Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4548/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyun 2024-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırki mülki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi qət edilmişdir. İddiaçının vəkili (nümayəndəsi) X3 həmin qətnamədən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçının vəkili (nümayəndəsi) Vəkil2 xx.xx.2024-cü il tarixdə qətnamədən yenidən apellyasiya şikayəti vermişdir. O eyni zamanda Rayon Məhkəməsinə “ötürülmüş prosessual müddətin bərpası barədə” ərizə vermişdir. “Ötürülmüş prosessual müddətin bərpası barədə” ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının əvvəlki vəkili (nümayəndəsi) Xəyalə Məmmədova iş yükünün çoxluğu ilə əlaqədar elektron məhkəmə portalında sənədlər bölməsinə diqqət etməmiş, həmçinin şikayətlər bölümündə apellyasiya şikayətinin qarşısında göndərilmiş qeyd edilmişdir. Qeyd edilən diqqətsizlik səbəbindən apellyasiya şikayəti vaxtında verilməmişdir. İddiaçı baş vermiş situasiya ilə bağlı əvvəlki vəkildən imtina etmiş və apellyasiya şikayəti verilməsi üçün yeni vəkil (nümayəndə) Vəkil2la müqavilə bağlamışdır. Göstərilən hallarla əlaqədar iddiaçı yenidən apellyasiya şikayəti ilə müraciət etməli olmuşdur. Nəticədə, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Apellyasiya şikayətinin qəbulu məsələsinə və “prosessual müddətin bərpası barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə “prosessual müddətin bərpası barədə ərizənin” rədd edilməsini və apellyasiya şikayətinin qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəbləri üzrlü hesab edilmədiyi üçün ərizə əsassızdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında görünür ki, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə iddiaçının vəkili (nümayəndəsi) Xəyalə Məmmədovanın elektron kabinetinə yerləşdirilmişdir (iş v. 143). Belə olan halda iddiaçıya münasibətdə apellyasiya şikayəti verilməsinin son tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçının vəkili (nümayəndəsi) Xəyalə Məmmədova isə xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi tərəf qətnamədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddəti 1 gün ötürərək məhkəməyə təqdim etmişdir. İddiaçı və onun yeni vəkili, apellyasiya şikayətinin müəyyən edilmiş müddətdə təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilmədikləri üçün müddətin buraxılması Məhkəmə tərəfindən üzrlü hesab edilə bilməz. Şikayətin dəlilləri əsassızdır. Belə ki, vəkilin elektron kabinetinə nəzarət etməməsi üzrlü səbəb hesab edilmir. MPM-in tələblərinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1.). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.). Beləliklə də, qeyd edilənləri nəzərə alan Məhkəmə, hesab edir ki, Rayon Məhkəməsi iddiaçı tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəni təmin etməməkdə, onun tərəfindən verilmiş apellyasiya şikayətini qaytarılması barədə qərardad qəbul etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayət əsassızdır. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyun 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-4548/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4548/2024
26.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver