Məhkəmə qərarları › İş №2(103)-4530/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4530/2025

20.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4530/2025 20.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Birinci iş üzrə İddiaçı Cavabdeh1 qarşı “maneələrin aradan qaldırılması və s.” tələbinə dair, ikinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3 MMC, Cavabdeh2 MTK və Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneənin aradan qaldırılması, əqdin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), X22 və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Birinci iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-541/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən ikinci iş üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2016-cı il təvəllüdlü X13 atası Cavabdeh1, anası İddiaçıdır.

2. X6 ilə İcraçı "xxxx" MMC arasında (direktor Cavabdeh4 şəxsində) bağlanmış xx.xx.2022-ci il tarixli AS/171 nömrəli müqaviləyə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında MTK-nə məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzili İcraçı Sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilədə Sifarişçinin adından valideynləri İddiaçı və Cavabdeh1 göstərilmiş, lakin, müqavilə yalnız İcraçı və Cavabdeh1 tərəfindən imzalanmış (həm səhifələr üzrə, həm də müqavilənin sonunda), İddiaçı tərəfindən imzalanmamışdır. Əmlakın satış qiyməti 192.000 manat təşkil etmişdir.

3. Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 171/02 nömrəli maliyyə arayışına əsasən X13 ünvan 1 ünvanında MTK-nə məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısıdır və mənzilə dair heç bir borcu yoxdur. X13 qanuni nümayəndələri olan valideynləri İddiaçı və Cavabdeh1 tərəfindən 192.000 manat ödənilmişdir.

4. Cavabdeh2 MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2023-cü il tarixli 02 nömrəli protokoldan çıxarışına əsasən müəyyən edilir ki, vətəndaş X3 üzvü qəbul olunmaqla ünvan 1 ünvanında MTK-nə məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısı olması müəyyən edilmişdir. Ailə tərkibi 2 nəfərdən ibarət olmaqla İddiaçı və Cavabdeh1dur.

5. Cavabdeh2 MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2023-cü il tarixli 02 nömrəli protokoldan çıxarışına əsasən müəyyən edilir ki, vətəndaş İddiaçı kooperativin üzvü qəbul olunmaqla ünvan 1 ünvanında MTK-nə məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısı olması müəyyən edilmişdir. Ailə tərkibi 2 nəfərdən ibarət olmaqla X23 və Cavabdeh1dur.

6. Cavabdeh2 MTK tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X13 ünvan 1 ünvanında MTK-nə məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısıdır və mənzilə dair heç bir borcu yoxdur.

7. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən müəyyən edilir ki, X23 ünvan 1 ünvanında MTK-nə məxsus X8 “E” binasının 12 nömrəli mənzilində qeydiyyatdadır.

8. "xxxx" ASC ilə X23 arasında mübahisə predmeti olan mənzilə dair enerji təchizatından istifadə edilməsi ilə bağlı 345581 nömrəli müqavilə əlavə edilmişdir.

9. Cavabdeh1 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən müəyyən edilir ki, o, mübahisə predmeti olan sözügedən mənzilin İddiaçı adına rəsmiləşdirilməsini xahiş edir. Gələcəkdə bununla bağlı hər hansı tələbi olmayacaqdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh1 qarşı “ünvan 1 ünvanında MTK-nə məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzil üzrə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin mənzilin X13 və İddiaçı istifadəsinə geri qaytarılması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 faktiki nikah münasibətində olmuş və onların iki övladları dünyaya gəlmişdir. Sonradan tərəflər arasında münasibət pisləşmiş onlar ayrılmaq qərarına gəlmişlər. Övladlarından biri xx.xx.2016-cı il təvəllüdlü X23 iddiaçı ilə birlikdə yaşamaqdadır. Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının 19 iyul 2023-cü il tarixli, 02 №-li protokolundan çıxarışa əsasən, X2 üzvü qəbul edilməklə, ünvan 1 ünvanında MTK-nə məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısı olmuşdur. Çıxarışda ailə tərkibi olaraq 2 nəfər İddiaçı və (övladı) X23 qeyd edilmişdir. Cavabdeh2 MTK tərəfindən təqdim edilmiş 16 avqust 2023- cü il tarixli, 08/46/36 nömrəli maliyyə arayışına əsasən, X23 ünvan 1 ünvanında MTK-nə məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2 –ci mərtəbəsində yerləşən 99.75 kv.m, 3 otaqlı, 12 nömrəli mənzilin payçısıdır və MTK-nə heç bir borcu yoxdur. Hazırda İddiaçı və onun yanında qalan övladı Ayxan Əliyev sözügedən mənzildə qeydiyyatdadırlar. Lakin, onlar Cavabdeh1 qanunsuz hərəkətləri ilə əlaqədar X15 məxsus mənzildən istifadə edə bilmirlər. Yuxarıda qeyd edilən sənədlər, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmək üçün verilmişdir və sözügedən mənzilin X13 adında qeydə alınması üçün əsasdır. Belə ki, sözügedən mənzil faktiki olaraq 2022-ci il tarixində X13 adına rəsmiləşdirilmiş, o, həmin ilin noyabr ayında anası ilə birlikdə müvafiq ünvana köçmüşdür. Lakin, onlar mənzilə köçdüyü vaxtdan etibarən Cavabdeh1 dəfələrlə içkili vəziyyətdə onun evinə gələrək, İddiaçı zor (fiziki güc) tətbiq etməklə onu və övladını evdən qovmuş, onların müdafəsiz halda qalmasına səbəb olmuşdur. Sonuncu dəfə, 2024cü ilin əvvəlində həmin hadisə yenə baş vermiş, lakin bu dəfə Cavabdeh1 öz oğlu Ayxan Əliyevə məxsus mənzilin giriş qapısının kilidini dəyişdirərək onların mənzildən istifadə hüququnu tam əlindən almışdır. Bu maneələrin aradan qaldırılması üçün İddiaçı ona dəfələrlə müraciətlər etsə də, həmin müraciətlər nəticəsiz qalmışdır. Qeyd edilən vaxtdan, iddiaçı azyaşlı övladı ilə birlikdə kirayə mənzillərdə yaşamaq məcburiyyətində qalmışdır. Məsələ ilə əlaqədar dəfələrlə polis orqanlarına da müraciətlər edilmiş, lakin hər hansı nəticə əldə edilməmişdir. Qeyd edək ki, bu cür hallar onun və övladının fiziki və psixi sağlamlıqlarının pozulmasına, onların maddi vəziyyətlərinin çətinləşməsinə səbəb olur. Belə ki, X13 və anasının mənzildən istifadə hüququna dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasının məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir.

12. İkinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3 MMC, Cavabdeh2 MTK və Cavabdeh4 qarşı “Yasamal-M MMC ilə Cavabdeh1 arasında bağlanılmış 25 fevral 2022-ci il tarixli AS/171 saylı Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" MMC tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, № 171/02 saylı maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 MTK üzvlərinin MTK üzvlüyünə qəbul və mənzillərin payçıya verilməsinə haqqında ümumi iclasının № 02 saylı, 19 iyul 2023-cü il tarixli qərarının, protokolundan çıxarışın etibarsız hesab edilməsi, X8 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0- səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı mənzilin iddiaçı Cavabdeh1 tam pay hüququnun, sahiblik və istifadə hüququnun tanınması, X8 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0- səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı mənzilin iddiaçı Cavabdeh1 adına verilməsinə dair yeni müqavilə tərtib edilərək iddiaçıya verilməsi öhdəliyinin Cavabdeh3 MMC-nin direktoru Cavabdeh4 üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

13. Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 2022-ci il tarixində ünvan 2 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasından yetkinlik yaşına çatmamış, xx.xx.2016-cı il təvəllüdlü övladı X13 adına “E” binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan № 12 saylı mənzili hədiyyə olaraq almaq qərarına gəlmişdir. Bu məqsədlə direktoru Cavabdeh4 şəxsində təmsil olunan Cavabdeh2 MMC (VÖEN: **********, hazırda ləğv olunub) (bundan sonra İcraçı) ilə digər tərəfdən fiziki şəxs (bundan sonra Sifarişçi adlandırılacaq) xx.xx.2016-cı il təvəllüdlü X13 adından valideynləri Cavabdeh1, İddiaçı arasında 25 fevral 2022- ci il tarixində № AS/171 saylı Alqı-satqı Müqaviləsi bağlanmışdır (formal olaraq alqı-satqı müqaviləsi, mahiyyəti və şərtləri üzrə Xidmət Müqaviləsi). Müqavilənin 1.1-ci bəndinə əsasən Müqavilənin şərt və müddəalarına uyğun olaraq, İcraçı bu Müqavilənin Əlavə № 2də təsvir olunan X8 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0-səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı təmirsiz mənzili yaşayış məqsədləri üçün Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş və tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə əsasən Sifarişçi hazırki Müqavilədən və müqavilənin digər şərtlərindən irəli gələn öhdəliklərini yerinə yetirdikdən sonra aldığı mənzil ilə əlaqədar mülkiyyət hüquqlarını Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada əldə edir. Müqavilənin 2.1-ci maddəsinə əsasən Tərəflərin qarşılıqlı razılığı əsasında mənzilin 1 kv.m sahəsinin qiyməti 2000.00 (iki min) manat müəyyən edilməklə əmlak üçün alış qiyməti 192000.00 (yüz doxsan iki min) manat təşkil edir. Müqavilənin 3.1-ci maddəsinə əsasən İcraçı Binanın və mənzilllərin tikinti-quraşdırma işlərini, fasad tərtibatını Azəbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış memarlıq hissəsinin (eskiz) layihəsinə uyğun olaraq həyata keçirməlidir. Müqavilənin 4.1-ci maddəsinə əsasən İcraçı Əmlakı Müqaviləyə № 3 saylı Əlavədə təsvir edilən təhvil-təslim şərtlərinə uyğun olaraq Sifarişçiyə təhvil verməlidir. Sifarişçi təmir işlərini öz xərci hesabına həyata keçirir (şərtləri üzrə xidmət müqaviləsi olmasına baxmayaraq sadəcə mənzilin alınması xərci deyil, mənzilin bütün təmir xərcləri də iddiaçı Cavabdeh1 tərəfindən qarşılanmışdır). 25 fevral 2022-ci il tarixli AS/171 saylı Alqı-satqı müqaviləsinin № 05 saylı Əlavəsinə (ödəniş cədvəli) əsasən İcraçı "xxxx" MMC-nin direktoru Cavabdeh4 aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. № 05 saylı Əlavədə mənzilin qiyməti 192000 AZN, ilkin ödənişi 171 000 AZN, qalıq borc isə 21 0000 manat qeyd olunmuşdur. Həmçinin Əlavə № 05-də mənzilin tam dəqiq ümumi sahəsinin və sıra nömrəsi DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra məlum olacağına dair qeyd əlavə olunmuşdur. Daha sonra X8 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0- səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı təmirsiz mənzilin alış qiyməti 192000 (yüz doxsan iki min) manat olmaqla, xx.xx.2016-cı il təvəllüdlü X13 adından valideynləri Cavabdeh1, İddiaçı qanuni nümayəndələri tərəfindən həmin məbləğdən 21000 (iyirmi bir min) manat, cəmi 192 000 (yüz doxsan iki min) manatın ödənildiyinə, həmin dövr üçün ödəniş üzrə heç bir borc öhdəliyinin qalmadığına dair 09 mart 2022-ci il tarixində "xxxx" MMC tərəfindən № 171/02 saylı maliyyə arayışı verilmişdir. "xxxx" MMC 18 yanvar 2017-ci il tarixində dövlət qeydiyyatına alınmış, xx.xx.2023-cü il tarixində Cavabdeh2nə çevrilmişdir ( bu barədə iddiaçı Cavabdeh1 heç bir məlumat verilməmişdir, iddiaçı sonradan məlumatı özü əldə etmişdir). Cavabdeh2 xx.xx.2023-cü il tarixində ləğv prosesinə daxil edilmiş və xx.xx.2023-cü il tarixində ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. xx.xx.2019-cu il tarixində Cavabdeh3 MMC (VÖEN:**********) dövlət qeydiyyatına alınmışdır və direktoru Cavabdeh4 şəxsində təmsil olunur və faktiki olaraq sözügedən ünvanda, ünvan 4 fəaliyyət göstərən Cavabdeh3 MMC ləğv edilmiş Yasamal M MTK-nın qanuni olaraq hüquqi varisi olmasada direktoru eyni şəxs, Cavabdeh4dur və hüquqi şəxs faktiki olaraq ləğv edilmiş hüquqi şəxslərin yerləşdiyi eyni ünvanda, eyni qaydada sözügedən məsələlərlə əlqədar fəaliyyət göstərir. Belə ki, iddia ilə əlaqədar olaraq hazırda fəaliyyət göstərən Cavabdeh3 MMC-yə sorğu verildikdə Cavabdeh4 ləğv edilmiş hüquqi şəxslərin yerinə Cavabdeh3 MMC adından cavablar təqdim etmişdir (qoşmaya əlavə olunur). 19 iyul 2023-cü il tarixində Cavabdeh2 MTK üzvlərinin MTK üzvlüyünə qəbul və mənzillərin payçıya verilməsinə haqqında ümumi iclasının № 02 saylı protokolundan çıxarışında, qərarında vətəndaş X3 üzvü qəbul olunmaqla, MTK-nın ünvan 1 ünvanında Cavabdeh2 MTK-ya məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci girişi, yaşayışının 2-ci mərtəbəsinin, daxili divarlar daxil olmaqla ümumi sahəsi 99.75 kv.m oxdan hesablanmış 3 otaqlı, (soldan 5-ci qapı) 12 saylı mənzilin payçısı olması MTK-nın sədri Cavabdeh4 tərəfindən təsdiq edilmiş və ailə tərkibi 2 nəfər Cavabdeh1 və İddiaçı göstərilmişdir. Həmçinin protokoldan çıxarışda sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı BakıƏrazi İdarəsinə hüquqlarının dövlət qeydiyyatına alınması üçün göndərilməsi qeyd olunmuşdur. Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının № 02 saylı qərarında formal olaraq iclasda iştirak edənlər 136 nəfər göstərilsə də qərarın qəbul olunmasında faktiki olaraq Cavabdeh4 və katibi olaraq qeyd olunmuş X10 iştirak etmişdir və qərar onlar tərəfindən təsdiq olunaraq imzalanmışdır. Daha sonra Cavabdeh2 MTK tərəfindən 16 avqust 2023-cü il tarixində X13 ünvan 1 ünvanında Cavabdeh2 MTK-ya məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci girişi, yaşayışının 2-ci mərtəbəsinin, daxili divarlar daxil olmaqla ümumi sahəsi 99.75 kv.m oxdan hesablanmış 3 otaqlı, (soldan 5-ci qapı) 12 saylı mənzilin payçısı olmasına və MTK-ya heç bir borcununun olmamasına dair maliyyə arayışı verilmişdir (maliyyə arayışı MTK-nın mühasibi X11 tərəfindən verilmişdir). Eyni qaydada maliyyə arayışının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün verilməsi qeyd olunmuşdur. Bakı Ərazi İdarəsinə təqdim olunmaq üçün verilməsi qərara alınmışdır. Sözügedən maliyyə arayışlarında və 25 fevral 2022-ci il tarixində № AS/171 saylı Alqısatqı Müqaviləsində xx.xx.2016-cı il təvəllüdlü övladı X13 anası cavabdeh İddiaçı adı qeyd olunsa da, İddiaçı həmin sənədləşmə işlərində iştirak etməmişdir və tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin mənzilə görə pul vəsaitinin ödənilməsi tam olaraq iddiaçı Cavabdeh1 tərəfindən həyata keçirilmişdir. Ümumiyyətlə, sözügedən mənzilin iddiaçı Cavabdeh1 tərəfindən övladının adına hədiyyə olaraq alınmasından İddiaçı məlumatı olmamışdır. Yanlız mənzil iddiaçı Cavabdeh1 tərəfindən əldə edildikdən sonra məlumatı olmuşdur. İddiaçının cavabdeh İddiaçı ilə aralarında rəsmi nikah və bundan irəli gələn hüquq münasibətləri olmamışdır. 25 fevral 2022-ci il tarixində № AS/171 saylı Alqı-satqı Müqaviləsində və maliyyə arayışlarında İddiaçı adının yazılmasına əsas və səbəb, Yasamal-M MMC-nin məsul şəxslərinin, Cavabdeh4 iddiaçıya X13 yetkinlik yaşına çatmamasını və bu səbəbdən onun qanuni nümayəndələrinin iştirakının vacib olduğunu bildirməsi olmuşdur. Bildirilmişdir ki, müqavilədə və maliyyə arayışında İddiaçı adının yazılması formal xarakter daşıyır. İddiaçı da bu səbəbdən məsul şəxslərin sözlərinə inanaraq məsələyə etiraz etməmişdir və mənzilin dəyərini tam şəkildə ödəmişdir. Sonradan iddiaçı sözügedən mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) əldə etmək istədikdə müvafiq qurumlar tərəfindən ona bildirilmişdir ki, "xxxx" MMC ləğv edilmiş, əvəzində Cavabdeh2 MTK yaradılmış, sonradan həmin MTK adından sakinlərə yeni müqavilə, protokoldan çıxarış və maliyyə arayışları verilərək, binadan mənzil alan şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması təşkil edilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 MMC-nin, Cavabdeh2 MTK-nın və Cavabdeh3 MMC-nin vəzifəli şəxsləri öz şəxsi maraqları naminə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cavabdeh İddiaçı ilə əlbir olaraq sözügedən mənzili iddiaçının xəbəri olmadan gizli şəkildə cavabdeh İddiaçı və ya övladının adına rəsmiləşdirilməsini təmin edə bilmək üçün, guya mənzilin dəyərinin cavabdeh İddiaçı tərəfindən tam olaraq ödənilməsinə dair Cavabdeh2 MTK adından saxta maliyyə arayışı və övladı X13 MTK-ya üzv olmasına dair saxta protokoldan çıxarış vermişlər. 25 fevral 2022-ci il tarixli AS/171 saylı Alqı-satqı müqaviləsi bağlanılan zaman Cavabdeh2 MMC-nin direktoru Cavabdeh4 yetkinlik yaşına çatmamış xx.xx.2016-cı il təvəllüdlü X13 anası cavabdeh İddiaçı görmədən, onun iştirakı, müqavilənin bağlanmasında iradə ifadəsi olmadan, eləcə də cavabdehin imzası olmadan maliyyə arayışını hər iki qanuni nümayəndənin adına vermişdir. Halbuki cavabdeh İddiaçı heç bir pul vəsaiti alınmamış və həmin dövrdə alqı-satqı müqaviləsinin bağlanılmasından cavabdehin xəbəri olmamışdır. Ümumiyyətlə, iddiaçı Cavabdeh1 təqdim olunan alqı-satqı müqaviləsindən və maliyyə arayışından cavabdeh İddiaçı iştirakı, iradə ifadəsi,xəbəri və imzası olmamışdır. Cavabdeh4 İddiaçı müqavilə bağlanmasında iştirakı olmadığını, iradə ifadəsinin olmadığını bilə-bilə müqavilədə onu tərəf kimi göstərmiş, müqavilə üzrə ödənişin tam şəkildə iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq, İddiaçı ödəniş almadığı təqdirdə maliyyə arayışında sonuncunun adını qeyd etmiş, sonradan protokoldan çıxarışın X13 adına verildiyi halda maliyyə arayışını cavabdeh İddiaçı vermiş, daha sonra isə yenidən protokoldan çıxarış və maliyyə arayışını X13 adına vermişdir. Həmçinin Cavabdeh4 müqavilənin yetkinlik yaşına çatmayan şəxsin, X13 adına bağlanmasına baxmayaraq onun fəaliyyət qabiliyyətli şəxs olmadığını bilə-bilə adına maliyyə arayışı vermiş və həmin arayışı cavabdeh İddiaçı adına rəsmiləşdirilmişdir. Hətta sözügedən mənzilə iddiaçı Cavabdeh1 çıxarış əldə etmək istədikdə Cavabdeh4 ona yenidən ödəniş edəcəyi təqdirdə maliyyə arayışı və protokoldan çıxarış təqdim edəcəyini vəd etsə də, buna əməl etməmiş və həmin sənədləri yenidən cavabdeh İddiaçı təqdim etmişdir. Cavabdeh İddiaçı ona təqdim edilən saxta sənədlər əsasında hazırda sözügedən mənzili mülkiyyətinə keçirmək üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarından aydın olur ki, Cavabdeh4 digər cavabdeh İddiaçı ilə razılıq əldə edərək, gələcəkdə mənzilə dair iddiaçının hər hansı iddia tələbinin irəli sürülməsinin qarşısını almaq üçün sözügedən mənzilə dair müqavilədə, protokoldan çıxarış və maliyyə arayışında cavabdeh İddiaçı adını qeyd etmişdir. Bununla da Cavabdeh4 mövcud vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz və əsassız hərəkətlərə yol verərək iddiaçı Cavabdeh1 mülkiyyət hüquqlarını və qanunla qorunan mənafelərini kobud şəkildə pozmuşdur. Cavabdeh1, eləcə də vəkili tərəfindən dəfələrlə Cavabdeh4lə əyani və şifahi görüşlər, danışıqlar həyata keçirilmişdir. Cavabdeh4 məsələdən xəbardar olduğunu bildirmiş, obyektin sahibinin özü olmadığını, Cavid Əliyev adlı şəxs olduğunu bildirmiş, yanlız obyektin sahibinin razılığı və icazəsi ilə məsələni həll edəcəyini qeyd etmişdir. Həmçinin Cavabdeh4 telefon danışıqlarında iddiaçı Cavabdeh1 tərəfindən mənzilə dair ödənişlər edildiyini təsdiq etmişdir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-541/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ikinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3 MMC, Cavabdeh2 MTK və Cavabdeh4 qarşı “Yasamal-M MMC ilə Cavabdeh1 arasında bağlanılmış 25 fevral 2022-ci il tarixli AS/171 saylı Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" MMC tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, № 171/02 saylı maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 MTK üzvlərinin MTK üzvlüyünə qəbul və mənzillərin payçıya verilməsi haqqında ümumi iclasının № 02 saylı, 19 iyul 2023-cü il tarixli qərarının, protokolundan çıxarışın etibarsız hesab edilməsi, X8 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0- səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı mənzilin iddiaçı Cavabdeh1 tam pay hüququnun, sahiblik və istifadə hüququnun tanınması, X8 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0- səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı mənzilin iddiaçı Cavabdeh1 adına verilməsinə dair yeni müqavilə tərtib edilərək iddiaçıya verilməsi öhdəliyinin Cavabdeh3 MMC-nin direktoru Cavabdeh4 üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh2 MTK üzvlərinin MTK üzvlüyünə qəbul və mənzillərin payçıya verilməsinə haqqında ümumi iclasının № 02 saylı, 19 iyul 2023-cü il tarixli qərarının, protokolundan çıxarışın etibarsız hesab edilməsi” hissəsində hissəvi xitam verilməsi qərara alınmışdır.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-541/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiasının təmin edilməsi, ünvan 1 ünvanında MTK-nə məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzil üzrə Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin mənzilin X13 və İddiaçı istifadəsinə geri qaytarılması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması, məhkəmə xərci qismində ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi, ikinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3 MMC, Cavabdeh2 MTK və Cavabdeh4 qarşı “Yasamal-M MMC ilə Cavabdeh1 arasında bağlanılmış 25 fevral 2022-ci il tarixli AS/171 saylı Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" MMC tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, № 171/02 saylı maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 MTK üzvlərinin MTK üzvlüyünə qəbul və mənzillərin payçıya verilməsinə haqqında ümumi iclasının № 02 saylı, 19 iyul 2023-cü il tarixli qərarının, protokolundan çıxarışın etibarsız hesab edilməsi, X8 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0- səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı mənzilin iddiaçı Cavabdeh1 tam pay hüququnun, sahiblik və istifadə hüququnun tanınması, X8 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4cü mərtəbəsində (0- səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı mənzilin iddiaçı Cavabdeh1 adına verilməsinə dair yeni müqavilə tərtib edilərək iddiaçıya verilməsi öhdəliyinin Cavabdeh3 MMC-nin direktoru Cavabdeh4 üzərinə qoyulması” tələbinə dair iddiası üzrə icraata Cavabdeh2 MTK üzvlərinin MTK üzvlüyünə qəbul və mənzillərin payçıya verilməsinə haqqında ümumi iclasının № 02 saylı, 19 iyul 2023-cü il tarixli qərarının, protokolundan çıxarışın etibarsız hesab edilməsi” hissəsində xitam verilməsi nəzərə alınmaqla təmin edilməməsi, məhkəmə xərci qismində ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçı Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir.

16. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı və Cavabdeh1 rəsmi nikah münasibətlərində olmamışlar, tərəflərin faktiki münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X23 və digər qız övladları anadan olmuşdur. xx.xx.2016-cı il təvəllüdlü X23 hazırda anası İddiaçı ilə birlikdə yaşayır, 12 yaşlı qız övladı isə Cavabdeh1 ilə yaşayır. X6 ilə İcraçı "xxxx" MMC arasında (direktor Cavabdeh4 şəxsində) bağlanmış xx.xx.2022-ci il tarixli AS/171 nömrəli müqaviləyə əsasən mübahisə predmeti olan ünvan 1 ünvanında MTK-nə məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzili İcraçı Sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilədə Sifarişçinin adından valideynləri İddiaçı və Cavabdeh1 göstərilmiş, lakin, müqavilə yalnız İcraçı tərəf və Sifarişçinin qanuni nümayəndəsi Cavabdeh1 tərəfindən imzalanmış (həm səhifələr üzrə, həm də müqavilənin sonunda), müqavilə İddiaçı tərəfindən imzalanmamışdır. Əmlakın satış qiyməti 192.000 manat təşkil etmişdir. Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 171/02 nömrəli maliyyə arayışına əsasən X13 ünvan 1 ünvanında MTK-nə məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısıdır və mənzilə dair heç bir borcu yoxdur. X13 qanuni nümayəndələri olan valideynləri İddiaçı və Cavabdeh1 tərəfindən 192.000 manat ödənilmişdir. Cavabdeh2 MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2023-cü il tarixli 02 nömrəli protokoldan çıxarışına əsasən vətəndaş İddiaçı kooperativin üzvü qəbul olunmaqla ünvan 1 ünvanında MTK-nə məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısı olması müəyyən edilmişdir. Ailə tərkibi 2 nəfərdən ibarət olmaqla X23 və Cavabdeh1dur. Cavabdeh2 MTK tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X13 ünvan 1 ünvanında MTK-nə məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısıdır və mənzilə dair heç bir borcu yoxdur. X23 ünvan 1 ünvanında MTK-nə məxsus X8 “E” binasının 12 nömrəli mənzilində qeydiyyatdadır. Cavabdeh1 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən, o, üzərinə öhdəlik götürərək mübahisə predmeti olan sözügedən mənzilin İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Həmçinin, gələcəkdə bununla bağlı hər hansı tələbinin olmayacağını bəyan etmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixində ləğv prosesinə daxil edilmiş və xx.xx.2023-cü il tarixində ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Hüquqi varislik müəyyən edilmir.

17. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə göstərilən 4 (dörd) elementin heç biri müəyyən edilmir. Mübahisə predmeti olan mənzilin mülkiyyətçisi hüquq qabiliyyətli xx.xx.2016-cı il təvəllüdlü X16r. Belə ki, sonuncu, mülkiyyətçi qismində hüquq münasibətlərinin subyekti qismində çıxış edə bilər. Mübahisə predmeti olan mənzil mülkiyyətçinin atası Cavabdeh1 tərəfindən övladı üçün alınmış və övladının adına rəsmiləşdirilmişdir. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, həmin mənzili övladı üçün övladının adına almışdır (audio-video qeydlər mövcuddur). Mənzil alınan zaman onun niyyəti və məqsədi mənzili övladı üçün almaq olmuşdur. Yəni, həmin müqavilənin və maliyyə arayışının etibarsızlığı xüsusatının faktiki və ya hüquqi əsasları, iradə qüsurluluğu, aldanma halları, əqdin yalan və ya uydurma əqd olması halları mövcud deyildir, bu barədə Cavabdeh1 tərəfindən hər hansı əsaslı mülahizə bildirilməmiş, əksinə müqavilənin etibarlı hesab edilməsinə əsas olan fikirlər bildirilmişdir. Müqavilə bağlanan zaman tərəflərin iradə ifadəsi həqiqi olmuş və müqavilə bağlanan zaman niyyətlə əldə edilən hüquqi nəticə eynilik təşkil edir. Mənzilin iddiaçı Cavabdeh1 adına verilməsinə dair yeni müqavilə tərtib edilməsinə hüquqi əsas yoxdur. Mülki dövriyyənin sabitliyi qorunmalıdır. Cavabdeh1 tərəfindən (ana) İddiaçı ilə birlikdə yaşayan uşağı X13 həmin mənzildən istifadəsinə maneələr törədilir. Bununla da, mülkiyyətçi və onun birlikdə yaşadığı anası İddiaçı mənzilə dair mülkiyyət və istifadə hüquqları pozulur. Bu səbəbdən, mənzilə dair mülkiyyətə maneələr törədən hərəkətlər Cavabdeh1 qadağan edilməlidir.

18. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü X13 16 yaşı tamam olmadığından o, kooperativə üzv kimi qəbul edilə bilinmir. Bu səbəbdən, Cavabdeh2 MTKnın üzvlərinin ümumi iclasının xx.xx.2023-cü il tarixli 02 nömrəli protokoldan çıxarışına əsasən mülkiyyətçinin anası vətəndaş İddiaçı kooperativin üzvü qəbul olunmaqla ünvan 1 ünvanında MTK-nə məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısı olması müəyyən edilmişdir. Həmin protokola əsasən kooperativin üzvlərinin müvəkkillərinin ümumi sayının 160 nəfər, iclasda iştirak edən üzvlərin sayının isə 136 nəfər olması qeyd edilsə də, protokolun tərtib edilməsinə əsas olan sənədlər, üzvlərin səsvermə qaydası, üzvlərin və səslərin sayı və digər məlumatlar məhkəməyə təqdim edilməmişdir. Sözügedən protokol üzrə iclasın sədri Cavabdeh4, katibi isə X10 qeyd edilmişdir. Müəyyən edilir ki, sözügedən protokol formal əsaslıdır, protokolun tərtib edilməsinə əsas isə sözügedən mənzilə çıxarış əldə edilməsi üçün 16 yaşı tamam olmuş üzv kimi İddiaçı müəyyən edilməsi və çıxarışın əldə edilməsinin təmin edilməsidir. Cavabdeh4 tərəfindən göstərilən xüsusatlar məhkəmə iclasında qəbul edilmişdir. Bu hal isə özü-özlüyündə X13 mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Uşaq anası ilə birlikdə yaşasa da, tam fəaliyyət qabiliyyəti olmasa da, o, müstəqil subyekt qismində fiziki şəxs olaraq sözügedən mənzilin yeganə mülkiyyətçisidir, mülkiyyətçi kimi mülkiyyət hüquqları qorunmalıdır. Əmlakın üzərində sərəncam verilməsi ilə bağlı qəyyumların hərəkətləri mülkiyyətçinin mənafeyinə uyğun olmalıdır. Lakin, Cavabdeh2 MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2023- cü il tarixli 02 nömrəli protokolundan çıxarış qanunsuz olsa da, MTK ləğv edildiyindən və hüquqi varislik qaydasında hüquq və vəzifələri digər hüquqi şəxsə keçmədiyindən iddia tələbinə sözügedən hissədə xitam verilməlidir.

19. Məhkəmə izah etmişdir ki, sözügedən mənzilə çıxarış əldə edilməsi üçün müvafiq inzibati orqanın imtina qərarını (əgər imtina qərarı qəbul edilərsə) müvafiq inzibati məhkəmədə mübahisələndirmək və mənzilin mülkiyyətçisi X13 adına mülkiyyət hüququnu Daşınmaz əmlakın dövlət reyestri və kadastrı xidmətində məhkəmə qaydasında qeydə aldırmaq mümkündür. Bunun üçün, formal əsaslarla, qanuni əsası olmayan ümumi iclasın protokolunun tərtib edilməsinə və məlumatların təhrif edilməsi ehtiyac yoxdur.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1, 25.2, 25.4, 33.5, 109-2.1, 157.4, 337.1-337.5, 339.1, 390.1, 752.1-ci; “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci; və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən ikinci iş üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ikinci iş üzrə iddiaçı Cavabdeh1 iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətində göstərilmişdir ki, əvvəla işin mahiyyəti ondan ibarətdir ki, Cavabdeh1 2022-ci il tarixində ünvan 2 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasından yetkinlik yaşına çatmamış, xx.xx.2016-cı il təvəllüdlü övladı X13 adına “E” binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan № 12 saylı mənzili hədiyyə olaraq almaq qərarına gəlmişdir. Bu məqsədlə direktoru Cavabdeh4 şəxsində təmsil olunan Cavabdeh2 MMC (VÖEN: **********, hazırda ləğv olunub) (bundan sonra İcraçı) ilə digər tərəfdən fiziki şəxs (bundan sonra Sifarişçi adlandırılacaq) xx.xx.2016-cı il təvəllüdlü X13 adından valideynləri Cavabdeh1, İddiaçı arasında 25 fevral 2022- ci il tarixində № AS/171 saylı Alqı-satqı Müqaviləsi bağlanmışdır (formal olaraq alqı-satqı müqaviləsi, mahiyyəti və şərtləri üzrə Xidmət Müqaviləsi). Müqavilənin 1.1-ci bəndinə əsasən Müqavilənin şərt və müddəalarına uyğun olaraq, İcraçı bu Müqavilənin Əlavə № 2- də təsvir olunan X8 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0-səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı təmirsiz mənzili yaşayış məqsədləri üçün Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş və tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2- ci maddəsinə əsasən Sifarişçi hazırki Müqavilədən və müqavilənin digər şərtlərindən irəli gələn öhdəliklərini yerinə yetirdikdən sonra aldığı mənzil ilə əlaqədar mülkiyyət hüquqlarını Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada əldə edir. Müqavilənin 2.1-ci maddəsinə əsasən Tərəflərin qarşılıqlı razılığı əsasında mənzilin 1 kv.m sahəsinin qiyməti 2000.00 (iki min) manat müəyyən edilməklə əmlak üçün alış qiyməti 192000.00 (yüz doxsan iki min) manat təşkil edir. Müqavilənin 3.1ci maddəsinə əsasən İcraçı Binanın və mənzilllərin tikinti-quraşdırma işlərini, fasad tərtibatını Azəbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış memarlıq hissəsinin (eskiz) layihəsinə uyğun olaraq həyata keçirməlidir. Müqavilənin 4.1-ci maddəsinə əsasən İcraçı Əmlakı Müqaviləyə № 3 saylı Əlavədə təsvir edilən təhvil-təslim şərtlərinə uyğun olaraq Sifarişçiyə təhvil verməlidir. Sifarişçi təmir işlərini öz xərci hesabına həyata keçirir (şərtləri üzrə xidmət müqaviləsi olmasına baxmayaraq sadəcə mənzilin alınması xərci deyil, mənzilin bütün təmir xərcləri də iddiaçı Cavabdeh1 tərəfindən qarşılanmışdır). 25 fevral 2022-ci il tarixli AS/171 saylı Alqı-satqı müqaviləsinin № 05 saylı Əlavəsinə (ödəniş cədvəli) əsasən İcraçı "xxxx" MMCnin direktoru Cavabdeh4 aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. № 05 saylı Əlavədə mənzilin qiyməti 192000 AZN, ilkin ödənişi 171 000 AZN, qalıq borc isə 21 0000 manat qeyd olunmuşdur. Həmçinin Əlavə № 05-də mənzilin tam dəqiq ümumi sahəsinin və sıra nömrəsi DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra məlum olacağına dair qeyd əlavə olunmuşdur. Daha sonra X8 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı təmirsiz mənzilin alış qiyməti 192000 (yüz doxsan iki min) manat olmaqla, xx.xx.2016-cı il təvəllüdlü X13 adından valideynləri Cavabdeh1, İddiaçı qanuni nümayəndələri tərəfindən həmin məbləğdən 21000 (iyirmi bir min) manat, cəmi 192 000 (yüz doxsan iki min) manatın ödənildiyinə, həmin dövr üçün ödəniş üzrə heç bir borc öhdəliyinin qalmadığına dair 09 mart 2022-ci il tarixində "xxxx" MMC tərəfindən № 171/02 saylı maliyyə arayışı verilmişdir. "xxxx" MMC 18 yanvar 2017-ci il tarixində dövlət qeydiyyatına alınmış, xx.xx.2023-cü il tarixində Cavabdeh2nə çevrilmişdir ( bu barədə iddiaçı Cavabdeh1 heç bir məlumat verilməmişdir, iddiaçı sonradan məlumatı özü əldə etmişdir). Cavabdeh2 xx.xx.2023-cü il tarixində ləğv prosesinə daxil edilmiş və xx.xx.2023-cü il tarixində ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. xx.xx.2019-cu il tarixində Cavabdeh3 MMC (VÖEN:**********) dövlət qeydiyyatına alınmışdır və direktoru Cavabdeh4 şəxsində təmsil olunur və faktiki olaraq sözügedən ünvanda, ünvan 4 fəaliyyət göstərən Cavabdeh3 MMC ləğv edilmiş Yasamal M MTK-nın qanuni olaraq hüquqi varisi olmasa da direktoru eyni şəxs, Cavabdeh4dur və hüquqi şəxs faktiki olaraq ləğv edilmiş hüquqi şəxslərin yerləşdiyi eyni ünvanda, eyni qaydada sözügedən məsələlərlə əlqədar fəaliyyət göstərir. Belə ki, iddia ilə əlaqədar olaraq hazırda fəaliyyət göstərən Cavabdeh3 MMC- yə sorğu verildikdə Cavabdeh4 ləğv edilmiş hüquqi şəxslərin yerinə Cavabdeh3 MMC adından cavablar təqdim etmişdir (qoşmaya əlavə olunur). 19 iyul 2023-cü il tarixində Cavabdeh2 MTK üzvlərinin MTK üzvlüyünə qəbul və mənzillərin payçıya verilməsinə haqqında ümumi iclasının № 02 saylı protokolundan çıxarışında, qərarında vətəndaş X3 üzvü qəbul olunmaqla, MTK-nın ünvan 1 ünvanında Cavabdeh2 MTK-ya məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci girişi, yaşayışının 2-ci mərtəbəsinin, daxili divarlar daxil olmaqla ümumi sahəsi 99.75 kv.m oxdan hesablanmış 3 otaqlı, (soldan 5-ci qapı) 12 saylı mənzilin payçısı olması MTK-nın sədri Cavabdeh4 tərəfindən təsdiq edilmiş və ailə tərkibi 2 nəfər Cavabdeh1 və İddiaçı göstərilmişdir. Həmçinin protokoldan çıxarışda sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə hüquqlarının dövlət qeydiyyatına alınması üçün göndərilməsi qeyd olunmuşdur. Cavabdeh2 MTK üzvlərinin ümumi iclasının № 02 saylı qərarında formal olaraq iclasda iştirak edənlər 136 nəfər göstərilsə də qərarın qəbul olunmasında faktiki olaraq Cavabdeh4 və katibi olaraq qeyd olunmuş X10 iştirak etmişdir və qərar onlar tərəfindən təsdiq olunaraq imzalanmışdır. Daha sonra Cavabdeh2 MTK tərəfindən 16 avqust 2023-cü il tarixində X13 ünvan 1 ünvanında Cavabdeh2 MTK-ya məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci girişi, yaşayışının 2-ci mərtəbəsinin, daxili divarlar daxil olmaqla ümumi sahəsi 99.75 kv.m oxdan hesablanmış 3 otaqlı, (soldan 5-ci qapı) 12 saylı mənzilin payçısı olmasına və MTK-ya heç bir borcununun olmamasına dair maliyyə arayışı verilmişdir (maliyyə arayışı MTK-nın mühasibi X11 tərəfindən verilmişdir). Eyni qaydada maliyyə arayışının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün verilməsi qeyd olunmuşdur. Bakı Ərazi İdarəsinə təqdim olunmaq üçün verilməsi qərara alınmışdır. Sözügedən maliyyə arayışlarında və 25 fevral 2022-ci il tarixində № AS/171 saylı Alqı-satqı Müqaviləsində xx.xx.2016-cı il təvəllüdlü övladı X13 anası cavabdeh İddiaçı adı qeyd olunsa da, İddiaçı həmin sənədləşmə işlərində iştirak etməmişdir və tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin mənzilə görə pul vəsaitinin ödənilməsi tam olaraq iddiaçı Cavabdeh1 tərəfindən həyata keçirilmişdir. Ümumiyyətlə, sözügedən mənzilin iddiaçı Cavabdeh1 tərəfindən övladının adına hədiyyə olaraq alınmasından İddiaçı məlumatı olmamışdır. Yanlız mənzil iddiaçı Cavabdeh1 tərəfindən əldə edildikdən sonra məlumatı olmuşdur. İddiaçının cavabdeh İddiaçı ilə aralarında rəsmi nikah və bundan irəli gələn hüquq münasibətləri olmamışdır. 25 fevral 2022-ci il tarixində № AS/171 saylı Alqı-satqı Müqaviləsində və maliyyə arayışlarında İddiaçı adının yazılmasına əsas və səbəb, Yasamal-M MMC-nin məsul şəxslərinin, Cavabdeh4 iddiaçıya X13 yetkinlik yaşına çatmamasını və bu səbəbdən onun qanuni nümayəndələrinin iştirakının vacib olduğunu bildirməsi olmuşdur. Bildirilmişdir ki, müqavilədə və maliyyə arayışında İddiaçı adının yazılması formal xarakter daşıyır. İddiaçı da bu səbəbdən məsul şəxslərin sözlərinə inanaraq məsələyə etiraz etməmişdir və mənzilin dəyərini tam şəkildə ödəmişdir. Sonradan iddiaçı sözügedən mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) əldə etmək istədikdə müvafiq qurumlar tərəfindən ona bildirilmişdir ki, "xxxx" MMC ləğv edilmiş, əvəzində Cavabdeh2 MTK yaradılmış, sonradan həmin MTK adından sakinlərə yeni müqavilə, protokoldan çıxarış və maliyyə arayışları verilərək, binadan mənzil alan şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması təşkil edilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 MMC-nin, Cavabdeh2 MTK-nın və Cavabdeh3 MMC-nin vəzifəli şəxsləri öz şəxsi maraqları naminə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cavabdeh İddiaçı ilə əlbir olaraq sözügedən mənzili iddiaçının xəbəri olmadan gizli şəkildə cavabdeh İddiaçı və ya övladının adına rəsmiləşdirilməsini təmin edə bilmək üçün, guya mənzilin dəyərinin cavabdeh İddiaçı tərəfindən tam olaraq ödənilməsinə dair Cavabdeh2 MTK adından saxta maliyyə arayışı və övladı X13 MTK-ya üzv olmasına dair saxta protokoldan çıxarış vermişlər. 25 fevral 2022-ci il tarixli AS/171 saylı Alqı-satqı müqaviləsi bağlanılan zaman Cavabdeh2 MMC-nin direktoru Cavabdeh4 yetkinlik yaşına çatmamış xx.xx.2016-cı il təvəllüdlü X13 anası cavabdeh İddiaçı görmədən, onun iştirakı, müqavilənin bağlanmasında iradə ifadəsi olmadan, eləcə də cavabdehin imzası olmadan maliyyə arayışını hər iki qanuni nümayəndənin adına vermişdir. Halbuki cavabdeh İddiaçı heç bir pul vəsaiti alınmamış və həmin dövrdə alqı-satqı müqaviləsinin bağlanılmasından cavabdehin xəbəri olmamışdır. Ümumiyyətlə, iddiaçı Cavabdeh1 təqdim olunan alqı-satqı müqaviləsindən və maliyyə arayışından cavabdeh İddiaçı iştirakı, iradə ifadəsi, xəbəri və imzası olmamışdır. Cavabdeh4 İddiaçı müqavilə bağlanmasında iştirakı olmadığını, iradə ifadəsinin olmadığını bilə-bilə müqavilədə onu tərəf kimi göstərmiş, müqavilə üzrə ödənişin tam şəkildə iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq, İddiaçı Çingiz qızından ödəniş almadığı təqdirdə maliyyə arayışında sonuncunun adını qeyd etmiş, sonradan protokoldan çıxarışın X13 adına verildiyi halda maliyyə arayışını cavabdeh İddiaçı vermiş, daha sonra isə yenidən protokoldan çıxarış və maliyyə arayışını X13 adına vermişdir. Həmçinin Cavabdeh4 müqavilənin yetkinlik yaşına çatmayan şəxsin, X13 adına bağlanmasına baxmayaraq onun fəaliyyət qabiliyyətli şəxs olmadığını bilə-bilə adına maliyyə arayışı vermiş və həmin arayışı cavabdeh İddiaçı adına rəsmiləşdirilmişdir. Hətta sözügedən mənzilə iddiaçı Cavabdeh1 çıxarış əldə etmək istədikdə Cavabdeh4 ona yenidən ödəniş edəcəyi təqdirdə maliyyə arayışı və protokoldan çıxarış təqdim edəcəyini vəd etsə də, buna əməl etməmiş və həmin sənədləri yenidən cavabdeh İddiaçı təqdim etmişdir. Cavabdeh İddiaçı ona təqdim edilən saxta sənədlər əsasında hazırda sözügedən mənzili mülkiyyətinə keçirmək üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarından aydın olur ki, Cavabdeh4 digər cavabdeh İddiaçı ilə razılıq əldə edərək, gələcəkdə mənzilə dair iddiaçının hər hansı iddia tələbinin irəli sürülməsinin qarşısını almaq üçün sözgedən mənzilə dair müqavilədə, protokoldan çıxarış və maliyyə arayışında cavabdeh İddiaçı adını qeyd etmişdir. Bununla da Cavabdeh4 mövcud vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz və əsassız hərəkətlərə yol verərək iddiaçıCavabdeh1 mülkiyyət hüquqlarını və qanunla qorunan mənafelərini kobud şəkildə pozmuşdur. Mənzil üçün müəyyən edilmiş 192.000 (yüz doxsan iki min) AZN məbləğin tam məbləği Cavabdeh1 tərəfindən ödənilmişdir. Ödənişin tam həyata keçirildiyinə dair maliyyə arayışı da "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində verilib. Sözügedən müqavilədə cavabdeh İddiaçı Çingiz qızının adı formal olaraq qeyd olunmuşdur və bu yalnız İcraçının – Cavabdeh4 “yetkinlik yaşına çatmayan övladın hər iki valideyni iştirak etməlidir” tələbini irəli sürməsi nəticəsində olmuşdur. İddiaçı bu prosesi nə maliyyə, nə də faktiki iştirakla təmin etməmişdir. Məhkəmə təqdim olunan sənədlərə hüquqi qiymət verməmişdir: Maliyyə arayışları, ödəniş qəbzləri, protokollar, o cümlədən Cavabdeh4 audio və yazılı danışıqlarında ödənişlərin iddiaçı tərəfindən edildiyini etiraf etməsinə baxmayaraq, məhkəmə bu faktları araşdırmamış və dəyərləndirməmişdir. Cavabdeh İddiaçı Çingiz qızının adı formal xarakter daşımasına baxmayaraq, ona hüquq verən şəxs kimi baxılmışdır. Həmin şəxsin mənzilin alınması prosesində nə iştirakı, nə də razılığı olub. Heç bir ödəniş etməyib. Bununla bağlı məhkəməyə yazılı sübutlar təqdim olunub. "xxxx" MMCnin ləğv olunmasından sonra, faktiki fəaliyyətini Cavabdeh3 MMC adı altında davam etdirən eyni direktorun (Cavabdeh4) məsuliyyət daşıdığı sübuta yetirilsə də, məhkəmə bu əlaqəni hüquqi varislik mövqeyindən deyil, formaçılıq mövqeyindən qiymətləndirmişdir. Eyni mənzil üçün əvvəlcə Ayxan Əliyevin adına, sonra isə İddiaçı adına protokol çıxarış və maliyyə arayışı verilməsi qanunsuz müdaxilənin və iradənin saxtalaşdırılmasının sübutudur. Birinci instansiya məhkəməsi MMC-nin vəzifəli şəxsinin qeyri-qanuni hərəkətlərini araşdırmamış, onun barəsində xüsusi qərardad qəbul edilməli olduğu halda bunu etməmişdir. İddiaçı Çingiz qızı ünvan 1 ünvanında yerləşən 99.75 kv.m, 3 otaqlı, 12 saylı mənzilin guya onun və övladının istifadəsinə verilməsi və Cavabdeh1 tərəfindən maneələrin aradan qaldırılması öhdəliyinin müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu iddia açıq-aşkar əsassız və sübutsuz olsa da, məhkəmə tərəfindən tam təmin edilmiş, Cavabdeh1 isə mənzilin bütün ödənişlərini həyata keçirən, real və yeganə maliki olmağı sübutlarla təsdiq olunmasına baxmayaraq, iddiası əsassız olaraq rədd edilmişdir. Qətnamədən göründüyü kimi Cavabdeh1 iddiasına xitam verilmiş, lakin eyni hüquqi və faktiki vəziyyətə malik olan, əksinə mülkiyyət hüququna malik olmayan cavabdeh İddiaçı Çingiz qızının Cavabdeh1 qarşı irəli sürdüyü iddia əsassız olaraq təmin edilmişdir. Bütün bu hallardan görünür ki, məhkəmə sübutlara kifayət qədər qiymət verməmiş, işə formal yanaşmış, işə obyektiv, hərtərfəli mahiyyəti üzrə yanaşmamışdır. Odur ki, qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə tərəfindən obyektiv, hərtərəfli araşdırma aparılmadığından, işə formal yanaşıldığından hazırki qəbul edilən Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin № e-2(004)-541/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Alqısatqı müqaviləsi bağlanılan zaman X13 6 yaşı olmuşdur. Cavabdeh4 fəaliyyət qabiliyyəti olmayan şəxsin adından formal olaraq qanuni nümayəndəsi cavabdeh İddiaçı adını göstərərək, onun iradə ifadəsi olmadan alqı-satqı müqaviləsi bağlamışdır. Xüsusilə qeyd etmək istərdi ki, Məcəllənin 29.1-ci maddəsinə əsasən 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. Hazırda İddiaçı qeyriqanuni yollarla əldə etdiyi sənədlər əsasında övladının xeyrinə rəsmiləşdirilmiş iradə ifadəsi, iştirakı və xəbəri olmadığı sənədləşmə işlərindən sui-istifadə edərək mənzili öz adına rəsmiləşdirmək istəyir. Hazırda iddiaçı tərəfindən onun iştirakı ilə bağlanmış, məsul şəxs Cavabdeh4 tərəfindən ona təqdim edilmiş əqdin bəyənilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh4 X17 Cavabdeh2MTK-nın üzlüyünə qəbul edərkən, onu mənzilin payçısı olaraq təsdiq edərkən X13 7 yaşı olmuşdur. Göründüyü kimi X1 üzv olmaq hüququ olmadığı təqdirdə Cavabdeh4 onun adına ümumi iclasın yekun qərarını (protokoldan çıxarışı) təsdiqləmişdir. İş materiallarında olan sənədlər və izahatlar sübut edir ki, Cavabdeh2MMC və daha sonra Cavabdeh2 MTK-nın direktoru olmuş Cavabdeh4 tərəfindən aşağıdakı qanunsuz hərəkətlərə yol verilmişdir: İkinci iş üzrə cavabdeh İddiaçı Çingiz qızının müqavilə prosesində iştirak etmədiyini, hər hansı iradə ifadəsi olmadığını, heç bir ödəniş etmədiyini bilə-bilə, onu hüquqi sənədlərdə tərəf kimi göstərmiş, bu yolla gələcəkdə mübahisələrin qarşısını almaq üçün iddiaçının hüquqlarına qarşı əvvəlcədən düşünülmüş qanunsuz vəziyyət yaratmışdır. Protokoldan çıxarış X13 adına verildiyi halda, maliyyə arayışının İddiaçı adına verilməsi, bu sənədlərin məqsədli şəkildə ziddiyyətli tərtib olunduğunu və etibarsız olduğunu göstərir. Eyni sənəd (protokol çıxarışı və maliyyə arayışı) müxtəlif şəxslərin adlarına bir neçə dəfə verilməklə, hüquqi müəyyənlik və şəffaflıq prinsipləri pozulmuşdur. Bu isə sənədlərin saxtalaşdırılması, vəzifə səlahiyyətlərindən suiistifadə və mülki hüquqların qəsdən pozulması əlamətlərini ehtiva edir. Cavabdeh4 çıxarış almaq istəyən iddiaçıya əlavə ödəniş tələb etməklə, mənzilə dair təkrar maliyyə arayışı və protokol təqdim etməyi vəd etmiş, lakin daha sonra bu sənədləri cavabdeh İddiaçı təqdim edərək, onu guya hüquq sahibi kimi təqdim etmişdir. İddiaçı mənzili mülkiyyətinə keçirmək üçün məhkəməyə təqdim etdiyi sənədlər – maliyyə arayışları və protokoldan çıxarış – onun iştirakı, ödənişi və iradə ifadəsi olmadan tərtib edilmişdir. Bu sənədlərin təqdim edilməsi və onlara əsasən mülkiyyət hüququnun tanınması etibarsız sənədlər əsasında qərar verilməsi anlamına gəlir ki, bu da “açıq-aşkar hüquqa zidd iddianın təmin edilməsi” ilə nəticələnmişdir. Halbuki mənzilin dəyəri 192 000 AZN tam şəkildə iddiaçı Cavabdeh1 tərəfindən ödənilmişdir, bu fakt maliyyə arayışlarında və digər sənədlərdə aydın şəkildə qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi açıq-aşkar sübuta yetirilmiş faktları (ödəyici şəxs, sənəd təqdim edən, faktiki alıcı və istifadə edən şəxs) nəzərə almamış, əksinə heç bir hüquqi əsas göstərməyən cavabdehin iddiasını təmin etmişdir. Bu hal “əldə olunmuş əmlakın kimə məxsus olduğu, ödəniş mənbəyi və hüquqi iradənin kimin tərəfindən ifadə edildiyi” məsələlərinin düzgün araşdırılmamasını, nəticədə qərəzli və əsassız qətnamənin çıxarılmasını göstərir. Hazırkı iş üzrə Məhkəmənin qətnaməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlara məhkəmə tərəfindən obyektiv və düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə (hakim) öz qətnaməsini formal mülahizələrə əsaslanaraq qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

24. Məhkəmə kollegiyasının iclasında birinci iş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, apellyasiya şikayətinin dəlillərində bütün məsələləri ətraflı qeyd etmişdir. Həmin evin alıcısı Cavabdeh1dir və o, evi alanda oğlu üçün almaq fikrində olub. Ona görə də ilkin vəziyyətdə MMC olduğu üçün oğlunun adına rəsmiləşdirilir. Daha sonra heç kimə xəbər verilmədən şirkət MTK-ya keçirilir. MTK-nın üzvləri 18 yaşına çatmış şəxslər olmalıdır. Artıq uşağın adına ev rəsmiləşdirilə bilməzdi. Pulu verən Cavabdeh1, ancaq sənədlər İddiaçı adına verilir. Vergi məsələlərindən yayınmaq üçün MMC-nin statusu MTK-ya çevrilir. İlkin müqaviləni qanuni təmsilçi kimi sadəcə Cavabdeh1 imzalamışdır, İddiaçı imzası ümumiyyətlə olmayıb. Əvvəl Cavabdeh1 oğlu və İddiaçı həmin evdə yaşamasına etiraz etməmişdir. 2 uşaqları var, bir uşağa ümumiyyətlə baxmamışdır, uşaq doğulandan Cavabdeh1 yanındadır. Onlar deyir ki, həmin ev Cavabdeh1 tərəfindən oğluna alınıb və onun adına rəsmiləşdirilməlidir. Əsasları odur ki, pulu verərkən uşağın adına alınıb və rəsmiləşdirilib. Daha sonra MMC MTK-ya çevrilib və sənədlər İddiaçı adına tərtib edilib. Onlar istəyir ki, məsələ ilkin vəziyyətə qayıtsın. Uşaq 16 yaşına çatanda qədər həmin MTK ləğv olunacaq, Onlar (apellyator) həmin müddəti gözləyə bilməzlər. Reyestr xidmətinin cavab məktubu var ki, MTK üzvü uşaq ola bilməz. Hamıya məlum olan qanunla müəyyən edilmiş məsələ ilə bağlı sorğu verə bilməzlər. MMC ilə bağlanılmış müqavilə həmin dövrdə tərəflərin iradə ifadəsinə uyğun bağlanılıb, lakin hazırda o müqavilə etibarsız hesab edilməlidir. MTK-nın protokolu ilə reyestr xidmətinə müraciət edə bilmirlər, MMC də MTK-ya çevrildiyi üçün MMC-nin müqaviləsi ilə də müraciət etmək mümkün olmur.

25. Məhkəmə kollegiyasının iclasında birinci iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, MMC-nin müqaviləsi, maliyyə arayışı, protokoldan çıxarış və qərarı təqdim etməklə “ASAN” Xidmətə müraciət edilib qeydə alınması mümkündür. Qanunvericiliyə əsasən yetkinlik yaşına çatmayan şəxs payçı ola bilməz, bu doğrudur. Lakin müqavilə etibarsız hesab edilsə, bunun heç bir hüquqi nəticəsi olmayacaq. Onlar təklif etdilər ki, Cavabdeh1 və İddiaçı ilə birlikdə inzibati məhkəməyə müraciət etsinlər, lakin qarşı tərəf qəbul etmədi.

26. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ikinci iş üzrə digər cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 MTK və Cavabdeh4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi

337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 30.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərinin qətnamənin ikinci iş üzrə iddia tələbinin rədd edilməsi hissəsində yoxlanılması təşkil edir. Çünki ikinci iş üzrə iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, işin halları ilə müəyyən edilir ki, İddiaçı və Cavabdeh1 rəsmi nikah münasibətlərində olmamışlar, tərəflərin faktiki münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X23 və qız övladı anadan olmuşdur. xx.xx.2016-cı il təvəllüdlü X23 hazırda anası İddiaçı ilə birlikdə yaşayır, 12 yaşlı qız övladı isə Cavabdeh1 ilə yaşayır. 33.İddiaçı Cavabdeh1 qeyd etdiyi kimi o, 2022-ci il tarixində ünvan 2 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasından yetkinlik yaşına çatmamış, xx.xx.2016-cı il təvəllüdlü övladı X13 adına “E” binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan № 12 saylı mənzili hədiyyə olaraq almaq qərarına gəlmişdir. 34.Nəticədə, X6 ilə İcraçı "xxxx" MMC arasında (direktor Cavabdeh4 şəxsində) bağlanmış xx.xx.2022-ci il tarixli AS/171 nömrəli müqaviləyə əsasən mübahisə predmeti olan ünvan 1 ünvanında MTK-nə məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzili İcraçı Sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilədə Sifarişçinin adından valideynləri İddiaçı və Cavabdeh1 göstərilmiş, lakin, müqavilə yalnız İcraçı tərəf və Sifarişçinin qanuni nümayəndəsi Cavabdeh1 tərəfindən imzalanmış (həm səhifələr üzrə, həm də müqavilənin sonunda), müqavilə İddiaçı tərəfindən imzalanmamışdır. Əmlakın satış qiyməti 192.000 manat təşkil etmişdir. Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 171/02 nömrəli maliyyə arayışına əsasən X13 ünvan 1 ünvanında X8 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısıdır və mənzilə dair heç bir borcu yoxdur. X13 qanuni nümayəndələri olan valideynləri İddiaçı və Cavabdeh1 tərəfindən 192.000 manat ödənilmişdir. 35.Bundan sonra, hüquqi şəxsin təşkilatı hüquqi forması dəyişərək MTK-ya çevrilmişdir. 36.Mübahisə predmeti olan mənzilə dair Cavabdeh2 MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2023-cü il tarixli 02 nömrəli protokoldan çıxarışına əsasən vətəndaş İddiaçı kooperativin üzvü qəbul olunmaqla ünvan 1 ünvanında MTK-ya məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısı olması müəyyən edilmişdir. Ailə tərkibi 2 nəfərdən ibarət olmaqla X23 və Cavabdeh1dur. Cavabdeh2 MTK tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X13 ünvan 1 ünvanında MTK-nə məxsus X8 “E” binasının (16 mərtəbəli) 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 99.75 km, 3 otaqlı, 12 nömrəli mənzilin payçısıdır və mənzilə dair heç bir borcu yoxdur. X23 ünvan 1 ünvanında MTK-ya məxsus X8 “E” binasının 12 nömrəli mənzilində qeydiyyatdadır.

37. Cavabdeh2 xx.xx.2023-cü il tarixində ləğv prosesinə daxil edilmiş və xx.xx.2023-cü il tarixində ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Hüquqi varislik müəyyən edilmir.

38. Cavabdeh1 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən, o, üzərinə öhdəlik götürərək mübahisə predmeti olan sözügedən mənzilin İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Həmçinin, gələcəkdə bununla bağlı hər hansı tələbinin olmayacağını bəyan etmişdir.

39. Hazırda ikinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3 MMC, Cavabdeh2 MTK və Cavabdeh4 qarşı “Yasamal-M MMC ilə Cavabdeh1 arasında bağlanılmış 25 fevral 2022-ci il tarixli AS/171 saylı Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" MMC tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, № 171/02 saylı maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 MTK üzvlərinin MTK üzvlüyünə qəbul və mənzillərin payçıya verilməsinə haqqında ümumi iclasının № 02 saylı, 19 iyul 2023-cü il tarixli qərarının, protokolundan çıxarışın etibarsız hesab edilməsi, X8 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0- səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı mənzilin iddiaçı Cavabdeh1 tam pay hüququnun, sahiblik və istifadə hüququnun tanınması, X8 K.Kazımzadə küçəsinin 84 ünvanında (“E” Binasının İ girişli) 4-cü mərtəbəsində (0səviyyəsindən hesablanmaqla) yerləşən ümumi sahəsi 96.00 kv.m olan № 12 saylı mənzilin iddiaçı Cavabdeh1 adına verilməsinə dair yeni müqavilə tərtib edilərək iddiaçıya verilməsi öhdəliyinin Cavabdeh3 MMC-nin direktoru Cavabdeh4 üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

40. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 541/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ikinci iş üzrə iddiaçı Cavabdeh1 iddiası üzrə icraata Cavabdeh2 MTK üzvlərinin MTK üzvlüyünə qəbul və mənzillərin payçıya verilməsinə haqqında ümumi iclasının № 02 saylı, 19 iyul 2023-cü il tarixli qərarının, protokolundan çıxarışın etibarsız hesab edilməsi” hissəsində hissəvi xitam verilməsi qərara alınmış və həmin qərardaddan şikayət verilməmişdir. 41.İkinci iş üzrə iddiaçı Cavabdeh1 iddia tələbi qalan hissədə Yasamal Rayon Məhkəməsinin 2(004)-541/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. 42.İkinci iş üzrə iddiaçı Cavabdeh1 qeyd edilən qətnamədən verilmiş apellyasiya şikayəti üzrə araşdırma aparılır.

43. "xxxx" MMC ilə ikinci iş üzrə iddiaçının özü Cavabdeh1 arasında bağlanılmış mübahisə predmeti olan mənzilin özgəninkiləşdirilməsinə dair 25 fevral 2022-ci il tarixli AS/171 saylı alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsini tələb edən iddiaçı mövqeyini onunla əsaslandırır ki, həmin mənzilin alınmasına dair müqavilədə cavabdeh İddiaçı adı da qeyd olunsa da, İddiaçı həmin sənədləşmə işlərində iştirak etməmiş, onun tərəfindən heç bir ödəniş edilməmiş, mənzilə görə pul vəsaitinin ödənilməsi tam olaraq ikinci iş üzrə iddiaçı Cavabdeh1 tərəfindən həyata keçirilmişdir.

44. Kollegiya qeyd edir ki, mübahisə predmeti olan mənzilə dair ödənişin iddiaçı Cavabdeh1 tərəfindən edilməsi işin mübahisəsiz halıdır. Lakin iddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, övladı üçün mənzili hədiyyə olaraq almışdır. İddiaçının övladı X23 xx.xx.2016-cı il təvəllüdlüdür və anası İddiaçı ilə yaşayır. 45.O da müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilə dair ilkin olaraq müqavilə "xxxx" MMC ilə bağlanmışdır. Daha sonra isə hüquqi şəxsin təşkilatı hüquqi forması dəyişərək MTK-ya çevrilmişdir. Artıq MTK da ləğv edilmişdir. 46.Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanılmış 25 fevral 2022-ci il tarixli AS/171 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" MMC tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, № 171/02 saylı maliyyə arayışının etibarsız hesab edilməsi üçün əsas yoxdur. 47.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd etdiyi kimi əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. 48.Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: -əqdin subyektiv tərkibinə dair şərtlər; -əqdin məzmununa dair şərtlər; -əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; -əqdin formasına dair şərtlər. 49.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

50. Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

51. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2)

52. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (maddə 337.3)

53. Hazırda müqavilənin və maliyyə arayışının etirbarsızlığını irəli üzrə iddiaçının ödənişin onun tərəfindən ödənilməsi, cavabdeh İddiaçı müqaviləni imzalamaması ilə bağlı dəlilləri əqdlərin etibarsızlığı üçün qanunla müəyyən edilmiş şərtlərin heç biri üzrə əsas təşkil etmir. Belə ki, mübahisələndirilən mənzil iddiaçı Cavabdeh1 tərəfindən oğlu X13 adına aldığını bildirmiş və mənzil də oğlunun adına rəsmiləşdirilmişdir.

54. Yəni müqavilənin iddiaçının özünün imzalaması və ödənişin iddiaçı tərəfindən ödənilməsi onsuz da iş materialları ilə müəyyən olunsa da, bu hallar mübahisələndirilən alqı-satqı müqaviləsinin və maliyyə arayışının etibarsız hesab edilməsinə əsas yaradacaq hal təşkil etmir.

55. Beləliklə, məhkəmə kollegiyası mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

57. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Yasamal Rayon Məhkəməsinin 2(004)-541/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İkinci iş üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-541/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən - ikinci iş üzrə iddiaçı Cavabdeh1 iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ikinci iş üzrə iddiaçı Cavabdeh1 özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar