Məhkəmə qərarları › İş №2(103)-4533/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4533/2024

16.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4533/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğluna, Cavabdeh8 Adışırin oğluna, Cavabdeh6, X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə) “mənzillərin və tikililərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən və tikililərdən çıxarılma” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzillərin və tikililərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən və tikililərdən çıxarılma”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı MTK-nın nümayəndələri X7, X8, nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğlu, Cavabdeh8 Adışırin oğlu, Cavabdeh6 və onların nümayəndə və vəkili Vəkil2 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-1334/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğluna, Cavabdeh8 Adışırin oğluna, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə “mənzillərin və tikililərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən və tikililərdən çıxarılma” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanda yerləşən köhnə yataqxana binasında 98,5 kv.m sahəsi olan üçotaqlı 7 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi əvəzində Cavabdeh1 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 126,07 kv.m sahəsi olan dördotaqlı təmirli mənzil, Cavabdeh7 Məhəmməd oğlunun mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 62.5 kv.m sahəsi olan üçotaqlı 8 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh7 Məhəmməd oğluna həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 126,07 kv.m sahəsi olan dördotaqlı təmirli mənzil, Cavabdeh8 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 66,5 kv.m sahəsi olan üçotaqlı 9 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh8 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 98,43 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil, Cavabdeh6 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 102,7 kv.m sahəsi olan dördotaqlı 10 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh6 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 126,07 kv.m sahəsi olan dördotaqlı təmirli mənzil, cavabdeh X2 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 93,6 həmin ünvanda kv.m sahəsi olan dördotaqlı 19 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində X3 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 86,32 kv.m sahəsi olan üçotaqlı təmirli və 86,32 kv.m olan üçotaqlı təmirsiz mənzillər, Cavabdeh4 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 65,7 kv.m sahəsi olan üçotaqlı 30 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh4 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 98,43 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil, Cavabdeh2 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 66.5 kv.m sahəsi olan ikiotaqlı 32 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh2 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 86,32 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil, Cavabdeh3 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 87,0 kv.m sahəsi olan üçotaqlı 33 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh3 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 98,43 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehlərin hər birinə hər ay 450 manat kirayə haqqı ödənilməklə cavabdehlərin söküləcək həmin mənzillərdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbinin dəqiqləşdirilməsi ərizəsində əlavə olaraq bildirilmişdir ki, Cavabdeh1 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 98,5 kv.m sahəsi olan üçotaqlı 7 saylı mənzili və həmin ünvanda 35,0 kv.m özbaşına tikilisi var. Cavabdeh7 Məhəmməd oğlunun mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 62,5 kv.m sahəsi olan üçotaqlı 8 saylı mənzili və həmin ünvanda 99,56 kv.m özbaşına tikilisi var. Cavabdeh8 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 66,5 kv.m sahəsi olan üçotaqlı 9 saylı mənzili və həmin ünvanda 55,8 kv.m. özbaşına tikilisi var. Cavabdeh6 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 102,7 kv.m sahəsi olan dördotaqlı 10 saylı mənzili və həmin ünvanda 19,1 kv.m özbaşına tikilisi var. Cavabdeh X2 mülkiyyətindəki. hamin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 93,6 kv.m olan dördotaqlı 19 saylı mənzili və həmin ünvanda 145.4 kv.m özbaşına tikilisi var. Cavabdeh4 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 65,7 kv.m sahəsi olan üçotaqlı 30 saylı mənzili və həmin ünvanda 54.2 kv.m özbaşına tikilisi var. Cavabdeh2 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 66,5 kv.m sahəsi olan ikiotaqlı 32 saylı mənzili və həmin ünvanda 35,8 kv.m özbaşına tikilisi var. Cavabdeh3 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 87,0 kv.m sahəsi olan üçotaqlı 33 saylı mənzili və həmin ünvanda 7,4 kv.m özbaşına tikilisi var. Qeyd edilən mənzillər iddiaçıynın icarəsində ola torpaq sahəsində gecəqondu stilində, heç bir icazə alınmadan, sənədləşdirmə aparılmadan, özbaşına inşa olunub, Bakı şəhərinin müasir görünüşünə xələl gətirir, müasir yaşayış tələblərinə cavab vermirlər. Göstərilənlərə əsasən cavabdehlərin hər birinin mənzil şəritinin yaxşılaşdırılması, yeni çoxmənzilli yaşayış binasında müasir yaşayış tələblərinə cavab verən abad yaşayış sahələri ilə təmin edilmələri məqsədilə Azərbaycan Respublikası Mülki Prosscsual Məcəllənin 53-cii maddəsinə əsasən iddia tələbini dəqiqiləşdirərək həcmini artırmışlar.

3. İddiaçı MTK xx.xx.2023-cü il tarixdə vəsatət verərək Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanının sahibi X4 dünyasını dəyişərək vəfat etdiyini, onun oğlu Cavabdeh4 isə həmin mənzil üzrə qanuni vərəsəsi kimi miras əmlakını qəbul etdiyini bildirərək Cavabdeh4 iş üzrə cavabdeh qismində iştiraka cəlb edilməsini xahiş etmişdir. Buna görə də Cavabdeh4 X4 yerinə mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir.

4. Nizami Rayon Məhkəməsinin 2(007)-1334/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Həqiqət Əhmədova) ilə iddia təmin edilmişdir.

5. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər apellyasiya şikayəti vermişlər. Birinci apellyasiya icraatı:

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5749/2023 nömrəli mülki iş üzrə 13 dekabr 2023-cü il tarixli qərardadları ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), M.Məmmədov və F.Talışinski) Cavabdeh3 iddiadan imtinası qəbul edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qətnaməsi ona aid hissədə ləğv edilməklə, eyni hissədə iş üzrə icraata xitam verilmiş, cavabdehlər Cavabdeh5 və Cavabdeh2 apellyasiyadan imtinaları qəbul edilərək, onlara münasibətdə apellyasiya icraatına xitam verilmiş, 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğlu, Cavabdeh8 və Cavabdeh6 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh1 ona məxsus olan Bakı şəhəri Nizami rayonu ünvan 2 ünvanda yerləşən binadakı 98,3 kv.m. sahəsi olan üçotaqlı 7 saylı mənzili sökülərək əvəzində İddiaçı MTKnın Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 2-ci mərtəbəsində 126,07 kv.m. sahəsi olan dördotaqlı 1 saylı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması; Cavabdeh7 Məhəmməd oğluna ona məxsus olan Bakı şəhəri Nizami rayonu ünvan 2 ünvanda yerləşən binadakı 62,5 kv.m. sahəsi olan üçotaqlı 8 saylı mənzili və özbaşına tikili sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 3-cü mərtəbəsində 126,07 kv.m. sahəsi olan dördotaqlı 7 saylı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması; Cavabdeh8 ona məxsus olan Bakı şəhəri Nizami rayonu ünvan 2 ünvanda yerləşən binadakı 66,5 kv.m. sahəsi olan üçotaqlı 9 saylı mənzili və özbaşına tikili sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 2-ci mərtəbəsində 98,43 kv.m. sahəsi olan üçotaqlı 2 saylı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması; Cavabdeh6 ona məxsus olan Bakı şəhəri Nizami rayonu, ünvan 2 ünvanda yerləşən binadakı 102,7 kv.m sahəsi olan dördotaqlı 10 saylı mənzili və özbaşına tikili sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 4-ci mərtəbəsində 126,07 kv.m. sahəsi olan dördotaqlı 13 saylı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iddianın verilməsi ilə əlqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyasında icraat:

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1223/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5749/2023 nömrəli iş üzrə 13 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İkinci apellyasiya icraatı: Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6 və onların nümayəndə və vəkili Vəkil2 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər, eyni zamanda şirkət tərəfindən onlara təklif olunan kompensasiya ilə razı olmadıqlarını, bu zaman qeydə alınmamış tikililərinə görə kompensasiya təklif edilmədiyini, onların özlərinin təklifləri qəbul olunacağı halda, şirkətlə razılıq əldə olunmasının mümkün olacağını bildirdilər.

10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri P.Rzayev, S.Əhmədov, nümayəndəsi və vəkili Vəkil1 ayrılıqda apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etdilər ki, iş üzrə Ali məhkəmənin qərarındakı göstərişlərə əsasən cavabdehlərə məxsus sahələrin fərdi yaşayış evi deyil də, mənzil olmasına dair, müvafiq dövlət orqanından rəsmi sənədi məhkəməyə təqdim etmişlər, həmçinin bunsuz da daşınmaz əmlakın dövlət reyestrindən cavabdehlərə verilmiş çıxarışlarda da onlara məxsus sahələrin mənzil olduğu göstərilmişdir, bununla da onlara aid sahələrin fərdi yaşayış evi olmayıb, mənzil olduğu aydın olur.

11. Ali Məhkəmənin qərarındakı ikinci göstəriş, yəni cavabdehlərə məxsus sahədə mövcud özbaşına tikililərə də kompensasiya verilməsi məsələsi ilə bağlı isə qeyd etdilər ki, bu müddət ərzində cavabdehlərlə müvafiq danışıqlar aparılmış, cavabdehlərin kompensasiya kimi almaq istədikləri həddən ziyadə yüksək olmaqla sui-istifadə xarakterlidir. Hazırda onlar cavabdehlərə məxsus qeydə alınmamış özbaşına tikililərə dair də mövcud məhkəmə praktikasına uyğun kompensasiya təklif edirlər, bu təklifləri hər bir cavabehə münasibətdə yazılı şəkildə məhkəməyə təklif etmişlər odur ki, onların iddia tələblərinin hazırkı cavabdehlərə münasibətdə onların hər birinin mövcud özbaşına tikilisinə dair də təklif olunan kompensasiyanın məbləği nəzərə alınmaqla təmin edilməsini xahiş etdilər. Sübutların tədqiqi:

12. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı Sərəncamının surətindən görünür ki, İddiaçı MTK-nın xx.xx.2021-ci il tarixli, 56 nömrəli müraciəti, Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 11- 13/115 nömrəli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Agentliyinin xx.xx.2021-ci il tarixli, 22/589 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-01- 02-2021-03827 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********74 nömrəli razılıq məktubları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, xx/xx-04933 nömrəli məktubu ilə təqdim edilmiş “Azkommunlayihə” KLİ-nin texniki rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutularaq Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanında yerləşən torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün İddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilmişdir.

13. xx.xx.2021-ci il tarixli, 1664 saylı torpaq icarə müqaviləsinin surətindən görünür ki, icarəverən Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanında yerləşən sahəsi 23800 kv.m olan torpaq sahəsini 49 il müddətinə icarəçi İddiaçı MTK-ya icarəyə vermişdir. Həmin müqavilənin 7.4-cü bəndinə görə icarəçi hər il həmin torpaq sahəsinə görə 57919,68 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

14. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli Tİ- 120/22 saylı obyektin tikintisinə icazənin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanında yerləşən torpaq sahəsinin koordinatları təsdiq edilmişdir.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, yaşayış kompleksinin inşası məqsədilə İddiaçı MTK-ya ayrılması nəzərdə tutulan 2,38 ha torpaq sahəsinin yerquruluşu planından görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi də həmin planda mövcuddur.

16. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 98.3 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır.

17. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 66,5 kv.metr, 48 kv.m yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Nizami rayonu, ünvan 5 ünvanı tam mülkiyyət hüququ üzrə Cavabdeh8 Adışırin oğlunun adına qeydə alınmışdır.

18. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 102.7 kv.metr, 72.2 kv.m yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Nizami rayonu, ünvan 6 ünvanı tam mülkiyyət hüququ üzrə Cavabdeh6 adına qeydə alınmışdır.

19. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 65,7 kv.metr, 51.8 kv.m sahəsi yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanı tam mülkiyyət hüququ üzrə X4 adına qeydə alınmışdır.

20. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 93.6 kv.metr, 63.8 kv.m sahəsi yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Nizami rayonu, ünvan 7 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh5 adına qeydə alınmışdır.

21. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 66,5 kv.metr, 26.7 kv.m hissəsi yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Nizami rayonu, ünvan 8 ünvanı tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır.

22. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 87.0 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, ünvan 9 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alınmışdır.

23. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 62,5 kv.metr 47,5 kv.m sahəsi yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh7 Məhəmməd oğlunun adına qeydə alınmışdır.

24. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin İddiaçı MTK-ya ünvanladığı 174 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanda 0, 1536 ha torpaq sahəsində yerləşən yaşayış sahələri mənzil olaraq ünvan 12 Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin balansında olublar, bu günədək balansdan çıxarılmayıblar. Həmin mənzillər fərdi yaşayış evləri kimi qeydiyyatdan keçmirlər, pərakəndə olaraq inşa olunublar. Sonradan sakinlər tərəfindən mənzil kimi də özəlləşdiriliblər. Qeyd edilən mənzillərin sakinləri öz mənzillərinin ətrafında torpaq sahələrini qanunsuz zəbt edərək özbaşına tikililər inşa ediblər. Bu səbəbdən da həmin özbaşına tikililər ünvan 12 Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında deyil və səlahiyyətli orqanlar tərəfindən qeydə alınmamışdır. Həmçinin Bakı şəhəri icra Hakimiyyəti və "xxxx" MTK arasında bağlanmış 1664 №, xx.xx.2021-ci il tarixli Torpaq icarə Müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayon, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanındakı torpaq (0.1536 ha torpaq) sahəsi MTK-nın istifadəsinə verilib. "xxxx" MTK həmin vaxtdan qeyd edilən məhəllə üzrə torpaq sahəsinə görə icarə haqqı ödəyir. Sovetlər birliyi zamanında həmin ərazidə Lampa Zavodunun yataqxana binası və bağçası olmuş, Lampa Zavodunun işçiləri yataqxana binasında məskunlaşmışdır. Sonradan Zavodun işçiləri həm yataqxana, həm də bağçada məskunlaşıb. Daha sonra həmin sakinlər həmin ərazidə yerləşən boş torpaq sahələrini zəbt edərək müxtəlif tikililər və fərdi yaşayış evləri inşa ediblər. Həmin tikililərə və sahələrə orderlər əsasında özəlləşdirilmə sənədləri verilsə də həmin tikili və sahələr mənzil kimi qeydə alınıb.

25. İddiaçı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məlumatda qeyd edilir ki, 17 Sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasından sonra cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğlu, Cavabdeh8 Adișirin oğlu ve lbrahimov Vəkil Ağasəlim oğlu mənzillərinin əvəzləşdirilməsi ile bağlı danışıqlar aparılması ilə əlaqədar "xxxx" Mənzil Tikinti Kooperativinin ofisinə dəvət olunmuş və onlar mənzillərinin əvəzinə aşağıdakıları tələb etmişlər.

26. Cavabdeh1: 98,3 kv.m sahəsi olan üçotaqlı 7 saylı mənzilinin ve həmin ünvanda 35,0 kv.m özbaşına qanunsuz tikilisinin əvəzinə 3 ədəd 98,43 kv.m sahəsi olan üçotaqlı mənzil, qanunsuz zəbt etdiyi torpaq sahəsi üçün kompensasiya və 1 ədəd qaraj;

27. Cavabdeh7 Məhəmməd oğlu: 62,5 kv.m sahəsi olan üç otaqlı 8 saylı mənzilinin və həmin ünvanda 99,56 kv.m özbaşına qanunsuz tikilisinin əvəzinə 98,43 ve 86,32 kv.m sahəsi olan biri temirli olmaqla 2 ədəd üç otaqlı mənzil;

28. Cavabdeh8 Adıșirin oğlu: 66,5 kv.m sahəsi olan üçotaqlı 9 saylı mənzili və 3 həmin ünvanda 55,8 özbaşına qanunsuz tikilisinin əvəzinə 1 ədəd 126,07 kv.m dördotaqlı və 1 ədəd 76,74 kv.m sahəsi olan ikiotaqlı mənzil;

29. Cavabdeh6: 102,7 kv.m sahesi olan dördotaglı 10 saylı mənzilnin ve həmin ünvanda 19,1 kv.m özbaşına qanunsuz tikilisinin əvəzinə 1 ədəd 86,32 kv.m üç otaqli, 1 ədəd 76,74 kv.m iki otaqlı ve 1 ədəd 51,44 kv.m sahəsi olan birotaqlı təmirli mənzil tələb ediblər.

30. Görüşlərin səsli görüntūsünün əks olunduğu fləş kartı təqdim edilib. Cavabdehlərin hər biri öz tələblərini yazılı şəkildə təqdim etməkdən imtina etmişlər.

31. İddiaçı tərəfindən kompensasiya məbləğinin artırılmasına dair xx.xx.2024-cü il tarixli təklifdə:

32. "xxxx" MTK tərəfindən Cavabdeh1 mülkiyyətindəki, Bakı şəhəri Nizami rayonu Ordubadi 7 ünvanda yerləşən köhnə yataqxana binasında 98,3 kv.m sahəsi olan üçotaqlı saylı mənzilinin əvəzinə,, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu Ạ Manafov, K. Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhéllade inşa edeceyi 4 saylı binanin A-ci girisi 2-ci mərtobəsindəki 126,07 kv.m. sahəsi olan dördotaqlı 1 saylı mənzili temirli vəziyyətdə təhvil verməkle, 35,0 kv.m özbaşına va qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrinə 500 manat olmagla, cəmi 17500 (on yeddi min beş yüz) manat kompensasiya ödənilməklə və yeni mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilməklə Cavabdeh1 söküləcək həmin mənzildən çıxarılması;

33. "xxxx" MTK tərəfindən X1 mülkiyyətindəki, Bakı şəhəri Nizami rayonu, Ordubadi 7 ünvanda yerləşən köhnə yataqxana binasında 62,5 kv.m sahəsi olan üçotaqlı 8 saylı mənzilinin əyəzinə, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev va/ M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə inşa edəcəyi 4 saylı binanin 1-ci girişi 3-cü mərtəbəsindəki sahəsi 126,07 kv.metrden ibaret dördotaqlı 7 saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə, 99,56 kv.m özbaşına va qanunsuz tikilisinin əyəzinə isə homin tikilinin hər kvadrat metrne 500 manat olmaqla, cami 49.780 (qirx doqquz min yeddi yűz səksən) manat kompensasiya ödənilməklə və yeni mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqi ödənilməklə cavabdeh Qasımov Qəhrəman Məhəmməd oğlunun söküləcək həmin mənzildən çıxarılması;

34. “Orbita" MTK tərəfindən Cavabdeh8 Adişirin oğluna mülkiyyətindəki, Bakı şəhəri Nizami rayonu Ordubadi 7 ünvanda yerləşən köhnə yataqxana binasinda 66,5 kv.m sahəsi olan üçotaqli 9 saylı, mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S Ordubadi küçələrinin kəsişməsindəki 2440 sayli məhəllədə inşa edəcəyi saylı binanin 1-ci girişi 2-ci mərtəbəsindəki sahəsi 98,43 kv.metrden ibaret üç otaqlı 2 saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə, 55,8 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrinə 500 manat olamaqla, cəmi 27.900 (iyirmi yeddi min doqquz yüz) manat kompensasiya ödənilməklə və yeni mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilməklə Cavabdeh8 Adişirin oğlunun söküləcək həmin mənzildən çıxarılması;

35. “Orbita" MTK tərəfinden Cavabdeh6 mülkiyyətindəki, Bakı səhəri Nizami rayonu Ordubadi 7 ünvanda yerleşən köhnə yataqxana binasında 102,07 kv.m sahəsi olan dördotaqlı 10 saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəheri Nizami rayonu A.Manafov, K.Balakişiyev vo M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəlləde inşa edəcəyi 4 sayl binanın 1-ci giriși 4-cü mərtəbəsindəki sahəsi 126,07 kv.metrdən ibarət dördotaqlı 13 saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə, 19,1 kv.m özbaşına qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrinə 500 manat olamaqla, cəmi 9.550 (doqquz min beş yüz əlli) manat kompensisiya ödəņilməklə və yeni mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilməklə Cavabdeh6 oğlunun söķüləcək həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilsin.

36. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi xx.xx.2024-cü il tarixli kompensasiya məbləğinin artırılmasına dair ərizədə isə cavabdehlərin hər birinin özbaşına tikililərinin hər kv.m-i üçün 600 manat, yeni mənzil təhvil verilənədək həmin cavabdehlərin hər birinə hər ay 600 manat kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır

12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı; 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları: "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarı “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyun 2021-ci il tarixli Qərar: “O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

41. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

42. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

43. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

46. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

47. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

48. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

49. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

51. Hazırkı halda Məhkəmə kollegiyası iddiaçı tərəfindən rayon məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddia tələbinin onlara aid hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

52. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, Ali Məhkəmənin hazıırkı iş üzrə qərarında şərh olunan göstərişləri araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə həmin cavabvbdehlərə münasibətdə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçının iddia tələbləri təklif olunan kompensasiyanın artırılmış həcmi nəzərə alınmaqla təmin edilməlidir.

53. Mülki iş üzrə apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmiş Ali məhkəmə 2(102)-1223/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında göstərmişdir: “36. Bu mənada, işə mahiyyəti üzrə baxmış məhkəmələrin qətnamələrindən müəyyən etmək mümkün olmur ki, cavabdehlərin mülkiyyətində olan mənzillər çoxmənzilli yaşayış binasındakı mənzil, yoxsa fərdi yaşayış evləridir.

39. Həmçinin, iddia ərizəsində göstərilmişdir ki, iddiaçı cavabdehlərə onların Bakı şəhəri Nizami rayonu Ordubadi 7 ünvanda yerləşən yaşayış sahələrinin əvəzinə həmin ərazidə yeni tikilən binada 20 faiz artıq sahəsi olan yeni mənzillər tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif etmişdir.

40. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, qətnamə ilə Cavabdeh1 ona məxsus 98,3 kv.m. mənzilə görə 126 kv.m, Cavabdeh7 ona məxsus 62,5 kv.m. sahəsi olan mənzilə və özbaşına tikiliyə görə 126,07 kv.m, Cavabdeh8 ona məxsus 66,5 kv.m. mənzilə və özbaşına tikiliyə görə 98,43 kv.m, Cavabdeh6 ona məxsus 102,7 kv.m. mənzilə və özbaşına tikiliyə görə 126,07 kv.m. sahəsi olan mənzillərin verilməsi qət edilsə də, verilən mənzillərin sahələrinin cavabdehlərin mənzillərinin mövcud sahəsinə 20 faiz əlavənin, habelə özbaşına tikililərə (Cavabdeh1 35, Cavabdeh7 99,6, Cavabdeh8 55,8 və Cavabdeh6 19,1 kv.m. özbaşına tikilisinə) görə kompensasiyanın həcminin Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli Qərarı (§16) ilə verilən şərhə uyğun qaydada nəzərə alınmaqla hesablanıb-hesablanmadığı qətnamədən aydın olmur”.

54. Ali Məhkəmənin qərarındakı şərh olunan göstərişə əsasən, cavabdehlərə məxsus mənzil sahələrinin mənzil və ya fərdi yaşayış evi olması ilə bağlı, müvafiq araşdırmalar aparılmışdır. Həmin araşdırmalarla müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş rəsmi çıxarışlarda hazırda iddiaçının sökülməsini tələb etdiyi cavabdehlərə məxsus sahələrin mənzil olduğu göstərilmişdir.

55. Bundan başqa, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin İddiaçı MTK-ya ünvanladığı 174 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanda 0, 1536 ha torpaq sahəsində yerləşən yaşayış sahələri mənzil olaraq ünvan 12 Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin balansında olublar, bu günədək balansdan çıxarılmayıblar. Həmin mənzillər fərdi yaşayış evləri kimi qeydiyyatdan keçmirlər, pərakəndə olaraq inşa olunublar. Sonradan sakinlər tərəfindən mənzil kimi də özəlləşdiriliblər. Qeyd edilən mənzillərin sakinləri öz mənzillərinin ətrafında torpaq sahələrini qanunsuz zəbt edərək özbaşına tikililər inşa ediblər. Bu səbəbdən da həmin özbaşına tikililər ünvan 12 Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında deyil və səlahiyyətli orqanlar tərəfindən qeydə alınmamışdır. Həmçinin Bakı şəhəri icra Hakimiyyəti və "xxxx" MTK arasında bağlanmış 1664 №, xx.xx.2021-ci il tarixli Torpaq icarə Müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayon, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanındakı torpaq (0.1536 ha torpaq) sahəsi MTK-nın istifadəsinə verilib. "xxxx" MTK həmin vaxtdan qeyd edilən məhəllə üzrə torpaq sahəsinə görə icarə haqqı ödəyir. Sovetlər birliyi zamanında həmin ərazidə Lampa Zavodunun yataqxana binası və bağçası olmuş, Lampa Zavodunun işçiləri yataqxana binasında məskunlaşmışdır. Sonradan Zavodun işçiləri həm yataqxana, həm də bağçada məskunlaşıb. Daha sonra həmin sakinlər həmin ərazidə yerləşən boş torpaq sahələrini zəbt edərək müxtəlif tikililər və fərdi yaşayış evləri inşa ediblər. Həmin tikililərə və sahələrə orderlər əsasında özəlləşdirilmə sənədləri verilsə də həmin tikili və sahələr mənzil kimi qeydə alınıb.

56. Bununla da Ali Məhkəmənin qərarındakı birinci göstərişlə bağlı aparılan araşdırmalarla cavabdehlərə məxsus yaaşayış sahələrinin fərdi yaşayış evi deyil, mənzil olduğu müəyyən olunmuşdur.

57. Ali Məhkəməmnin ikinci göstərişi yəni, cavabdehlərə aid özbaşına tikililərə kompensasiya verilməsi məsələsinə dair aparılmış araşdırmalarla müəyyən olunur ki, iddiaçı tərəf Ali məhkəmənin 2(102)-1223/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarındakı göstərişə əsasən, cavabdehlərin hər birinə onlara məxsus özbaşına tikililərə görə, aşağıdakı qaydada kompensasiya təklif etmişdir:

58. "xxxx" MTK tərəfindən Cavabdeh1 mülkiyyətindəki, Bakı şəhəri Nizami rayonu Ordubadi 7 ünvanda yerləşən köhnə yataqxana binasında 98,3 kv.m sahəsi olan üçotaqlı saylı mənzilinin əvəzinə,, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu Ạ Manafov, K. Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhéllade inşa edeceyi 4 saylı binanin A-ci girisi 2-ci mərtobəsindəki 126,07 kv.m. sahəsi olan dördotaqlı 1 saylı mənzili temirli vəziyyətdə təhvil verməkle, 35,0 kv.m özbaşına va qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrinə 500 manat olmagla, cəmi 17500 (on yeddi min beş yüz) manat kompensasiya ödənilməklə və yeni mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilməklə Cavabdeh1 söküləcək həmin mənzildən çıxarılması;

59. "xxxx" MTK tərəfindən X1 mülkiyyətindəki, Bakı şəhəri Nizami rayonu, Ordubadi 7 ünvanda yerləşən köhnə yataqxana binasında 62,5 kv.m sahəsi olan üçotaqlı 8 saylı mənzilinin əyəzinə, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev va/ M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə inşa edəcəyi 4 saylı binanin 1-ci girişi 3-cü mərtəbəsindəki sahəsi 126,07 kv.metrden ibaret dördotaqlı 7 saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə, 99,56 kv.m özbaşına va qanunsuz tikilisinin əyəzinə isə homin tikilinin hər kvadrat metrne 500 manat olmaqla, cami 49.780 (qirx doqquz min yeddi yűz səksən) manat kompensasiya ödənilməklə və yeni mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqi ödənilməklə cavabdeh Qasımov Qəhrəman Məhəmməd oğlunun söküləcək həmin mənzildən çıxarılması;

60. “Orbita" MTK tərəfindən Cavabdeh8 Adişirin oğluna mülkiyyətindəki, Bakı şəhəri Nizami rayonu Ordubadi 7 ünvanda yerləşən köhnə yataqxana binasinda 66,5 kv.m sahəsi olan üçotaqli 9 saylı, mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S Ordubadi küçələrinin kəsişməsindəki 2440 sayli məhəllədə inşa edəcəyi saylı binanin 1-ci girişi 2-ci mərtəbəsindəki sahəsi 98,43 kv.metrden ibaret üç otaqlı 2 saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə, 55,8 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrinə 500 manat olamaqla, cəmi 27.900 (iyirmi yeddi min doqquz yüz) manat kompensasiya ödənilməklə və yeni mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilməklə Cavabdeh8 Adişirin oğlunun söküləcək həmin mənzildən çıxarılması;

61. “Orbita" MTK tərəfinden Cavabdeh6 mülkiyyətindəki, Bakı səhəri Nizami rayonu Ordubadi 7 ünvanda yerleşən köhnə yataqxana binasında 102,07 kv.m sahəsi olan dördotaqlı 10 saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəheri Nizami rayonu A.Manafov, K.Balakişiyev vo M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəlləde inşa edəcəyi 4 sayl binanın 1-ci giriși 4-cü mərtəbəsindəki sahəsi 126,07 kv.metrdən ibarət dördotaqlı 13 saylı mənzili təmirli vəziyyətdə təhvil verməklə, 19,1 kv.m özbaşına qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrinə 500 manat olamaqla, cəmi 9.550 (doqquz min beş yüz əlli) manat kompensisiya ödəņilməklə və yeni mənzil təhvil verilənədək hər ay 500 manat kirayə haqqı ödənilməklə cavabdeh İbrahimóv Vəkil Ağasəlim oğlunun söķüləcək həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilsin.

62. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi xx.xx.2024-cü il tarixli kompensasiya məbləğinin artırılmasına dair ərizədə isə cavabdehlərin hər birinin özbaşına tikililərinin hər kv.m-i üçün 600 manat, yeni mənzil təhvil verilənədək həmin cavabdehlərin hər birinə hər ay 600 manat kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

63. Bundan başqa, hazırkı mərhələdə özbaşına tikililərə kompensasiya təklif edən iddiaçı hazırkı mərhələdə bununla yanaşı cavabdehlərin hər birinə müvəqqəti yaşayacağı mənzilə görə hər ay təklif olunan kirayə haqqının məbləğini də əvvəlllər təklif olunan 450 manatdan artıraraq 600 manat təklif etmişdir.

64. Belə olan halda, Məhkəmə kollegiyası hazırkı iddia tələbi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

65. Cavabdehlər öz apellyasiya şikayətlərində qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etsələr də, məhkəmə kollegiyasının iclaslarında verdikləri izahatlarında aydın şəkildə mənzillərin sökülməsini arzu etdiklərini, lakin bunun müqabilində iddiaçının təklif etdiklərindən fərqli, daha böyük həcmdə kompensasiya əldə etmək istədiklərini qeyd etmişlər.

66. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

67. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur.

68. Göründüyü kimi, Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə tikililərin hər bir halda mülkiyyətçinin razılığı ilə dəyəri ödənilməklə, yaxud yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qaydasında əvəzləşdirilməklə sökülməsi, müvafiq mənzillə təmin edilənə kimi isə müvəqqəti yerləşmiş mülkiyyətçilərə kirayə haqlarının ödənilməsi müəyyən edilmişdir.

69. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əliverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır.

70. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

71. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə- “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.

72. Məhkəmə kollegiyası xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş).

73. Məhkəmə kollegiyası həmçinin, qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunduğu kimi, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyri-yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MTK-ya həvalə olunmuşdur. Mübahisəli yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır.

74. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).

75. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.

76. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).

77. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı mübahisə baxımından iddiaçının hazırkı tələblərlə çıxış etməsi hazırkı cavabdehlərin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehlərəə məxsus mənzilin sökülməsi ilə bağlı ixtilaf yoxdur, başqa sözlə desək, cavabdehlər də istismar müddəti ötmüş mənzilinin sökülməsi və müqabilində yeni inşa ediləcək, müasir tələblərə və standartlara cavab verən çoxmənzilli binada mənzillə təmin edilməsini arzu edir. Bununla belə, tərəflər arasında ixtilaf mövcuddur, lakin bu ixtilaf mənzilin sökülməsi ilə bağlı olmayıb, yalnız və yalnız, həm də bariz şəkildə cavabdehin sökülməli olan mənzilinin müqqabilində ona veriləcək əvəzin (istər naturada, istərsə də pul ekvivalenti olaraq) həcmi ilə bağlıdır. Belə olan halda isə hazırkı mübahisədə cavabdehə məxsus mülkiyyət hüququna müdaxilənin olub-olmaması, eləcə də onun qanuni əsaslarının yoxlanılmasına zərurət aradan qalxır. Bu halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır.

78. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hazırkı işin halları baxımından tərəflər arasında fikir ayrılığı söküləcək mənzillərin və özbaşına tikililərin yerinə veriləcək kompensasiyanın məbləği ilə bağlıdır ki, məhkəmə də bu zaman kompensasiyanın ədalətli və ağlabatan olmasını və mütənasibliyin qorunmasını təmin etməlidir.

79. İddiaçının nümayəndəsi məhkəmə iclasında yazılı şəkildə verdiyi xx.xx.2024-cü il tarixli kompensasiya məbləğinin artırılmasına dair ərizədə isə cavabdehlərin hər birinin özbaşına tikililərinin hər kv.m-i üçün 600 manat, yeni mənzil təhvil verilənədək həmin cavabdehlərin hər birinə hər ay 600 manat kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

80. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, son illərin oturuşmuş təcrübəsi ondan ibarətdir ki, istismar müddəti bitmiş və yaşayış üçün yararlı olmayan, eləcə də sürətlə inkişaf edən paytaxtın görünüşünə xələl gətirən, sakinlərin daha geniş, rahat və müasir tələblərə cavab verən mənzillərlə təmin edilməsi sahəsində həyata keçirilən layihələr (o cümlədən pilot layihələr) üzrə binaların sökülməsi zamanı sakinlərə mülkiyyətində olan mənzillərin sahələrinə əsasən 20 faiz əlavə etməklə yeni mənzil sahəsi ilə təmin edilməsi və mənzillərdən müvəqqəti kirayə mənzillərə köçürülməsi ilə bağlı konkret təkliflər cavabdehlərə təqdim olunur. Bu işdə isə iddiaçı MTK Cavabdeh1 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 98,3 kv.m sahəsi olan 3 otaqlı 7 saylı mənzilin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 2-ci mərtəbəsindəki 126,07 kv.m sahəsi olan 4 otaqlı 1 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 35 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 21 000 (iyirmi bir min) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh1 məxsus mənzilin sökülərək onun, həmin mənzildən çıxarılmasını, Cavabdeh7 Məhəmməd oğluna mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 62,5 kv.m sahəsi olan 3 otaqlı 8 saylı mənzilin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 3-cü mərtəbəsindəki sahəsi 126,07 kv.m.dən ibarət 4 otaqlı 7 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 99,56 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 59.730 (əlli doqquz min yeddi yüz otuz) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh7 məxsus mənzilin sökülərək onun, həmin mənzildən çıxarılmasını, Cavabdeh8 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 66,5 kv.m sahəsi olan 3 otaqlı, 9 saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 2-ci mərtəbəsindəki sahəsi 98,43 kv.m.dən ibarət 3 otaqlı, 2 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 55, 8 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 33.480 (otuz üç min dörd yüz səksən) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh8 məxsus mənzilin sökülərək onun həmin mənzildən çıxarılmasını, Cavabdeh6 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 102,07 kv.m sahəsi olan 4 otaqlı, 10 saylı mənzilin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi, 4-cü mərtəbəsindəki sahəsi 126.07 kv.m.dən ibarət 4 otaqlı, 13 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 19,1 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 11.460 (on bir dörd yüz altmış) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh6 məxsus mənzilin sökülərək onun həmin mənzildən çıxarılmasını təklif edir, bu isə oxşar işlərdə təklif edilən kompensasiyaya uyğundur.

81. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehlərə təklif etdiyi əvəz (kompensasiya) qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır, eləcə də tərəflərin maraqlarının mütənasibliyi qorunur.

82. Belə olan halda, cavabdehlərin müvafiq razılaşmaya getmədən, Cavabdeh1 98,3 kv.m sahəsi olan üçotaqlı 7 saylı mənzilinin ve həmin ünvanda 35,0 kv.m özbaşına qanunsuz tikilisinin əvəzinə 3 ədəd 98,43 kv.m sahəsi olan üçotaqlı mənzil, qanunsuz zəbt etdiyi torpaq sahəsi üçün kompensasiya və 1 ədəd qaraj;

83. Cavabdeh7 Məhəmməd oğlunun 62,5 kv.m sahəsi olan üç otaqlı 8 saylı mənzilinin və həmin ünvanda 99,56 kv.m özbaşına qanunsuz tikilisinin əvəzinə 98,43 ve 86,32 kv.m sahəsi olan biri temirli olmaqla 2 ədəd üç otaqlı mənzil;

84. Cavabdeh8 Adıșirin oğlunun 66,5 kv.m sahəsi olan üçotaqlı 9 saylı mənzili və 3 həmin ünvanda 55,8 özbaşına qanunsuz tikilisinin əvəzinə 1 ədəd 126,07 kv.m dördotaqlı və 1 ədəd 76,74 kv.m sahəsi olan ikiotaqlı mənzil;

85. Cavabdeh6 102,7 kv.m sahəsi olan dörd otaqlı 10 saylı mənzilnin ve həmin ünvanda 19,1 kv.m özbaşına qanunsuz tikilisinin əvəzinə 1 ədəd 86,32 kv.m üç otaqli, 1 ədəd 76,74 kv.m iki otaqlı ve 1 ədəd 51,44 kv.m sahəsi olan birotaqlı təmirli mənzil tələb etməsi onların mülkiyyət hüquqlarından suiistifadə kimi qəbul oluna bilər. Belə ki, cavabdehlər öz davranışları ilə iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarının həyata keçirməsinin qarşısını alır, digər çoxsaylı sakinlərin mənzil hüquqlarının vaxtında təmin olunmasına əngəl törədir, mənzillərinə görə aşkar tənasübsüz əvəz əldə etməyə məcburetməyə çalışmaqla, hüquqlarından sui-istifadə yolu tutmuşlar.

86. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə həmin cavabvbdehlərə münasibətdə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçının iddia tələbləri təklif olunan kompensasiyanın artırılmış həcmi həddində (nəzərə alınmaqla) təmin edilməlidir. Nəticə:

87. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə həmin cavabdehlərə münasibətdə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçının iddia tələbləri təklif olunan kompensasiyanın artırılmış həcmi nəzərə alınmaqla təmin edilməli, İddiaçı MTK tərəfindən Cavabdeh1 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 98,3 kv.m sahəsi olan 3 otaqlı 7 saylı mənzilin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 2-ci mərtəbəsindəki 126,07 kv.m sahəsi olan 4 otaqlı 1 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 35 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 21 000 (iyirmi bir min) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh1e məxsus mənzil sökülərək o, həmin mənzildən çıxarılmalı, MTK tərəfindən Cavabdeh7 Məhəmməd oğluna mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 62,5 kv.m sahəsi olan 3 otaqlı 8 saylı mənzilin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 3-cü mərtəbəsindəki sahəsi 126,07 kv.m.dən ibarət 4 otaqlı 7 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 99,56 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 59.730 (əlli doqquz min yeddi yüz otuz) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh7 məxsus mənzil sökülərək o, həmin mənzildən çıxarılmalı, MTK tərəfindən Cavabdeh8 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 66,5 kv.m sahəsi olan 3 otaqlı, 9 saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 2-ci mərtəbəsindəki sahəsi 98,43 kv.m.dən ibarət 3 otaqlı, 2 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 55, 8 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 33.480 (otuz üç min dörd yüz səksən) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh8 məxsus mənzil sökülərək o, həmin mənzildən çıxarılmalı, MTK tərəfindən Cavabdeh6 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 102,07 kv.m sahəsi olan 4 otaqlı, 10 saylı mənzilin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi, 4-cü mərtəbəsindəki sahəsi 126.07 kv.m.dən ibarət 4 otaqlı, 13 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 19,1 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 11.460 (on bir dörd yüz altmış) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh6 məxsus mənzil sökülərək o, həmin mənzildən çıxarılmalıdır.

88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

89. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilməlidir.

90. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğlu, Cavabdeh8 və Cavabdeh6 apellyasiya şikayəti qismən təmin edilsin. Nizami Rayon Məhkəməsinin 2(007)-1334/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, - cavabdehlər Cavabdeh1, Cavabdeh7 Məhəmməd oğlu, Cavabdeh8 və Cavabdeh6 aid hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı MTK tərəfindən Cavabdeh1 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 98,3 kv.m sahəsi olan 3 otaqlı 7 saylı mənzilin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 2-ci mərtəbəsindəki 126,07 kv.m sahəsi olan 4 otaqlı 1 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 35 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 21 000 (iyirmi bir min) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh1e məxsus mənzil sökülərək o, həmin mənzildən çıxarılsın. İddiaçı MTK tərəfindən Cavabdeh7 Məhəmməd oğluna mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 62,5 kv.m sahəsi olan 3 otaqlı 8 saylı mənzilin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 3-cü mərtəbəsindəki sahəsi 126,07 kv.m.dən ibarət 4 otaqlı 7 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 99,56 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 59.730 (əlli doqquz min yeddi yüz otuz) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh7 məxsus mənzil sökülərək o, həmin mənzildən çıxarılsın. İddiaçı MTK tərəfindən Cavabdeh8 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 66,5 kv.m sahəsi olan 3 otaqlı, 9 saylı mənzilinin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 2-ci mərtəbəsindəki sahəsi 98,43 kv.m.dən ibarət 3 otaqlı, 2 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 55, 8 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 33.480 (otuz üç min dörd yüz səksən) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh8 məxsus mənzil sökülərək o, həmin mənzildən çıxarılsın. İddiaçı MTK tərəfindən Cavabdeh6 mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yerləşən köhnə yataqxana binasında 102,07 kv.m sahəsi olan 4 otaqlı, 10 saylı mənzilin əvəzinə, həmin ünvanda yəni, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.ünvan 14həllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi, 4-cü mərtəbəsindəki sahəsi 126.07 kv.m.dən ibarət 4 otaqlı, 13 saylı mənzili təmirli vəziyyətdə təhvil verilməklə, 19,1 kv.m özbaşına və qanunsuz tikilisinin əvəzinə isə həmin tikilinin hər kvadrat metrinə 600 manat olmaqla, cəmi 11.460 (on bir dörd yüz altmış) manat kompensasiya, habelə yeni mənzil təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh6 məxsus mənzil sökülərək o, həmin mənzildən çıxarılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar