada havasızlıq yaradaraq evinə gələn havanın qarşısını alır. Cavabdehlərə məxsus bütün qeyri-qanuni tikililər 2016-cı ildə inşa olunub. 1997-ci ildə əks olunuş texniki pasportda olan tikililərdən başqa bütün digər tikililər sonradan 2016-cı ildə inşa olunub. Cavabdeh1 ümumi istifadədə olan sanitar qovşağı sökdüyü üçün kanalizasiya sistemini ləğv edib. Cavabdeh1 həyətdə sonradan inşa etdiyi sanitar qovşaqdan qoxu gəlir və yay aylarında orada dayanmaq mümkün deyil. Cavabdeh1 özünə məxsus sanitar qovşağı sökmüşdür və yerində otaq tikmiş və həmin otaqları kirayə verib. Cavabdehin vəkili və nümayəndəsi bildirir ki, atası ümumi istifadədə olan gediş-gəliş yolunu satıb, 2.500 ABŞ dolları pul alıb. Daşınmaz əmlaka dair alqı-satqı notarial qaydada həyata keçirilməlidir. Cavabdeh tərəfin təqdim etdiyi ərizə adi bir vərəqdir, hamı tərəfindən tərtib oluna bilər. Texniki pasportdan da müəyyən olunur ki, yol necə olmuşdur. Ora qanuni ümumi istifadə yoludur. Cavabdeh1 yaşlı insandır, bütün bu işləri onun oğlu X33 edir. 2020-ci ildə olan mübahisə zamanı Cavabdeh1 oğulları onu yumruqladılar. Nəticədə polis çağırıldı və 16-cı Polis Bölməsinin tədqiqatçısı Asif Abışov tərəfindən ədalətsiz qərar çıxarıldı. Lakin daha sonra həmin qərardan şikayət verdi və qərar ləğv olundu, ibtidai istintaqa verildi. Buna baxmayaraq qərar çıxarılmadan, adi məktubla ona cavab veriblər. İşdə olan qonşular tərəfindən tərtib edilmiş aktla bağlı bildirdi ki, həmin qonşular cavabdehlərə yaxın şəxslərdir. Cavabdeh2 həyat yoldaşı qonşulara yaxınlaşıb akt tərtib etdirmişdir.
51. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, ekspert tərəfindən müəyyən olunmuşdur ki, cavabdehlərə məxsus tikililər 2008-ci ildən əvvəlki tarixə aiddir. Məhkəmə tərəfindən yerli baxış keçirilib və belə təsəvvür yaranır ki, iddiaçının gediş-gəliş yolu onun dediyi kimidir. Lakin bu belə deyil. İddiaçının mərhum atası 2000-ci ildə oranı Cavabdeh2 satıb. Bununla bağlı materiallar işə əlavə olunmuşdur. Sonradan hazırda mübahisələndirilən sahədə Cavabdeh2 tərəfindən ev tikilib. Faktiki olaraq təmsil etdiyi şəxs hazırda istifadə etdiyi yolu açmışdır ki, öz evinə gedə bilsin. İddiaçı orada olan tikililərin 2016-cı ildə tikildiyini bildirsə də, ekspert rəyindən və “google earth” – dən görünür ki, ən azı fərdi yaşayış evi 2008-ci ildən orada mövcud olmuşdur. İkinci mərtəbədə olan sanitar qovşaq texniki pasportda var. Ekspert rəyində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən inşa olunmuş tikililərin tikilməsi üçün iddiaçıya məxsus hər hansı tikili sökülməmişdir. İddiaçının bildirdiyi ümumi gediş-gəliş yolunun olmasını heç bir sübut təsdiq etmir. Gediş-gəliş yolu başqa istiqamətdən olmuşdur və oranı satıblar. İddiaçı onlara məxsus gediş-gəliş yolundan istifadə edir.
52. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, Ali Məhkəmənin iş üzrə qəbul etdiyi qərarı ilə razı deyil. Belə ki, Ali Məhkəmə iddiaçı şikayətlər etdiyi üçün qətnaməni ləğv etmiş, işi yenidən apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Cavabdehlərə məxsus evlərin 1997-ci il tikilməsinə baxmayaraq, Ali Məhkəmənin qərarında iddiaçının mülahizələrinə əsasən 2020-ci ildə tikildiyi qeyd olunmuş və həmin münaqişə ilə əlaqələndirilmişdir. Halbuki, onların həmin münaqişə ilə əlaqələri yoxdur. Bundan başqa, Cavabdeh2 tərəfindən 2000-ci illərədək orada tikinti işləri aparılmışdır. Həmin dövrdə iddiaçı azyaşlı olduğu üçün qəbz tərtib olunmasında iştirak etməmişdir. Həmin qəbzdə olan imza ilə notarial qaydada olan imzanı eyniləşdirdikdə imzaların hər ikisinin eyni imza olduğunu müəyyən etmək olar. Habelə, iş materiallarında olan qonşular tərəfindən tərtib olunmuş aktdan müəyyən olunur ki, tikililər 25 il əvvəl, 1993-2000-ci illər ərzində inşa olunmuşdur. Ekspert rəyindən də tikililərin 2000ci ilədək inşa olunması öz təsdiqini tapır. 2000-2016-cı illər ərzində iddiaçının atası tərəfindən tikililərlə bağlı hər hansı şikayət verilməmiş və qəbul olunmuş, iddiaçının özünün isə evin ona 2016-cı ildə keçməsinə baxmayaraq 2020-ci ildə digər cavabdeh ilə aralarında mübahisə baş verdikdən sonra şikayətlər verməyə başladığı iş materialları ilə sübut olunur. İddiaçı tikililərin 2016-cı ilə aid olduğunu iddia etsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməyib. İddiaçı əmlakı 2016-cı ildə bağışlama əsasında qəbul edib. O, əmlakı qəbul edərkən görürdü ki, pəncərənin qarşısı bağlanılıb və bağışlamadan imtina edə və əmlakı qəbul etməyə bilərdi.
53. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
54. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı: Dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
56. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
58. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
59. Hazırda işdə ilkin iddia və qarşılıqlı iddia rədd olunduğundan və apellyasiya şikayətində ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qətnaməni ilkin iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.
61. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.
62. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarındakı göstərişlərlə nəzərə alaraq aşağıdakıları qeyd edir.
63. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normalarının tədbiqində səhvə yol verilmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, nəticədə işin hallarına uyğun gəlməyən qətnamə qəbul edilmişdir. Göstərilənlər mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslardır.
64. Belə ki, İddiaçı iddiası özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi ilə bağlıdır. O, adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış yaşayış evinin pəncərəsinin önündə heç bir ara məsafəsi saxlanmadan Cavabdeh2 inşa etdirdiyi evin birinci mərtəbəsindəki hamamın, tualetin və birinci mərtəbəsinə aid olan dəmir qapının, ikinci mərtəbəsindəki hamamın, tualetin, dəhlizin və 1 otaqın sökülməsini, boşaldılmasını, əvvəlki vəziyyətinə gətirilməsini, Cavabdeh1 ümumi istifadədə olan torpaq sahəsinin gediş-gəliş yolunda inşa etdirdiyi tualet, mətbəx, dam, dəmir pilləkən, 1 otaq ev, 1 otaq evə aid 2 metr artırma, ona bitişik daş pilləkən, dəmir balkon, tualet, hamam, mətbəx və dəhliz kimi özbaşına tikililərinin sökülməsi, boşaldılması, əvvəlki vəziyyətə gətirilməsi, Cavabdeh1 ümumi istifadədə olan tualetin və onun kanalizasiya sistemini söküb yerində özbaşına inşa etdirdiyi mağaza binasının və 1 otaq evin sökülməsini, həmin tikililərin əvvəlki vəziyyətə gətirilməsini və özbaşına tikililərin işləndiyi Texniki pasportun ləğv olunmasını xahiş etmişdir.
65. Göründüyü kimi, iddiaçının tələbləri mülkiyyətində olan yaşayış evindən təyinatına uyğun istifadəyə cavabdehlərin özbaşına tikililər inşa etdirməklə mane olmalarının qarşısınnı alınması, yəni mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır. Cavabdehlər bu hərəkətləri isə özbaşına tikili inşa olunduğu andan davam edən hərəkətlərdir. İddiaçının cavabdehlərin bu hərəkətlərinə son qoyulmasını tələb etmək hüququ vardır. Mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələblərə isə müddət şamil edilmir.
66. İşə baxan birinci instansiya məhkəməsi isə göstərilənləri nəzərə almadan iddia tələblərinin rədd olunması əsaslarından biri kimi İddiaçı iddia müddətlərini ötürməsi barədə düzgün nəticəyə gəlməmişdir.
67. İşdə olan xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, 1ci Şimal şitilliyi, ev 89-da yerləşən fərdi yaşayış evi İddiaçı və Cavabdeh2 ümumi mülkiyyətlərindədir. Digər Cavabdeh1 məxsus yaşayış evi isə iddiaçının qonşuluğunda, ümumi həyətdə yerləşir. İş üzrə təyin edilmiş ekspertiza rəylərinə görə isə hər iki cavabdehin həm ümumi həyətdə, həm də evin özlərinə aid hissələrinə bitişik olaraq özbaşına tikililər inşa etdirmələri müəyyən olunmuşdur.
68. Kollegiya ilk olaraq Cavabdeh2 qarşı iddiaçının tələbinə münasibətdə qeyd edir ki, işdə olan ekspert rəylərinə əsasən onun inşa etdiyi iki mərtəbəli evin birinci mərtəbəsindəki hamam sanitar qovşağı və ikinci mərtəbəsində hamam, sanitar qovşağının İddiaçı məxsus yaşayış evinin pəncərəsindən 0.50-0.60 sm ara məsafəsində inşa olunduğu nəzərə alınaraq, sonuncuya məxsus ünvan 10 ünvanında yerləşən yaşayış evinin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə mənfi təsir göstərməsi və rəylərdə sadalanan qanunvericilik normalarına əməl edilmədən inşa olunması faktları mövcuddur.
69. Lakin işdə olan həmin evin yerləşdiyi küçədə yaşayan qonşular tərtib etdikləri xx.xx.2022-ci il tarixli aktda, habelə 51 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə təsdiqlənən ərizələrində bildirmişlər ki, qonşuları Cavabdeh2 məxsus olan ünvan 10 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin tikintisi və son tamamlama işləri 25 il bundan əvvəl həyata keçirilmişdir.
70. Bundan başqa, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, “Google Earth” xəritə proqramında mövcud olan illər üzrə peyk görüntülərindən görünür ki, Cavabdeh2 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi 2008-ci il tarixdən həmin ərazidə mövcud olmuşdur.
71. Beləliklə, qeyd olunan sübutlarla müəyyən edilir ki, Cavabdeh2 tərəfindən inşa edilmiş və iddiaçı tərəfindən sökülməsi tələb edilən tikililər hazırda İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi ona atası tərəfindən bağışlanmamışdan öncə, yəni xx.xx.2016-cı il tarixindən əvvəl inşa edilmişdir. Bunu təkzib edən sübutlar İddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
72. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsindən göstərilənlərdən də müəyyən edilir ki, 2020 ilin iyun ayında onun mübahisəsi Cavabdeh2 ilə deyil, digər Cavabdeh1 övladları ilə gediş-gəliş yolunun üstündə yeni tikililərin inşası ilə bağlı olmuşdur.
73. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh1 qarşı ümumi istifadələrində olan tualetin və onun kanalizasiya sistemini söküb ləğv edərək yerində qeyri-qanuni zəbt edərək inşa etdiyi mağaza və 1 otaq evin sökülməsi, qeyri-qanuni olaraq sökülən, ləğv edilən tualetin və onun kanalizasiya xəttinin tez bir zaman ərzində əvvəlki yerində qanuni şəkildə Cavabdeh1 hesabına yenidən inşa olunaraq əvvəlki vəziyyətinə gətirilməsi, bərpa olunması, Cavabdeh1 ümumi istifadələrində olan torpaq sahəsinin gediş-gəliş yolunda qanunsuz zəbt edərək inşa etdiyi mətbəxə (3 kv m.) dair, həmin yolun üstünü qeyri-qanuni zəbt edərək inşa etdiyi eyvana (39 kv m.) dair, Cavabdeh1 qeyri-qanuni sökdüyü ümumi istifadələrində olan tualetə (2 kv m.) dair və onun kanalizasiya xəttinin yerində zəbt edərək qeyri-qanuni inşa etdiyi mağazaya (6,60 kv m.) dair, dəhliz (2,40 kv m.) dair, 1 otaq evə (19,30 kv m.) dair Maraqlı şəxsin Cavabdeh1 adına xx.xx.2002-ci il tarixli seriya ÖM- 114599 nömrəli qeydiyyat vəsiqəsinin yə qeydiyyat vəsiqəsinə aid olan reyestr nömrəsi xx.xx.2002-ci il tarixli, inventar nömrəsi 414 olan texniki pasportun ləğv edilməsi barədə tələbləri ilə bağlı qeyd edir ki, həmin tikililərin qeyd olunan texniki pasportda əks olunması onu göstərir ki, onlar sözügedən pasport tərtib edilən vaxt, yəni 2002-ci ildə artıq mövcud olmuşlar.
74. İşdə olan ekspert rəyi və qeyd olunan texniki pasportdan həmçinin müəyyən edilir ki, İddiaçı bildirdiyi ümumi istifadədə olan tualet (2 kv.m.) və onun kanalizasiya xəttinin üzərində inşa edilmiş mağaza (6,60 kv.m), dəhliz tikilikıri (2,40 kv m.) Cavabdeh1 adına tərtib olunmuş xx.xx.2002-ci il tarixli Texniki Pasportda qeyd olunan 10, 11 və 12 saylı tikillərdir. Faktiki vəziyyətdə həmin tikilinin arakəsmə divarları sökülərək dəhliz kimi istifadə edildiyi müəyyən olunmuşdur.
75. Göründüyü kimi, sözügedən tualet də artıq 2002-ci il tarixdə köməkçi sahə olaraq Cavabdeh1 mülkiyyətinə verilmişdir.
76. O da qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsində yalnız fərdi yaşayış evinin 7 otaqdan ibarət 110 kv.m. yaşayış sahəsi qeyd edilmişdir, texniki pasportda isə yaşayış sahəsindən əlavə həmçinin 68,5 kv.m köməkçi sahələr qeyd edilmişdir.
77. Məhkəmə kollegiyası iddiaçının hər iki cavabdehə qarşı yuxarıda qeyd olunan tələbləri ilə bağlı qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. Hüquqdan sui-istifadəyə isə yol verilmir.
78. Göstərilənlərə əsasən kollegiya iddiaçının həmin tələbləri ilə bağlı hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən tikililər cavabdehlər tərəfindən uzun müddət əvvəl inşa edildiyindən, iddiaçının atası sağlığında bu tikililərə hər hansı formada etiraz etmədiyindən, 2016-cı ildə daşınmaz əmlakı əldə edən iddiaçı da bu halı qəbul etdiyi vaxt mübahisələndirmədiyindən onun yuxarıda qeyd olunan tələbləri hüquqdan sui-istifadə olduğu üçün təmin oluna bilməz.
79. Məhkəmə kollegiyası sözügedən texniki pasportun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tanınmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, işdə olan xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş sənədlərdən göründüyü kimi, həmin idarə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq yalnız iddiaçı və cavabdeh X4 aid sənədlər məhkəməyə göndərilmişdir. Cavabdeh1 ilə bağlı isə, o cümlədən 2002-ci ildən əvvəl ona aid tərtib edilmiş hər hansı sənədlər məhkəməyə göndərilməmişdir.
80. Məhkəmə kollegiyası iddiaçının digər tələbləri - Cavabdeh1 ilə ümumi istifadələrində olan torpaq sahəsinin gediş-gəliş yolunda 1 otaq evin (15,50 kv metr) 2 metrə artırılmasına dair hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, Cavabdeh1 ona məxsus fərdi yaşayış evinin ümumi istifadəsində olan torpaq sahəsinin gediş-gəliş yolunda qeyri-qanuni zəbt edərək inşa etdiyi tualet, mətbəx, dam, dəmir pilləkən, 1 otaq ev, 1 otaq evinin 2 metrə artırılması və ona bitişik daş pilləkən, həmin yolun üstünü qeyriqanuni zəbt edərək inşa etdiyi dəmir balkon, tualet, hamam, mətbəx, koridor tikililərinin Cavabdeh1 hesabına sökülməsi, boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi tələbi ilə bağlı hesab edir ki, həmin tələblər qismən təmin edilməlidir.
81. Belə ki, işdə olan ekspert rəyləri ilə müəyyən edilir ki, Cavabdeh1 istifadəsində olan, texniki pasportda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağına (balkonda inşa edilən) dair hər hansı icazə sənədi, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini əks etdirən razılaşdırılmış layihə sənədi mövcud olmamış özbaşına tikililərdir. Eyni zamanda, Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda əks olunmuş 9 saylı tikilinin (iddiaçının bildirdiyi 15,50 kv metr sahəsi olan otaq) 0.9 metr hissəsinin genişləndirilərək İddiaçı məxsus ünvan 9 mənzilin torpaq sahəsinin gediş-gəliş yolunda inşa edildiyi müəyyən edilmişdir.
82. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilənlərə əsasən onun 2020-ci ilin iyun ayında Cavabdeh1 övladları ilə gediş-gəliş yolunun üstündə yeni tikililərin inşası ilə bağlı mübahisəsi olmuş, bununla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılmışdır.
83. Təkrar apellyasiya araşdırması zamanı İddiaçı ilə Cavabdeh1, X33, X34 arasında 2020-ci ildə baş vermiş münaqişə ilə bağlı 16-cı Polis Şöbəsində aparılmış araşdırmaya dair materialların surətinin əldə edilməsi məqsədi ilə şöbəyə sorğu ünvanlanmış, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 8723 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı ilə Cavabdeh1, X33, X34 arasında olan mübahisə ilə bağlı hadisə baş verdiyi müddətdən 5 il keçdiyinə görə DİN-in Q36-001-15 nömrəli tələbinə əsasən materiallar məhv edilmişdir. Buna görə də 16-cı PŞdə aparılmış araşdırma ilə bağlı ətraflı məlumat verilməsi mümkün olmamışdır.
84. Buna baxmayaraq, qeyd olunan cavab məktubu ilə təsdiq olunur ki, həqiqətən də iddiaçının bildirdiyi kimi onunla Cavabdeh1 övladları arasında münaqişə baş vermişdir.
85. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən ekspert rəyləri ilə müəyyən edilmiş və cavabdehə məxsus texniki pasportda əks olunmayan sözügedən tikililərin 2020-ci ilin iyun ayından əvvəl inşa edildiyi barədə hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir.
86. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sözügedən tikililər iddiaçının tərəflərin ümumi istifadəsində olan sahədən və gediş-gəliş yolundan istifadə hüquqlarını məhdudlaşdırdıqdan, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 tərəfindən xx.xx.2002ci il tarixli texniki pasportda qeyd olunmayan tualet (ayaqyolu), həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşaq (balkonda inşa edilən) və texniki pasportda qeyd olunan 9 saylı tikilinin 0.9 metr genişləndirilməsi sökülməli və həmin tikinti materialları Cavabdeh1 tərəfindən həyətdən çıxarılmalı, ilkin iddia qalan hissədə təmin edilməməlidir.
87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 34/2023 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddia qismən təmin edilsin. Cavabdeh1 tərəfindən xx.xx.2002-ci il tarixli texniki pasportda qeyd olunmayan tualet (ayaqyolu), həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşaq (balkonda inşa edilən) və texniki pasportda qeyd olunan 9 saylı tikilinin 0.9 metr genişləndirilməsi sökülsün və həmin tikinti materialları Cavabdeh1 tərəfindən həyətdən çıxarılsın. İlk iddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısını təşkil edən 30 manat Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 300 manat məbləğində vəsaitin 150 manatı İddiaçı, 150 manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: