Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4541/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-370/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-370/2025 saylı qətnaməsi ilə, iddia təmin edilmiş, Cavabdeh X6 qalan miras əmlaka münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi qət edilmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-370/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-370/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, “cavabdehin şikayətində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişinə əməl olunmamışdır. Belə ki, cavabdehin vəkili və nümayəndəsi tərəfindən təqdim olunmuş şikayətə əlavə edilmiş orderdən görünür ki, orderdə “tapşırığın yerinə yetirildiyi təşkilat Nizami Rayon Məhkəməsi” kimi göstərilmişdir. Halbuki apellyasiya şikayəti verilərkən bu hissədə Bakı Apellyasiya Məhkəməsi qeyd edilməli idi” Qeyd edilən qərardaddan Cavabdeh Hasan Hüseynin nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, iş № 2(007)-370/2025 saylı qərardadını ləğv edərək apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun verilmiş hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət Məhkəmənin 03 iyul 2025-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, cavabdeh apellyasiya şikayətini təqdim edərkən order, etibarnamə və dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi də şikayətə əlavə etmişdir. Lakin məhkəmə apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun gəlməməsini əsas gətirmişdir. Belə ki, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş orderin düzgün olmadığını qeyd etmişdir. Qeyd edilmişdir ki, cavabdehin vəkili Vəkil2 birinci instansiya məhkəməsində həm nümayəndə, həm də vəkil olub, cavabdeh tərəfindən vəkilə etibarnamə verilib, həmin etibarnamədə məhkəmə aktlarından şikayət etmək səlahiyyəti də göstərilib. Buna görə də, birinci instansiya məhkəməsində iştirak etmiş vəkil həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək səlahiyyətinə də malikdir. Nəzərə almaq lazımdır ki, apellyasiya şikayəti Nizami rayon məhkəməsi vasitəsilə verilir və Nizami rayon məhkəməsində Vəkil2 cavabdehin vəkili və nümayəndəsi olduğu müəyyən olunub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, mübahisələndirilmiş qərardad ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361.2-ci maddəsinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətini geri qaytararkən, yuxarıda da qeyd olunduğu kimi, ona istinad etmişdir ki, şikayəti imzalayan Vəkil2 təqdim etdiyi orderdə “Bakı Apellyasiya Məhkəməsi” qeyd edilməmiş, bununla da məhkəmə hesab etmişdir ki, vəkilin şikayəti imzalamaq səlahiyyəti olmamışdır. Zahirən rayon məhkəməsinin istinad etdiyi bu hal əsaslı görünə bilər. Lakin nəzərə alınmalıdır ki, həmin vəkil eyni zamanda cavabdehin nümayəndəsi olmuş və onun səlahiyyətləri, eləcə də məhkəmə aktlarından şikayət vermək səlahiyyəti etibarnamə ilə rəsmiləşdirilmişdir. Etibarnamənin verilməsində güdülən məqsəd, yəni təmsil olunanın təmsil edənə müəyyən səlahiyyətlər verməsini təsdiqi vasitəsi olması baxımından, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsinin həmin mövqeyi əsaslı olmayıb, həddənziyadə formal olmuşdur. Çünki hazırkı işdə ləyaqətsiz vərəsə hesab edilməsinə dair qətnamədən Cavabdeh adından apellyasiya şikayətini verən Vəkil2 onu təmsil etmədiyini, belə bir səlahiyyətinin olmadığını, başqa sözlə desək, vəkilin həmin qətnamədən apellyasiya şikayəti verməkdə ifadə olunan hərəkətinin Cavabdeh maraq və iradəsinə uyğun olmadığını güman etmək belə, anlaşılmaz və məntiqsiz olmaqla yanaşı, həm də ağlabatan deyildir. Odur ki, kollegiya qeyd edir ki, məhkəmənin gəldiyi qənaət çox formal olmaqla, özözlüyündə apellyasiya şikayətinin qaytarılması üçün əsas ola bilməzdi. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X8rşı işlər). “X3rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər. Beləliklə, müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmamışdır, ona görə də şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-370/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(103)-4541/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4541/2025
29.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver