Məhkəmə qərarları › İş №2(103)-4549/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4549/2021

17.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4549/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər arasında paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-113/2020 saylı işi üzrə 23 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia tələbi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 113/2020 nömrəli iş üzrə 23 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 81 saylı mənzil açıq hərracdan satılması və mənzilin satışından əldə olunmuş pul vəsaitinin İddiaçı ilə Cavabdeh arasında onların paylarına uyğun olaraq bölünməsi, iddianın verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4116/2020 nömrəli iş üzrə 21 may 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-670/21 saylı, 08.02.2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4116/2020 nömrəli iş üzrə 21 may 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı ərizə verərək, o, hal-hazırda iddiadan imtina etdiyini, onun iddiası ilə əlaqədar həmin mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1, 52.5, 191.1, 191.2, 261.0.4, 262-ci maddələrinə uyğun ərizələri nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün əsaslar olmadığından mülki işin icraatına xitam verilməli, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərclərinin onları ödəyən şəxslərə aid edilməlidir.Diqqətə çatdırılmalıdır ki, iddiadan imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə işin icraatına xitam verilməsinə səbəb olduğundan apellyasiya şikayətin qiymət verilməsinə zərurət qalmır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-113/2020 saylı işi üzrə 23 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar