Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4547/2023 04.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və əmlakın təhvil verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəlikləri) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı vəkili Vəkil1, Marağına toxunan şəxs Maraqlı şəxs və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və əmlakın təhvil verilməsi” tələbinə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsindən marağına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Mübahisə predmeti olan əmlak ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.metr, yaşayış sahəsi 73.30 kv.metr olan izolə olunmuş iki otaqdan ibarət C01 nömrəli mənzildir.
2. 05 iyul 2018-ci il tarixdə "xxxx" MMC (sifarişçi) ilə Cavabdeh MTK (podratçı) arasında müqavilə bağlanmış, tərəflər, sifarişçinin tapşırığına uyğun olaraq ünvan 2 ünvanda yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin 2.3-cü bəndinə görə, sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra, yerinə yetirilmiş işlərin dəyəri Podratçı tərəfindən müvafiq qaydada əvəzləşdirilir. Həmin müqavilənin 4.2.5-ci bəndinə görə, podratçı, obyekt sifarişçiyə təhvil verilənə qədər göstərilən əmlaka mülkiyyət hüququnu özündə saxlayır və əmlakın təsadüfi məhv olması riski onun üzərinə düşür. Sifariş hazır olduqda onu təhvil-təslim aktı ilə təhvil verir.(bənd 4.2.18)
3. Mübahisəli mənzilə dair İddiaçı ilə Cavabdeh arasında 23 avqust 2019-cu il tarixdə müqavilə bağlanmış, müqavilənin şərtlərində sözügedən mənzilin payçıya verilməsi, payçının isə mənzilin dəyərini ödəməli olması göstərilmişdir.
4. N 0070 nömrəli, 23 avqust 2019-cu il tarixli kassa mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən mənzilin dəyəri qismində 77500,00 AZN manat məbləğində pul vəsaiti cavabdeh MTK-ya ödənilmiş, bu barədə MTK tərəfindən kassa mədaxil qəbzi verilmiş və iddiaçının mənzilin dəyərini tam şəkildə ödəməsi barədə maliyyə arayışı tərtib edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin icra edilməsi və əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C-283/11 nömrəli müqavilə əsasında ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C01 saylı mənzilin Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırmışdır ki, 23 avqust 2019-cu il tarixdə iddiaçı ilə Cavabdeh MTK arasında C-283/11 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “Kooperativ” ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 m2 yaşayış sahəsi 73,30 m2 olan izolə olunmuş 2 otaqdan ibarət C01 saylı mənzilinin dəyəri 77500 manat tam ödənilməklə iddiaçıya verilmişdir. Qeyd olunan yaşayış binası tam tikildiyinə və hazırda bəzi mənzillərdə yaşayış olmasına baxmayaraq iddiaçı, həmin mənzildə təmir işlərini başlayıb köçə bilməmişdir. Bununla bağlı dəfələrlə Kooperativə müraciət etsə də aldığı mənzili iddiaçıya təhvil verilməsindən imtina etmişlər. İmtinanın səbəbi kimi, Cavabdeh MTK məxsus mənzillərin “Orxan TT" MMC-nin sərəncamına verilməsi göstərilmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C-283/11 nömrəli müqavilə əsasında ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C01 saylı mənzilin Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı həmin müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.metr, yaşayış sahəsi 73.30 kv.metr olan izolə olunmuş dörd otaqdan ibarət C01 nömrəli mənzili İddiaçı sahiblik və istifadəsinə verməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı təhvil verməli olduğu mənzili təhvil verməyərək bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, Mülki Məcəlləsinin 6.2, 139.1.6, 152.1, 152.5, 178.8, 182.1, 385.1, 386.1, 442, 445, 448.1-ci maddələri və Mülki Prosessual Məcəllə 106.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Maraqlarına toxunan şəxs Maraqlı şəxs və "xxxx" MMC qətnamədən apellyasiya şikayətləri verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsini ləğv edib iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsasandırılmışdır ki, Cavabdeh MTK qeyri-qanuni olaraq mənzillərin satışı hüququ olmadan ayrı-ayrı vətəndaşlara satmışdır. Həmin mənzilləri qeyri-qanuni satılmasına görə Cavabdeh MTKya münasibətdə və onun vəzifəli şəxsləri barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 178.4-cü maddələri ilə cinayət işi başlanmış iş hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. İstintaq zamanı Cavabdeh MTK ilə "xxxx" MMC arasında bağlanmış yeni podrat müqaviləsinə uyğun olaraq zərərçəkmişlərə mənzillər verilib. Həmin mənzilə dair "xxxx" MTK-nın razılıq məktubu əsasında əsas mülkiyyətçi"xxxx" MMC ilə yeni müqavilə bağlayıb. Cavabdeh MTK-nın mənzil alğısatqısına dair hər hansı müqavilə etibarsızdır. Mənzil hal-hazırda onun sahibliyindədir, təmir etdirib, hal-hazırda yaşayır. Məhkəmə cavabdehin həmin mənzilə dair alğı-satqı müqaviləsi bağlamaq səlahiyyətinin olub-olmamasını araşdırmamış və yalnış qətnamə çıxartmışdır.
12. müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsasandırılmışdır ki, Cavabdeh MTK ilə Orxan-TİT MMC arasında göstərilən ünvanda yaşayış binasının tikilməsi üçün podrat müqaviləsi bağlanmışdır. Həmin podrat müqaviləsinə əsasən Cavabdeh MTK-nın həmin mənzilləri satmaq hüququ olmamışdır. Buna baxmayaraq Cavabdeh MTK-nın vəzifəli şəxsləri"xxxx" MMC-nin mülkiyyətidə olan mənzilləri qeyri-qanuni satışını həyata keçirmişlər. "xxxx" MMC-nin hüquq mühafizə orqanlarına rəsmi müraciətindən sonra Cavabdeh MTK-ya münasibətdə və onun vəzifəli şəxsləri barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsini 308.2, 178.4-cü maddələri ilə cinayət işi başlanmış iş hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi "xxxx" MMC-nin mənafeyinə toxunur, çünki göstərilən mənzil onun mülkiyyətindədir. “Konstra- MTK-nın bağladığı hər hansı mənzilə dair alğı-satqı müqaviləsi bağlandığı andan etibarsızdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
14. Marağına toxunan şəxs Maraqlı şəxs və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edən zaman apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə torpaq sahəsi ayrılır, müvafiq layihələndirmə sənədləri həyata keçirilikdən sonra "xxxx" MMC tikintiyə başlayır və Cavabdeh ilə podratçı olaraq müqavilə imzalayır. Cavabdeh Mənzil-Tikinti Kooperativə mənzilləri satmaq hüququ verilməyib, ancaq podrat işləri ilə məşğul olmalı idi. Bundan sonra Cavabdeh mənzilləri aşağı qiymətə satmağa başlayır. Bununla bağlı cinayət işi başlayır. Məlum olur ki, Cavabdeh tərəfindən qeyri-qanuni olaraq 135 mənzil satılıb. Bu mənzillərdən birini də iddiaçıya satıblar. Həmçinin, marağına toxunan Yaxşıxanıma satıblar. İstintaq orqanlarında Cavabdeh ilə "xxxx" MMC razılığa gəliblər ki, zərərçəkmişlərə 74 mənzil veriləcək. Cavabdeh razılığı əsasında 135 nəfərdən 74-nə mənzil verilib. Sonra yenə də Cavabdeh ilə müqavilə imzalayırlar, siyahı göndərirlər və həmin siyahıda Maraqlı şəxs da adı olur və ona 84.27 kvadrat mənzil sahəsi verilir. Qarşı tərəf Cavabdehndən şikayət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249-cu maddəsinin tələblərinə əsasən hüquqi şəxsin nizamnamədən kənar bağladığı hər hansı bir müqavilə etibarsızdır. Həmin müqavilə etibarsızdır. Təkcə iddiaçıya münasibətdə deyil, həm də Yaxşıxanıma münasibətdə deyir. Amma onlar verilən müqavilə əsasında, məktub əsasında Yaxşıxanıma mənzil veriblər. İndi həmin mənzili tələb edirlər,həmin mənzildə Cavabdeh heç bir hüququ yoxdur. Hal hazırda onların işi Bakı Ağır Cinaytlər Məhkəməsində gedir. Cavabdeh vəzifəli şəxslərinə cinayət işi açılıb. 19 milyon manatlıq əmlaklarına həbs qoyulub. İddiaçı da zərərçəkmiş şəxs statusundandır. Yəni, onlar mənzil tələb edə bilməzlər çünki, bağlanılan müqavilə etibarsızdır. Qarşı tərəf iddia qaldıra bilməz. İndiyə kimi anoloji işlərlə bağlı müraciət edilib və hamısı da "xxxx" MMC-nin xeyrinə qərar qəbul edib. Həmin qətnamələr qanuni qüvvəyə də minib. "xxxx" MMC mülkiyyətçidir, Cavabdeh bağladığı müqavilə əsassızdır. O qarşı tərəfi qınamır, aldanıblar. Cavabdeh çox aşağı qiymətə satıb. Şəhərin mərkəzində olan evlərin 1 kvadratını ***-**** manata satıblar. Cavabdeh podratçı olaraq müqavilə imzalayıb ona deyilməyib ki, kvadratı 1600 manata olan mənzilləri 900-100 manata satsın. Yenidən Cavabdeh adından müqavilə bağlamayıblar. Maraqlı şəxs mənzil veriləndə "xxxx" MMC ilə Cavabdeh müqavilə bağlamış idi. Həmin müqavilədə 74 mənzilin verilməsi nəzərdə tutulurdu. Zərəçəkmiş şəxslərə 74 mənzilin verilməsi öhdəsinə götürülmüşdür. Hazırda onlar şahid statusundadırlar. Maraqlı şəxs da şahiddir. Maraqlı şəxs ilə Cavabdeh arasında 1 ya 2 müqavilə bağlanılıb, amma onun üçün o müqavilələrin heç bir əhəmiyyəti yoxdur, müqavilə etibarsızdır. Cavabdehnə münasibətdə cinayət işi başlayıb. Bununla bağlı ittiham aktı da var. Cinayət işinin başlanması barədə qərarda göstərilib ki, vəzifəli şəxslərə münasibətdə cinayət işi açılsın. Cavabdeh MTK-nın bağladığı bütün müqavilələr etibarsızdır. Hüquqi şəxs olaraq hüquqi şəxsin səlahiyyətindən kənar bağlanılan hər bir müqavilə etibarsızdır. Qarşı tərəf isə etibarsız müqaviləyə görə mənzil tələb edir. Ali Məhkəmənin qərarı var. Cinayət işi üzrə qərarlar var. Qarşı tərəf zərərçəkmişdir, Cavabdeh MTK -dan mənzil tələb edə bilər. Amma, etibarsız müqaviləyə görə qarşı tərəf onlardan mənzil tələb edə bilməz. Qarşı tərəfin dediyindən belə çıxır ki, 135 nəfərin hamısına mənzil verilməli idi. Cavabdeh MTK-nın bağladığı bütün müqavilələr etibarsızdır. 135 zərərçəkmiş şəxsdən, 74-nə mənzil verilib.
15. İddiaçı vəkili Vəkil1 məhkəmə iclasında iştirak edən zaman apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, qarşı tərəfin dedikləri həqiqəti əks etdirmir. "xxxx" MMC mülkiyyətçi olub, öz torpağında heç bir pul ödəmədən Cavabdehnə mənzilləri tikməyi tapşırıb. Cavabdeh öz hesabına binalar tikib, sonra da mənzilləri öz adına satmağa başlayıb. "xxxx" MMC ilə Cavabdeh arasında münaqişə baş verib və Cavabdeh bəzi vəzifəli şəxsləri ilə bağlı cinayət işi açılıb. Eyni zamanda həmin binada onlarla yanaşı başqa şəxslər də mənzil alıb. Həmin iş üzrə Maraqlı şəxs da, İddiaçı da zərərçəkmiş şəxs qismində tanınıb. Maraqlı şəxs ilə 12 fevral 2019-cu ildə müqavilə imzalanıb və həmin müqavilə ilə 100 kvadrat-98 kvadrat mənzil əldə edib. İddiaçı ilə 23 avqust 2019-cu ildə müqavilə bağlanıb. Zərərçəkmiş kimi tanınıblar və iş Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gedib. Onların mənzili də 84.27 kvadratdır. Onlar öz mənzillərinin təmin edilməsinə görə Cavabdehnə iddia qaldırır və iddialarının da cavabdehi də Cavabdehdir. Qiyabi qətnamə çıxarılır və icraya göndərilir və icrada "xxxx" MMC məktub ünvanlayır ki, mənzillər onundur və cavabdeh deyil, icranı da etmir. Maraqlı şəxs ortaya çıxır və müqaviləsini təqdim edir və həmin müqavilə də iddiaçının mənzil ilə əlaqəli müqavilədir.Təhvil təslim aktı iş materiallarına əlavə olunur. Yenə də Cavabdeh müqaviləni bağlayır və qeyd edilir ki, İddiaçı mənzilini Maraqlı şəxs verilməlidir. Onlar tərəfindən yeni iddia qaldırılır və iş dayandırılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinə sorğu göndərilib. Həmin sorğuya əsasən, xx.xx.2019-cu il tarixli Maraqlı şəxs müqaviləsi, maliyyə arayışı və cinayət işi üzrə H.Yaxşıxanımın izahatı təqdim edilir. Məlum olur ki, "xxxx" MMC Cavabdehnə 78 mənzil bağışlayıb. Bunun da səbəbi satılan mənzillərin vətəndaşlara ödənilməsi üçün olmuşdur. Lakin onlar da, 100 kvadrat olan mənzili 78 kvadrat veriblər ki, iddaçı şikayətçi olmasın. Maraqlı şəxs bu barədə izahatı da var. İddiaçından mənzili alırlar və iddiaçıya deyirlər ki, müqavilən etibarsızdır. Əgər Cavabdeh tərəf sayılmısa, bəs niyə sonra onunla müqavilə imzalayıblar. Sonradan yeni müqavilə bağlayırlar. Təhvil təslim aktını müqaviləyə çevirirlər və Cavabdeh adını çıxardırlar. Qarşı tərəf 2 iyul 2021-ci il müqavilələr təqdim edib. "xxxx" MMC məktubundan aydın olur ki, Cavabdeh haqlı olaraq T01 nömrəli mənzili satmışdır. Sadəcə sonradan nömrəsi dəyişdirilir. "xxxx" MMC Cavabdehnə mənzili qaytarır ki, pul əvəzi mənzildir, yəni Cavabdeh onlara haqlı olaraq satılmışdır. Sadəcə şikayət olunmaması üçün onlardan mənzili alıb. Maraqlı şəxs veriblər. Onlar da zərərçəkmiş şəxs statusunda, eyni zamanda Maraqlı şəxs da zərərçəkmişdir. İş materiallarında heç bir qərar yoxdur ki, iddiaçından mənzil alınıb ona verilməlidir. Bu səlahiyyət ancaq məhkəməyə aiddir. Onlar hesab edir ki, bu işin icraatı dayandırılmalı, digər işə baxılmalıdır. Həmçinin, "xxxx" MMC-nin və Maraqlı şəxs vəkilləri də eyni şəxsdir. Bu da mənzilin Yaxşıxanıma verilməsi üçündür. Onlar rayon məhkəməsində işin dayandırılmasına etirazlarını bildiriblər. Məhkəmə Ali Məhkəmənin Plenumun qərarına əsaslandı. Onlar qərarlarla tanış olublar. O qərarların biri cəlbetmə ilə bağlıdır. Ali Məhkəmənin qərarının 43-cü bəndində Cavabdeh MTK” Mənzil Tikinti Kooperativinə təhvil verilməmiş mənzilləri nəzərdə tutulur, onların mənzilləri isə təhvil verilməmiş mənzillərə aid deyil. Çünki, onların mənzilləri "xxxx" MMC tərəfindən Cavabdeh MTK” Mənzil Tikinti Kooperativinə təqdim olunur. Həmçinin onlar tərəfindən təqdim edilmiş Ali Məhkəmənin 2022-ci il tarixli qərarında göstərilib ki, "xxxx" MMC məktubla müraciət etmişdir. Məktubda bildirmişdir ki, iddiaçıya məxsus olan mənzil Yaxşıxanıma təqdim edilsin, yəni, əvəzləşdirilmə edilib. Mübahisə bundan ibarətdir. Onlarla müqavilə bağlanır və Yaxşıxanıma başqa mənzil verilir. Cinayət işinin materiallarında izahatda bu var. Sonra isə Cavabdeh MTK ilə "xxxx" MMC arasında razılaşma əldə olunur, razılaşmaya görə məbləğin əvəzində Cavabdeh MTK-ya mənzillər verilir. O mənzillərin arasında C05 nömrəli mənzil yəni, onların mənzilində olur. Cavabdeh MTK ilə "xxxx" MMC əlbir olublar, o mənzili Yaxşıxanıma veriblər. Məqsədləri də var, çünki Yaxşıxanıma verilən mənzilin daha çox kvadratı olmalı idi. Onların adını yox, qanunsuz olaraq Yaxşıxanımın adını qeyd ediblər. Nəyə görə onların mənzili qanunsuz olaraaq Yaxşıxanıma verilib? Yaxşıxanımın müqaviləsinin etibarsızlıq məsələsin qaldıran zaman, təhvil-təslim aktı müqaviləyə çevirilir. Nəyə görə mənzili Yaxşıxanıma verməlidir. Nəyə görə onların mənzili ilə əvəzləşdirilib? Bu səbəbdən həmin müqavilənin etibarsızlıq tələbinə dair Nərimanov Rayon Məhkəməsində iddia qaldırıblar. Lakin, həmin iş üzrə icraat dayandırılıb. Bunda görə də hazırkı mülki işin dayandırılma məsələsinə məhkəmə münasibət bildirməlidir. Yaxşıxanımın müqaviləsində başqa mənzildir.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
17. Mülki Məcəllə
Maddə 178.8 Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 182.1 Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
18. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırki halda marağına toxunan şəxs Maraqlı şəxs və "xxxx" MMC apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
23. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C-283/11 nömrəli müqavilə üzrə öhdəliyinin icrası olaraq ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C01 saylı mənzilinin İddiaçı sahibliyinə və istifadəsinə verilməsini xahiş etmişdir.
24. İşdən müəyyən olunur ki, ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.metr, yaşayış sahəsi 73.30 kv.metr olan izolə olunmuş iki otaqdan ibarət C01 nömrəli mənzilə dair İddiaçı ilə Cavabdeh arasında 23 avqust 2019-cu il tarixdə müqavilə bağlanmış, müqavilənin şərtlərində sözügedən mənzilin payçıya verilməsi, payçının isə mənzilin dəyərini ödəməli olması göstərilmişdir.
25. ünvan 1 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.metr, yaşayış sahəsi 73.30 kv.metr olan izolə olunmuş iki otaqdan ibarət C11-1 nömrəli mənzilə dair Maraqlı şəxs ilə Cavabdeh arasında 16 iyul 2021-ci il tarixdə müqavilə bağlanmış, müqavilənin şərtlərində sözügedən mənzilin payçıya verilməsi, payçının isə mənzilin dəyərini ödəməli olması göstərilmişdir.
26. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından müəyyən olunur ki, hər iki müqavilədə qeyd olunan mənzillər eyni mənzildir.
27. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MTK arasında imzalanmış 05 iyul 2018-ci il tarixli podrat müqaviləsinə əsasən Sifarişçiyə - "xxxx" MMC məxsus ünvan 4 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisi Podratçıya həvalə olunub. Göründüyü podrat müqaviləsinə əsasən Cavabdeh MTK-ya 3 girişli, 21 mərtəbəli yaşayış evinin tikintisi tapşırılmış, sözügedən mənzillərin ayrı-ayrı şəxslərə satılması ilə bağlı Cavabdeh MTK-nın səlahiyyətinin olması ilə bağlı iş materiallarına hər hansı sübut təqdim edilməmişdir. Sözügedən mənzilin həmin dövrdə Cavabdeh MTK-ya məxsus olması da heç bir mötəbər sübutla təsdiq edilmir, belə olan halda MTK-nın öz adından həmin mənzili satmaq səlahiyyəti olmamışdır.
28. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 16 iyul 2021-ci il tarixli, ********* nömrəli məktubda qeyd edilir ki, Cavabdeh MTK-nin sabiq direktoru X1 və qeyriləri barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-in 178.4, 308.2 və 313-cü maddələri ilə cinayət işi üzrə istintaq aparılır. İstintaqın hazırkı mərhələsində müvafiq qaydada ödəniş etməklə mənzil almış 19 ədəd mənzilə dair məlumatlar Cavabdeh MTK-ya göndərilməklə siyahıda qeyd olunan vicdanlı alıcıların adlarına qeydiyyatdan keçmiş mənzillərin təmin edilməsi xahiş edilmişdir. Məktuba əlavə edilmiş siyahıda Maraqlı şəxs adına qeydiyyatdan keçmiş 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 84,24 m2 olan C11-1 saylı mənzil də qeyd edilmişdir.
29. "xxxx" MMC, alıcı Maraqlı şəxs podratçı Cavabdeh MTK ilə imzalanan təhvil-təslim aktından müəyyən olunur ki, C blokunun 11-ci saylı mənzil alıcı Maraqlı şəxs təhvil verildi.
30. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MTK-nın mənzil satmaq səlahiyyəti olmamışdır. Lakin buna baxmayaraq "xxxx" MMC bəzi müqavilələr üzrə mənzillərin təhvil verilməsinə razılıq vermişdir. Göründüyü kimi, "xxxx" MMC məhz Maraqlı şəxs ilə Cavabdeh MTK arasında bağlanmış müqaviləyə sonradan razılıq vermişdir, yəni əqdin bağlanmasını bəyənmişdir.
31. İddiaçının nümayəndəsi və vəkilinin verilmiş apellyasiya şikayətinə etirazı odur ki, Maraqlı şəxs ilə Cavabdeh MTK arasında bağlanmış müqavilə etibarsız hesab olunarsa, həmin mənzil iddiaçıya təhvil verilməlidir.
32. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış alğı-satqı müqaviləsini "xxxx" MMC bəyənməmişdir. Mənzillərin siyahısından da görünür ki, 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 84,24 m2 olan C11-1 saylı mənzil, Maraqlı şəxs adı qeyd edilmişdir.
33. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə Cavabdeh MTK arasında müqavilə 23 avqust 2019-cu il tarixdə - podrat müqaviləsi bağlandıqdan sonra bağlanmışdır. Podrat müqaviləsinə MTK-nın yalnız tikinti işləri aparmaq səlahiyyəti olmuş, həmin mənzillərlə bağlı digər şəxslərlə müqavilə bağlamaq səlahiyyəti olmadığı üçün birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün olmayan qənaətə gəlmişdir.
34. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C-283/11 nömrəli müqavilə əsasında ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C01 saylı mənzilin Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi barədə iddia tələbi təmin edilməməlidir.
35. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Marağına toxunan şəxs Maraqlı şəxs və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4365/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C-283/11 nömrəli müqavilə əsasında ünvan 3 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C01 saylı mənzilin Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev