Məhkəmə qərarları › İş №2(103)-4539/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4539/2025

28.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4539/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mübahisə tərəflərinin eyniliyi) hakimlər X20 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2298/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzili Azərbaycan SSR Bakı şəhəri X21 İcraiyyə Komitəsi tərəfindən verilmiş 18 yanvar 1967-ci il tarixli 47537 saylı orderə əsasən bibisi X13 istifadasinə verilmişdir. Orderdə bibisi X14 başqa atası X22, X15 adı da qeyd olunmuşdur. Bibisinin vəfatından sonra Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 sayli evin 49 saylı mənzilinə dair mənzil kirayə müqaviləsi Nizami Rayon İcra Hakimiyyətinin 27 sentyabr 1994-cü il tarixli 2486 saylı sərəncamı ilə bacısı X2 adına bağlanmış və ailə üzvləri siyahısında anası X8, İddiaçı, X23, X24, X16 göstərilmişdir. Qeyd olunan mənzil ilk növbədə bacısı X2 adına özəlləşdirilərək, onun adına çıxarış verilsə də, sonradan Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən mənzilin X2 adına özəlləşdirilməsi etibarsız hesab edilmiş və onun adına verilmiş çıxarış ləğv edilmişdir. Bundan sonra, Ali Məhkəmənin yekun qərarı qəbul edildikdən sonra İddiaçı mənzilin hazırkı iş üzrə iddiaçı X9 adına özəlləşdirilməsinə razılıq versə də, həmin vaxt münasibətləri normal olduğundan, cavabdeh mənzili heç vaxt satmayacağına söz verdiyindən, mənzilin onun adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Lakin Azərbaycan dilində yazıb oxumağı bacarmadığından, onun adından tərtib edilmiş ərizənin mahiyyətini tam başa düşməmişdir. Mənzil cavabdehin adına rəsmiləşdirildikdən sonra iddiaçı X25 cavabdeh Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı X10 üçüncü şəxs qismində cəlb edilməklə, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 11, mənzil 49 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 mart 2016ci il tarixli qərarı ilə iddia təmin edilmiş, X2 ünvan 3 ünvanından pasport qeydiyyatından çıxarılması Bakı şəhəri Nizami Rayonu Polis İdarəsinin üzərinə qoyulmuşdur. Sonra da, 2024-cü ildə Nizami Rayon Məhkəməsində iddia qaldıraraq, İddiaçı və X5rşı Nizami Rayon Məhkəməsində iddia qaldıraraq, istifadə hüququnun itirilməsini və mənzildən çıxarılmasını tələb etmişdir. Hesab edir ki, ünvan 5 ünvanında yerləşən mənzilin X9 adına özəlləşdirilməsi etibarsız hesab edilməli və onun adına verilmiş 14 mart 2018-ci il tarixli ********** saylı çıxarış ləğv edilməlidir. Cavabdeh qeyd olunan mənzili yararsız vəziyyətə gətirmiş, mənzildə olan əşyaları sındırmaqla, orada onların yaşamaqlarına maneçilik törətmək məqsədilə yaşayış üçün zəruri olan su, elektrik enerjisini, qaz xəttini kəsməklə yaşamaqlarına maneçilik törətmək məqsədilə yaşayış üçün zəruri olan su, elektrik enerjisini, qaz xəttini kəsməklə yaşamaqlarına maneçilik törədir. O, mənzilə yaranmış mülkiyyət hüququndan sui-istifadə edir. İddiaçı X25 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma, və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilindən çıxarılmaqla istifadə hüququna xitam verilməsi və onun ailə üzvləri ilə birlikdə mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı və X11 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi, cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzildən çıxarılması, cavabdeh İddiaçı vurduğu maddi ziyana görə 10000 manat məbləğin X9 xeyrinə tutulması, X9 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdeh X6rşı “mənzilin özəlləşdirməsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 11, mənzil 49 ünvanında yerləşən mənzilin X12 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh İddiaçı və X11 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi, cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzildən çıxarılması, cavabdeh İddiaçı vurduğu maddi ziyana görə 10000 manat məbləğin X9 xeyrinə tutulması, X9 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 49 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(007)-597/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X25 yetkinlik yaşına çatmayan uşaqları - 16 avqust 2020-ci il təvəllüdlü X22 və 2 avqust 2022ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-597/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh X7rşı “mənzilin özəlləşdirməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbi üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə əsası ilə xitam verilmişdir. Nizami rayon Məhkəməsinin qətnaməsində hazırkı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, özəlləşdirmənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi hissəsində iddia tələbinə inzibati qaydada məhkəməyə müraciət etməlidir. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 11, mənzil 49 ünvanında yerləşən mənzildə o yaşayır. Cavabdeh qardaşı X9 arvadıdır. xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh evdə qeydiyyatda olan şəxslərin, eləcə də onun razılığı və xəbəri olmadan onlara məxsus Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 11, mənzil 49 ünvanında yerləşən mənzilə qeydiyyata alınmışdır. Halbuki, o, Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 11, mənzil 49 ünvanında yerləşən mənzilin X9 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, X9 adına verilmiş 147 mart 2018-ci il tarixli reyestrdə ********** nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iş hal-hazırda məhkəmənin icraatındadır. X3 adına verilmiş çıxarışın ləğv olunacağını ehtimal edərək, məhkəmənin gedişində xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh onların yaşadıqları mənzilə qeydiyyata aldırmışdır. xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh onun ailə üzvü deyildir və həmin şəxsin hansı qaydada ona məxsus evə qeydiyyata alınmaları barədə məlumatı yoxdur. Onun ona məxsus evə dair hər hansı hüququ istifadə və ya sahiblik hüququ yaranmamışdır. Qeyd edilən üçüncü şəxs Cavabdeh ünvan 7 ünvanda yerləşən mənzildə istifadə hüququ olmayan şəxs hesab edilməlidir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2298/2025 saylı, 19 iyun 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla yekun məhkəmə aktı xx.xx.2025-ci il tarixdə qəbul edilmiş 2(007)-1410/2025 saylı mülki iş vardır. Həmin mülki iş üzrə iddiaçı Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı və X24 cəlb edilməklə cavabdeh X7rşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh X9 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)- 1410/2025 saylı qətnaməsinə əsasən Cavabdeh istifadə hüququ tanınmaqla iddia tələbinin təmin edilərək, iddiaçı Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Hazırkı mülki iş üzrə iddiaçı məhkəmədən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 11 ünvanında yerləşən 49 saylı mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Beləliklə, hazırkı mülki iş üzrə iddiaçı məhkəmədən İddiaçı Cavabdeh istifadə hüququ olmayan hesab edilməsini xahiş etsə də, məhkəmənin icraatında olan digər iş üzrə artıq cavabdehin istifadə hüququ tanınmaqla evə köçürülməsini qət etmişdir. Odur ki, İddiaçı Cavabdeh istifadə hüququ olmayan hesab edilməsi ilə bağlı iddia qaldırmaq əvəzinə nəticəsi ilə razılaşmadığı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-1410/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktından apellyasiya şikayəti verməsi məqsədəmüvafiqdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

7. İddiaçı Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2(007)- 2298/2025 saylı qərardadından şikayət verərək, onun ləğv edilməsi, iddia ərizəsinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon məhkəməsi iddiaçı onun Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması barədə qərardad qəbul edərkən, məhkəmənin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla yekun məhkəmə aktı xx.xx.2025-ci il tarixdə qəbul edilmiş 2(007)-1410/2025 saylı mülki işin olmasını qeyd etsə də, həmin mülki işdə nə tərəflər eyni olmamış, nə mübahisə eyni olmamışdır. Belə ki, həmin mülki iş üzrə iddiaçı Cavabdeh mübahisə predmeti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı və X24 cəlb edilməklə cavabdeh X7rşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh X9 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-1410/2025 saylı qətnaməsinə əsasən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Nə iddia ərizəsində, nə də məhkəmə qətnaməsində Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 11 saylı evin 49 nömrəli mənzilinə istifadə hüququnun tanınması barədə iddia tələbi olmamış və məhkəmə qətnaməsində Cavabdeh məhz istifadə hüququ yarandığından, qeyd olunan mənzilə köçürülməsinin qət edilməsi qeyd edilməmişdir. Nizami Rayon Məhkəməsinin hakimi qərardad qəbul edərkən, məhkəmə qətnaməsini təhrif edərək, guya məhkəmənin Cavabdeh İsparovnanın istifadə hüququnun yaranması məsələsinə hüquqi qiymət verdiyini qeyd etmişdir. Lakin, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qeyd olunan iddia tələbi ilə ilk öncə digər mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi iddia ərizəsi ilə məhkəmənin icraatında olan mülki iş üzrə məhkəməyə müraciət etsə də, Nizami rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində yalnız məhkəmənin hazırlıq iclasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə biləcəyi əsası ilə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmışdır. Bundan sonra, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nizami rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadında hakim, hazırkı mülki iş üzrə iddiaçı məhkəmədən İddiaçı Cavabdeh istifadə hüququ olmayan hesab edilməsini xahiş etsə də, məhkəmənin icraatında olan digər iş üzrə artıq cavabdehin istifadə hüququ tanınmaqla evə köçürülməsini qət etməsini qeyd etsə də, istifadə hüququnun yaranması barədə nə iddia tələbi, nə də məhkəmə qətnaməsi mövcud deyildir. Belə ki, Cavabdeh və onun ailə üzvləri qeyd olunan mənzildə hal-hazırkı vaxtadək bir gün belə yaşamamış, aralarında məhkəmə mübahisələri başladıqdan sonra 2023-cü ildə yalnız qeydiyyata alınmış, qeyd olunan qeydiyyatın ləğv edilməsi və qeydiyyatdan çıxarılması ilə bağlı hal-hazırda Bakı İnzibati Məhkəməsinin icraatında da iş vardır.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2298/2025 saylı 25 iyun 2025-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

Tətbiq edilən hüquq normaları

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

11. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

12. 46-cı maddəsinə görə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir.

13. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.

14. 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır.

15. 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.

16. 296-cı maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.

17. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 7.1-ci bəndinə görə, Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsində müəyyən olunmuş əsasla ərizənin baxılmamış saxlanılmasına o hallarda yol verilir ki, başqa məhkəmənin və yaxud həmin məhkəmənin icraatında olan digər iş eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla əlaqədar olsun. Bunlardan hər hansı biri üzrə fərq olduqda həmin əsasla ərizə baxılmamış saxlanıla bilməz. Bu qayda cinayət işlərində mülki iddianın olması, başqa iş üzrə iddia ərizəsinə eyni tələbin daxil edilməsi hallarına da aiddir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2298/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş hazırkı qərardadda qeyd olunan məsələlər nəzərə alınmaqla yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır.

19. İşin materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə yekun məhkəmə aktı xx.xx.2025-ci il tarixdə qəbul edilmiş 2(007)-1410/2025 saylı mülki işin mövcudluğuna istinad etmişdir. Həmin mülki iş üzrə iddiaçı Cavabdeh (İddiaçı və X24 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) cavabdeh X7rşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh X9 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-1410/2025 saylı qətnaməsinə əsasən Cavabdeh iddiası təmin edilmiş, o, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 11 saylı evin 49 nömrəli mənzilinə köçürülmüşdür.

20. Həmin qətnaməyə əsaslanan məhkəmə qeyd etmişdir, hazırkı mülki iş üzrə iddiaçı məhkəmədən İddiaçı Cavabdeh istifadə hüququ olmayan şəxs hesab edilməsini xahiş etsə də, məhkəmənin icraatında olan digər mülki iş üzrə artıq cavabdehin istifadə hüququ tanınmaqla evə köçürülməsi qət edilmişdir. Odur ki, İddiaçı, Cavabdeh istifadə hüququ olmayan şəxs hesab edilməsi ilə bağlı iddia qaldırmaq əvəzinə nəticəsi ilə razılaşmadığı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1410/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktından apellyasiya şikayəti verməsi məqsədəmüvafiqdir.

21. Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsində müəyyən olunmuş əsasla ərizənin baxılmamış saxlanılmasına o hallarda yol verilir ki, başqa məhkəmənin və yaxud həmin məhkəmənin icraatında olan digər iş eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla əlaqədar olsun. Bunlardan hər hansı biri üzrə fərq olduqda həmin əsasla ərizə baxılmamış saxlanıla bilməz. Bu qayda cinayət işlərində mülki iddianın olması, başqa iş üzrə iddia ərizəsinə eyni tələbin daxil edilməsi hallarına da aiddir.

22. Mülki prosesdə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Prosesdə tərəflər də məhz iddiaçı və cavabdeh hesab edilirlər.

23. Mübahisə tərəflərinin eyniliyi o halda mövcud olur ki, müvafiq mübahisənin əvvəlki tərəfləri və ya onların hüquqi varisləri tərəfindən məhkəmədə yenidən iddia qaldırılsın. Prosesdə tərəflər yalnız iddiaçı və cavabdeh olduğu halda, mübahisə tərəfləri daha geniş dairəni nəzərdə tutur. Məsələn, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiaçıya qarşı tələbi üzrə mübahisə tərəfləri qismində müstəqil tələb irəli sürən üçüncü şəxs və iddiaçı çıxış edir. Onlar arasında mübahisənin həllinə dair qanuni qüvvəyə minmiş (və ya minməmiş) qətnamənin olması müstəqil tələb irəli sürən üçüncü şəxsi iddiaçıya qarşı eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq hüququndan məhrum edir.

24. Hazırkı işdən göründüyü kimi məhkəməyə müraciət edən İddiaçı statusunda çıxış edir. İstinad olunan mülki iş üzrə onun statusu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs olaraq müəyyən edilmişdir.

25. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1410/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından göründüyü kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçıya qarşı müvafiq tələblər üzrə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etsə də, məhkəmə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında mülki işin kifayət qədər hazırlanmış hesab edilərək məhkəmə baxışına təyin edildiyi, iddianın iş məhkəmə baxışına təyin edildikdən sonra verildiyi əsası ilə verilmiş iddianı geri qaytarmışdır.

26. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırda İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi barədə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanması iddiaçının məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməlidir.

27. Belə ki, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-1410/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermək hüququna malik olsa da, mübahisə tərəfi olaraq iddiaçı və ya mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs statusunda öz tələblərinin əsası kimi müvafiq hallara istinad etmək, iddiaçının digər hüquqlarından istifadə etmək hüququndan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hazırda mübahisələndirilən qərardadı və 2(007)-1410/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə məhrum edilmişdir.

28. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsinə əsasən ərizəni baxılmamış saxlamaqla haqlı olmamış, iddiaçının ədalət mühakiməsinə çatımlıq hüququnu pozmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsində nəzərdə tutulan halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyi təqdirdə məhkəmə tərəfindən iddiaçının fundamental prosessual hüquqlarından olan məhkəməyə müraciət etmək hüququnun onun ziyanına geniş təfsir edilməsi yolverilməzdir.

30. Ona görə də mübahisələndirilən qərardad tamamilə ləğv olunmalı, iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

31. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

32. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2298/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qərardadı tamamilə ləğv edilsin. Mülki iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla mahiyyəti üzrə baxılması məsələsinin yenidən araşdırılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar